178
X FƏSIL
DÖYÜM ZAMANI TOXUMLARIN ZƏDƏLƏNMƏSİ,
ZƏDƏLƏRİN TƏSNİFATI VƏ TƏYİNİ ÜSULLARI
10.1. Döyüm zamanı toxumların zədələnməsi
və onları azaltma tədbirləri
Müxtəlif avadanlıqların, maşınların və kombaynların işçi
orqanları toxumlara təsir edərək onları zədələyirlər. Ən çox
toxumlar döyüm aparatında zədələnirlər. Zədələnmiş toxumlara
dağılmış, əzilmiş, endospermi və rüşeymi zədələnmiş və çölə
çıxmış, daxili zədələrlə (çatlar, əziklər) həmçinin dənin
qabığında olan müxtəlif dağıntıları olan toxumlar aiddir.
Yaxşı görünən zədələr makro zədə, gözə çarpmayan zədələr
isə mikro zədələr adlanır.
Makro zədəli toxumlar fiziki, mexaniki xüsusiyyətlərə görə
bütövlərdən fərqləndiyi üçün döyülmədən sonra onları seçmək
asandır. Mikro zədə ilə olan toxumları təmizləyici və sort-
laşdırıcı maşınlarda ayırmaq olmaz. Eyni zamanda onların
toxumun keyfiyyətinə mənfi təsiri böyükdür.
Rüşeymin zədələnməsi toxumların cücərmə qabiliyyətinin
itməsinə səbəb olur. Onun qabığının zədələnməsi isə toxum-
ların səpin keyfiyyətinə mənfi təsir göstərir. Mikro zədələrin
çoxu toxumun laboratoriyada cücərmə qabiliyyətini aşağı sal-
mır, lakin tarla çıxışına və bitki məhsuldarlığına mənfi təsir
göstərə bilər. Mikro zədələrin xüsusi təhlükəliliyi də məhz
bundan ibarətdir. Elmi-tədqiqatlar əsasında təyin olunmuşdur
ki, zədələnmə tarla bitkilərinin məhsuldarlığının aşağı düşmə-
sinin ən əsas səbəblərindən biridir. Bir neçə elmi-tədqiqat kənd
təsərrüfatı institutlarının məlumatlarına əsasən rüşeymi zədəli
toxumların əkilməsi zamanı buğdanın məhsuldarlığı 2,5 dəfə
azalmışdır, endospermi zədəli toxumların əkilməsi zamanı isə
179
2,0 dəfə azalmışdır. Qarğıdalı ilə aparılan tədqiqatlar göstər-
mişdir ki, rüşeymi mikro zədələnmiş toxumlar ilə əkin apar-
dıqda məhsuldarlıq 6,4-7,3 sent/ha aşağı düşmüşdür. Toxum-
ların zədələnməsi, hətta onların qabığının belə zədələnməsi
toxumların qida maddələrinə sellülozanı dağıda bilməyən əksər
mikroorqanizmlərin daxil olmasını asanlaşdırır və bu da mikro-
floranın inkişaf etməsinə təkan verir. Zədələnmiş toxumlar
yüksək tənəffüs enerjisinə malikdir. Qabığı zədələnmiş, xüsu-
silə də rüşeymin üzərindəki qabığı zədələnmiş toxumlarda taxıl
gənələri intensiv inkişaf edir. Bu da toxumların saxlanma za-
manı cücərmə qabiliyyətini aşağı salır. Müxtəlif bitkilərin və
sortların toxumlarının morfoloji anatomik xüsusiyyətləri me-
xaniki təsirlərə müxtəlif davamlılıq göstərir. Məs: çovdar buğ-
da bitkisinə nisbətən daha çox zədələnir. C.Hacıyevin (1980)
məlumatlarına görə kombaynların təsiri altında payızlıq çov-
darın mikro zədələnməsi orta hesabla 61,3%, payızlıq buğdanın
36,4%, yazlıq buğdanın isə 35,9% təşkil edir. Buğdadan fərqli
olaraq çovdar toxumlarının daha çox zədələnməsi onunla izah
olunur ki, onun rüşeymi kəskin çıxıntılıdır, buğdada isə rüşeym
sanki gizlənmişdir. Bundan əlavə yaxşı yetişmiş buğdanın
möhkəm və sığallı qabığı mexaniki təsirlərə daha davamlıdır
nəinki çovdarın nazik və incə qabıqları. Bərk buğdanın toxum-
ları şüşəvariliyinin çox olmasına görə yumşaq buğdaya nisbə-
tən daha çox zədələnirlər. Bununla bərk buğdada dənin dağıl-
ması xarakterikdir, lakin yumşaq buğdada isə əzilmiş və defor-
masiya olunmuş toxumlara rast gəlinir. Toxumun şüşəvariliyi
çox hallarda becərmə şəraitindən asılı olduğu üçün onun to-
xumların zədələnməsinə təsiri hətta yumşaq buğdalarda, onla-
rın bir sort daxilində belə rast gəlinir. Məs: Qızıl buğda sor-
tunun şüşəvariliyi 65% olan toxumlarına nisbətən şüşəvariliyi
27% olanlarda mikro zədəli toxumlar 1,3 dəfə az olmuşdur.
Həmçinin məlumdur ki, toxumların mikro zədələnməsi on-
ların qabığının qalınlığından və strukturundan da asılıdır. Ona
görə də buğdanın ağ dənli sortları hansı ki, qabığı daha nazik
180
olur, qırmızı dənli buğdalara nisbətən çox zədələnirlər. Ağ
dənli sortlarda toxumların zədələnməsi 40%-ə qədər qırmızı
dənlilərdə isə 30%-ə qədər olmuşdur. Qırmızı dənli buğdaların
hətta müxtəlif sortları belə mexaniki təsirlərə görə müxtəlif
davamlılıq göstərirlər.
Dişvari qarğıdalı endospermin nişastalı dənləri seyrək
olduğu üçün bərk dənli qarğıdalıya nisbətən daha çox zə-
dələnir. Buna həm də, dənin forması təsir edir. Bərk dənli qar-
ğıdalıda dənlər yumru, dişşəkillidə isə iri, uzunsov prizmatik,
təpə hissəsində çuxurlu formadadır. Dişşəkilli qarğıdalının
toxumunun təpə hissəsində buynuzşəkilli təbəqə olmadığı üçün
daha çox zədələnir. Adi qarğıdalının qıcaları tez döyülür və
toxumların parçalanması demək olar ki, heç olmur lakin çox
hallarda qabığın parçalanması müşahidə olunur.
Çəltiyin dəni çox hiqroskopikliyi ilə fərqlənir. Ona görə də
havanın temperaturunun və rütubətinin kəskin dəyişməsi
nəticəsində dənin nəmliyi tez dəyişir və bunun nəticəsi olaraq
endospermdə çatlar əmələ gəlir. Çəltiyin yığımı gecikdikdə
dənlərinin çatlılığı 15-20%-ə çatır. Belə dənlər döyüm zamanı
çox parçalanırlar. Çəltik çətin döyümü ilə fərqlənir ki, bu da
dənin həddindən artıq zədələnməsinə gətirib çıxarır. Örtüklü
bitkilərin toxumları üçün zədələnmənin xarakterik tipi dənlərin
dağılmasıdır ki,bu da rüşeymin zədələnməsi nəticəsində baş
verir.
Dənli paxlalı bitkilərdən xüsusən çox zədələnən lobyadır.
Bununla belə onda olan parçalanma prosesinə mikrozədələrdən
daha çox rast gəlinir. Bu onunla izah olunur ki, lobyanın
paxlaları arasında olan boşluq toxumun möhkəmliyini azaldır.
Noxud və başqa dənli paxalı bitkilərdə əsasən qabığı çatlayır
və yaxud qopur. Qeyd etmək lazımdır ki, dənli bitkilərdən
fərqli olaraq dənli-paxlalı bitkilərdə mikrozədələr laboratoriya
şəraitində toxumların cücərmə qabiliyyətinə təsir edir. Bu da
onunla bağlıdır ki, mexaniki təsir göstərdikdə onların rüşeym
şırımı paxlalardan asanlıqla ayrılır. Bu hadisələrin baş
Dostları ilə paylaş: |