Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   50   51   52   53   54   55   56   57   ...   89

178 
X FƏSIL 
 
DÖYÜM ZAMANI TOXUMLARIN ZƏDƏLƏNMƏSİ, 
ZƏDƏLƏRİN TƏSNİFATI VƏ  TƏYİNİ ÜSULLARI 
 
 
10.1. Döyüm zamanı toxumların zədələnməsi 
 və onları  azaltma tədbirləri 
 
Müxtəlif avadanlıqların, maşınların və kombaynların işçi 
orqanları toxumlara təsir edərək onları  zədələyirlər.  Ən çox 
toxumlar döyüm aparatında zədələnirlər. Zədələnmiş toxumlara 
dağılmış,  əzilmiş, endospermi və rüşeymi zədələnmiş  və çölə 
çıxmış, daxili zədələrlə (çatlar, əziklər) həmçinin dənin 
qabığında olan müxtəlif dağıntıları olan toxumlar aiddir. 
Yaxşı görünən zədələr makro zədə, gözə çarpmayan zədələr 
isə mikro zədələr adlanır. 
Makro zədəli toxumlar fiziki, mexaniki xüsusiyyətlərə görə 
bütövlərdən fərqləndiyi üçün döyülmədən sonra onları seçmək 
asandır. Mikro zədə ilə olan toxumları  təmizləyici və sort-
laşdırıcı maşınlarda ayırmaq olmaz. Eyni zamanda onların 
toxumun keyfiyyətinə mənfi təsiri böyükdür.  
Rüşeymin zədələnməsi toxumların cücərmə qabiliyyətinin 
itməsinə  səbəb olur. Onun qabığının zədələnməsi isə toxum-
ların səpin keyfiyyətinə  mənfi təsir göstərir. Mikro zədələrin 
çoxu toxumun laboratoriyada cücərmə qabiliyyətini aşağı sal-
mır, lakin tarla çıxışına və bitki məhsuldarlığına mənfi təsir 
göstərə bilər. Mikro zədələrin xüsusi təhlükəliliyi də  məhz 
bundan ibarətdir. Elmi-tədqiqatlar  əsasında təyin olunmuşdur 
ki, zədələnmə tarla bitkilərinin məhsuldarlığının aşağı düşmə-
sinin ən əsas səbəblərindən biridir. Bir neçə elmi-tədqiqat kənd 
təsərrüfatı institutlarının məlumatlarına  əsasən rüşeymi zədəli 
toxumların  əkilməsi zamanı buğdanın məhsuldarlığı 2,5 dəfə 
azalmışdır, endospermi zədəli toxumların  əkilməsi zamanı isə 


179 
2,0 dəfə azalmışdır. Qarğıdalı ilə aparılan tədqiqatlar göstər-
mişdir ki, rüşeymi mikro zədələnmiş toxumlar ilə  əkin apar-
dıqda məhsuldarlıq 6,4-7,3 sent/ha aşağı düşmüşdür. Toxum-
ların zədələnməsi, hətta onların qabığının belə  zədələnməsi 
toxumların qida maddələrinə sellülozanı dağıda bilməyən əksər 
mikroorqanizmlərin daxil olmasını asanlaşdırır və bu da mikro-
floranın inkişaf etməsinə  təkan verir. Zədələnmiş toxumlar 
yüksək tənəffüs enerjisinə malikdir. Qabığı  zədələnmiş, xüsu-
silə də rüşeymin üzərindəki qabığı zədələnmiş toxumlarda taxıl 
gənələri intensiv inkişaf edir. Bu da toxumların saxlanma za-
manı cücərmə qabiliyyətini aşağı salır. Müxtəlif bitkilərin və 
sortların toxumlarının morfoloji anatomik xüsusiyyətləri me-
xaniki təsirlərə müxtəlif davamlılıq göstərir. Məs: çovdar buğ-
da bitkisinə nisbətən daha çox zədələnir. C.Hacıyevin (1980) 
məlumatlarına görə kombaynların təsiri altında payızlıq çov-
darın mikro zədələnməsi orta hesabla 61,3%, payızlıq buğdanın 
36,4%, yazlıq buğdanın isə 35,9% təşkil edir. Buğdadan fərqli 
olaraq çovdar toxumlarının daha çox zədələnməsi onunla izah 
olunur ki, onun rüşeymi kəskin çıxıntılıdır, buğdada isə rüşeym 
sanki gizlənmişdir. Bundan əlavə yaxşı yetişmiş buğdanın 
möhkəm və  sığallı qabığı mexaniki təsirlərə daha davamlıdır 
nəinki çovdarın nazik və incə qabıqları. Bərk buğdanın toxum-
ları şüşəvariliyinin çox olmasına görə yumşaq buğdaya nisbə-
tən daha çox zədələnirlər. Bununla bərk buğdada dənin dağıl-
ması xarakterikdir, lakin yumşaq buğdada isə əzilmiş və defor-
masiya olunmuş toxumlara rast gəlinir. Toxumun şüşəvariliyi 
çox hallarda becərmə  şəraitindən asılı olduğu üçün onun to-
xumların zədələnməsinə  təsiri hətta yumşaq buğdalarda, onla-
rın bir sort daxilində belə rast gəlinir. Məs: Qızıl buğda sor-
tunun  şüşəvariliyi 65% olan toxumlarına nisbətən  şüşəvariliyi 
27% olanlarda mikro zədəli toxumlar 1,3 dəfə az olmuşdur.  
Həmçinin məlumdur ki, toxumların mikro zədələnməsi on-
ların qabığının qalınlığından və strukturundan da asılıdır. Ona 
görə də buğdanın ağ dənli sortları hansı ki, qabığı daha nazik 


180 
olur, qırmızı  dənli buğdalara nisbətən çox zədələnirlər. Ağ 
dənli sortlarda toxumların zədələnməsi 40%-ə  qədər qırmızı 
dənlilərdə isə 30%-ə qədər olmuşdur. Qırmızı dənli buğdaların 
hətta müxtəlif sortları belə mexaniki təsirlərə görə müxtəlif 
davamlılıq göstərirlər.  
Dişvari qarğıdalı endospermin nişastalı  dənləri seyrək 
olduğu üçün bərk dənli qarğıdalıya nisbətən daha çox zə-
dələnir. Buna həm də, dənin forması təsir edir. Bərk dənli qar-
ğıdalıda dənlər yumru, dişşəkillidə isə iri, uzunsov prizmatik, 
təpə hissəsində çuxurlu formadadır. Dişşəkilli qarğıdalının 
toxumunun təpə hissəsində buynuzşəkilli təbəqə olmadığı üçün 
daha çox zədələnir. Adi qarğıdalının qıcaları tez döyülür və 
toxumların parçalanması demək olar ki, heç olmur lakin çox 
hallarda qabığın parçalanması müşahidə olunur.  
Çəltiyin dəni çox hiqroskopikliyi ilə fərqlənir. Ona görə də 
havanın temperaturunun və rütubətinin kəskin dəyişməsi 
nəticəsində dənin nəmliyi tez dəyişir və bunun nəticəsi olaraq 
endospermdə çatlar əmələ  gəlir. Çəltiyin yığımı gecikdikdə 
dənlərinin çatlılığı 15-20%-ə çatır. Belə dənlər döyüm zamanı 
çox parçalanırlar. Çəltik çətin döyümü ilə  fərqlənir ki, bu da 
dənin həddindən artıq zədələnməsinə  gətirib çıxarır. Örtüklü 
bitkilərin toxumları üçün zədələnmənin xarakterik tipi dənlərin 
dağılmasıdır ki,bu da rüşeymin zədələnməsi nəticəsində baş 
verir. 
Dənli paxlalı bitkilərdən xüsusən çox zədələnən lobyadır. 
Bununla belə onda olan parçalanma prosesinə mikrozədələrdən 
daha çox rast gəlinir. Bu onunla izah olunur ki, lobyanın 
paxlaları arasında olan boşluq toxumun möhkəmliyini azaldır. 
Noxud və başqa dənli paxalı bitkilərdə  əsasən qabığı çatlayır 
və yaxud qopur. Qeyd etmək lazımdır ki, dənli bitkilərdən 
fərqli olaraq dənli-paxlalı bitkilərdə mikrozədələr laboratoriya 
şəraitində toxumların cücərmə qabiliyyətinə  təsir edir. Bu da 
onunla bağlıdır ki, mexaniki təsir göstərdikdə onların rüşeym 
şırımı paxlalardan asanlıqla ayrılır. Bu hadisələrin baş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə