Microsoft Word Terror-mamed doc



Yüklə 288,41 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix14.04.2018
ölçüsü288,41 Kb.
#38452
1   2   3   4   5   6   7   8   9   10   11

 

29

1)



 

zərurət olduqda küçələrdə  və yollarda nəqliyyat 

vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məh-

dudlaşdıran və ya qadağan edən tədbirləri tətbiq etmək, 

ərazinin müəyyən sahələrinə  və obyektlərə  nəqliyyat 

vasitələrini buraxmamaq, nəqliyyat vasitələrinin yedəyə 

alınmasına icazə verməmək; 

2)

 



vətəndaşların və  vəzifəili  şəxslərin  şəxsiyyətini 

təsdiq edən sənədləri yoxlamaq, belə sənədlər olmadıqda isə 

şəxsiyyətinin müəyyən edilməsi məqsədilə  həmin  şəxsləri 

üç günədək müddətə saxlamaq; 

3)

 

terror  əleyhinə  əməliyyatlar aparan şəxslərin 



qanuni tələblərinə mane olmağa yönəldilmiş  hərəkətlər 

törədən  şəxsləri tutmaq və onları müvafiq icra hakimiyyəti 

orqanına təhvil vermək; 

4)

 



terror aksiyalarının qarşısının alınması, bu aksi-

yaların həyata keçirilməsində  şübhə edilən  şəxslərin  

tutulması zamanı,  əgər bu hərəkətlərin gecikdirilməsi 

insanların həyatını  və sağlamlığını real təhlükəyə  məruz 

qoyursa, Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

müəyyən edilmiş qaydada vələndaşların mənzilinə və digər 

yaşayış yerlərinə, onların torpaq sahələrinə, habelə 

nıülkiyyət formasından asılı olmayaraq təşkilatların, ictimai 

birliklərin  ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə 

girmək; 


5)

 

terror  əleyhinə aparılan  əməliyyat zonasına gediş 



və ya bu zonadan çıxış zamanı Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vətəndaşları, 

onların  əşyalarını, nəqliyyat vasitəsini və  nəqliyyat 

vasitəsində olan əşyaları, diplomatik nümayəndəliyin və ya 

konsulluq idarələrinin nəqliyyat vasitələri istisna olmaqla,  

texniki vasitələr tətbiq etməklə  və ya etmədən gözdən 

keçirmək; 

6)

 



xidməti məqsədlər üçün, diplomalik nümayən-

dəliyin və ya konsulluq idarələrinin rabitə  və  nəqliyyat 




 

30

vasitələri istisna olmaqla, mülkiyyət formasından asılı 



olmayaraq vətəndaşlara, təşkilatlara, ictimai birliklərə 

məxsus olan rabitə  və  nəqliyyat vasitələrindən istifadə 

etmək. 

Terror  əleyhinə aparılan  əməliyyat zonasında kütləvi 



informasiya vasitələri işçilərinin fəaliyyəti  əməliyyat 

qərargahının rəhbəri tərəfindən müəyyən edilir. 

 

Maddə 10. Terrorçularla danışıqların aparılması 

 

İnsanların həyatının və sağlamlığının, maddi sərvət-



lərin qorunması, habelə terror aksiyalarının qarşısının 

alınması imkanlarının öyrənilməsi məqsədilə terrorçularla 

danışıqların aparılmasına yol verilir. 

Terrorçularla danışıqların aparılmasına yalnız  əməliy-

yat qərargahınm rəhbəri tərəfindən vəkil edilmiş  şəxslər 

buraxılırlar. 

Terrorçularla danışıqlar zamanı şərt olaraq terror aksi-

yalarının dayandırılması məqsədilə terrorçulara hər hansı bir 

şəxsin onun iradəsi  əleyhinə olaraq verilməsi, siyasi 

tələblərin icra edilməsi, habelə tətbiqi insanların həyatına və 

sağlamlığına təhlükə yaradan silahların və ya başqa 

vasitələrin verilməsi qadağandır. 

Terrorçularla danışıqların aparılması törətdikləri əməl-

lərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

nəzərdə tutulmuş  məsuliyyətdən onların azad edilməsinə 

əsas ola bilməz. 

  

Maddə 11. Terror aksiyaları barəsində ictimaiyyətə 

məlumat verilməsi 

 

Terror  əleyhinə aparılan  əməliyyatlar zamanı terror 

aksiyaları barəsində ictimaiyyətə  məlumatlar  əməliyyat 

qərargahımn rəhbərinin və ya əməliyyat qərargahının 




 

31

ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsinin müəyyən 



etdiyi formada və həcmdə verilir. 

Aşağıdakı məlumatların yayılmasına yol verilmir: 

1)

 

terror  əleyhinə  əməliyyatların aparılması taktikası 



və texniki üsulları haqqında; 

2)

 



terror əleyhinə aparılan əməliyyatlar zonasında və 

ya bu zonanın hüdudlarından kənarda olan insanların 

həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə 

əməliyyatların aparılmasına  əngəllik törədən məlumatlar 

haqqında;  

3)

 



terrorçuluğa bəraət qazandıran və ya onların 

təbliğinə xidmət edən məlumatlar haqqında; 

4)

 

terror  əleyhinə aparılan  əməliyyatlarda iştirak 



edən, habelə bu əməliyyatların aparılmasına kömək edən 

şəxslər haqqında. 

 

Maddə 12. Terror əleyhinə aparılan əməliyyatın başa 

çatması 

 

Terror aksiyasının qarşısı alındıqda və terror əleyhinə 

aparılan  əməliyyat zonasında olan insanların həyatına və 

sağlamlığına qorxu yaradan təhlükə  ləğv edildikdə terror 

əleyhinə aparılan əməliyyat başa çatmış hesab edilir. 

Terror  əleyhinə aparılan  əməliyyatın başa çatması 

əməliyyat qərargahının rəhbəri tərəfindən elan edilir. 

  

 



 

 

 

 

 

 


 

32

III fəsil. Terror aksiyaları nəticəsində dəyən ziyanın 



ödənilməsi 

 

Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxslərin 

hüquqi və sosial müdafiəsi 

 

Maddə 13. Terror aksiyaları nəticəsində dəyən ziyanın 

ödənilməsi və zərər çəkmiş şəxslərin sosial reabilitasiyası 

 

Terror aksiyaları nəticəsində fıziki və hüquqi şəxslərin 

əmlakına dəyən ziyan dövlət büdcəsinin vəsaiti hesabına 

tam həcmdə ödənilir, daha sonra bu məbləğ  təqsirli 

şəxslərdən tutulur. 

Terror aksiyaları  nəticəsində  zərər çəkmiş  şəxslərin 

sosial reabilitasiyası, həmin  şəxslərə göstərilən hüquqi, 

psixoloji, tibbi, professional yardımları, onların işlə  və 

mənzillə təmin olunmasını nəzərdə tutur. 

Terror aksiyaları  nəticəsində  zərər çəkmiş, habelə bu 

Qanunun 14-cü maddəsində  nəzərdə tutulmuş  şəxslərin 

sosial reabilitasiyası dövlət büdcəsinin vəsaiti hesabına 

həyata keçirilir. 

Terror aksiyaları  nəticəsində  zərər çəkmiş  şəxslərin 

sosial reabilitasiyasının həyata keçirilməsi qaydasını Azər-

baycan Respublikasının müvafıq icra hakimiyyəti orqanı 

müəyyən edir. 

 

Maddə 14. Terrorçuluğa qarşı mübarizə aparan 



şəxslərin hüquqi və sosial nıüdafiəsi 

 

Terrorçuluğa qarşı mübarizə aparan şəxslər dövlətin 



müdafiəsi altındadırlar. Hüquqi və sosial nıüdafiə tədbirləri 

aşağıdakı şəxslər barəsində tətbiq edilir: 

1)

 

müvafiq icra hakimiyyətinin terrorçuluğa qarşı 



mübarizədə bilavasitə iştirak edən əməkdaşları; 


Yüklə 288,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə