Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə84/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   80   81   82   83   84   85   86   87   ...   98

 

  

٣٧٢



Әsğәr

 

Raşidi

 

 

Aşıq  Әsğәr Raşidi 1985-ci ildә  Kәley-



bәrin Әlilu kәndindә doğulmuş, 1995-ci ildә 

Tәbrizә köçmüş, 15 yaşından aşıq sәnәti ilә 

tanış olmuşdur. Saz ustadı Aşıq Gәncәli, söz 

ustadı  Aşıq Çingiz Mehdipura 5 ilә yaxın 

şagirdlik etdikdәn sonra 17 yaşında aşıqlığa 

başlamışdır.  

“Koroğlu”, “Әsli-Kәrәm”, “Şikari”, “Qәrib” dastanları ilә 

tanışdır. 

Qәdim Ağabәyi, Sarı topraq havalarını ifa edir. 

Aşıq Elyas Qasımpur, Aşıq Böyük Ağaәlizadә,  Әrsәlan 

Qәhrәmanzadә, Ayәt Qәnbәri ilә deyişmәlәri olub. 

 

  Әlirza Mirzayi 

 

Aşıq  Әlirza Mirzayi 1978-ci ildә Ulu 



kәndindә doğulub, 1991-ci ildә Tәbrizә kö-

çüb, 17 yaşından aşıq sәnәti ilә tanış olub. 

Saz ustadı  Aşıq Gәncәlinin yanında 2 ilә 

yaxın  şagirdlik etdikdәn sonra 24 yaşında 

aşıqlığa başlamışdır.  

“Ululu Kәrim”, “Mir Mahmıd-Sara”, 

“Xançoban-Sara”, “Valeh-Zәrnigar”, “Ab-

bas- Gülgәz”  dastanları ilә tanışdır. 

Qәdim “Süleymani”, “Qara kәhәr”, “Osmani divanı” 

havalarını ifa edir. 

Qoşma, gәraylı, qәzәllәri var. 

 



 

  

٣٧٣



Әziz Әsbәqi Әfşürd 

 

Aşıq  Әziz  Әsbәqi  Әfşürd 1971-ci ildә 



Әfşürd kәndindә doğulub, 1992-ci ildә Tәb-

rizә köçüb, 20 yaşından aşıq sәnәti ilә tanış 

olub. Saz-söz ustadı  Aşıq Ümrani, Hәsәn 

Ğәfari, Hüseyn Sayi, Hәsәn Purәfşürda 4 ilә 

yaxın  şagirdlik etdikdәn sonra 24 yaşında 

aşıqlığa başlamışdır.  

“Әsli-Kәrәm”, “Sәyyad-Sayad”, “Ko-

roğlu”, “Abbas-Gülgәz”, “Qurbanı-Pәri” dastanları ilә tanışdır. 

Qәdim “Bәhmәni”, “Muğani” havalarını ifa edir. 

 

Rza Әsәdi 

 

Aşıq Rza Әsәdi 1992-ci ildә  Tәbrizә 



köçüb, 15 yaşından aşıq sәnәti ilә tanış olub. 

Onun sözlәrinә görә, şagirdlik etmәyib.  

“Qәrib-Şahsәnәm”, “Şah İsmayıl”, “Di-

lәfruz”, “Әsli-Kәrә

m” dastanları ilә tanışdır. 

Qәdim “Qaradağ  şikәstәsi”, “Muğani”, 

“Ağabәyi”, “Şәki havaları”nı ifa edir. 

 

Әbdülәli İskәndәri 



 

Aşıq  Әbdülәli  İskәndәri 1971-ci ildә 

Vәrziqanın Çıxmaqabax kәndindә doğulub, 

1989-cu ildә Tәbrizә köçüb. Saz ustadı Aşıq 

Çingiz Mehdipur, Aşıq Gәncәli, Ayәt Qәn-

bәri, söz ustadı  İsmayıl Qәnbәriyә 5 ilә ya-

xın  şagirdlik etdikdәn sonra 20 yaşında 



 

  

٣٧٤



aşıqlığa başlamışdır.  

“Qәrib-Şahsәnәm”, “Xәstә Qasım”, “Dirili Qurbani”, 

“Әmrah”, “Tahir-Zöhrә”, “Valeh-Zәrnigar”, “Abbas-Gülgәz” 

dastanları ilә tanışdır. 

 

          Әkbәr Xanı Şahsevәn 

 

Aşıq  Әkbәr  Şahsevәn 1969-cu ildә Bir-



bulaq kәndindә doğulub, 1979-cu ildә Tәbrizә 

köçüb, 12 yaşından aşıq sәnәti ilә tanış olub. 

Ustadı  Aşıq  Әli  İbadiyan, Nasir Qoçәlipur, 

Biriya, Cәfәrova 2 ilә yaxın şagirdlik etdikdәn 

sonra 17 yaşında aşıqlığa başlamışdır.  

“Koroğlu”, “Novruz-Qәndab”, “Şahsәnәm” dastanları ilә 

tanışdır. 

Qәdim “Laçın gözüm”, “Qaradağ  şikәstәsi”, “Aşıq Hü-

seyn rübaisi” havalarını ifa edir. 

Ara-sıra şer yazır. 

 

Әli Bayrami 

 

Aşıq Әli Bayrami 1979-cu ildә Qarada-



ğın Hәsәnov mahalının Ocaq kәndindә do-

ğulub, 1980-ci ildә  Tәbrizә köçüb, 9 yaşın-

dan aşıq sәnәti ilә tanış olub. Söz ustadı Aşıq 

Hәsәn Ğәfari, Әziz Şәhnazi, saz ustadı  Gәn-

cәlinin yanında 6 ilә yaxın şagirdlik etdikdәn 

sonra 16 yaşında aşıqlığa başlamışdır.  

“Koroğlu”, “Novruz-Qәndab”, “Şahsә-

nәm”, “Koroğlu”dan yeddi qol”, “Sevincoğlu Aypara”, “Sadat-




 

  

٣٧٥



Sayat”, “Mәhәmmәd-Gülәndam”, “Әsәd-Münnәvәr”, “Bәhram 

şah”, “Aşıq  Şәnlik dastanları”, “Әli-Leyli”, “Әli-Rafi das-

tanları ilә tanışdır. 

Aşıq  şeirlәri var. Aşıq Qafar, Aşıq Hәsәn  Ğәfar, Aşıq 

Xoşnam, Әrsәlan Dusti kimi aşıqlarla deyişmәlәri olub. 

 

         Gülәhmәd Rüstәmi 

 

Aşıq Gülәhmәd Rüstәmi 1961-ci ildә 



Horandın Korun kәndindә doğulub, 1983-

cü ildә  Tәbrizә köçüb, 21 yaşından aşıq 

sәnәti ilә tanış olub. Saz ustadı  Aşıq Mә-

dәni, söz ustadı  Xәlil Ağayinin yanında 3 

ilә yaxın  şagirdlik etdikdәn sonra 24 ya-

şında aşıqlığa başlamışdır.  

Aşıq şeirlәri yazır.  

 

Hüseyn Әlizadә 

 

Aşıq Hüseyn Әlizadә 1958-ci ildә Yu-



xarı Horman kәndindә doğulub, 1968-ci 

ildә  Tәbrizә köçüb, 20 yaşından aşıq sәnәti 

ilә tanış olub. Ustadları  Әziz  Әsәdi,  Әziz 

Şәhnazi, Hüseyn Kirşanlıya 3 ilә yaxın  şa-

girdlik etdikdәn sonra 23 yaşında aşıqlığa 

başlamışdır.  

“Koroğlu”, “Әsli-Kәrәm”, “Abbas-Gülgәz”, “Mәnsum-

Dilәfruz”, “Qәrib-Şahsәnәm”  dastanları ilә tanışdır. 

 



 

  

٣٧٦



           Әrsәlan  Zare Köhnәli 

 

Aşıq  Әrsәlan  Zare Köhnәli kәndindә 



doğulub, 1984-cu ildә  Tәbrizә köçüb, kiçik 

yaşlarından aşıq sәnәti ilә tanış olub. Söz 

ustadları Aşıq İsa Dәşәn, Әziz Şәhnazi, saz 

ustadı Gәncәliyә 2 ilә yaxın şagirdlik etdik-

dәn sonra 30 yaşında aşıqlığa başlamışdır.  

“Abbas-Gülgәz”, “Bәdir Mәlik-Bәdir 

Cәmal”, “Әsli-Kәrәm”, “Qurbani-Pәri xa-

nım” dastanları ilә tanışdır. 

Qәdim “Ağabәyi”, “Qara Kәhәri”, “Sultani”, “Şәki”, “Qa-

radağ şikәstәsi”, “Daban şikәstә” havalarını ifa edir. 

Qoşma, gәraylıları var. Aşıq Hüseyn Sayi, Bulud Dehqan

Aşıq Gәncәli ilә deyişmәlәri olub. 

  

     Mәnsur Nikzad 

 

Aşıq Mәnsur Nikzad Kәleybәrin Ağa-



mirlu kәndindә doğulub, 1991-ci ildә Tәb-

rizә köçüb, kiçik yaşlarından aşıq sәnәti 

ilә tanış olub. Saz-söz ustadları Aşıq Oruc 

Hәsәni, Aşıq Rәhim Nәzri, Aşıq Hüseyn 

Әsәdiyә 4 il şagirdlik etdikdәn sonra 

1995-ci ildә aşıqlığa başlamışdır.  

“Novruz-Qәndab”, “Әsli-Kәrәm”, “Valeh-Zәrnigar” das-

tanları ilә tanışdır. 



 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə