Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   53   54   55   56   57   58   59   60   ...   89

187 
onlardan başqa rüşeymin qılafında dərin çatlar və  kəsiklər 
müşahidə olunur. Belə ki, Timiryazev adına Kənd Təsərrüfatı 
Akademiyasının Toxum nəzarət laboratoriyasının məlumatları-
na görə Moskva vilayəti şəraitində payızlıq çovdar Hibridnoye-
2 sortunun toxumlarının 90%-dən çoxunda qılafın mikro 
zədələri olmuşdur; bunların 1/3 rüşeymin qılafında olan dərin 
zədələr idi, endosperm sahəsində isə tamamilə yox idi. Payızlıq 
buğda sortu olan Mironovskaya-808-də toxumlarının yarısının 
qılafı mikro zədəli idi, bunlardan rüşeym qılafının dərin zədə-
ləri ilə olanlar 10%-dən artıq, endospermdə isə 2%-ə qədər idi. 
Sonrakı  tədqiqatlar nəticəsində aydın olmuşdur ki, qılafın 
üst zədələri əsasən də endosperm sahəsində olan zədələr toxum 
keyfiyyətinə  nəzərə çarpacaq dərəcədə  təsir göstərmir.  Əgər 
rüşeymin üzərində olan qılafın bütün qatlarının bütövlüyü dağı-
lırsa, o zaman toxumun səpin keyfiyyəti, əsasən də onların tor-
paqda boyatma gücü və tarla cücərməsi aşağı düşür. (Şəkil 15) 
 
Deməli, zədələnmiş toxumların ümumi sayından başqa, to-
xumların dağılmış rüşeymləri ilə birgə  həm də onların qılaf-
larında olan dərin zədələri də ayrıca nəzərə almaq lazımdır. 
Zədələrin belə  təsnifatı praktiki məqsədlər üçün çox 
rahatdır. Lakin, yüksək nəmli toxumlarda döyüm zamanı əmələ 
Şəkil 15. Rüşeym qılafı zədələnmiş payızlıq 
 çovdarın boyatma gücü: 
1- nəzarət;  2- az zədəli; 3 – dərin zədəli


188 
gələn rüşeymin təhlükəli daxili zədələrinin və müxtəlif əzinti-
lərin təyin olunma üsullarının olmaması  nəticəsində bunlar 
nəzərə alınmır.  
 
10.3. Mikrozədələrin təyin edilmə üsulları 
 
Əsas üsul toxumlara böyüdülmüş şəkildə baxış keçirməkdir. 
Məsələn, buğda və çovdarda 7-10 dəfə artırmaq kifayət edir.  
Mikro zədələrin təhlili 100 toxumdan olan nümunələrdə iki 
təkrarda aparılır və bu zaman təkrarlar arasındakı  fərq zədəli 
toxumların ümumi sayının 10%-dək ola bilər (onların üzərində 
olan zədələrin sayından asılı  olmayaraq). Əgər fərq çox olarsa 
üçüncü təkrar aparılır. Öyrənilən bitkidən təhlil üçün nümu-
nələr dağılmış, əzilmiş toxumlar seçildikdən sonra götürülür.  
Mikro zədələrin asanlıqla aşkar olunması üçün çox zaman 
toxumların rəngləyici maddələr ilə boyanması və ardınca suda 
yuyulması üsulundan istifadə edilir. (Cədvəl 22) 
 
Toxumların mikro zədələrinin aşkar olunması üçün boya maddələri 
(K.Y.Kalaşnikova və M.F.Olimpiyeva görə) 
          Cədvəl 22 
Boya maddə-
lərinin adı və 
ya rəngi 
Konsentrasi
yası%-lə 
 
Rənglənmənin 
müddəti, dəqiqəilə 
Zədələnmiş 
yerlərin rəngi 
Anilin boyaları 
Narıncı 0,5  1-2 
Tünd 
qırmızı 
Mavi  
10 
1-2 
Mavi 
qara 1,0 1  Qara 
Bənövşəyi 1,0 

Mavi 
Yaşıl 1,0  1 
Tünd 
yaşıl 
Histoloji boyalar 
Indiqokarmin 
(tünd sürməyi 
al qırmızı 
boyaq) 
0,5 3-5  Göy 
Eozin 0,1 3-5 Çəhrayı 
Konqa-rot 0,2 
3-5 
Qırmızı 


