Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   49   50   51   52   53   54   55   56   ...   89

175 
şəkildə aparılmalıdır.  
6.  Toxumların keyfiyyətinin tarla cücərməsinə  təsiri. 
Yaxşı  çıxışlar almaq üçün yüksək cücərməyə  və cücərmə 
enerjisinə malik olan toxumlardan istifadə etmək lazımdır.  
Laboratoriya cücərməsi  əhəmiyyətli dərəcədə toxumların 
tarla cücərməsini təyin edir. Aşağı laboratoriya cücərməsinə 
malik olan toxumlar 3 müxtəlif keyfiyyətli fraksiyalardan 
ibarətdir;  
1.   Yararlı toxumlar – cücərmə enerjisi və boyatma gücü 
yüksək olan, onlar həm laboratiryada, həm də tarlada yüksək 
cücərməyə malikdirlər; 
2.  Ölü toxumlar; onlar nə laboratoriyada, nə  də tarlada 
çıxış vermirlər; 
3.  Bu toxumlarda hüceyrələrin və toxumların məhvolma pro-
sesi artıq başlanıb lakin, onlar laboratoriya şəraitində  hələ  də 
cücərirlər. Tarlada isə ya cücərmirlər, ya da ki, çox zəif çıxışlar 
verirlər ki, bunlarda sonradan məhv olur. Sıxlığa görə normal 
çıxışlar almaq üçün laboratoriya şəraitində yox tarlada səpin 
normasına düzəlişlər etmək lazımdır. Lakin bu da bir qayda 
olaraq, toxumların həddən çox sərf olunmasına gətirib çıxarır.  
Zəif laboratoriya çıxışlarına malik olan kondisiyasız 
toxumları kondisiyalı toxumlarla əvəz etmək mütləqdir.  
Toxumların zədələnməsi  tarla çıxışlarının zəifləməsinin 
ciddi səbəblərindən biridir. Əlverişsiz  şəraitdə rüşeymin 
böyüməsi və qida maddələrindən istifadə etməsi zəifləyir. 
Zədələnmiş toxumlara mikroorqanizmlər daxil olaraq tez bir 
zamanda artır və ehtiyat qida maddəsini tam istifadə edirlər. 
Bəziləri isə toxumlarda xəstəliklər törədirlər. Bununla da 
rüşeym normal inkişaf edə bilmir və məhv olur.  
Qlafları  zədələnmiş toxumlar səpindən sonra əlverişsiz  şə-
raitə (aşağı temperatur, nəmliyin çatışmamazlılığı  və s.) 
düşdükdə toxumların tarla cücərməsi kəskin aşağı düşür.  
Zədələnmiş toxumların xüsusən də  əlverişsiz  şəraitdə sax-
lanması çətindir. Çünki, onların zədələnmiş qlafından göbələk 


176 
və bakteriyalar daxil olur ki, bu da tarla cücərməsini aşağı salır.  
Deməli tarla cücərməsini artırmaq üçün zədələnməmiş, 
bütöv qlaflı toxumlar səpmək lazımdır. Lakin, son zamanlarda 
məhsulun yığımı  və toxumların işlənməsi zamanı müasir tex-
nika və maşınlardan istifadə olunduğu üçün zədələnmiş 
toxumları  təmamilə xaric etmək mümkün deyil. Bu zaman 
sadəcə olaraq optimal yığım müddətini, üsulunu seçərək və 
toxumların yığımdan sonra işlənməsini səmərəli təşkil edərək  
zədələnmiş toxumların sayını azalda bilərik.  
Toxumların iriliyi, ağır çəkililiyi də tarla cücərtilərinə təsir 
edir. Cücərtilər yarpaq və kök əmələ  gətirənə kimi toxumda 
olan ehtiyat qida maddələrinin hesabına qidalanırlar. Toxum-
larda ehtiyat qida maddələri nə  qədər çox olsa cücərti bir o 
qədər qüvvəli olar. Belə cücərtilər  əlverişsiz  şəraitə asanlıqla 
dözürlər və torpağın üzərinə tez çıxırlar.  
Toxumların fizioloji yetişkənliyi    tarla cücərtisinə mü-
hüm dərəcədə  təsir göstərir. Yetişmə dövründə temperatur 
rejiminin kəskin dəyişmələri və hava nəmliyinin artması to-
xumları fizioloji baxımdan yararsız (yüksək nəmlikli, uzun 
müddət sakitlik dövrü, aşağı cücərmə enerjisi və s.) edirlər.  
Məhsuldar toxumların müxtəlifcinsliliyi  laboratoriya və 
tarla cücərməsi arasında olan fərqlərin  əsas səbəblərindən 
biridir. Toxumların fizioloji və fiziki xüsusiyyətlərə görə müx-
təlifcinsliliyi dənin sünbüldə yerləşməsi ilə izah olunur. Həm-
çinin sünbülün hansı yarusda formalaşmasından da asılıdır. 
Belə ki, laboratoriya şəraitində 3-cü yarusdan olan toxumlar 
yüksək cücərmə faizi verirlər. Lakin, boyatma gücünə görə 
aparılan analizlər onların az qiymətliliyini göstərir. Tarla 
şəraitində isə 3- cü yarusdan olan toxumlar az cücərti verirlər. 
Əgər laboratoriya cücərtisi 3-cü yarus toxumlarda 1-ci yarus 
toxumlara nisbətən 3,2% az olarsa, onların tarla cücərtisi də 
18,1% az olacaq.  
Toxumların dərmanlanması  tarla cücərtisinin artırılma 
üsullarından biridir. Xüsusən də, toxumlar tez əkildikdə  və 


177 
yaxud yenidən soyuqlar düşəndə. Fungisidlərin effektliyi bir 
çox səbəblərdən asılıdır: preparatın özündən, torpağın vəziy-
yətindən, sort xüsusiyyətlərindən, toxumun keyfiyyətindən. 
Pestisidlərin yüksək effektli təsirini təmin etmək və toxumların 
tarla cücərməsini artırmaq üçün preparatların normalarına və  
istifadə texnologiyalarına riayət etmək lazımdır.  
Mikroelementlər toxumların  tarla çıxışına və bitkilərin 
sonrakı inkişafına müsbət təsir göstərir. Son zamanlar müxtəlif 
mikroelementlərin bitkilər üçün fizioloji əhəmiyyəti çox böyük 
maraq yaradır. Onların  əkinçilikdə istifadə üsulları  və 
metodları işlənilib.  
Mikroelementlər bitkilərdə gedən mühüm proseslərin bir 
çoxunda iştirak edirlər. Məsələn tənəffüsdə; onlar protoplaz-
manın vəziyyətini dəyişirlər. Onları toxumların cücərməsi za-
manı fermentativ proseslərin aktivizatorları hesab etmək olar.  
Mikroelementlərin effektliyi torpaqda onların bitki üçün 
əlverişli formada olmasından, bitkilərin bioloji xüsusiyyətindən 
və s. asılıdır.  
Bitkilərə istifadə edilən mikrogübrələrin tərkibində B, Co, 
Mg, Mn, Zn, Cu və s. olur.  
Boy maddələri.  Son zamanlar bitkilərin boylarını artıran 
preparatlar – boy və boy aktivləşdirən maddələr (hibberellin və 
s.) daha çox diqqət cəlb edirlər. Bu preparatlarla toxumları işlə-
yərək (100 kq qarğıdalı toxumuna 1-2 qram) yaxşı çıxışlar almaq 
olar. Bu zaman əlverişsiz şəraitdə də tarla cücərtiləri əmələ gəlir.  
7.  Aqrotexnika və toxumların tarla cücərməsi. Aqrotex-
nikanın səviyyəsi nə qədər yüksək olarsa, torpağın xüsusiyyə-
tinə, hava şəraitinə  və toxumların tələbatına uyğun aparılsa 
tarla cücərtisi bir o qədər yüksək olar. Aqrotexnikanın səviy-
yəsi ilə yüksək məhsuldarlığın və toxumların tarla cücərməsi 
arasında sıx əlaqə var.  
Toxumların tarla cücərməsinin artırılması üçün ümumi 
aqrotexnikanın səviyyəsini və əkinçiliyin mədəniyyətini qaldır-
maq lazımdır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə