Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   45   46   47   48   49   50   51   52   ...   89

163 
canlı ziyanvericinin 1 nümayəndəsinin (gənələr istisna olun-
maqla) aşkar olunması kifayət edir ki, bu toxumlar ziyanve-
ricilərlə yoluxmuş hesab edilsin. Gənələr mütləq sayılmalıdır. 
Çünki, standartlarda müxtəlif bitkilərin III sinif toxumlarında 1 
kq toxumda 20 gənədən artıq olmadıqda icazə verilir.  
Ambar ziyanvericilərinin aşkar edilməsi üçün 2-ci orta 
nümunədən istifadə olunur. Təhlil nümunə laboratoriyaya daxil 
olduqdan 2 gündən gec olmamaq şərtilə aparılmalıdır. Hava so-
yuq olduqda nümunələr otaq temperaturunda 1,5 – 2 saatdan az 
olmamaq  şərtilə saxlanılır. Toxumlarda gənələrin təyini üçün 
isə nümunələr təhlilə  qədər 25-28 
0
C -də, 20-30 dəq  ərzində 
isidilir ki, ziyanvericilər hərəkətə gəlsin və aydın görünsün.  
Toxumlarda ziyanvericilərlə yoluxmanın açıq və gizli 
formaları olur. Açıq formada canlı ziyanvericilər toxumlararası 
boşluqlarda, gizli formada isə - toxumların içərisində yerləşir.  
Toxumların ambar ziyanvericiləri ilə açıq formada 
yoluxmasının təyin edilməsi.  Nümunə 3 dəq  ərzində yumru 
deşiklərinin diametri 2,5 və 1,5 mm, xırda toxumlu bitkilər 
üçün isə 1 mm olan 2 xəlbirdən keçirilir. Ələnmiş toxumlar al-
tına qara kağız (gənələrin asan aşkar olunması üçün) qoyulmuş 
şüşənin üzərinə tökülür. Xırda deşikli xəlbirin üstündə qalmış 
toxumlarda taxıl uzunburunu, ağacovan, unyeyən, xırıldaq, iri 
deşikli xəlbirlərdə isə - iri xırıldaq, paxla qurdu, güvə və başqa 
iri həşəratlar gözdən keçirilir. Ilk canlı ziyanverici tapıldıqda 
analiz dayandırılır. Gənələr isə sayılır və onların 1 kq toxumda 
miqdarı təyin edilir. Xüsusi optik cihazda toxumların gənələrlə 
yoluxması lampa ilə isidilmiş  və  işıqlandırılmış qara altlıq 
üzərində 4-5 dəfə böyüdülmüş böyüdücü şüşənin köməyi ilə 
təyin edirlir.  
Toxumların taxıl uzunburunu ilə gizli formada yolux-
ması o zaman təyin olunur ki, nümunədə ölü taxıl uzunburunu 
və yaxud onlarla zədələnmiş toxumlar aşkar edilsin. Buğdanın, 
çovdarın, arpanın və çəltiyin toxumları uzununa kəsilir və taxıl 
uzunburunun olub olmaması yoxlanılır. Və yaxud başqa 


164 
üsuldan istifadə edilir. Toxumlar qaynar su ilə (20 
0
C) 1 dəq 
ərzində  və 1%-li kalium permanqanat məhlulu ilə yenə  də 1 
dəq  ərzində  işlənilir. Sonra ziyanvericilər daxil olduğu yerləri 
qaralan toxumlar seçilərək içərisinə baxılır.  
Hər iki üsulda təhlil üçün əsas bitkinin 200 toxumu götürü-
lür. Lakin, ilk ziyanverici aşkar edildikdə təhlil dayandırılır.  
Paxlalı bitkilərdə paxla qurdu, darıda darı ağcaqanadı, çətə-
nədə yarpaqbükən tırtıl, qarğıdalıda dən güvəsi ilə toxumların 
aşkar və gizli formada yoluxması toxumların təmizliyinin 
(DÜST 12037-81) təhlili zamanı təyin edilir.  
Əgər nümunələrdə ziyanvericilər aşkar olunmazsa qalan orta 
nümunəyə baxış keçirilir və təhlil davam etdirilir.  
Paxlalı bitkilərin toxumlarının taxıl qurdu ilə gizli formada 
yoluxmasını  təyin etmək üçün, sürfələrin izlərini toxumlarda 
gördükdə toxumlar açılır və içərisinə baxılır.  Əgər bu toxum-
larda canlı ziyanvericilər aşkar olunmursa qalan toxumlar 
yodlu kaliumda 1%-li yod məhlulu ilə  işlənilir ki, zədələnmiş 
yerlər aydın görünsün.  
Bunun üçün toxumlar (torda) əvvəlcə 1-1,5 dəqiqəlik yodlu 
kaliumda 1%-li yod məhluluna salınır, sonra isə 30 saniyəlik 
0,5%-li qələvi (yeyici K və ya Na) məhluluna keçirilir. Toxum-
lar işləndikdən sonra sürfələrin tünd rəngə boyanmış yerinin 
itməməsi üçün qısa bir zamanda baxış keçirilir.  
Toxumların üzərində aşağıdakı xarici əlamətlər olarsa, darı 
toxumunda darı  ağcaqanadının, çətənədə yarpaqbükən 
tırtılın, qarğıdalıda dən güvəsinin gizli formada yoluxmasını 
təyin etmək lazımdır.  

Darı toxumları darı  ağcaqanadı ilə yoluxubsa, yolux-
mamış toxumlarla müqayisədə onlar uzunsov, daha yastı  və 
çiçək pulcuqları tutqun boz rəngdə olur; 

Çətənənin toxumları yarpaqbükən tırtılla yoluxubsa on-
larda torla hörülmüş gəmirilmiş deşiklər olur; 

Dən güvəsi ilə yoluxmuş qarğıdalı toxumlarının rüşeym-
lərində tünd nöqtə olur.  


165 
Seçilmiş toxumlarda ilk canlı ziyanverici aşkar oluananadək 
toxumlar açılır, baxış keçirilir və sonda təhlil başa çatır.  
Toxumların xəstəliklərlə yoluxmasının təyini.  Törədici-
dən, yoluxmanın xüsusiyyətindən, xəstəlik formalarının təza-
hüründən və bitkidən asılı olaraq toxumların yoluxmasının 
təyin etmək üçün aşağıdakı üsullardan istifadə edilir. (DÜST 
12044-81). 
Mikroskopik üsul. Mikroskopik üsulun əsası adi gözlə  və 
ya böyüdücü şüşənin köməyilə baxış keçirtməkdən ibarətdir. 
Bu üsul sürmə (sürmə kisəcikləri və onların hissələri, sürmə 
komları  və onların hissələri, sürmə sünbülcükləri və onların 
hissələri) xəstəliklərinin üzə  çıxarılması üçün istifadə olunur. 
Toxumların təmizliyinin təyin edilməsi zamanı onlar qarışıq 
kimi hesab edilir.  
Sentrifuqa üsulu. Bu üsul  toxumların üzərinin göbələk 
sporları ilə çirklənməsi zamanı istifadə olunur. DÜST tövsiyə 
edir ki, bu üsul əkinlərin aprobasiyası zamanı sürmə  xəstəlik-
ləri ilə yoluxma müşahidə olunubsa və yaxud toxumların tə-
mizliyinin təyin edilməsi zamanı sürmə  xəstəliyinə rast gə-
linibsə, dənli bitkilərdə sürmə  xəstəliyinin sporlarının aşkar 
olunması üçün istifadə olunsun; həmçinin kətanda Pasmo 
xəstəliyinin törədicilərinin, çuğundurda pas xəstəliyinin, efir 
yağlı bitkilərdə  xəstəliklərin, dənli otlarda sürmə  xəstəliyinin 
sporlarının aşkar olunması üçün istifadə olunsun.  
3-cü orta nümunədən (kətanda 1-ci nümunədən) hərəsi 100 
toxum olmaqla 2 nümunə götürülür. Hər nümunə içində 10 ml 
su olan şüşə borunun içərisinə qoyulur və hamar səthli 
toxumlar (buğda və s.) – 5 dəq, qeyri hamar səthli toxumlar 10 
dəq, kətanın toxumları isə 1 dəq ərzində çalxalanır. Çalxaladıq-
dan sonra hər nümunədən yuyucu su ayrıca boruya süzülür və 
sporların çökməsi üçün 3 dəq  ərzində sentrifuqadan istifadə 
olunur (əl sentrifuqasından istifadə etdikdə 150 dövr edilməli-
dir). Yuyucu su süzülür, çöküntüdən isə göbələklərin növünün 
təyin edilməsi və mikroskop altında baxmaq üçün 5 preparat 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə