Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   42   43   44   45   46   47   48   49   ...   89

153 
Şəkil 13. Tetrazolla işlənmiş qarğıdalı toxumlarının 
həyatilik qabiliyyəti (+) və  
qeyri həyatilik qabiliyyəti (-). 
Toxumların islatma müddəti bitkidən, sortdan, toxumun 
nəmliyindən və temperaturdan asılıdır. Bir çox dənli bitkilərin 
toxumları bir gecə  ərzində otaq temperaturunda şişməsindən 
sonra iti ülgüclə asanlıqla kəsilir (yulafda və çəltikdə islatma-
mışdan  əvvəl çiçək pulcuqları  kənarlaşdırılır). Toxumların 
kəsilməsi üçün xüsusi alətdən istifadə olunur – TKA-1M.  
DÜST-ə görə toxumların həyatilik qabiliyyətinin təyin olun-
ması üçün hərəsi 100 toxumdan ibarət olan 2 nümunə götürü-
lülür. Toxumlar kəsildikdən sonra bir hissəsi tullanılır, digər 
hissəsi isə  təhlil üçün istifadə edilir. Zədələnmiş toxumaları 


154 
kənarlaşdırmaq üçün kəsilmiş toxumlar yaxşı-yaxşı yuyulur. 
Sonra 0,5%-li tetrazol məhluluna salınır və cücərtilərdə açıq 
qırmızı  rəng alınana qədər qaranlıqda saxlanılır (məhlul işığa 
qarşı  həssasdır). Otaq temperaturunda dənli bitkilərin toxum 
kəsikləri tetrazol məhlulunda 1 saat və ya 30-40 dəq müddətin-
də 30
0
C-də saxlanılır.  Əgər rəng aydın olmasa (açıq rəngli) 
toxumlar məhlulda yarım saat əlavə saxlanılır. İş qurtardıqdan 
sonra məhlul tökülür, rüşeymlər bir neçə  dəfə su ilə yuyulur, 
sonra süzgəc kağızın üzərinə tökülərək nəm vəziyyətdə 
(quruyandan sonra rəng aydın görsənmir) böyüdücü şüşə ilə 
baxış keçirilir.  
Yarım əsrdən çoxdur ki, N.İ. Vavilov adına ÜBETİ -də üzvi 
boya maddələri ilə toxumların həyatilik qabiliyyətinin təyin 
olunması üsulu işlənilib və hal-hazırda da istifadə olunur.  
Toxumların həyatilik qabiliyyətinin üzvi boya maddələri 
ilə  təyin edilmə üsulu. Toxumların həyatilik qabiliyyətinin 
üzvi boya maddələri ilə  təyin edilmə üsulunda  indiqokarmin 
(tünd sürməyi al qırmızı boyaq), turş fuksin (qırmızı anelin bo-
yası) və bir neçə başqa boyaq maddələri toxumun ölü toxuma-
larına daxil olaraq onları  rəngləyir, canlı rüşeym isə  rəngsiz 
qalır.  
Bu üsulu istifadə edərək, toxumların rüşeymlərinin hazırlan-
ma üsulu tetrazolun istifadə edilmə üsulundakı kimidir. DÜST-ə 
görə boyamaq üçün indiqokarminin və ya turş fuksinin 0,1%-li 
məhlulu istifadə olunur. Dənli bitkilərin rənglənmə müddəti 
10-15 dəqiqədir (toxumların kəsiyi boyaq maddələrinin məhlu-
lunda artıq qaldıqda canlı rüşeym də  rənglənməyə başlayır). 
İndiqokarminin rüşeymin ölü toxumalarını göy rəngə, turş 
fuksin isə qırmızı rəngə boyayır. Tetrazol üsulu ilə eyni olaraq 
burada toxumların həyatilik qabiliyyətləri rüşeymin rənglənmiş 
və rənglənməmiş sahələri üzrə aparılır. Lakin, tetrazol üsulun-
dan fərqli olaraq burada canlı yox ölü toxumalar rənglənir.  
Toxumların həyatilik qabiliyyətlərinin canlı və ölü toxuma-
ların rənglərinə görə təyin edilməsi, toxumların cücərmə qabi-


155 
liyyətinin aşağı olmasının səbəblərini müəyyən etməyə imkan 
verir. Əsasən də bu tetrazol üsuluna aiddir. Məsələn, dənli bit-
kilərin toxumları  zədələnərkən hər  şeydən  əvvəl kökcüklər 
məhv olur. Qalxancıq isə toxumun içərisində olaraq çox vaxt 
sağ qalır. Toxumlar qurudulduqda yüksək temperaturdan zədə-
lənərkən ilk növbədə qalxancıq susuzduyur və məhv olur.  
Xırda toxumlu bitkilərdə toxumların həyatilik qabiliyyətinin 
rüşeymlərin rənglənmə yolu ilə  təyin edilməsi çətindir. Ona 
görə də, DÜST-də paxlalı otların toxumlarını təyin etmək üçün 
başqa üsullardan istifadə edilir. Paxlalı otların 2 ildən artıq 
saxlanmamış toxumlarının həyatilik qabiliyyətinin təxmini qiy-
mətləndirilməsi üçün şişmə üsulundan istifadə edilir. Bu üsul 
canlı  və ölü toxumların  şişmə sürətinin fərqinə  əsaslanır. Bu-
rada əsas şərt odur ki, ölü toxumlara su bütün toxumların üzə-
rindən daxil olur. Canlılara isə toxum göbəkciyi vasitəsilə daxil 
olur. Yoncanın müxtəlif növlərinin toxumlarının təxmini qiy-
mətləndirilməsi üçün lüminessent üsulundan istifadə edilir ki, 
bu üsul canlı və ölü toxumaların işıqlandırılmasına əsaslanır.  
Bütün bu göstərilən üsullardan istifadə edərkən, toxumların 
həyatilik qabiliyyətini iki nümunənin təhlillərinin nəticələrinin 
orta riyazi qiymətilə (%-lə) hesablayırlar. Cücərmə qabiliyyə-
tinin təhlilində dördqat təkrar əvəzinə, ikiqat təkrarların istifadə 
olunması toxumların həyatilik qabiliyyətinin təyini üsullarının 
dəqiqliyini azaldır. Toxumların həyatilik qabiliyyətinin göstəri-
cilərinin cücərmə qabiliyyəti ilə müqayisədə yüksək olmasının 
əsas səbəblərindən biri odur ki, həyatilik qabiliyyəti olan canlı 
toxumların içərisində  hər hansı bir xəstəlik, zədə  və başqa 
əlverişsiz təsirlərə görə normal cücərti verməyən toxumlar olur. 
Ona görə də, payızlıq bitkilərdə yığımla yeni yığılmış toxum-
larla səpin arasında müddət qısa olduğundan həyatilik 
qabiliyyətinin göstəricilərinə görə səpin aparmağa icazə verilir.  
 
 


156 
9.8. Boyatma gücünün təyin edilməsi 
 
Toxumların boyatma gücünün təyin edilməsi üçün bir çox 
üsullar işlənilib. Bu üsullardan ən geniş yayılanı nəmli qum və 
torpaqla dolu olan qablarda toxumların yetişdirilmə 
üsuludur.  Burada toxumların basdırılma dərinliyi tarladakı 
dərinliyinə uyğun olmalıdır. Belə  şəraitdə yetişdirmə cücərmə 
qabiliyyətinin təyininə nisbətən daha dəqiq olur. Çünki, xəstə, 
zədələnmiş  və  zəif toxumlar üzə  çıxır. Toxumların boyatma 
gücünü torpağın və ya qumun üzərinə  çıxmış cücərtilərin 
miqdarı ilə (%-lə) müəyyən olunur. Toxum partiyaları  və ya 
tədqiqatın variantları müqayisə olunduqda isə - 100 toxuma 
görə cücərtilərin kütləsi qramla təyin edilir.  
Qum və yaxud torpaq tam rütubət tutumlarının 60%-ə qədər 
nəmləndirilir. Qablara 100 və ya 50 toxum əkilir (qabların həc-
mindən və toxumların iriliyindən asılı olaraq). Qumda toxum-
ları yetişdirərkən üstü quru qumla örtülür, sm-lə: qarğıdalıda - 
8, noxudda - 6, buğdada 4-5, kətanda -2 və s. Hər bir nümunə 
iki və dörd qatlı təkrarda əkilir. Yetişdirilmə işıqda, otaq tem-
peraturunda aparılır. Lakin, yığımdan sonrakı yetişməni başa 
vurmayan yeni yığılmış toxumlar ilk 4 sutka ərzində  aşağı 
temperaturda (5-10
0
C) yetişdirilir. Dənli bitkilərin toxumlarının 
yetişdirilmə müddəti otaq temperaturunda (18-22 
0
C)  çovdar 
üçün 7-9 sutka, qarğıdalı üçün isə 10-12 sutka arasında olur. 
Dənli bitkilərin yetişdirilməsi cücərtilərin yatmasına (əyilmə-
sinə) qədər qurtarmalıdır.  
Yetişdirilmə qurtardıqdan sonra üzə  çıxan bütün cücərtilər 
qum və  ya  torpaq  bərabərində  kəsilir, sayılır və  əgər lazım 
gələrsə  tərəzidə  çəkilir. Sonra quru qum kənarlaşdırılır, üzə 
çıxmayan cücərtilər (sağlam və  xəstə) və  çıxış verməyən 
toxumlar (qeyri normal cücərmiş, şişmiş və çürümüş) sayılır.  
Toxumların cücərmə  şəraitini laboratoriya şəraitinə yaxın-
laşdırmaq üçün, boyatma gücünün təyinində qum yox tarla 
torpağı istifadə etmək məqsədəuyğundur. Torpaqda becərmə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə