Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə28/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

 

109 


rayış zamanı intellektual fəallığı aşağı salır, tərcümə tərtibində xeyli 

dərəcədə çətinliklər yaradır. 



Stereotip – 

həyatda hər hansı bir şeyin daimi nümunəsi, 

standart. 

Stilistika – 

1. Müxtəlif nitq üslublarında ilişgi vasitələri haq-

qında elm və eləcə  də dil vahidlərini seçim qaydaları. 2. Müxtəlif 

üslub və ekspressiv-emosional-dəyər mahiyyətini müxtəlif dil vasi-

tələri baxımdan onların nitq-dil ünsiyyətində istifadə olunmasını 

öyrənən dilçiliyin bölməsi. 3. Dilin ifadəli vasitələri və onların 

müxtəlif nitq ünsiyyəti sahələrində istifadə olunması haqqında 

təlim. 


Stoxastik qrammatika – 

ehtimal qrammatikası. 



Stratifikasiya – 

kəsişən və qarşılıqlı şəkildə bir-birinin içinə 

daxil olan qatların, səviyyələrin obyekt şəklində təqdimatı. 

Struktur – 

1. Sözlərin bir-biri ilə üzlaşması üsulu, onların 

bir-birinin ardınca gəlməsi, düzülüşü və məhz bu sözlərin, deyimin 

quruluşu üçün faktın özünün seçimi (bu, deyimdə mühümdür, daha 

doğrusu, inormasiyanı  və onun strukturunun reprezentləşdirir. 2. 

Daxili təşkil olunma, muəyyən münasibətlərdə olan elementlərin ar-

dıcıllığı. 

Struktur (yaxud sənədli) formallaşma – 

1. Əlavə dilin təs-

nifatın prinsiplərindən başlayaraq nomenklaturasının hərtərəfli təş-

kilindən mətnin bütün struktur kompozisiyanın tərtib olunmasında 

özünü əks etdirir. Mətnin struktur cəhətdən formallaşmasının vasitə-

lərindən biri kimi rubrikasiya çıxış edir ki, o, mətnin tərkib hissələ-

rinə bölünməsinə müvafiqdir. O hissələrinə qrafik bölgüsünü, baş-

lıqlardan istifadədəki, bəndləri, bəndaltıları, abzasları, numerasiyanı 

və durğu işarələrini özündə birləşdirir. Başlıqlar (yarımbaşlıqlar) 

rubrikasiyanın mühüm vasitəsidir, deməli, formallaşma struk-

turunun elementidir. Onlar son dərəcə sıxılmış, müxtəsər və lakonik 

formada sənədin seçilmiş hissəsinin  əsas ideyasını  və tematikasını 

əks etdirməyə imkan verir ki, bu məlumatın mühüm vahidi kimi, 

müəyyən informasiya verən kimi çıxış edir. Durğu işarələri nəinki 

struktur formallaşmanın elementi kimi çıxış edir, həm də özündə 

 

110



müəyyən semantik-sintaktik və funksional-kommunikativ məna 

daşıyır ki, onun modelləşdirilməsi zamanı dilaltının modelləşdiril-

məsi və durğu işarələrinin konfrantasiyasını nəzərə almaq lazımdır. 

Sənədin mətni kompozisiya tamlığı ilə  və materialın yazının 

(ifadənin) səliqəli, sistemli quruluşu ilə, kompaktlıq və 

müxtəsərliklə  fərqlənir. O, bu funksional-kommunikativ tipli 

sənədin standart formasında, onun formulyarında əks olunan şəkildə 

qurulur. Standart forma sənədin işini asanlaşdırır. Formulyarlar 

mətnli, qrafik və tip trafaretşəklində olur. Tip sənədlərin istifadə 

olunması  iş vaxtını 40-50% qənaət etməyə imkan verir. Sənədin 

mətni – bu blank-mətndir. Orada mətnin rekviziti və rekvizit for-

mulyarı aydın verilir. Formulyarın rekviziti konstant xarakterə 

malikdir və funksional perspektiv nöqteyi-nəzərdən sənədin 

mövzusu olur. Mətnin rekvizitləri dəyişkən xarakter daşıyır və kom-

munikativ funksiya planında sənədin remasıdır. Sənədin formul-

yarının rekvizitləri (onun mövzusu), sənədin strukturunu əks etdirir, 

onun rubrikasiyasının elementləri, deməli, struktur formallaşması 

kimi çıxış edir. Formulyarlar rekvizitləri dil ştampı,  şərti işarələr, 

müxtəsərlərdən ibarətdir. Öz strukturuna (tərkibinə) görə onlar 

müxtəlif tipli, tərkibli cümlələrdir: adlıq, adyektiv, adverbial, feli 

olur. 2. Bu formallaşma öz təşkilati formasının quruluşuna görə 

general məcmudur ki, həm onun klassik nomenklaturasının təsni-

fatının ifadəsində, həm də materialı ifadəsində  və  sənədin formul-

yasının quruluşunda ifadə olunur. 



Struktur linqvistika – 

dil sistemində tədqiqat predmetinin da-

xili münasibətlərini və əlaqələrini məhdudlaşdıran dilçilik sahəsi. 

Struktur – riyazi linqvistika – 

iki tərəfi birləşdirən xüsusi 

cins anlayışı: kvantitativ və kombinator linqvistika 

Struktur – sintaktik blok – 

cümlənin sintaktik strukturunun 

ayrıca, funksional – xüsusiləşmiş hissəsi. 

Strukturalizm – 

dilçilikdə istiqamət olub dil komponentlərin 

asılılığı, onun strukturunun daxili münasibətlərinin linqvistik 

cəhətdən tədqiq olunmasını qarşıya məqsəd qoyur. 




 

111 


Submətn – 

mətnin məna nöqteyi-nəzərdən müstəqil, tonlu 

hissəsi. 

Subordinativ bilinqivizm – 

dominant dil, təfəkkür dili özünü 

göstərən bilinqivizm. 

Substansiya – 

bütün predmet və hadisələrin mahiyyəti və 

ilkin əsası. 

Substitusiya – 

bir dil vahidinin digəri ilə əvəzlənməsi. 



Subyekt – 

linqvistikada hərəkəti edənə, fikir predmetinə aid 

edilir. 

Subyektiv – görmə kodu – 

bir-biri ilə qonşu olan obrazlarla 

və təsəvvürlərlə yanaşı olan insanın iç dili. 

Subyektiv kod – 

tərcüməçi yazı zamanı istifadə etdiyi şərti 

işarələr sistemi. 

Sünii intellekt sistemi – 

Bu, insanı yaradıcı intellekt fəa-

liyyəti prosesində  ənənəvi doğula biləcək nəticələri qabaqlayan 

EHM - da istifadə olunan sistemdir 



 

 

Ş 

 

Şəklinin dəyişdərilməsi – 

bu, tərcüməçinin elə  fəaliyyətidir 

ki, burada əsas məqsəd çatdırılası  məzmunun dəyişdirilməsini elə 

yolla həyata keçirmək lazımdır ki, tərcümə dilində yaradılan mətnin 

digər yeni adresatın linqvoetnik kommunikativ kompetensiyasına 

uyğunlaşdırılmasıdır. 



Şərh – 

Bax: şərh olunmuş referat. 



Şərh olunmuş referat – 

1. Ümumi mövzu altında birləşmiş 

bir neçə sənədin məzmunu ilə oxucunu tanış edir. 2. Bir neçə mate-

rial və mənbə (məsələn, mətbuatla bağlı referat şərhi) tərtib edilir və 

referent tərəfindən onun mövzusuna bu mənbədən aid olan 

məqalələrin müstəqil olaraq seçilməsini (qəzetdən, jurnaldan, ki-

tabdan, broşuradan və s.) nəzərdə tutur. Bəzən referentə müəyyən 

mənbələrdən onlardakı materialların xarakterindən asılı olmayaraq 

şərh etmək tapşırılır.  Əksər hallarda belə  şərhlər sözün əsl 

 

112



mənasında referat deyildir və  hər bir material üzrə annotasiyadan 

ibarətdir. 3. Bu bir sıra materialları əhatə edən və məqsəd etibarilə 

onlardan hər birinin müxtəsər xarakteristikasını  əhatə edən 

referatdır.  Şərh referatı üçün material referent tərəfindən müstəqil 

olaraq seçilir. Buna görə də şərh referatını-şərt (ciddi) tematik çər-

çivə ilə  məhdudlaşmayan yeganə referat tipi adlandırmaq olar. 

Mövzunun dəqiqləşdirilməsi referatın materialından asılı olaraq 

aparılır. Referat şərhi nəinki mövcud informasiya üçün, həm də 

sorğu-biblioqrafik material kimi xidmət edə, ona görə  də daha 

konkret xarakterə malik ola bilər. 



 

 



 

Tam ekvivalentlik – 

1. Tam ekvivalentlik halları mümkün-

dür, lakin bəzən elə olur ki, adətən, o qədər də mürəkkəb olmayan 

kommunikativ  şəraitdə  məhdud diapazonlu funksional xarakteris-

tika mətnlərdə nisbətən tam ekvivalentlik müşahidə olunur. Tərcü-

məyə verilən tələblər mürəkəb və zidiyyətli olduqca «(tərcümə 

paradoksları, ziddiyyətləri)», tərcümə olunan mətnin funksional 

spektri geniş olduqca, orijinalın aynadakı kimi əksini tapan tərcümə 

mətnin yaradılması ehtimalı da azalır. 2. Tam ekvivalentlik ilkin 

mətnin kommunikativ – funksional invariantının bütövlüyünü nə-

zərdə tutur. Başqa sözlə, burada tərcüməyə verilən maksimal tə-

ləblərdən söhbət gedir. 



Tamamilə kalkalaşdırma situasiyası – 

mətn seqmentinin 

bütün birmənalı konfrontasiyalı elementlərinin tam qarşılıqlı 

izomorfluğunu səciyyələndirən tərcümə situasiyası. Bunlara daxil 

olan dillə ilkin dildə olan ziddiyyətlərin səs-hərf ixtisarlarını aid et-

mək lazımdır. Onlar daxil olan və ilkin dildəki sözlərin sözbəsöz 

konfrontasiyası (qarşılaşdırılması) yolu ilə tərcümə olunur, məsələn, 

USA-ABŞ. 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə