Microsoft Word Terror-mamed doc



Yüklə 288,41 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix14.04.2018
ölçüsü288,41 Kb.
#38452
1   2   3   4   5   6   7   8   9   10   11

 

33

2)



 

dovlət orqanlarına daimi və ya müvəqqəti əsaslarla 

terror fəaliyyətinin qarşısının alınmasında, aşkar 

edilməsində və bu fəaliyyət nəticəsində dəyə biləcək ziyanın 

minimuma endirılməsində kömək edən şəxslər; 

3)

 



bu maddənin 1-ci və 2-ci bəndlərində  nəzərdə 

tutulmuş  şəxslər xidməti vəzifələrini yerinə yetirərkən 

onların yaxın qohumlarının sağlamlığına və ya əmlakına 

ziyan dəydiyi hallarda, həmin şəxşlərin yaxın qohumları. 

Terrorçuluğa qarşı mübarizə aparan şəxslərin 

sağlamlığına və  əmlakına dəyən ziyan Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə  nəzərdə tutulmuş 

qaydada ödənilir. 

Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror 

əleyhinə aparılan əməliyyatlar zamanı həlak olduqda (vəfat 

etdikdə) onun ailəsinə, habelə öhdəsində olanlara dövlət 

büdcəsinin vəsaiti hesabına ona aylıq  əmək haqqı 

məbləğinin yüz misli miqdarında birdəfəlik müavinət 

ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. 

Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror 

əleyhinə aparılan  əməliyyatlar zamanı xidmətinin davam 

etdirilməsinə imkan verməyən dərəcədə  zədələndikdə

yaralandıqda, kontuziya olduqda, xəsarət aldıqda, ona dövlət 

büdcəsinin vəsaiti hesabına orta əmək haqqı  məbləğinin 

doxsan misli miqdarında birdəfəlik müavinət ödənilir, daha 

sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. 

 

Maddə 15. Dəymiş ziyana görə məsuliyyətdən azad olma 

 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

nəzərdə tutulmuş qaydada terror əleyhinə aparılan əməliyyat 

zamanı terrorçuların həyatına, sağlamlığına və ya əmlakına 

ziyan vurulmasına yol verilir. Terrorçuluğa qarşı mübari-

zədə  iştirak edən  şəxs terror əleyhinə aparılan  əməliyyat 

zamanı vurulmuş bu cür ziyana görə məsuliyyət daşımır. 



 

34

Maddə 16. Xidmət illərinin güzəştli hesablanması 

 

Terrorçuluğa qarşı mübarizəni bilavasitə  həyata keçi-



rən bölmələrdə xidmət edən müvafiq icra hakimiyyəti 

orqanlarının  əməkdaşları üçün pensiyanın təyin olun-

masında xidmət illəri bir xidmət günü iki xidmət günü kimi, 

terror  əleyhinə aparılan  əməliyyatlarda iştirak müddəti isə 

bir xidmət günü üç xidmət günü kimi hesablanır. 

 

IV fəsil. Terror fəaliyyətində iştiraka görə məsuliyyət 

 

Maddə 17. Terror fəaliyyətində iştiraka görə məsuliyyət 

 

Terror fəaliyyətində  iştirak edən  şəxslər Azərbaycan 



Respublikasının qanunvericiliyi ilə  nəzərdə tutulmuş 

qaydada məsuliyyət daşıyırlar. 

İnsan hüquqları və azadlıqları, dövlət təhlükəsizliyinin 

və beynəlxalq təhlükəsizliyin təmin olunması maraqlarını 

rəhbər tutaraq, terror əməlləri törədən və ya bu cür əməllərin 

törədilməsində  iştirakçı olan şəxslər bu əməllərin planlaş-

dırılması və ya həyata keçirilməsi yerindən asılı olmayaraq 

Azərbaycan Respublikasının qanunvericiliyi, habelə 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası 

müqavilələrə  əsasən cinayət məsuliyyətinə  cəlb edilir və 

cəzalandırılırlar və ya cinayət məsuliyyətinə  cəlb edilməsi, 

yaxud təyin edilmiş  cəzanın icrası üçün xarici dövlətə geri 

verilə bilərlər. 

 

Maddə 18. Terror fəaliyyəti ilə bağlı işlərə baxılması 

 

Terror fəaliyyəti ilə bağlı cinayətlərə, habelə terror 



aksiyaları  nəticəsində  dəyən ziyanın ödənilməsi üzrə  işiərə 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 




 

35

məhkəmənin (hakimin) qərarı ilə qapalı məhkəmə iclasında 



baxıla bilər. 

 

Maddə 19. Terror fəaliyyətinə görə təşkilatların 

məsuliyyəti 

 

Terror fəaliyyəti ilə  əlaqəsinə görə Azərbaycan 

Respublikasının ərazisində fəaliyyət göstərən təşkilat (onun 

filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının qanun-

vericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmənin qərarı 

əsasında ləğv edilə bilər. 

Terror fəaliyyəti ilə  əlaqəsi Azərbaycan Respub-

likasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş 

təşkilat ləğv edilərkən ona mənsub olan əmlak Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə 

edilir və dövlətin hesabına keçirilir. 

  

V fəsil. Yekun ınüddəalar 



 

Maddə 20. Terrorçuluğa qarşı mübarizənin həyata 

keçirilməsinin qanuniliyinə nəzarət 

 

Terrorçuluğa qarşı mübarizənin həyata keçirilmə-

sinin qanuniliyinə nəzarəti Azərbaycan Respublikasının baş 

prokuroru və ona tabe olan prokurorlar həyala keçirirlər. 

Terror fəaliyyətinə görə  təşkilatın məsuliyyətə  cəlb 

olunması barəsində  ərizə ilə  məhkəməyə Azərbaycan 

Rcspublikasının baş prokuroru və ya ona tabe olan 

prokurorlar müraciət edirlər. 



 

 

 

 

 


 

36

Maddə 21. Terrorçııluğa qarşı mübarizə sahəsində 



beynəlxalq 

əməkdaşlıq 

Azərbaycan Respublikası  tərəfdar çıxdığı dövlətlər-

arası müqavilələrə  əsasən terrorçuluğa qarşı mübarizə 

sahəsində xarici dövlətlərlə, onların hüquq-mühafizə orqan-

ları ilə, habelə terrorçuluğa qarşı mübarizə aparan 

beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. 

 

Maddə 22. Qanunun pozulmasına görə məsuliyyət 

 

Bu Qanunun pozulmasına görə  vəzifəli  şəxslər və 

vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

 

Heydər ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 18 iyun 1999-cu il 

 

5 oktyabr 2001-ci il tarixli 183- 



IIQD nömrəli; 17 may 2002-ci il               

tarixli 332-IIQD nömrəli qanunlara  

əsasən dəyişikliklər və əlavələrlə 



Yüklə 288,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə