Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   55   56   57   58   59   60   61   62   ...   89

195 
maq üçün qiymətləndirmə balla aşağıdakı şkala üzrə aparılır: 
l. çox az 
          -27-30 q-dan az olduqda
3. az 
          -31-38q olduqda 
5. orta 
          -39-46 q olduqda; 
7. yüksək                      -47-54 q olduqda; 
9. çox yüksək               -54 q-dan çox olduqda 
 
Arpa nümunələrini 1000 dənin kütləsinə görə qruplaşdırmaq 
(beynəlxalq klassifıkatora görə) üçün qiymətləndirmə balla 
aşağıdakı şkala üzrə aparılır: 
1.  çox az               -34,1 -36,0 q    olduqda; 
3. az 
  -36,1 -40,0 q   olduqda 
5. orta 
   -40,1-45,0 q    olduqda; 
7. yüksək 
  -45,1-50 q olduqda; 
9. çox yüksək  - 50,0 q-dan çox olduqda 
 
Dənin  rəngi - növmüxtəlifliyinə  və sorta məxsus olan 
morfoloji  əlamət olmaqla ətraf mühit amillərinin və  tətbiq 
edilən aqrotexniki tədbirlərin təsirindən qismən dəyişə bilər. 
Dənli bitkilərdə aşağıdakı rənglərdə dənlərə rast gəlinir: 
1- açıq sarı; 
2- sarı; 
3-kəhraba rəngli sarı; 
4- açıqqəhvəyi; 
5- qəhvəyi; 
6-qəhvəyi-kəhraba; 
7- yaşıl; 
8- bənövşəyi; 
9- digər rənglərdə. 
 
Sünbüldə dənlərin sayı. 1000 dənin və bir sünbüldə dənin 
kütləsinə əsasən tapılır: 
dk
k
s
M
D
D
1000

=
 


196 
Burada D
k
 - sünbüldə dənlərin sayı, ədədlə;  
            M
dk
-
 
1000 dənin kütləsi, q-la. 
 
Sünbüldə  dənlərin sayını asan və tez təyin etmək üçün 
aşağıda  verilmiş cədvəldən istifadə oluna bilər. Tədqiq olunan 
buğda sort və sortnümunələrini bir sünbüldəki dənlərin sayına 
görə balla qruplaşdırmaqdan ötrü aşağıdakı  şkaladan istifadə 
edilməlidir: 
l. çox az- sünbüldə dənlərin sayı 11-15 ədəddən az olduqda; 
3. az- bir sünbüldə dənlərin sayı 16-25 ədəd olduqda; 
5. orta bir- sünbüldə dənlərin sayı 26-35 ədəd olduqda; 
7. yüksək- bir sünbüldə dənlərin sayı 36-55 ədəd olduqda; 
9. çox- yüksək bir sünbüldə  dənlərin sayı 55 ədəddən çox 
olduqda. 
 
Arpa sort və sortnümunələrini bir sünbüldəki dənlərin sayı-
na görə balla qruplaşdırmaqdan ötrü (beynəlxalq klassifikatora 
görə) aşağıdakı şkaladan istifadə edilməlidir: 
                     
                                                          2 cərgəli     6 cərgəli  
1. çox az- bir sünbülda dənlərin sayı 12-13   və 28-32 ədəd 
olduqda; 
3. az- bir sünbüldə dənlərin sayı       14-19   və   33-42 ədəd  
5. orta- bir sünbüldə dənlərin sayı    20-24   və   43-52 ədəd  
7. yüksək- bir sünbüldə dənlərin sayı 25-30   və   53-60 ədəd 
olduqda; 
9. çox yüksək- bir sünbüldə dənlərin sayı   30-dan  və   60-dan 
çox olduqda 
Qarğıdalı  qıçasından dən çıxımının təyini.  Qarğıdalının 
qıçasından dən çıxımı dövlət standartında göstərilən üsulla 
təyin edilir.  
Bunun üçün orta nümunədən on ədəd qıça 1 kq-a qədər də-
qiqliklə  çəkildikdən sonra laboratoriyada qarğıdalıdöyən ma-
şında döyülür. Əgər bu maşın yoxdursa, döymə prosesi əllə 


197 
aparılır. Döyülmüş  dən qıçanın qırıntılarından təmizlənmək 
üçün xəlbirlənir və  çəkilərək məlum nəmlikdə  dən çıxımı 
aşağıdakı düsturla hesablanır: 
 
80
275
%
100
225
%
100
1
=
×
=
×
=
C
C
X
 
 
Burada : X- dən çıxımı (%-lə); 
               C- dənin kütləsi (q-la); 
               C
1
- qıçanın ümumi kütləsidir (q-la). 
 
 


198 
XII FƏSİL 
 
TOXUMÇULUĞUNUN AQROTEXNOLOGIYASI 
 
Hal-hazırkı  şəraitdə  təsərrüfatlar sürətlə özəlləşir və to-
xumçuluqla məşğul olmaq istəmirlər. Odur ki, necə əvvəllər 
olduğu kimi toxumçuluq yenə də Dövlət tərəfindən nəzarətə 
götürülməli və ona xüsusi diqqət yetirilməlidir. Çünki, 
toxum k/t-ı bitkilərinin məhsuldarlığının bünövrəsini təşkil 
edir. Odur ki, toxum təmiz, cücərmə qabiliyyəti yüksək, 
dolğun, sağlam və sortca təmiz olmalıdır. 
 Belə toxumu o zaman yetişdirmək olar ki, yüksək aqro-
texniki tələblərə  əməl edilsin, növbəli  əkində toxumluq sa-
hələr düzgün yerləşdirilsin, gübrə sisteminə düzgün əməl 
edilsin. 
Toxumların əsas səpin keyfiyyəti göstəriciləri onların təmiz-
liyi, tərkibində başqa bitki və alaq toxumları qatışığının olma-
ması, cücərmə qabiliyyəti, rütubətliyi, tam çəkiliyi, ölçüyə  və 
çəkiyə görə bir cinsliliyindən ibarətdir. Yaxşı toxumlar zərər-
verici və xəstəliklərə tutulmamalıdır. 
Toxumluq təsərrüfatları toxumu kondisiyaya çatdırmaq 
üçün toxum təmizləyən maşınlara, toxum anbarlarına, to-
xum qurutmaq üçün asfalt-sement meydançalara malik 
olmalıdır. 
Aqrotexniki şəraitdən asılı olaraq bitkilər öz təbiətini də-
yişdiyi üçün toxum təsərrüfatlarında aqrotexnika yüksək 
səviyyədə olmalı, lazımı k/t-ı maşınları  və yüksək ixtisaslı 
kadrlarla təmin edilməlidir. 
Toxumun keyfiyyəti nə  qədər yaxşı olarsa, ondan inkişaf 
edən bitkilər bir o qədər güclü və məhsuldar olar. Buna görə də 
təsərrüfat yetişdirəcəyi toxumun yüksək keyfiyyətli olması 
üçün bütün tədbirləri vaxtında görməlidir. 
Məhsuldarlığı yüksəltmək işində toxumun əhəmiyyətini 
nəzərə alaraq sort toxumlarının təmiz, cücərmə qabiliyyətinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə