Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   43   44   45   46   47   48   49   50   ...   89

157 
üsulu qumda olduğu kimidir. Lakin, toxumlar səpildikdən 
sonra onları quru torpaqla yox, tam rütubət tutumunun 60%-ə 
qədər nəmləndirilmiş torpaqla örtmək lazımdır. Bundan əlavə, 
burada torpağın tam rütubət tutumunun və onun nəmləndiril-
məsinin təyin edilməsi başqa cür hesablanır. Çünki, burada 
quru torpaqda olan nəmlik nəzərə alınmalıdır.  
Torpağın nəmləndirilməsi üçün lazım olan suyun miqdarı 
aşağıdakı kimi hesablanır. Məsələn, tutaq ki, nəmliyi 5 dərəcə 
olan  8 kq torpağı  nəmləndirmək lazımdır.  Əgər bu torpağın  
tam rütubət tutumu 35,7%-dirsə onda 8 kq  quru torpaqda 
torpağın quru maddələrinin miqdarı:  
 
kq
62
,
7
5
100
100
8
=
+
×
   olur.  
 
Bu torpağı tam rütubət tutumunun 60%-inə  qədər nəmlən-
dirmək üçün onun nəmliyini 
 
%
4
,
21
100
60
7
,
35
=
×
 
 
21,4%-ə çatdırmaq lazımdır.  
Torpaqda 5% nəmlik artıq var; deməli ancaq 16,4% su  
(21,4 - 5) əlavə etmək lazımdır. Bu da bərabərdir:  
 
l
25
,
1
100
4
,
16
62
,
7
=
×
 
 
Bizim məlumatlara görə, torpağın tam rütubətinin 50-70%-i 
arasında nəmləndirilməsi toxumların cücərtilərinin boyatma 
gücünün nəticələrinə  təsir göstərmir. Ona görə  də, torpağın 
nəmliyinin tələb olunana uyğun olduğunu sadə bir üsulla 
yoxlamaq olar. Bundan ötrü bir ovuc torpaq götürülür, əlin ara-


158 
sında sıxılır, sonra isə kom baş barmaqla şəhadət barmağı 
arasına qoyulur. Əgər, barmaqlarla basıldıqda kom asanlıqla 
dağılırsa deməli belə torpaq toxumların yetişdirilməsi üçün 
yararlıdır.  
Torpağın komlara yığılmaması  və yaxılmaması üçün onu 
səpinqabağı yox, 2 gün əvvəl nəmləndirib, dərhal qarışdırmaq 
lazım deyil.  Toxumları qumda və ya torpaqda yetişdirərək
boyatam gücünü təyin etmə üsulları zəhmət çox tələb etməsi ilə 
fərqlənir. Bundan əlavə yetişdirmə üçün xüsusi kameraların, 
işıqlandırma və temperaturun standartlarının olmaması  səbəbi 
ilə toxumların boyatma gücünün göstəricilərini standartlaşdır-
maq mümkün deyil. Ona görə  də onun təyini üçün başqa 
üsullar axtarılır.  
Ən çox əhəmiyyət kəsb edən üsul cücərtilərin morfofizio-
loji qiymətləndirmə üsuludur. Təhlil üçün hər biri 100 to-
xumdan ibarət olan 4 nümunə götürülür. Hər nümunə rulon 
şəklində burulmuş nəm süzgəc kağızın zolaqları arasında yetiş-
dirilir. Toxumlar iki üsulla düzülür. Birinci üsul üçün ölçüsü 
20x100 sm (buğda, çovdar və s.) və yaxud 10x100 sm (darı, 
sorqo və s.) olan 3 kağız götürülür. Nəmləndirilmiş kağızın iki 
zolağında əvvəlcədən çəkilmiş xətt üzrə, baş tərəfdən araları 2-
3 sm-likdə uzunsov formalı (buğda və s.) rüşeymi aşağıda 
olması  şərtilə (cücərtilərin qiymətləndirilməsinin asan olması 
üçün  toxumlar düzülür. Toxumların üzərinə  nəmləndirilmiş 
kağız zolağı qoyulur, hava mübadiləsini yaxşılaşdırmaq üçün 
onun da üstünə korreksiya lenti çəkilir. Toxumla birgə kağız 
zolaqları boş rulon şəklində bükülür, qaba yerləşdirilir və 
termostata qoyulur.  
Ikinci üsul üçün ölçüsü 40x50 sm olan kağız götürülür və 
eninə iki qatlanır. Nəmləndirdikdən sonra bir hissəsi açılır. 
Qalan hissəyə şahmat şəklində toxumlar düzülür. Sonra toxum-
lar açılmış hissə ilə örtülür və rulon şəklində bükülür. Bu üsul 
əsasən günəbaxan və başqa iritoxumlu bitkilər üçün istifadə 
olunur. Çünki, onların hava mübadiləsini yaxşılaşdırmaq üçün 


159 
korreks lenti lazım deyil.  
Bütün bitkilərin toxumları 5 gün ərzində, qaranlıqda, 20 
0
C- 
də yetişdirilir. Yetişdirmə müddəti bitdikdə, rulonlar açılır, 
kağızların üst zolaqları  kənarlaşdırılır və cücərtilərin qiymət-
ləndirilməsinə başlanılır. Bunun üçün ilk öncə cücərməmiş to-
xumlar (şişmiş, çürümüş) və qeyri normal inkişaf etmiş 
cücərtilər kənarlaşdırılır. Sonra normal inkişaf etmişlərdən güc-
lü qiymətləndirmə meyarlarından (Cədvəl 19) istifadə edərək, 
güclü cücərtilər seçilir.  
 
Güclü cücərtilərin qiymətləndirmə meyarları 
                                                                       Cədvəl 19 
Bitkilər 
Cücərtilərin 
uzunluğu, sm-lə
az olmamaqla 
Kökcüklərin 
sayı, az 
olmamaqla 
Əsas kökcüyün 
uzunluğu, sm-lə, 
az olmamaqla 
Buğda, çovdar, 
tritikale 
2,5 3 
hesablanmır 
Arpa, yulaf 
1,5 

hesablanmır 
Qarğıdalı 3,0 
hesablanmır 3 
Sorqo 1,5 
hesablanmır 3 
Qarabaşaq 1,0 hesablanmır 2 
 
9.9. Qarğıdalı toxumlarının cücərmə qabiliyyətinin “soyuq” 
yetişdirmə üsulu ilə təyin edilməsi 
 
Optimal (standart) şəraitlərdə toxumun cücərmə qabiliyyətini 
təyin etməkdən başqa tarla şəraitinə yaxın olan mühitdə də təyin 
etmək tez-tez lazım gəlir. Qarğıdalı üçün soyuq yetişdirmə 
adlanan bir üsul işlənib ki, bu da toxumun keyfiyyəti haqqında 
əlavə məlumat verməyə və səpin üçün daha aşağı temperaturda 
yetişdirməyə davamlı toxumları seçməyə imkan verir.  
Bu üsulun mahiyyəti ondan ibarətdir ki, toxumlar ilk 7 gün 
ərzində torpaqda aşağı temperaturda (10-
0
C-dək), sonra isə 5 
gün ərzində 20 -30 
0
C –də becərilir.  
Belə  şəraitdə toxumlar düzgün qurudulmamaq və  xəstəlik-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə