109
rayış zamanı intellektual fəallığı aşağı salır,
tərcümə tərtibində xeyli
dərəcədə çətinliklər yaradır.
Stereotip –
həyatda hər hansı bir şeyin daimi nümunəsi,
standart.
Stilistika –
1. Müxtəlif nitq üslublarında ilişgi vasitələri haq-
qında elm və eləcə də dil vahidlərini seçim qaydaları. 2. Müxtəlif
üslub və ekspressiv-emosional-dəyər mahiyyətini müxtəlif dil vasi-
tələri baxımdan onların nitq-dil ünsiyyətində istifadə olunmasını
öyrənən dilçiliyin bölməsi. 3. Dilin ifadəli vasitələri və onların
müxtəlif nitq ünsiyyəti sahələrində istifadə olunması haqqında
təlim.
Stoxastik qrammatika –
ehtimal qrammatikası.
Stratifikasiya –
kəsişən və qarşılıqlı şəkildə bir-birinin içinə
daxil olan qatların, səviyyələrin obyekt şəklində təqdimatı.
Struktur –
1. Sözlərin bir-biri ilə üzlaşması üsulu, onların
bir-birinin ardınca gəlməsi, düzülüşü və məhz bu sözlərin, deyimin
quruluşu üçün faktın özünün seçimi (bu, deyimdə mühümdür, daha
doğrusu, inormasiyanı və onun strukturunun reprezentləşdirir. 2.
Daxili təşkil olunma, muəyyən münasibətlərdə olan elementlərin ar-
dıcıllığı.
Struktur (yaxud sənədli) formallaşma –
1. Əlavə dilin təs-
nifatın prinsiplərindən başlayaraq nomenklaturasının hərtərəfli təş-
kilindən mətnin bütün struktur kompozisiyanın tərtib olunmasında
özünü əks etdirir. Mətnin struktur cəhətdən formallaşmasının vasitə-
lərindən biri kimi rubrikasiya çıxış edir ki, o, mətnin tərkib hissələ-
rinə bölünməsinə müvafiqdir. O hissələrinə qrafik bölgüsünü, baş-
lıqlardan istifadədəki, bəndləri, bəndaltıları, abzasları, numerasiyanı
və durğu işarələrini özündə birləşdirir. Başlıqlar (yarımbaşlıqlar)
rubrikasiyanın mühüm vasitəsidir, deməli, formallaşma struk-
turunun elementidir. Onlar son dərəcə sıxılmış, müxtəsər və lakonik
formada sənədin seçilmiş hissəsinin əsas ideyasını və tematikasını
əks etdirməyə imkan verir ki, bu məlumatın mühüm vahidi kimi,
müəyyən informasiya verən kimi çıxış edir. Durğu işarələri nəinki
struktur formallaşmanın elementi kimi çıxış edir, həm də özündə
110
müəyyən semantik-sintaktik və funksional-kommunikativ məna
daşıyır ki, onun modelləşdirilməsi zamanı dilaltının modelləşdiril-
məsi və durğu işarələrinin konfrantasiyasını nəzərə almaq lazımdır.
Sənədin mətni kompozisiya tamlığı ilə və materialın yazının
(ifadənin) səliqəli, sistemli quruluşu ilə, kompaktlıq və
müxtəsərliklə fərqlənir. O, bu funksional-kommunikativ tipli
sənədin standart formasında, onun formulyarında əks olunan şəkildə
qurulur. Standart forma sənədin işini asanlaşdırır. Formulyarlar
mətnli, qrafik və tip trafaretşəklində olur. Tip sənədlərin istifadə
olunması iş vaxtını 40-50% qənaət etməyə imkan verir. Sənədin
mətni – bu blank-mətndir. Orada mətnin rekviziti və rekvizit for-
mulyarı aydın verilir. Formulyarın rekviziti konstant xarakterə
malikdir və funksional perspektiv nöqteyi-nəzərdən sənədin
mövzusu olur. Mətnin rekvizitləri dəyişkən xarakter daşıyır və kom-
munikativ funksiya planında sənədin remasıdır. Sənədin formul-
yarının rekvizitləri (onun mövzusu), sənədin strukturunu əks etdirir,
onun rubrikasiyasının elementləri, deməli, struktur formallaşması
kimi çıxış edir. Formulyarlar rekvizitləri dil ştampı, şərti işarələr,
müxtəsərlərdən ibarətdir. Öz strukturuna (tərkibinə) görə onlar
müxtəlif tipli, tərkibli cümlələrdir: adlıq, adyektiv, adverbial, feli
olur. 2. Bu formallaşma öz təşkilati formasının quruluşuna görə
general məcmudur ki, həm onun klassik nomenklaturasının təsni-
fatının ifadəsində, həm də materialı ifadəsində və sənədin formul-
yasının quruluşunda ifadə olunur.
Struktur linqvistika –
dil sistemində tədqiqat predmetinin da-
xili münasibətlərini və əlaqələrini məhdudlaşdıran dilçilik sahəsi.
Struktur – riyazi linqvistika –
iki tərəfi birləşdirən xüsusi
cins anlayışı: kvantitativ və kombinator linqvistika
Struktur – sintaktik blok –
cümlənin sintaktik strukturunun
ayrıca, funksional – xüsusiləşmiş hissəsi.
Strukturalizm –
dilçilikdə istiqamət olub dil komponentlərin
asılılığı, onun strukturunun daxili münasibətlərinin linqvistik
cəhətdən tədqiq olunmasını qarşıya məqsəd qoyur.
111
Submətn –
mətnin məna nöqteyi-nəzərdən müstəqil, tonlu
hissəsi.
Subordinativ bilinqivizm –
dominant dil, təfəkkür dili özünü
göstərən bilinqivizm.
Substansiya –
bütün predmet və hadisələrin mahiyyəti və
ilkin əsası.
Substitusiya –
bir dil vahidinin digəri ilə əvəzlənməsi.
Subyekt –
linqvistikada hərəkəti edənə, fikir predmetinə aid
edilir.
Subyektiv – görmə kodu –
bir-biri ilə qonşu olan obrazlarla
və təsəvvürlərlə yanaşı olan insanın iç dili.
Subyektiv kod –
tərcüməçi yazı zamanı istifadə etdiyi şərti
işarələr sistemi.
Sünii intellekt sistemi –
Bu, insanı yaradıcı intellekt fəa-
liyyəti prosesində ənənəvi doğula biləcək nəticələri qabaqlayan
EHM - da istifadə olunan sistemdir
Ş
Şəklinin dəyişdərilməsi –
bu, tərcüməçinin elə fəaliyyətidir
ki, burada əsas məqsəd çatdırılası məzmunun dəyişdirilməsini elə
yolla həyata keçirmək lazımdır ki, tərcümə dilində yaradılan mətnin
digər yeni adresatın linqvoetnik kommunikativ kompetensiyasına
uyğunlaşdırılmasıdır.
Şərh –
Bax: şərh olunmuş referat.
Şərh olunmuş referat –
1. Ümumi mövzu altında birləşmiş
bir neçə sənədin məzmunu ilə oxucunu tanış edir. 2. Bir neçə mate-
rial və mənbə (məsələn, mətbuatla bağlı referat şərhi) tərtib edilir və
referent tərəfindən onun mövzusuna bu mənbədən aid olan
məqalələrin müstəqil olaraq seçilməsini (qəzetdən, jurnaldan, ki-
tabdan, broşuradan və s.) nəzərdə tutur. Bəzən referentə müəyyən
mənbələrdən onlardakı materialların xarakterindən asılı olmayaraq
şərh etmək tapşırılır. Əksər hallarda belə şərhlər sözün əsl
112
mənasında referat deyildir və hər bir material üzrə annotasiyadan
ibarətdir. 3. Bu bir sıra materialları əhatə edən və məqsəd etibarilə
onlardan hər birinin müxtəsər xarakteristikasını əhatə edən
referatdır. Şərh referatı üçün material referent tərəfindən müstəqil
olaraq seçilir. Buna görə də şərh referatını-şərt (ciddi) tematik çər-
çivə ilə məhdudlaşmayan yeganə referat tipi adlandırmaq olar.
Mövzunun dəqiqləşdirilməsi referatın materialından asılı olaraq
aparılır. Referat şərhi nəinki mövcud informasiya üçün, həm də
sorğu-biblioqrafik material kimi xidmət edə, ona görə də daha
konkret xarakterə malik ola bilər.
T
Tam ekvivalentlik –
1. Tam ekvivalentlik halları mümkün-
dür, lakin bəzən elə olur ki, adətən, o qədər də mürəkkəb olmayan
kommunikativ şəraitdə məhdud diapazonlu funksional xarakteris-
tika mətnlərdə nisbətən tam ekvivalentlik müşahidə olunur. Tərcü-
məyə verilən tələblər mürəkəb və zidiyyətli olduqca «(tərcümə
paradoksları, ziddiyyətləri)», tərcümə olunan mətnin funksional
spektri geniş olduqca, orijinalın aynadakı kimi əksini tapan tərcümə
mətnin yaradılması ehtimalı da azalır. 2. Tam ekvivalentlik ilkin
mətnin kommunikativ – funksional invariantının bütövlüyünü nə-
zərdə tutur. Başqa sözlə, burada tərcüməyə verilən maksimal tə-
ləblərdən söhbət gedir.
Tamamilə kalkalaşdırma situasiyası –
mətn seqmentinin
bütün birmənalı konfrontasiyalı elementlərinin tam qarşılıqlı
izomorfluğunu səciyyələndirən tərcümə situasiyası. Bunlara daxil
olan dillə ilkin dildə olan ziddiyyətlərin səs-hərf ixtisarlarını aid et-
mək lazımdır. Onlar daxil olan və ilkin dildəki sözlərin sözbəsöz
konfrontasiyası (qarşılaşdırılması) yolu ilə tərcümə olunur, məsələn,
USA-ABŞ.