Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   41   42   43   44   45   46   47   48   ...   89

150 
cücərmə arasında olan müddət) aparılır. 
Cücərmə enerjisi hesablandıqda hər bir təkrara görə ayrıca 
normal çıxmış  və çürümüş toxumlar hesablanır və  kənar-
laşdırılır. Cücərmənin hesablanmasında isə həm cücərmiş, həm 
də cücərməmiş toxumlar sayılır və aşağıdakı qruplara bölünür: 
normal cücərmiş, qeyri normal cücərmiş,  şişmiş  və çürümüş. 
Paxlalı otlarda isə həm də bərk toxumlara ayrılır.  
Normal cücərmiş toxumlar cücərtiləri sağlam, kökcükləri 
zədələnməmiş, cücərtinin bütün strukturlarını qiymətləndirmək 
mümkün ola biləcəyi qədər inkişaf etmiş olmalıdırlar. Normal 
inkişaf etmiş cücərtilərin bir qədər çatışmamazlılıqları ola bilər 
ki, bu çatışmamazlıqlar isə bitkinin gələcək inkişafında heç bir 
fəsadlar yaratmaz və bitki tam normal inkişaf edə bilər. Məsə-
lən, ikiləpəlilərin normal inkişaf etmiş cücərtilərində  ləpənin 
biri olmasa da, bitki yenədə normal inkişaf etmiş sayılır. Lakin, 
çox vacibdir ki, ləpənin birləşdiyi yerdə  zədə olmasın.  Əks 
halda qida maddələri inkişaf edən cücərtiyə daxil ola bilməz.  
Cücərməmiş toxumlara şişmiş, cücərmənin hesablama apa-
rılma müddətində həcmi böyümüş lakin, sağlam görünüşü olan 
toxumlar aiddir.  
Bərk toxumlar – şişməmiş  və xarici görünüşü dəyişməmiş 
toxumlardır.  
Çıxmamış toxumlara aiddir - çürümüş, toxumaları yumşaq 
və  zədələnmiş  və yaxud rüşeymləri qaralmış; qeyri normal 
çıxmış toxumlar –cücərmənin hesablama müddətində sağlam 
kökcük əmələ gətirməyənlər; əgər kökcük kifayət qədər inkişaf 
etməyib, eybəcər və zədələnibsə. 
Qeyri – normal cücərmə - müxtəlif səbəblərdən olur. 
Onlardan  ən çox yayılanı  zədələnmədir. Dənli bitkilərdə bu 
zaman kökcüklər olmur. Ilk növbədə də, əsas kökcük. Xırdato-
xumlu paxlalı bitkilərdə çox vaxt təkcə kökcük yox həm də, 
ləpəaltı buğum zədələnir. Qeyri normal cücərmənin başqa tipi 
kimyəvi maddələrin təsiri altında yaranır. Bu da düzgün aparıl-
mayan dərmanlama zamanı olur. Nəticədə, kökcüklərin inkişa-


151 
fında zəifləmə olur və onlarda xarakterik qalınlaşma gedir. 
Şaxta vurmuş toxumlar sapvari kökcüklər  əmələ  gətirir. 
Xəstəliklərlə, xüsusən də kif göbələkləri ilə zədələnmiş toxum-
larda cücərtilər buğumşəkilli görünüşdə olurlar, koleoptil 
dağılır, yarpaqlar bükülür. Beləliklə, cücərtilərin çatışmamaz-
lıqlarına görə toxumların korlanmasının səbəblərini təyin 
etmək mükündür.  
 
9.6. Toxumun səpinə yararlılığının hesablanması 
 
Səpin yararlılığını toxumun 1 hektara səpin normasını  də-
qiqləşdirmək üçün təyin edilir. Çünki, toxumların səpin 
norması adətən, 100% səpin yararlılığına görə hesablanır.  
Səpin yararlılığı (SY,%-lə) aşağıdakı düsturla hesablanır.  
100
AB
SY =
 
 
 Burada: A- toxumların təmizliyi,%-lə; 
               B- toxumların cücərmə qabiliyyəti,%-lə; 
 
Hər bir konkret halda dəqiq səpin normasını hesablamaq 
üçün səpin yararlılığında düzəlişlər aparılır. Bunun üçün səpin 
normasını faktiki səpin yararlılığına bölürük və 100 -ə vururuq. 
Tutaq ki, K- səpin norması (100% səpin yararlılığına görə), 
SY – faktiki səpin yararlılığı olarsa, onda səpin norması faktiki 
səpin yararlılığına düzəliş (X) aşağıdakı kimi olar: 
 
SY
K
X
100
×
=
 
 
Deməli, hesablanmış  səpin yararlılığının, 100% səpin 
yararlılığından az olduğu qədər, toxumların 1 hektara olan yeni 
səpin norması qəbul olunmuş səpin normasından çox olmalıdır.  
 


152 
9.7. Toxumların həyatilik qabiliyyətinin təyini 
 
Toxumların həyatilik qabiliyyəti dedikdə toxumluq mate-
rialda canlı toxumların % -lə miqdarı  nəzərdə tutulur. (DÜST 
12039-82). Əgər toxumların keyfiyyətini təcili təyin etmək və 
ya aşağı cücərmə qabiliyyətinin səbəblərini aşkar etmək lazım 
olarsa, bu zaman toxumların həyatilik qabiliyyəti təyin olunur. 
Bundan ötrü yetişdirmə  əvəzinə, canlı toxumların tez bir 
zamanda üzə çıxması üçün bir çox üsullardan istifadə edilir. Ən 
geniş yayılmış üsul tetrazol topoqrafik üsuludur.  
 
Həyatilik qabiliyyətinin tetrazolla təyin edilməsi.   
Bu üsul canlı hüceyrələrdə  və toxumalarda rəngsiz tetrazol 
duzunun (2, 3, 5- trifeniltetrazol xlorid) məhlulda dehidrohenaz 
qrupundan olan tənəffüs fermentlərinin təsiri altında bərpa olu-
naraq açıq qırmızı birləşmələr – formazan əmələ  gətirməsinə 
əsaslanır.  
Həyatilik qabiliyyəti olan toxumların rüşeymlərinin bütün 
quruluşları (kökcük, tumurcuq və s.) təmamilə rənglənməlidir. 
Həyatilik qabiliyyəti olan toxumlara bəzi hissələri rənglən-
məmiş (nekrozlar) rüşeymləri daxil etmək olar. Bu şərtlə ki, 
rüşeymin bu çatışmamazlıqları cücərmənin inkişafına mane 
olmasın. Məsələn, dənli bitkilərdə kökcüyün ucunun və 
qalxancığın bəzi hissələrinin rənglənməməsi. (Şəkil 13) 
Rüşeymin bütün hissələrini baxış üçün hazırlamaqdan ötrü 
toxumların preparat halına salınmasının iki üsulundan istifadə 
edirlər: şişmiş toxumlardan rüşeymin çıxarılması (Beynəlxalq 
qaydalara görə) və toxumların rüşeymi boyunca tam ortadan 
kəsilməsi (DÜST 12039-82). Birinci üsulla müqayisədə toxum-
ların kəsilməsi və sonradan onların yarısının rənglənməsi az 
vaxt tələb edir. Lakin bununla belə təhlilin dəqiqliyi aşağı ola 
bilər. Çünki, rüşeymin tam hissəsi yox onun yarısı müayinə 
edilir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə