Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə86/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   82   83   84   85   86   87   88   89   ...   98

 

  

٣٨٢



“Әhmәd Cәmşid” adlı dastan da yaradıb. Qәdim “Qara-

dağ”,  “Qara kәhәri”, “Miyan şikәstәsi”, “Sallama gәraylısı”, 

“Vәlicanı” havalarını ifa edir. 

Dediyinә görә, 3 yüzәdәk şeiri var.   

 

Sәxavәt Mәhәmmәdi 

 

Aşıq Sәxavәt Mәhәmmәdi Qubadlu Kәleybәrin Qubadlu 

kәndindә doğulub, 20 yaşından aşıq sәnәti ilә tanış olub. Saz 

ustadı  Aşıq Tapdıq, söz ustadı  Әziz  Şәhnaziyә 2 ilә yaxın 

şagirdlik etdikdәn sonra 25 yaşından aşıqlığa başlamışdır.  

“Dәdә Qurbani”, “Valeh-Zәrnigar”, “Әli-Rafi”, “Abbas-

Gülgәz”, “Qәrib-Şahsәnәm” dastanları ilә tanışdır. 

Qәdim “Qara kәhәri”, “Şәki”, “Daban şikәstә”, “Muğanı” 

havalarını ifa edir. 

Qoşma, bayatı, divani, gәraylıları var. 

 

Firuz İmami 

 

Aşıq Firuz İmami Aşıqlı  kәndindә doğulub, 15 yaşından 

aşıq sәnәti ilә tanış olub. Saz ustadı Aşıq Sәdaqәt Gәncәli, söz 

ustadı  Sәrdar Eşqәliyә 5 ilә yaxın  şagirdlik edib 20 yaşından 

aşıqlığa başlamışdır.  

“Әsli-Kәrәm” dastanı ilә tanışdır. 

Qoşma, bayatı, divani, gәraylıları var. 

 

Әvәz İbadpur 



 

Aşıq Әvәz İbadpur 1963-cü ildә Hәsәnabad mahalının Ar-

palıq kәndindә doğulub, 15 yaşından aşıq sәnәti ilә tanış olub. 

Saz ustadları  Aşıq  İsa Dәşәn, Rәsul Qurbani, söz ustadı  Әziz 




 

  

٣٨٣



Şәhnaziyә 2 ilә yaxın  şagirdlik etdikdәn sonra 15 yaşından 

aşıqlığa başlamışdır.  

“Şah  İsmayıl”, “Qurbani”, “Qәrib-Şahsәnәm”, “Valeh-

Zәrnigar”, “Abbas-Gülgәz” dastanları ilә tanışdır. 

Qәdim “Qaradağ  ağbәyi”, “Şәki”, “Ağaxanı”, “Muğani”, 

“Selyanı” havalarını ifa edir. 



 

İsmayıl Qәnbәri 

 

Aşıq İsmayıl Qәnbәri Kәleybәrin Cәndşә-

fәq kәndindә doğulub, 1973-cü ildә  Tәbrizә 

köçüb, 15 yaşından aşıq sәnәti ilә tanış olub. 

Saz-söz ustadı  Aşıq  Әziz  Şәhnaziyә 5 ilә ya-

xın şagirdlik etdikdәn sonra 25 yaşından aşıq-

lığa başlamışdır.  

“Şah  İsmayıl”, “Qurbani”, “Qәrib-Şahsәnәm”, “Valeh-

Zәrnigar”, “Abbas-Gülgәz” dastanları ilә tanışdır. 

“Әli kişi-Sara” adlı dastan da yaradıb. Aşıq şeirlәri var

   


Cәfәr Zareyi 

 

Aşıq  Cәfәr Zareyi 1971-ci ildә  Tәbrizin yaxınlığında Qü-

mana kәndindә doğulub, 25 yaşından aşıq sәnәti ilә tanış olub. 

Saz- söz ustadı Aşıq Hacı İbadiyana 1 ilә yaxın şagirdlik edib 

25 yaşından aşıqlığa başlamışdır.  

“Abbas-Gülgәz”, “Hüseyn Cavan”, “Aşıq  Әlәsgәr Göy-

çәli”, “Xәstә Qasım” dastanları ilә tanışdır. 

Qәdim “Dolhicrani”, “Qara kәhәri” havalarını ifa edir. 

Qoşmaları var. 

   



 

  

٣٨٤



ÇAĞDAŞ TӘBRİZ-QARADAĞ QAVALÇILARI 

 

İsmayıl Fәrәczadә 

 

İsmayıl Fәrәczadә 1971-ci ildә Qaradağ 



mahalının Hәllan kәndindә doğulub, 1981-ci 

ildә  Tәbrizә köçüb, 22 yaşından qavalçılıqla 

tanış olub. Ustadları  Әli Sәmәdi, Möhsün 

Rәzmiyә 3 il şagirdlik etdikdәn sonra 25 ya-

şından qavalçı olub. Aşıq Çingiz Biriya, Aşıq 

Mәhәmmәd Mallalar, İsmail Qәnbәri,  Әhәd Musәvi, Elyas 

Qaşımpur ilә el şәnliklәrindә (toylarda) iştirak edir. 

 

Әli Cudi 



 

Әli Cudi 1948-ci ildә  Tәbrizin Anaxa-

tın kәndindә doğulub, 1950-ci ildә  Tәbrizә 

köçub, 17  yaşından qavalçılıqla tanış olub. 

2 il Hacı İbadiyana şagirdlik etdikdәn sonra 

19 yaşında qaval çalmağa başlamışdır. Aşıq 

Hüşeyn Tәbrizi, Hacı  İbadiyan, Aşıq Mәşi 

Paşayi, Aşıq Hәsәn  İskәndәri, Qulu Türkәdari ilә el şәnlik-

lәrindә (toylarda) iştirak edir. 

 

        Fәrәc Әkrәmi Bәşir 

 

Fәrәc Әkrәmi Bәşir 1964-cü ildә Tәbri-



zin yaxınlığında Bәşir kәndindә doğulub, 

1987-ci ildә Tәbrizә köçub, 30 yaşından qa-

valçılıqla tanış olub. 2 ay Әli Sәmәdiyana 

şagirdlik etdikdәn sonra 30  yaşında qaval-

çılığa başlamışdır. Aşıq Yәdullah Eyvazpur, 



 

  

٣٨٥



Aşıq Hәsәn  İskәndәri, Mәmmәd Xirәdmәnd, Firidun Xudayi  

ilә el şәnliklәrindә (toylarda) iştirak edir. 

 

   Hәsәn Mürüvәti Qәrәxanlu 

 

Hәsәn Mürüvәti Qәrәxanlu 1971-ci ildә Üs-



küdә doğulub, 1973-cü ildә  Tәbrizә köçub, 20  

yaşından qavalçılıqla tanış olub. 2 il Aşıq Gәn-

cәlinin şagirdi olub, 1993-cü ildә qaval çalmağa 

başlamışdır. Aşıq  Şәrif Cәlili, Aşıq Mәhәmmәd 

Fәrroxi ilә el şәnliklәrindә (toylarda) iştirak edir. 

 

Rza Qәnbәri 

 

Rza Qәnbәri Bostanabadın Xoşkinab kәn-

dindә doğulub, 1981-ci ildә Tәbrizә köçub, 13  

yaşından qavalçılıqla tanış olub. 5 il Әli Sәmә-

dinin şagirdi olub, 18 yaşından qaval çalmağa 

başlamışdır. 

Bir çox aşıqla el şәnliklәrindә (toylarda) 

iştirak edir. 

 

 

Hadı Mәhәmmәdiyan 



 

Hadı  Mәhәmmәdiyan 1979-cu ildә Ho-

rand mahalının Bәrihan kәndindә doğulub, 

1984-cü ildә Tәbrizә köçub, 17  yaşından qa-

valçılıqla tanış olub. 2 il Әli Sәmәdinin şagirdi 

olub, 20 yaşından qaval çalmağa başlamışdır. 

Aşıq Sәxavәt Kәrimi,  Әhәd Musәvi, 

Әrsәlan Dusti, Çingiz Biriya ilә el şәnliklә-

rindә (toylarda) iştirak edir. 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə