Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   52   53   54   55   56   57   58   59   ...   89

184 
xumlara təsiri xeyli artır. Çünki, bitki kütləsinin özünüqo-
ruyucu təsiri azalır. Verilən kütləni artırdıqda isə toxumların 
zədələnməsi artır ona görə ki, taxıldöyən aparatın aralıqları 
dolduğu üçün toxumlara mexaniki təsir yüksəlir. 
Toxumların zədələnməsinə taxıldöyən aparatın düzgün işlə-
məyən şneki, elevatoru və başqa hissələri həmçinin, təmizləyici 
şəbəkənin idarə edilməsi də təsir edir.  
Əgər taxıldöyən aparatın işçi orqanlarında müxtəlif biz çıxın-
tılar olarsa (bu da yeni detallar qoyulan zaman müşahidə olunur), 
toxumların zədələnməsi xüsusilə artır. Ona görə  də yeni 
kombaynları toxumluq əkinlərin yığımında istifadə etmək olmaz.  
Taxıldöyən aparatın işçi orqanlarının hazırlanmasında is-
tifadə olunan materialın mühüm əhəmiyyəti vardır. Bu məq-
sədlə daha yumşaq materialların və rezinin istifadə olunması 
toxumların zədələnməsinin azalmasına səbəb olur.  
Taxıldöyən aparatın konstruktiv xüsusiyyətləri-barabanların 
ölçüsündə olan müxtəliflik, döyənlərin sayı, baraban altının 
quruluşu və s. toxumların zədələnməsinin aradan qaldırılmasın-
da müəyyən rol oynayır.  İki barabanlı taxıl döyən aparatlar 
döyülmənin keyfiyyətinin yaxşılaşdırılmasında xüsusi yer 
tutur. Bunun yaradılma ideyasını verən əkinçilik mexanikasının 
əsasını qoyan V.P.Qoryaçkin olub. 
 Hal-hazırda taxıldöyən aparatların quruluşu və döyülmə 
texnologiyası bitki ilə  sıx olan toxumların döyülməsi nəzərdə 
tutulubdur. Məhz bunun üçün də daha çox yetişmiş toxumlar
digərlərindən fərqli olaraq bitki ilə  sıx  əlaqədə olmadığı üçün 
onlara daha çox təzyiq olunur. Kombaynlarda iki barabanlı 
taxıldöyən aparatların hərlənmə tezliyi zəif olan birinci bara-
banında döyülən toxumlar təmizləmə  şəbəkəsində seçilir, 
döyülmədən qalanlar isə ikinci barabana daxil olur və orada 
optimal hərlənmə tezliyi altında döyülürlər. Beləliklə, iki 
barabanlı aparatların istifadəsi sayəsində bitkinin və toxumların 
fiziki-texniki xüsusiyyətlərinə uyğun olaraq kombaynların işçi 
orqanlarını idarə etmək mümkün olur. Bu da toxumların 


185 
zədələnməsini və döyülmədən qalan itkilərin azalmasını təmin 
edir. Təkbarabanlılarla müqayisədə onlar toxumların dağılma-
sını 1,5-2,0 dəfə azaldır və rüşeymini az zədələyir. Lakin, iki 
barabanlı kombaynların üstünlüyü o zaman büruzə verilir ki, 
əgər birinci barabanın hərlənmə tezliyi 1 dəqiqədə ikinciyə 
nisbətən 200-300 dövr edir, birinci baraban altında döyülmə 
aralıqları isə 3-4 mm ikinciyə nisbətən böyük olur. 
Beləliklə, toxumların zədələnməsini azaltmaq üçün çoxlu 
üsullar vardır. Lakin hər şeydən əvvəl yığılan bitki və sortların 
fiziki-texniki xüsusiyyətlərindən və vəziyyətindən asılı olaraq, 
kombaynların iş rejimlərinin düzgün seçilməsidir. Maşınların 
texniki vəziyyətini lazımı dərəcədə təmin et-mək çox vacibdir. 
 
10.2. Zədələrin təsnifatı və onları təyin etmə üsulları 
 
Zədələrin təsnifatı.  Zədələrin ümumi sayını  təyin etmək 
kifayət deyil, çünki onlar tək xarici görünüşə görə yox, həm də 
toxumun keyfiyyətinə  təsirinə görə  də müxtəlifdirlər. Toxum 
zədələrini xarakterizə etmək üçün həmin zədələri təsnifata 
bölərkən nəzərə almaq lazımdır ki, eyni toxumda zədələr 
müxtəlif ola bilər. 
N.N.Ulrixin təsnifatına görə buğdanın toxumlarında mikro 
zədələrə  qılafların qopması, daxili çatlar, əziklər, “qançırlar”, 
yaralar aiddir. Digər gözə görünən zədələr isə makro zədələrə 
aiddir. 
Daha sonralar verilmiş təsnifata görə  dənli bitkilərdə mikro 
zədələrə rüşeymi əzik toxumlar da aid olundu. Baxmayaraq ki, 
bu zədələr yaxşı görünür. Bu fikir onunla izah edilir ki, başqa 
mikro zədəli toxumlarla yanaşı onları müasir maşınlarda 
ayırmaq mümkün deyil.  
Toxumların zədələnməsinin tam əhatəli təsnifatını İ.Q.Stro-
na verir ki, bu təsnifata görə mikro zədələrə 9 zədə tipi aiddir. 
Mexaniki təsir nəticəsində rüşeymin, endospermin, qılafın 
zədələnməsindən  əmələ  gələn mikro zədələrdən başqa müəllif 


186 
digər mikro zədələri də qeyd edir. Hansı ki, onlar mikroorqa-
nizmlərin fəaliyyəti və sorucu ziyanvericilərin təsiri ilə  əmələ 
gələn mikro zədələrə ayırd edilir. Bu iki növ zədələr mikro 
orqanizmlərin və ziyanvericilərin ifrazatı ilə toxumun intoksi-
kasiyasiyaya uğraması  nəticəsində yaranır. Məhz bunun üçün 
də bunlar xüsusilə təhlükəlidirlər. 
Yüksək temperaturun təsiri altında sahədə  və yaxud quru-
dulma zamanı nəmliyin tez itməsi nəticəsində xüsusilə də çəltik 
və qarğıdalı toxumunda baş verən endospermin çatlılığı  və 
toxumların bitkidən ayrılması zamanı    əmələ  gələn qılafın 
mikro zədələri ayrıca bir növə ayrılır.  
Bu zədələrin hər iki növü digərlərinə nisbətən daha az 
təhlükəlidir. Baxmayaraq ki, endospermin çatlamasından irəli 
gələn zədələr nəticəsində döyüm zamanı  dənlər daha çox 
parçalanır. Qılafın mikro zədələnməsi zamanı isə mikrofloranın 
zədələr vasitəsilə keçməsi mümkün olur. 
Beləliklə, toxum zədələri mikro və makro zədələrə bölünür
bunlar isə öz növbəsində toxumda zədənin yerindən, onların 
yaranma səbəblərindən, ziyanlılığından asılı olaraq fərqlənirlər. 
Nəticədə isə  hətta eyni toxum üzərində belə çox sayda mikro 
zədələrin növlərinə  təsadüf olunur. Təsərrüfatda belə qiymət-
ləndirmə sxemini istifadə etmək çətindir. Ona görə də indiyə-
dək toxumların təmizliyinin analizi zamanı  əzilmiş, dağılmış 
toxumlardan başqa zədələr təyin olunmur. Əlbəttə ki, rüşeymi 
zədələnmiş toxumlar cücərmə analzi zamanı özünü büruzə 
verir. Lakin zədələrin çoxu, xüsusən də  qılaf zədələri olan 
toxumlar özünü büruzə verməyə də bilər. 
Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının Toxum 
nəzarət laboratoriyalarının və başqa elmi idarələrinin apardıq-
ları çoxillik tədqiqatlar nəticəsində  təyin edilmişdir ki, qara 
torpaq olmayan zonalarda çovdar və buğda toxumlarında olan 
mikro zədələr  əsasən qılaf zədələridir. Bununla belə xüsusilə 
çovdar toxumunda endosperm sahəsində  dənin qabığında və 
hətta onun üst  qatlarında spesifik zədələr olur. Həmçinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə