Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   58   59   60   61   62   63   64   65   ...   89

205 
Toxumlar günəşli və açıq havada nazik, 5-15 sm qalınlıqla 
laylarla, altına brezent salınmış halda qurudulmalıdır. Qurudu-
larkən tez-tez çevrilməlidir. Bir gün ərzində qurutmaq mümkün 
olmadıqda axşam konus şəklində topalara yığılıb üzəri örtül-
məlidir. Açıq havada toxumlar qurudularkən hava quru və tem-
peratur +50 +80
0
C-dən aşağı olmamalıdır. Toxumların küləyə 
verilməsi həm rütubətliyi, həm də temperaturu aşağı salır. 
Lakin havanın nisbi rütubəti toxumun nəmliyindən çox 
olduqda toxumu havaya vermək ziyandır. Belə halda süni 
quruduculardan istifadə edilməlidir. Toxumların termiki üsulla 
qurudulması xüsusilə yaxşı  nəticə verir. Lakin bu zaman 
toxumun növündən və tərkibindəki nəmliyin miqdarından asılı 
olaraq qurutma temperaturu düzgün nizamlanmalıdır. 
 
Toxumların saxlanması  
 
Toxumlar yalnız kisələrdə saxlanılmalıdır. Hər sort ayrı-ayrı 
anbarlarda yerləşdirilməlidir ki, sortlar bir-birini zibilləməsin. 
Müxtəlif təmizlik dərəcəsinə  və digər keyfiyyətlərinə görə 
fərqlənən toxum materialları da ayrılıqda saxlanmalıdır. 
Fermerlər bəzən toxumun saxlanılmasına düzgün əməl et-
mirlər. Bu halda toxum keyfiyyətini itirir və məhsuldarlıq aşağı 
düşür. Toxumun saxlanması zamanı 3 amil daim nəzarətdə 
saxlanmalıdır.  
1) Toxumun və xarici mühitin temperaturu;  
2) Toxumun və xarici mühitin nəmliyi; 
3) Havalandırma isti vaxtlarda hər 3 gündən bir, qışda isə 
həftədə bir dəfə toxumun temperaturu  yoxlanılmalıdır. Bu məq-
sədlə  termometr toxumun içində 15-20 dəqiqə saxlanılmalıdır. 
Temperatur yüksək olduqda toxumun cücərmə qabiliyyəti aşağı 
düşür. Toxumun saxlandığı müddətdə onun nəmliyi üzərində 
daimi nəzarət edilməlidir ki, nəmlik qalxmasın. Nəmlik norma-
dan artıq olduqda, məhsulun keyfiyyətinə mənfi təsir göstərir. O 
nümunə götürmək yolu ilə laboratoriyada təyin edilir. 


206 
Fermerlər saxlanma zamanı anbar zərərvericilərinə qarşı 
diqqətli olmalıdır. 
Yuxarıda göstərilənlərlə  bərabər toxum saxlandığı bütün 
dövr  ərzində tez-tez anbarın havası  dəyişməli və toxumların 
cücərmə qabiliyyəti yoxlanılmalıdır. 
Toxumun saxlanılmasında onun digər fiziki-mexaniki xüsu-
siyyətləri ilə yanaşı tənəffüsü və nəmliyi nəzərə alınır. 
Havalanma şəraiti pis olduqda toxumun cücərmə qabiliyyəti 
azalır. Toxumun tənəffüsü onun nəmliyindən əhəmiyyətli dərə-
cədə asılıdır. Toxumun yaxşı saxlanılması üçün onun nəmliyi 
böhranlı nəmlikdən az olmalıdır. Böhranlı nəmlik buğda, arpa, 
çovdar üçün 14.5-15.5;dənli paxlalılar üçün 15.0-16.5;qarğıdalı 
üçün 13.5-14.5 və günəbaxan üçün isə 8-10.0%-dir. 
Toxumun nəmliyi böhranlı nəmlikdən artıq olduqda saxlan-
maya davamsız olur. Iri partiyada saxlanılan (2.5-3.0 m-dən 
hündür) toxumların nəmliyi böhranlı  nəmlikdən 1.5-2.0 aşağı 
olmalıdır. 
Nəmlikdən asılı olaraq aşağıdakı toxum qrupları  fərqlən-
dirilir
1.  Quru toxumlar (nəmlik 14%-dən az)-saxlanmaya da-
vamlı; 
2. Orta quru toxumlar(14-15.5% nəmlikdə). Tənəffüsü quru 
toxumlara nisbətən 2-4 dəfə intensivdir. Saxlanmaya davam-
sızdır. 
3. Az nəmli toxumlar(nəmlik 17%-ə  dək). Quru toxumlara 
nisbətən 4-8 dəfə artıq tənəffüs edir. Saxlanmaya xüsusi diqqət 
tələb edir. 
4. Nəmli toxumlar(17%-dən çox nəmli). Tənəffüsü quru toxum-
lara nisbətən 20-30 dəfə intensivdir. Saxlanmaya yararsızdır. 
Qurutma zamanı toxumun cücərmə qabiliyyətini saxlaması 
üçün onun 40-45ºS-dən çox qızmasına yol vermək olmaz. Təzə 
yığılan toxumların cücərmə qabiliyyəti nisbətən az olur. Ona 
görə toxum səpilməzdən  əvvəl müəyyən müddət saxlanıl-
malıdır. 


207 
Toxum saxlanılan anbar əvvəlcədən hazırlanmalıdır. Bu 
zaman köhnə  məhsulun qalıqları  və zibillər təmizləndikdən 
sonra dezinfeksiya olunmalıdır. 
Anbarda toxumun qarışdırılmaması üçün dakkada toxumun 
səviyyəsi 15-20 sm az olmalıdır. 
Elit toxumların xüsusi kisələrdə saxlanılması tövsiyyə olu-
nur. Toxum tökülən kisələr 15 sm hündürlüyündə  ağac altlıq 
üzərində  yığılmalıdır. Üst-üstə  yığılan toxum kisələrinin sayı 
bitkinin növündən asılı olaraq 5-8-dən çox olmamalıdır. Hər 
dakkanın və ya yığımın üstünə toxumun sortunu və  səpin 
keyfiyyətini əks etdirən etiket (yarlıq) əlavə edilir. 
 
 
 Toxumun kondisiyası 
 
Səpin məqsədi ilə ayrılan toxumlar lazımi tələbata uyğun 
gəlməlidir. Bu tələbata kondisiya deyilir. Fermerlər buna 
xüsusi diqqət yetirməlidirlər. 
Kondisiyaya uyğun olmayan toxumlardan səpin üçün isti-
fadə edilməməlidir. Ona görə  də  hər fermer çalışmalıdır ki, 
yüksək məhsuldar, başqa sort və alaq otu, zibil qarışığından 
təmiz, sağlam və zərərvericilər tərəfindən zədələnməyən toxum 
yetişdirsin, həmçinin bu toxumlar uzun müddət saxlamağa 
imkan verən normal nəmliyə malik olsun. 
Toxumlar səpin keyfiyyətindən asılı olaraq I, II və III 
standart siniflərə bölünür. 
I sinif toxumlar  ən yüksək  keyfiyyətli, II sinif orta və III 
sinif I-ə  və II-yə nisbətən aşağı keyfiyyətli hesab olunur. 
Fermer təsərrüfatlarında imkan daxilində birinci sinif 
toxumlardan istifadə edilməlidir. 
Birinci sinif toxumlar çatmadıqda isə ikinci sinif 
 
toxumlardan istifadə edilir. Toxumların təmizliyini və cücərmə 
qabiliyyətini  yüksəltmək üçün başlıca tədbir onları təmizləmək 
və çeşidlərə ayırmaqdır. Bu üsulla hər cür qatışıq, o cümlədən 
cücərti verə bilməyən toxumlar kənar edilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə