Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   46   47   48   49   50   51   52   53   ...   89

166 
hazırlanır (5 damcı).  
Bioloji üsul. Bioloji üsul toxumların xarici və daxili yo-
luxmalarının aşkar edilməsi üçün istifadə olunur. O göbələk və 
bakteriyalar yoluxmuş toxumlarda onların inkişaf və boyatma-
sının stimulyasiya (böyüyüb artmasına kimyəvi və fiziki təsir) 
olunmasından ibarətdir. DÜST 2 üsul tövsiyə edir: toxumların 
rütubətli kamerada və qidalandırılmış mühitdə yetişdirilməsi.  
Rütubətli kamerada yetişdirilmə  toxumların göbələklərlə 
(fuzarioz, helmintosporoz, askohitoz və s.) və bakteriyalarla 
yoluxmasını aşkar etmək üçün istifadə edilir.  
Bakteriyalarla törədilmiş xəstəliklər toxumların toxumaları-
nın seliklənməyi və yumşalması ilə  təyin edilir. Göbələklərlə 
yoluxmuş, cücərmiş və cücərməmiş toxumlar müxtəlif formalı, 
ləkə  və  rəng  şəklində cücərtinin hissələrinin məhv olması  və 
yaxud eybəcərliyi ilə seçilir.  
Əsas bitkinin toxumlarından 100 və ya 50 toxumdan (bit-
kidən asılı olaraq) ibarət olan 4 nümunə götürülür. Xırda to-
xumlu bitkilər Petri və ya Koxa kasalarında süzgəc kağızın 
üzərində, nəm tənzifdə yetişdirilir. Iri toxumlu bitkilər yetiş-
dirmə qabında nəmləndirilmiş qumda yetişdirilir. Buğda və 
çovdar süzgəc kağızlardan hazırlanmış rulonlarda yetişdirilir. 
Toxumların yetişdirilmə  şəraiti cücərmə qabiliyyətinin təyin 
edilməsi prosesi ilə əsasən eynidir.  
Iş zamanı steril şəraitə riayət olunur. Toxumların daxili 
infeksiyasının üzə  çıxması üçün yetişdirilməzdən  əvvəl onlar 
96%- li spirt məhlulu ilə 1 dəq ərzində, 0,5%-li kalium perman-
qanat məhlulunda 5 dəq  ərzində  və başqa dezinfeksiyaedici 
maddələrlə dezinfeksiya edilir. Toxumlar spirtlə  işləndikdən 
sonra steril və ya təzə qaynadılmış su ilə yuyulur. Sonra steril 
süzgəc kağızlar arasında qurudulur.  
Bir çox xəstəliklərin törədiciləri toxumları  qidalandırılmış 
mühitdə yetişdirdikdə daha yaxşı üzə çıxırlar: kartof və yaxud 
kartof qlikoza aqarında (dəniz yosularından alınan, bakterio-
logiyada və qənnadı işlərində istifadə olunan qatı bitki həlimi), 


167 
pivə  şirəli aqarda, Çapeka mühitində  və s. Aqarlı mühitlərdə 
mikroorqanizmlər inkişaf edərək, yoluxmuş toxumlardan sub-
trata (qida verici mühit) keçirilir və aydın görünən kaloniayalar 
əmələ  gətirirlər. Üzərində kaloniyalar əmələ  gəlmiş toxumlar 
sayılır, hesablanır və  xəstə toxumların% -i təyin edilir. 
Törədicilərin növləri kaloniyaların rənginə görə və əlavə olaraq 
mikroskopla baxdıqdan sonra təyin edilir. Müxtəlif törədicilə-
rin sporlarının formaları  və eləcə  də toxumların yoluxmasının 
təyin edilmə üsulları 12044-81 DÜST –də verilmişdir.  
Orada həmçinin toxumların xəstəliklərlə yoluxmasının ilkin 
qiymətləndirilməsi üçün istifadə olunan lüminessent üsul da 
verilmişdir. Xüsusi əsasnamələrdə toxumların yoluxmasının tə-
yin edilməsinin anatomik və seroloji üsulları təsvir edilmişdir.  
 
9.10. Toxumun təsərrüfat yararlılığının təyini 
 
Fermerlər toxum materialının təsərrüfat yararlığını müəyyən 
etmək üçün cücərmə  və  təmizlik faizini bilməlidirlər. Bunları 
bildikdən sonra toxumluq materialın təsərrüfat yararlığı 
müəyyən edilir. Tutaq ki, toxumların cücərməsi 97%, təmizliyi 
isə 96%-dir. 
Toxumun təsərrüfat yararlılığını təyin etmək üçün  aşağıdakı 
düsturdan istifadə etmək olar: 
 
Y = 
100
CxT
 
Burada 
Y – toxumun təsərrüfat yararlığı; 
C – toxumun cücərmə faizi; 
T – toxumun təmizlik faizi. 
Belə olduqda  toxumun təsərrüfat yararlığı belə olacaqdır. 
 
Y =   
%
12
,
93
100
96
97
100
=
=
x
CxT
 


168 
Demək, 100 kq buğda toxumunun 93 kq-ı  təsərrüfat üçün 
yararlı, 7 kq-ı yararsızdır. Bunun təyin edilməsi  səpin nor-
masının düzgün təyin edilməsinə kömək edir.  Səpin norması 
100% təsərrüfat yararlığına görə hesablanmalıdır.  
 
9.11. Toxumun mütləq çəkisinin təyini 
 
1000 ədəd toxumun quru maddəyə görə hesablanmış qram-
larla çəkisinə mütləq çəki deyilir. Hər sortun toxumunun həmin 
sorta məxsus orta mütləq çəkisi vardır.  Bitkilərin becərilmə 
şəraitindən  asılı olaraq bu orta çəki artıb azala bilər. Mütləq 
çəki müxtəlif bitki toxumlarının iriliyini göstərir, sort daxilində 
isə toxumun ehtiyat qida ilə nə dərəcədə dolmasını xarakterizə 
edir. Kənd təsərrüfatı bitkilərin yüksək mütləq çəkiyə malik 
olan toxumla təmin etdikdə, bu cür toxumdan qüvvətli bitki 
inkişaf edir və yüksək məhsul verir. 
Toxumun mütləq çəkisini təyin etmək üçün götürülmüş to-
xum nümunəsi  əvvəlcə  hər cür zibildən təmizlənir və qarış-
dırılır. Sonra normal rütubətliyə malik olan toxumlardan seç-
məmək  şərti ilə bir nümunə ayrıldıqda texniki tərəzidə 0,01 qr 
dəqiqliyinə qədər çəkilir. Sonra bu iki nümunədən  orta rəqəm 
tapılıb ikiyə vurulur. 1000 ədədin çəkisi, yəni mütləq çəki ta-
pılır. Əgər iki nümunə arasında 3%-dən çox fərq olarsa, üçüncü 
nümunə götürülür. Toxumlar xırda olduqda (məsələn, yonca, 
tütün, tərəvəz bitkilərinin toxumlarından) birdəfəlik  seçmədən 
1000 ədəd toxum sayılır və çəkilir. Alınan rəqəm mütləq çəki 
hesab edilir. 
Sortdan, iqlim, aqrotexniki və torpaq şəraitindən asılı olaraq 
mütləq çəki müxtəlif bitkilərdə dəyişilir. Məsələn, qarğıdalı müt-
ləq çəki 100 qramdan 500 qramadək; darıda 4 qramdan 8 qra-
madək; çəltikdə 23 qramdan 40 qramadək;  noxudda 15 qram-
dan  28 qramadək; buğdada 30 qramdan 42 qramadək və bəzən 
çox; lobyada 120 qramdan 600 qramadək və daha çox olur. 
Ölkəmizin fermer təsərrüfatları yüksək keyfiyyətli toxum 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə