160
lərdən zəifləyə bilər. Xüsusən də, mexaniki zədələrlə olan
toxumlar kif göbələkləri ilə yoluxaraq məhv olurlar və yaxud
qeyri normal inkişaf etmiş cücərtilər verirlər. Lakin, cücərmə
qabiliyyətinin standart təyini zamanı bu hadisələr müşahidə
olunmur və bu göstəricilər adətən yükək olur.
Qarğıdalı toxumunun soyuq yetişdirilməsinin bir neçə üsulu
var. Toxumları yetişdirmə qabında olan torpaqda yetişdirərkən
50 toxum (4 qat təkrar) hamar torpağın üzərinə qoyulur və bu
torpaqla da 1 sm qalınlığında örtülür. İstifadə olunan torpaq
tam rütubət tutumunun 60%-dək nəmləndirilmiş olmalıdır.
Torpağın istifadəsini azalatmaq üçün rulon üsulundan
istifadə edilir. Ölçüsü 20x25 sm olan iki nəmləndirilmiş süzgəc
kağıza, qalınlığı 50 qram olan quru torpaq tökülür, kağızın qı-
raqları təmiz qalır. Torpaq tam rütubət tutumunun 60%-nə qə-
dər pipetka ilə nəmləndirilir, üzərinə şahmat şəklində toxumlar
qoyulur və nəm süzgəc kağız ilə toxumların üzəri örtülür.
Kağızların qıraqları qatlanır ki, toxumlar və torpaq tökülməsin.
Bundan sonra kağız torpaq və toxumlarla birgə rulona bükülüb
qaba qoyulur.
Toxumların nəmliyinin təyini Toxumların nəmliyi quru-
dulma yolu ilə və yaxud elektrik nəmlik ölçənlərdən istifadə
edilməklə təyin edilir. Dəqiqlik həmişə kifayət qədər olmadığı
üçün hava hərarət (hava isitmə) üsulu standart hesab edilir
(DÜST 12041-82). Lakin, təsərrüfatdaxili nəzarət üçün elektrik
nəmlik ölçənlərdə nəmliyin tez təyin edilməsinin mühüm
əhəmiyyəti var. Müxtəlif nəmlik ölçənlərin xüsusiyyətləri və
onlarda nəmliyin təyin edilmə texnikası xüsusi göstərişlərdə
təsvir edilir.
Hava hərarət üsulu. Təhlil üçün dənli, dənli paxlalı, və
başqa iri toxumlu bitkilərin toxumlarından 45-50 qram, xırda
toxumlu bitkilərin toxumlarından isə 23-25 qram nümunə
götürülür. Nümunə 2 yerə bölünür. Bir hissəsi təhlil üçün isti-
fadə edilir, digər hissəsi isə bükslərə qoyulur, qapaqları örtülə-
rək əgər təkrar təhlil lazım gələrsə saxlanılır. Qarışdırdıqdan
161
sonra nümunənin birinci hissəsindən 5 qram ölçüsündə çəkil-
miş iki nümunə götürülür. Dənli və dənli paxlalı bitkilərin to-
xumlarının tez qurudulması üçün 5 qramlıq nümunələr götürül-
məməzdən əvvəl onlar xüsusi dəyirmanlarda üyüdülür. Toxum-
ların isidilməməsi və nəmliyin buxarlanmaması üçün üyütmə
qısa vaxtda aparılır: darı və qarabaşaq 20 saniyədən, buğda,
çovdar, çəltik 40 saniyədən, qarğıdalı, arpa, dənli paxlalılar isə
60 saniyədən artıq olmamaq şərtilə. Xırda toxumlu bitkilərə
üyüdülmə lazım deyil. Yağlı və efir yağlı bitkilərin toxum-
larının üyüdülməsi çətin olduğundan və qurudulma zamanı
yağlar oksidləşərkən təhlillərin nəticəsinin yalnış olması
mümkün olduğundan onlar üyüdülmürlər.
DÜST-ə görə müxtəlif bitkilərin toxumlarının qurudulma
müddətləri və temperaturları aşağıdakı cədvəldə verilmişdir.
(Cədvəl 20)
Qurudulduqdan sonra toxumla birgə bükslər şkafdan çıxarı-
lır, qapaqları örtülür və 15-20 dəqiqəlik soyumaq üçün eksi-
katora (havadan tez rütubətlənən maddələri qurutmaq və saxla-
maq üçün qalın divarlı şüşə cihaz) qoyulur. Sonra isə çəkilir.
Toxumların nəmliyi%-lə toxumlarla itirilmiş nəmliyin 100-ə
hasilinə və nümunənin kütləsinə nisbətinə bərabərdir. Toxum-
ların nəmliyi 5 qrama bərabər olan nümunənin yaş kütləsinə
görə hesablanır.
Əgər iki paralel gedən təyin edilmələr arasında ziddiyət
qurudulmadan əvvəl üyüdülmüş toxumlar üçün 0,2% -i, bütün
və ya kəsilmiş toxumların qurudulması isə 0,4%-i keçmirsə
təhlil o zaman bitmiş hesab olunur.
Əgər dənli paxlalı bitkilərin və günəbaxanın toxumları yük-
sək nəmliyə malikdirsə - 18%-dən artıqdırsa (soyada 16 –dən
artıqdırsa), onların nəmliyini təyin etmək üçün əvvəlcə toxum-
lar aşağı temperaturda qurudulur ki, bununla da nəmliyin itmə-
si məhdudlaşır. Əvvəlcədən qurudulmanın lazımlılığı toxum-
ların nəmliyini elektrik nəmlik ölçənlərlə təyini zamanı sübut
olunur.
162
Toxumların nəmliyinin təyin edilməsi üçün qurudulma şəraitləri
Cədvəl 20
Bitkilər
Temperatur
0
C –lə
Zaman
dəq-lə
Buğda, çovdar, tritikale, arpa
yulaf, qarabaşaq, noxud, çöl noxudu
150 20
Qarğıdalı, darı, sorqo, çəltik, dənli – paxlalı
bitkilər (noxuddan və şöl noxudundan
başqa), lüpin, günəbaxan, yer fındığı,
gənəgərçək, soya, xaşa
130 40
Yem və bal verən otlar, bostan bitkiləri,
kökümeyvəlilər, kətan, çətənə, xardal
130 20
Yağlı və efiryağlı bitkilər
105
300
Əvvəlcədən qurudulma üçün 20 qramlıq nümunə götürülür,
torşəkilli bükslərə qoyulur və 105
0
C temperaturda 30 dəq
ərzində qurudulur. I qrup dənlilərin toxumları – 120
0
C-də 15
dəq ərzində qurudulur. Sonra nümunələr soyudulur və çəkilir.
Bundan sonra əsas qurudulma adi üsulla aparılır.
Əvvəlcədən qurudulmuş toxumların nəmliyi (W
2
-%-lə)
aşağıdakı düsturla hesablanır.
−
=
4
3
2
1
2
1
100
m
m
m
m
W
,
m
1
- qurudulduqdan sonra 20 qramlıq nümunənin kütləsi, qr-la;
m
2
– qurudulduqdan sonra 5 qramlıq nümunənin kütləsi, qr-la;
m
3
– 20 qramlıq nümunənin kütləsi, qr-la;
m
4
– 5 qramlıq nümunənin kütləsi, qr-la.
Toxumlarda ziyanvericilərlə yoluxmasının təyini.
Toxumluq və sortluq keyfiyyətlərinə görə standartlar tərkibində
canlı ziyanvericilər olan toxumları səpin üçün istifadəsini
qadağan edir. Ona görə də, 12045-81 DÜST -ə görə nümunədə
Dostları ilə paylaş: |