189 
Buğda və çovdar toxumları 0,5%-li konqa–rot məhlulunda 3 
dəqiqə  ərzində saxlandıqda toxumlar dəqiq rənglənir. Qar-
ğıdalıda isə yaxşı  nəticələr indiqokarmini istifadə etdikdə 
alınır. Dənli-paxlalı bitkilərin zədələri isə anilin boyaları ilə 
rəngləndikdə daha yaxşı müəyyən olunur. 
Boyalar zədələnmiş yerlərdə  yığılaraq onları  rəngləyir və 
daha çox nəzərə çarpılmasını təmin edir. Rəngləndikdən sonra 
qarğıdalı və dənli paxlalı bitkilərdə zədələrin növünü müəyyən 
etmək olur. Ancaq, buğda və çovdar toxumlarında zədələrin 
növünü müəyyən etmək üçün onlara həm də mütləq böyüdücü 
altında baxmaq lazımdır. Lakin bu bitkilərdə rənglənmənin bir 
üsulunun köməyi ilə mikro zədəli toxumların ümumi sayı kimi, 
həmçinin rüşeymi zədələnmiş toxumların sayını da təyin etmək 
mümükündür. Rəngləmə, mikro zədələrin təyin edilməsində 
sadə  və  əlverişli üsul kimi istehsalatda toxumların döyüm 
keyfiyyətinə nəzarəti təmin etməkdə məqsədə uyğundur. 
Buğdanın endospermində çatları diafanoskopda işıqlandırma 
üsulu ilə  aşkar etmək mümkündür (işıq aşağıdan verilir). Bu 
üsulla toxumları parçaladıqdan sonra, həm də  çəltiyin toxu-
munda olan endosperm çatlarını da təyin etmək olur. Lakin, bu 
zaman toxumların parçalanmaması üçün rengenoqrafik üsuldan 
istifadə etmək daha məqsədə uyğundur. 
Mikrozədələrin sayının təyin edilməsi üçün toxumlara baxış 
aparma üsulundan başqa onların aşkar edilməsi üçün əlavə 
üsullar da vardır:zədələrin toxumların cücərtisinə təsiri.  
Toxumların qılafının zədələri onun adi üsulla təyini zamanı 
çox vaxt cücərtiyə  təsir etmir. Lakin belə toxumları bir neçə 
zəhərli maddələrlə işlədikdə onlar məhv olurlar, bütöv toxum-
lar isə cücərti verirlər ona görə ki, onların qılafı həll olunmuş 
maddələrin çoxunu keçirmirlər. Zəhərli maddələrlə  işlənmiş 
toxumların cücərtilərinin nəticələrini nəzarətlə (işlənməmiş 
toxumların cücərtiləri ilə) müqayisə etdikdə zədələnmiş toxum-
ların sayı haqqında ümumi məlumat almaq olar.  
Toxumların əvvəlcədən işlənməsi üçün aşağıdakı məhlullar 


190 
tövsiyyə olunur: formalinin 0,2%-li konsentrantında 10 saniyə 
ərzində sonra isə 2 saat ərzində buğda və çovdar toxumları 
həmin məhlulun dənə hopdurulması üçün saxlanılır; toxumların 
dərmanlanması üçün civə  məhlulu; 50%-li sulfat turşusunun 
məhlulu və b. Toxumların işlənməsi zamanı bu məhlullardan 
istifadə etdikdə  məhlulların konsentrasiyasını  və  işlənmə 
vaxtını mütləq ciddi nəzarətdə saxlamaq lazımdır. Çünki, onlar 
bitkidən və hətta sortdan asılı olaraq dəyişilirlər.  
Mikro zədələrin toxumların cücərməsinə mənfi təsirini aşkar 
etmək üçün onların torpaqda yetişdirilməsindən istifadə edirlər: 
boyatma gücünün təyini, “soyuq” yetişdirmə. Torpağın mikro-
florası  zədələnmiş toxumlara asanlıqla daxil olaraq onların 
kiflənməsinə  və yaxud qeyri-normal cücərməsinə  gətirib 
çıxarır. Bu təhlil üçün tərkibində ziyanlı mikroorqanizmlər 
məsələn, fuzarioz cinsindən olan fuzarioz penisilium və başqa 
cinslərin göbələkləri olan torpaqlar əlverişlidir.  
Zədələnmiş toxumların müxtəlif yetişdirmə üsullarından 
istifadə etdikdə nəzərə almaq lazımdır ki, cücərtilərin azalması 
yalnız zədələnmədən deyil, həmçinin toxumların xəstəliklərin-
dən, onların lazımi qədər yetişməməsindən və başqa 
səbəblərdən də ola bilər. Bunun üçün də, yetişdirmənin nəti-
cələrini baxmaq yolu ilə təyin olunmuş zədəli toxumların sayı 
haqqında olan məlumatlarla tamamlamaq mədsədə uyğundur.  
  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə