181
verməsinə baxmayaraq morfoloji
cəhətdən toxumlarda heç bir
zədə görünmür. Döyüm zamanı toxumların nəmliyi onların
mexaniki təsirlərə davamlılıq dərəcəsini təmin edir. Məlumdur
ki, döyüm zamanı toxumların nəmliyi 10% və odan aşağı
olduqda parçalanma daha da artır. Lakin döyüm vaxtı
nəmliyi
çox olan toxumlar da zədələnir. Ancaq zədələnmənin tipləri
müxtəlif olur. Belə ki, quru dən möhkəm zərbədən parçala-
nırsa, nəmli toxumlar deformasiyaya uğrayır və mikrozədəli
toxumların sayı çoxalır.
Qara torpaq olmayan zonaların mərkəzi rayonlarının Elmi
tədqiqat kənd təsərrüfatı institutunda aparılan
tədqiqatlar
göstərmişdir ki, payızlıq çovdarın nəmliyi 19,5%-dən yuxarı
olan toxumların döyüm zamanı cücərmə qabiliyyəti
kəskin
azalır və nəmlik artdıqca da cücərmə qabiliyyəti aşağı enir.
Nəmliyi 25,1-31,2% olan çovdarın yığım zamanı götürülən
orta nümunələrində, hətta heç bir xarici zədəsi olmayan
toxumlarında belə cücərmə qabiliyyəti aşağı düşür, lakin
rüşeymi zədələnmiş toxumlarda isə cücərmə qabiliyyəti 79%-
dən sıfıra enmişdir.
Döyüm zamanı çovdar toxumlarının nəmliyindən asılı olaraq cücərmə
qabiliyyəti
Cədvəl 21
Döyüm za-
manı toxum-
ların nəmliyi
(%-lə)
Toxumların cücərmə qabiliyyəti (%-lə)
Orta nümunə
Görünməyən
zədələrlə
Zədələnmiş
rüşeymlə
Rüşeymin
qılafının
zədəsi ilə
19,5 96 99
79
90
25,1 91 94
38
81
31,2 80 90
0
69
Xarici görünüşünə görə eyni cür zədələnmiş toxumlarda cü-
cərmə qabiliyyətinin müxtəlif fərqliliyi onunla izah olunur ki,
nəmliyi çox olan toxumların döyüm zamanı daxili toxuma-
larında həmçinin rüşeymində müxtəlif deformasiyalar
baş verir
182
ki, bu da toxumların cücərmə qabiliyyətini kəskin aşağı salır.
Həmin institutda P.N.Şibayev təyin etmişdir ki, buğda toxum-
larında ən az zədələr nəmliyi 15-23% olduqda baş verir. Son-
ralar belə nəticələr başqa tədqiqatlarda da təyin edilmişdir. De-
məli, toxumların döyülməsi üçün optimal nəmlik intervalı var-
dır ki, bu zaman onların zədələnməsi minimal olur. (Şəkil 14)
Yuxarıda deyilənlərdən aydın olur ki, toxumluq əkinlərin
optimal müddətdə yığılması toxumların ən yaxşı nəmlik də-
rəcəsi zamanı döyüm aparılmasına
imkan verir ki, bu da on-
ların az zədələnməsinə səbəb olur. Az zədələnməyə həmçinin
toxumun becərilməsində olan düzgün aqrotexniki şəraitlərdə də
səbəb olur. Belə ki, bu zaman toxumların müxtəlifliyi azalır.
Toxumların zədələnmə dərəcəsini təyin
edən əsas amillər-
dən biri döyülən bitki və toxumların fiziki, texniki xüsusiy-
yətlərini nəzərə alaraq kombaynların işçi orqanlarının düzgün
idarə olunması və iş rejimidir. Dairəvi sürətin həcmi və yaxud
barabanın (silindrşəkilli hissə) hərlənmə tezliyi döyüm zamanı
Şək.14.Qarğıdalı toxumlarının nəmliyindən asılı olaraq
döyüm zamanı aldığı zədələrin sayı
Toxumların
minimal
zədələnmə sahəsi
Z
əd
əl
ənmi
ş to
xumlar, %-
lə
45
40
35
30
25
20
15
10
5
0
8 10 12 14 16 18 20 22 24 26 28 30
Dənin nəmliyi, %-lə
183
toxumların zədələnməsinin azalmasında mühüm rol oynayır.
Mərkəzi Maşın Sınaq Stansiyasının məlumatına
görə kombayn-
ların barabanlarının hərlənmə tezliyini 1 dəqiqədə 1200-dən
900 dövrə qədər azaltdıqda buğda toxumlarının ümumi zədə-
lənmə miqdarı iki dəfə azalır. Xüsusən də bu azalma, mikro
zədələrdən olan rüşeym zədələnmələrinin azalması hesabına
olur. Barabanın hərlənmə tezliyini 1 dəqiqədə 1020-dən 850
dövrədək azaltdıqda çovdar dənlərində rüşeym zədələri 12,6%-
dən 5,2%-ə enir, buğdanın dənlərində isə 2,2%-dən sıfıra qədər
enir. Deməli, toxumluq əkinlərin yığımı zamanı barabanın hər-
lənmə tezliyini dəqiqədə 800-900 dövrədək azaltmaq lazımdır.
Toxumların zədələnməsinin barabanın hərlənmə tezliyindən
asılılığı dənli-paxlalı bitkilərin döyümü zamanı daha kəskin
büruzə verilir. Məsələn: Taxıldöyənin barabanının hərlənmə
tezliyi dəqiqədə 350 dövr olduqda noxudun (nəmlik 12,4%
olduqda) döyüm zamanı toxumlarının zədələnməsi 1% olur. 840
dövr olduqda isə 20,9% toxum zədələnir. Lakin, onu qeyd etmək
lazımdır ki,birinci hadisədə 2% toxum döyülmədən qalmışdır.
Barabanın hərlənmə tezliyinin dəyişilməsindən əlavə, taxıl-
döyən aparat bir başqa idarə edilən hissəyə də malikdir. Bu,
barabanın döyənləri və baraban altı lövhələrinin (plankalarının)
arasında çıxışda və girişdə olan aralıq həcmidir. Toxumların zə-
dələnməməsi üçün bu aralıqlar böyük olmalıdırlar.
Eyni zamanda
onlar elə bir ölçüdə olmalıdır ki, döyülmədən qalan toxumlar
nəticəsində itki baş verməsin. Bitkilər üçün barabanın hərlənmə
tezliyi optimal olduqda taxıldöyən aparatların aralıq həcmi giriş-
də 16-18 mm, çıxışda isə 4-6 mm olmalıdır. Ancaq nəmliyi yük-
sək olan bitkilərin yığılma zamanı aralıq həcmini kiçildirlər. La-
kin quru və tez döyülən bitkilərin yığımı zamanı isə böyüdürlər.
Taxıldöyən aparata biçilmiş kütlənin
verilmə həcmi onun
hissələrinin işləmə rejimini xarakterizə edir. Taxıldöyən apara-
tın idarəetmə texnologiyalarını dəyişmədən verilən kütlənin
azaldılması və yaxud artırılması toxumların zədələnməsini artı-
rır. Biçilmiş kütlənin həcmi az verildikdə işçi orqanlarının to-