Microsoft Word Terror-mamed doc



Yüklə 288,41 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix14.04.2018
ölçüsü288,41 Kb.
#38452
1   2   3   4   5   6   7   8   9   10   11

 

37

Əlavə 2. 



 

BEYNƏLXALQ TERRORİZMİN QARŞISININ 

ALINMASI TƏDBİRLƏRİ HAQQINDA 

DEKLARASİYA 

 

BMT Baş Assambleyasının 



1994-cü il dekabın 9-da qəbul edilmiş 

49/60 saylı qətnaməsi ilə 

təsdiq olunub 

 

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 



məqsəd və prinsiplərini rəhbər tutaraq, 

Birləşmiş Millətlər Təşkilatını məqsəd və prinsiplərinə 

əsasən Dövlətlər arasındakı dostluq əlaqələrinə  və 

əməkdaşlığa aid beynəlxalq hüququn prinsipləri haqqında 

Deklarasiyaya 1, Beynəlxalq təhlükəsizliyin möhkəm-

ləndirilməsi haqqında Deklarasiyaya 2, Təcavüzün müəyyən 

edilməsi 3, Beynəlxalq münasibətlərdə güc tətbiqetmə ilə 

hədələmə  və ya güc tətbiqetmədən imtina etmə prinsipinin 

effektivliyinin gücləndirilməsi haqqında Deklarasiyaya 4, 

İnsan hüquqları üzrə beynəlxalq konfrans tərəfindən qəbul 

edilmiş Vyana Deklarasiyasına və  Fəaliyyət Proqramına 5, 

İqtisadi, sosial və  mədəni hüquqlar haqqında Beynəlxalq 

Pakta və Mülki siyasi hüquqlar haqqında Pakta 6, istinad 

edərək, 


Beynəlxalq terrorizmin bütün forma və təzahürlərinin, 

həmçinin dövlətlərin və günahsız insanların həyatlarına 

təhlükə yaradan və ya onların ölümü ilə  nəticələnən, 

beynəlxalq münasibətləri və dövlətlərin təhlükəsizliyini 

təhlükə altına alan bütün formalarının dünyada geniş 

yayılmasından dərin narahatlıq hissi keçirərək,  




 

38

Dünyanın  əksər regionlarında  əsasən ekstremizm və 



zorakılıq motivlərinə  əsaslanan terror aktlarının sayının 

artmasından dərin narahatlıq keçirərək, 

Norkotik maddələr dövriyyəsini, qeyri-qanuni silah 

ticarətini, çirkli pulların yuyulmasını, nüvə-potensial 

məhvedici materialların qaçaq-malçılığını özündə 

birləşdirən və terrorizmlə  əlaqədar olan cinayətlərə qarşı 

dövlətlər arasında daba sıx əlaqələndirməni və əməkdaşlığın 

yaradılmasını mühüm sayaraq və bu məsələdə Birləşmiş 

Millətlər Təşkilatının və regional təşkilatların oynaya 

biləcəyi rolu nəzərə alaraq, 

Beynəlxalq terrorizmin bütün forma və  təzahürlərinin 

ləğv edilməsində qərarlı olaraq, həmçinin beynəlxalq terror 

aktlarının bu və ya digər dövlətin birbaşa və dolayı yolla 

iştirak etdiyi təzahürlərinin ləğv edilməsinin beynəlxalq sülh 

və 

təhlükəsizliyin qorunub saxlanılmasında 



əsas 

meyarlardan biri olduğunu dərk edərək, 

Daha sonra beynəlxalq terror aktlarının həyata 

keçirilməsində  məsuliyyətli bilinmiş  şəxslərin məhkəməyə 

cəlb olunmasının zəruriliyini bildirərək, 

Bütün beynəlxalq ictimaiyyətə  təhlükə yaradan 

terrorizmin bütün formalarının qarşısının alınması  və  ləğv 

edilməsi üzrə praktik və effektiv tədbirlər planının qəbul və 

təsdiq edilməsi naminə dövlətlər arasında beynəlxalq 

əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edərək, 

Əsasən ictimaiyyətin bu problem haqqında 

məlumatlandırılması yolu ilə beynəlxalq terrorizmin 

qarşısının alınması  və  ləğv edilməsində genişmiqyaslı 

əməkdaşlığın gücləndirilməsi prosesində Birləşmiş Millətlər 

Təşkilatının və aidiyyatlı ixtisaslaşdırılmış  təşkilatların və 

dövlətlərin  əhəmiyyətli mühüm rol oynamağa qadir 

olduqlarını dərk edərək, 

Beynəlxalq terrorizm probleminin müxtəlif 

aspektlərinə aid mövcud beynəlxalq müqavilələrə, həmçinin 



 

39

1963-cü il sentyabrın 14-də Tokiyoda imzalanmış Hava 



gəmilərində cinayətlər və digər qeyri-qanuni aktlar haqqında 

Konvensiyaya 7, 1970-ci il dekabrın 16-da Haaqada 

imzalanmış Hava gəmilərinin qeyri-qanuni girov 

götürülməsi ilə mübarizə haqqında Konvensiyaya 8, 1971-ci 

il sentyabrın 23-də Monrealda imzalanmış MüIki 

aviasiyanın təhlükəsizliyinə qarşı yönələn qeyri-qanuni 

aktlarla mübarizə haqqında Konvensiyaya 9, 1973-cü il 

dekabın 14-də Nyu-Yorkda imzalanmış Beynəlxalq 

toxunulmazlıq hüququ olan şəxslərə və diplomatik agentlərə 

qarşı yönələn cinayətlərin qarşısının almması  və 

cəzalandırılması haqqında Konvensiyaya 10, 1979-cu il 

dekabrın 17-də Nyu-Yorkda imzalanmış Girovgötürmə ilə 

mübarizə haqqında beynəlxalq Konvensiyaya 11, 1980-ci il 

martın 3-də Vyanada qəbul edilmiş Nüvə materiallarının 

fiziki müdafiəsi haqqında Konvensiyaya 12, Mülki 

aviasiyanın təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni 

aktlarla mübarizə haqqında Konvensiyaya əlavə olunmuş, 

1988-ci il fevralın 24-də Monrealda imzalanmış Beynəlxalq 

mülki aviasiyaya xidmət edən hava limanlarında qeyri-

qanuni zorakılıq aktları ilə mübarizə haqqında Protokola 13, 

1988-ci il martın 10-da Romada qəbul edilmiş  Dəniz 

Gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni 

aktlarla mübarizə haqqında Protokola 15, 1991-ci il martın 

1-də Monrealda qəbul edilmiş Plastik partlayıcı maddələrin 

aşkar edilməsi məqsədilə markalanması haqqında 

Konvensiyaya 16, istinad edərək, 

Terrorizmlə mübarizə, onun bütün forma və  təzahür-

lərinin ləğv edilməsi haqqında qarşılıqlı  bəyannamələri və 

regional müqavilələrin bağlanmasını  və  qəbul edilməsini 

alqışlayaraq,  

Terrorizmin qarşısının alımması  və  ləğv edilməsinin 

hərtərəfli hüquqi çərçivələrinin təmin edilməsi məqsədilə 

terrorizmin bütün forma və  təzahürləri ilə mübarizə sahəsi 



 

40

və mövcud beynəlxalq hüquqi əsasnamələrin ümumi-



ləşdirilməsini davam etdirmək arzusunda olduğumuzu 

nəzərə alaraq, 

Aşağıdakıları təntənəli sürətdə bəyan edirik: 

 

1.

 



Biz, Birləşmiş Milləllər Təşkilatına üzv olan 

dövlətlər harada və kim tərəfindən törədilməsindən asılı 

olmayaraq bütün cinayətkar aktları, həmçinin terrorizmin 

metodlarını və təcrübəsini, o cümlədən dövlətlər və xalqlar 

arasındakı dostluq münasibətlərini, dövlətlərin  ərazi 

bütövlüyünü və təhlükəsizliyini təhlükə altına alan hər hansı 

bir aktları qeyd-şərtsiz pislədiyimizi təsdiq edirik. 

2.

 



Terror  aktları,  metodları və  təcrübəsi  Birləşmiş  

Millətlər Təşkilatının məqsəd və  məramlarının kobud 

sürətdə pozulması ilə yanaşı beynəlxalq sülhə  və 

təhlükəsizliyə, dövlətlər arasındakı dostluq əlaqələrinə 

təhlükə yaradan, beynəlxalq əməkdaşlığa maneələr törədən, 

insan hüquqlarını, əsas azadlıqları və cəmiyyətin demokratik 

əsaslarını sarsıdan başlıca amildir. 

3.

 



Siyasi məqsədlərlə geniş ictimaiyyətdə, bir qrup 

şəxslər və ya ayrı-ayrı konkret şəxslər arasında terror 

şəraitinin yaradılmasına yönəldilmiş cinayət aktlarına heç 

bir şəraitdə siyasi, fəlsəfi, ideolojı, irqi, etnik, dini və digər 

xarakterli düşüncələrdən asılı olmayaraq bəraət qazandırıla 

bilməz. 


 

II 

4.

 



Dövlətlər Birləşmiş Millətlər Təşkilatının məqsəd 

və  məramlarını, həmçinin beynəlxalq hüququn müvafiq 

normalarını  rəhbər tutaraq digər dövlətlərin  ərazilərində 

terror aktlarının təşkil edilməsindən, onlara təhrikçilikdən, 

köməklikdən və ya təşkil edilməsində  iştirakdan 

çəkinməlidirlər, eyni zamanda öz ərazisində bu cür aktların 




 

41

törədilməsinə yönəldilmiş fəaliyyətə imkan yaratmaqdan və 



tətbiq etməkdən imtina etməlidirlər. 

5.

 



Dövlətlər həmçinin Birləşmiş Millətlər 

Təşkilatının Nizamnaməsi ilə müəyyən edilmiş öz 

vəzifələrini yerinə yetirməlidirlər və beynəlxalq hüququn 

digər müddəalarına uyğun   olaraq onlara terrorizmlə 

mübarizədə beynəlxalq hüququn müvafiq müddəalarından 

və insane hüquqları  üzrə beynəlxalq  standartlardan, 

beynəxalq terrorizmin tezliklə  və  həmişəlik  ləğv edüməsi  

naminə effektiv və  qətiyyətli tədbirlərdən istifadə etmələri 

təklif olunur, xüsusilə  

a)

 



terror fəaliyyətinin təşkil və  təhrik edilməsindən, 

onun həyata keçirilməsinə, maliyyələşdirilməsinə köməklik 

göstərilməsindən, onun həvəsləndirilməsindən çəkinməli, 

həmçinin onların müvafiq ərazilərinin terror bazaları kimi 

və digər dövlətlərə  və bu dövlətlərin vətəndaşlarına qarşı 

yönəldilmiş terror aktlarının hazırlanması və təşkil edilməsi 

üzrə  təlim düşərgələrinin yaradılması  məqsədilə istifadə 

edilməsinin qarşısını almaq üçün müvafiq praktik tədbirlər 

görməli; 

b)

 



terror aktı törətmiş  şəxslərin özlərinin milli 

qanunvericiliyinin müvafiq müddəalarına uyğun olaraq həbs 

edilməsini və məhkəməyə cəlb edilməsini təmin etmək; 

c)

 



ikitərəfli, regional və çoxtərəfli  əsaslarla xüsusi 

müqavilələrin bağlanmasına nail olmaq və  bu məqsədlə 

əməkdaşlıq haqqında müqavilələri işləyib hazırlamaq; 

d)

 



terrorizmin qarşısının alınması  və terrorizmlə 

mübarizə sahəsində informasiya mübadiləsi üzrə əməkdaşlıq 

etmək; 

e)

 



bu məsələ ilə  əlaqədar iştirakçısı olduqları 

beynəlxalq konvensiyaların həyata keçirilməsi naminə, o 

cümlədən daxili qanunvericiliyin bu konvensiyalarla 

uyğunlaşdırılması üçün lazımi tədbirləri operativ görmək; 




 

42

f)



 

hər hansı bir şəxsə  sığınacaq verməzdən  əvvəl 

həmin  şəxsin terror fəaliyyəti ilə  məşğul olub-olmamasını 

və  sığınacaq verdikdən sonra bu şəxsin statusundan 

yuxarıdakı a bəndində göstərilmiş müddəalara zidd şəkildə 

islifadə edilməməsini təmin etmək məqsədilə müvafıq 

tədbirlər görmək. 

6.

 



Terror aktlarının sayının və beynəlxalq 

xarakterinin, həmçinin nəticələrinin artması ilə effektiv 

mübarizə aparmaq üçün dövlətlər bu sahədə əməkdaşlığı, ilk 

öncə terrorizmin aşkar edilməsi və terrorizmlə mübarizəyə 

aid informasiya mübadiləsinin sistemləşdirilməsi, həmçinin 

müvafiq beynəlxalq konvensiyaların effektiv həyata 

keçirilməsi, qarşılıqlı hüquqi yardım və  təhvil vermə 

haqqında ikitərətli, regional və çoxtərəfli müqavilələrin 

imzalanması yolu ilə gücləndirməlidirlər. 

7.

 



Bu zəmində dövlətlərə terrorizmin bütün forma və 

təzahürlərinin aşkar edilməsi, qarşısının alınması  və  ləğv 

edilməsi haqqında mövcud beynəlxalq hüquqi müddəaların 

tətbiq edilmə dairələrini, bu problemin bütün aspektlərini 

özündə birləşdirən hüquqi çərçivələrın mövcudluğunu təmin 

etmək məqsədilə təcili nizamlanması təklif olunur. 

8.

 

Bundan  əlavə hazırkı Deklarasiyanın preambula 



hissəsində göstərilmiş beynəlxalq terrorizmin müxtəlif 

aspektləri üzrə beynəlxalq konvensiyaların və protokolların 

iştirakçısı olmayan dövlətlərə  qısa müddətdə bu 

konvensiyalara və protokollara qoşulmaq təklif olunur. 



 

III 

9.

 



Birləşmiş  Millətlər Təşkilatı,  ixtisaslaşdırılmış 

qurumlar və dövlətlərarası  təşkilatlar, həmçinin digər 

müvafiq orqanlar terrorizmlə mübarizə üzrə  tədbirlərin 

həyata keçırilməsi naminə bütün səylərini səfərbər etməli-

dirlər, həmçinin bu sahədə öz rollarını gücləndirməlidirlər. 



 

43

10.



 

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi 

beynəlxalq  əməkdaşlığın gücləndirilməsi üzrə  aşağıda 

göstərilən praktik tədbirlərin mövcud imkanlar çərçivəsində 

qəbul edilməsi ilə hazırkı Deklarasiyanın həyata keçiril-

məsinə səy göstərməlidir: 

a)

 

Beynəlxalq terrorizmə, o cümlədən beynəlxalq 



terrorizmin səbəbi olan insidentlərə, həmçinin bu 

müqavilələrin depozitariləri tərəfindən və iştirakçı dövlətlər 

tərəfindən alınmış informasiyaya əsasan cinayəti təqib etmə 

və  cəzalandırma haqqında çoxtərəfli, regional və ikitərəfli 

müqavilələrin statusu və  həyata keçirilməsi haqqında 

məlumatların yığılması; 

b)

 

İştirakçı dövlətlər tərəfindən alınmış informasiya 



əsasında terrorizmin bütün forma və təzahürlərinin aşkar və 

ləğv edilməsi haqqında milli qanunların və  qərarların 

məcmuələrinin hazırlanması; 

c)

 



Beynəlxalq terrorizmə aid mövcud beynəlxalq 

hüquqi sənədlərin, bu problemin bu kimi sənədlərlə  əhatə 

olunmayan, lakin beynəlxalq terrorizmə aid konvensiyaların 

hüquqi çərçivələrinin inkişaf etdirilməsi məqsədilə 

öyrənilməsi mümkün olan aspektlərini dövlətlər tərəfindən 

müəyyən edilməsinə köməklik göstərmək üçün analitik 

xülasələrin hazırlanması; 

d)

 



Beynəlxalq terrorizmlə bağlı olan cinayətlərlə 

mübarizə üzrə seminarların və  təlim kurslarının təşkil 

edilməsi sahəsində dövlətlərə Birləşmiş Millətlər Təşkilatı 

çərçivəsində köməklik göstərmək imkanlarının nəzərdən 

keçirilməsi. 

 

IV 

11.


 

Bütün dövlətlərə hazırkı Deklarasiyanın bütün 

aspektlərinin effektiv və düzgün həyata keçirilməsi təklif 

olunur. 



 

44

12.



 

Beynəlxalq  əməkdaşlığın möhkəmləndirilməsi, 

beynəlxalq hüququn proqressiv inkişaf etdirilməsi və 

kodlaşdırılması, həmçinin Birləşmiş Millətlər Təşkilatı ilə 

müvafiq ixtisaslaşdırılmış qurumlar, təşkilatlar və orqanlar 

arasında  əlaqələndirmə prosesinin gücləndirilməsi və 

effektivliyinin artırılması yolu ilə bütün səylərin terrorizmin 

ləğv edilməsinə yönəldilməsinin vacibliyi qeyd olunur. 

 

 



 

45

ƏDƏBİYYАT 



 

 

Аbdullаyеv Ə. Аzərbаycаnа qаrşı еrməni təcаvüzü və 

хаrici hаvаdаrlıq: Mоnоqrаfiyа  /Еlmi rеd. F.е.d., prоf. 

M.F.Cəlilоv.- B.: İqtisаd Univеrsitеti, 2004.- 214 s. 

Аbdullаyеv  Ə.  Еrmənistаnın  Аzərbаycаnа  qаrşı  hərbi 

təcаvüzü və  Hеydər  Əliyеvin sülh strаtеgiyаsı.- B.: Еlm, 

1999.- 156 s. 

Аbdullаyеv  А., Rəfiyеv  А. Bеynəlхаlq tеrrоrizmin 

хrоnоlоgiyаsı  və kriminоlоji  аspеktləri.- B.: İsmаyıl NPM, 

2006.- 294 s. 

Аcı həqiqətlər: (Qаrаbаğ hаdisələrinə dаir məqаlələr).- 

B., 1991.- 193 s. 

Аşırlı Türün А. Хоcаlı sоyqırımı.- B.: Nurlаn, 2005.- 

152 s. 


Аbdullаyеv 

А. Tеrrоrizm və 

Bеynəlхаlq 

cinаyətkаrlıq.- B., 2003.- 307 s. 

Dаğlıq Qаrаbаğ: Hаdisələrinin  хrоnikаsı (1988-1994-

cü illər).- B.: Vətən, 2005.- 106 s. 

Həsənоv  А. Bеynəlхаlq tеrrоrizm: I hissə.- B.: 

“Əbilоv, Zеynаlоv və оğullаrı” nəşriyyаtı, 2003.- 568 s. 

Mustаfаyеv Ç. Tеrrоrçuluq (аnlаyışı, yаrаnmа 

səbəbləri,  хəbərdаrlığı  və prоqnоzlаşdırılmаsı).- B.: Çinаr-

çаp nəşriyyаtı, 2005.- 190 s. 

Əliyеv G., Budаqоv B. Türklər,  аzərbаycаnlılаr, 

еrmənilər: Tаriхi həqiqətin sоyqırımı.- B.: Аzərbаycаn, 

2003.- 72 s. 

Vəlizаdə  İ.  Еtnо-Tеrritоriаl böhrаn.- B.: N.y., 2002.- 

243 s. 


Məmmədоv H. Хоcаlı:  Şəhidlər,  Şаhidlər.- B.: Yеni 

nəşrlər еvi, 2003.-    197 s. 

Sоyqırım аnаlаrdаn bаşlаnır.- B.: Vətən, 2003.- 222 s. 

Tənhа T. Еrməni vəhşilikləri: Pоеmа /Rеd. 

Ş.Səlimbəyli.- B.: Аvrоpа, 2005.- 182 s. 



 

46

 

“Аzərbаycаnlılаrın sоyqırımı  hаqqındа”  Аzərbаycаn 

Rеspublikаsı Prеzidеntinin Fərmаnı, 26 mаrt 1998-ci il 

//Хаlq qəzеti.- 1998.- 27 mаrt.-   S. 1. 

Əliyеv İ. Biz öz tаlеyimizin və öz tоrpаğımızın sаhibi 

оlmаlıyıq //Хаlq qəzеti.- 2005.- 15 fеvrаl.- S. 1. 

 “Tеrrоrçuluğа  qаrşı mübаrizə  hаqqındа” 18 iyun 

1999-cu il Аzərbаycаn Rеspublikаsının Qаnunu 

//Аzərbаycаn.- 1999.- 19 iyun.- S. 2. 

Аbbаsbəyli А. Еrməni tеrrоr-sеpаrаtizminin kökləri və 

nəticələri //Аzərbаycаn.- 2002.- 31 mаrt.- S. 3. 

Еrməni tеrrоru – tаriхin qаnlı səhifələri //Аzərbаycаn.- 

2006.- 8 fеvlаr.- S. 6. 

Əzizоv R. Tеrrоrizmin subyеkti // Dirçəliş.- 2004.- 

№78-79.- S. 308-317. 

Quliyеv V. Şuşаdа  еrməni-müsəlmаn dаvаsı //Şuşа.- 

2006.- №7.- S. 4-5. 

Mustаfаyеv Ç. Tеrrоrizmin qiymətləndirilməsi və 

səbəbləri //Dirçəliş.- №73.- S. 231-239. 

Mustаfаyеv Ç. Tеrrоrizmin аnlаyışı //Dirçəliş.- 2004.- 

№75-76.- S. 209-217. 

 



 

47

Rus dilində 

 

Севдималиев  Р.  Международный  терроризм – 



глобальная  проблема  современности.-  Б.:  Элм, 2004.- 

294 с. 


Трагедия длиною в 2 года: Фотохроника событий.- 

Б.: Азернешр, 1990.- 32 с. 

Устинов  В.  Международный  опыт  борьбы  с 

терроризмом.- М., 2002.- 317 с. 

Хлобустов  О.М.,  Федоров  С.Г.  Терроризм: 

реальность 

сегодняшнего 

состояния 

/Под 

ред. 


Е.И.Степанова.- М., 2000.- 340 с. 

Ходжалы – день  последний:  Фотоальбом  /Ред. 

Сост. Б.З.Таибов.- Б.: Азербайджан, 1992.- 16 с. 

Ходжалы.  Хроника  геноцида  /Сост.  Э.Ахундова.- 

Б.: Азернешр, 1990.- 268 с. 

Эйюбов А. Карабах: Краткая хронология большой 

лжи и фариессийста.- Б., 1998.- 175 с. 

 

Емельянов  В.  Проблемы  ответственности  за 

международный  терроризм //Государство  и  право.- 

2000.- №3.- С. 84-91. 

Крайнев  А.  Терроризм – глобальная  проблема 

современности //Зарубежное  военное  образование.- 

1994.- №6.- С. 32-38. 

Крылов  Н.Б.,  Решетов  Ю.А.  Государственный 

терроризм – угроза  международной  безопасности 

//Государство и право.- 2004.- №2.- С. 78-91. 

Микеладзе  Л.  История  и  причина  Армянского 

терроризма //Эхо.- 1998.- 23 января. 

Памяти  жертв  Ходжалы //Бак.  рабочий.- 2006.- 21 

февраля.- С. 2. 




 

48

Петрищев 



В.Е. 

Правовые 

и 

социально-



политические  проблемы  борьбы  с  терроризмом 

//Государство и право.- 1998.- №3.- С. 88-89. 

Хроника  агрессии  Армении  против  Азербайджана 

(1988-1994) //ИРС Наследие.- 2005.- №2-3.- С. 70-71. 



 

Veb resurslar 

 

www.e-terror.ru 



www.terrorizm-isla.narod.ru 

www.karabakh-doc.azerall.info 

www.azeri.ws 

www.human.gov.az 

www.mns.gov.az 

www.azerbaijan.az 

www.karabakh.com 

www.turan-eli.com 

www.azlink.info 



 

49

MÜNDƏRİCAT 

 

 

BЕYNƏLХАLQ TЕRRОRİZM VƏ  ОNUN  АZƏRBАY-



CАNА MƏNFİ TƏSİRİ........................................................3 

 

BЕYNƏLХАLQ TЕRRОR TƏŞKİLАTLАRI………….....5 



 

ЕRMƏNİ TЕRRОR TƏKŞİLАTLАRI……………............7 

 

DÖVLƏT VƏ İCTİMАİ ХАDİMLƏRİN TЕRRОRİZMİ  



PİSLƏYƏN FİKİRLƏRİ......................................................9 

 

АZƏRBАYCАN ƏRАZİSİNDƏ TÖRƏDİLƏN  



TЕRRОR-TƏХRİBАT АKTLАRI.....................................11 

 

“BЕYNƏLХАLQ TЕRRОRİZM VƏ  ОNUN  АZƏRBАY-



CАNА  MƏNFİ  TƏSİRİ” MÖVZUSU İLƏ  BАĞLI 

KITАBХАNАLАRDА 

KЕÇİRİLMƏSİ 

NƏZƏRDƏ 


TUTULАN TƏDBİRLƏR..................................................16 

 

ƏLAVƏ 1. 

TERRORÇULUĞA QARŞI MÜBARİZƏ HAQQINDA  

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU..........23 

 

ƏLAVƏ 2. 



BEYNƏLXALQ TERRORİZMİN QARŞISININ 

ALINMASI TƏDBİRLƏRİ HAQQINDA 

DEKLARASİYA................................................................37 

 

ƏDƏBİYYАT.....................................................................45 



 


 

50

Beynəlxalq terrorizm və onun Azərbaycana mənfi təsiri 



 

Metodik vəsait 

 

 

 

 

 

Korrektor: 



   Ş.Əhmədova  

 

Kompyuter yığımı və dizayn: 

N.Şahbazova 

 

 



 

 

 

 

Ünvan: AZ-1000 Bakı ş., Xaqani küç. 29; 

E-mail: contact@anl.az 

 

 

 

 

 

 

 

 

M.F.Axundov ad. Milli Kitabxananın  

mətbəəsində ofset üsulu ilə  

çap olunmuşdur. 

Çapa imzalanmışdır: 15.09.09 

Sifariş: 35 

Tirajı:  

Pulsuz  

 

 



Yüklə 288,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə