Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   57   58   59   60   61   62   63   64   ...   89

202 
toxumların aşağılara qarışmasının qarşısı alınır. Bu məqsədlə 
səpin maşınının gözləri bağlanmalıdır. Səpin aparılarkən başqa 
sortların sahəsindən keçmək qəti qadağandır,  əks halda zibil-
lənmə gedə bilər. 
Əkinlərə qulluq. Fermerlər bilməlidirlər ki, əkinlərə edilən 
qulluq işləri ilk növbədə ondakı sort və digər bitki qarışıqlarını 
təmizləməkdən, habelə  xəstə bitkilərin  əkindən kənar edilmə-
sindən ibarətdir. Bütün aqrotexniki tədbirlər öz vaxtında və 
yüksək səviyyədə görülməlidir. 
Məhsulun yığımı.  Hər fermer sort təmizliyini saxlamaq 
məqsədilə, məhsul yığımını ilk növbədə yuxarı  dərəcəli  əkin 
sahələrindən başlamalıdır. Əsas sahənin məhsulunu yığmazdan 
əvvəl sahənin kənarları 2-4 metr enliyində biçilməli və oradan 
yığılan məhsul təsərrüfat məqsədi ilə istifadə edilməlidir. Hər 
sortun sahəsi biçilib qurtardıqdan sonra yığım maşınlarını 
təmizləyib ikinci sortu yığmaq lazımdır. Traktor və yığım ma-
şınları daimi yollarla aparılmalıdır. Hər sort xırmanlara ayrı-
ayrı daşınsa yaxşı olar. Yığım zamanı istifadə edilən maşınlar 
və kisələr təmizlənərək dezinfeksiya edilməlidir. Kisələr anbara 
daşındıqda xüsusilə diqqətli olmaq lazımdır ki, ayaqqabı ilə 
başqa sort və alaq otlarının toxumu içəri aparılmasın. 
Anbarın toxum qəbulu üçün hazırlanması. Fermer nə-
zərdə saxlamalıdır ki, hər sort anbarda ayrıca saxlanmalı  və 
anbarlar  əvvəlcədən təmizlənib, sonra əhənglə,  əhəng-neft 
emulsiyası  və ya heksoxloronla dezinfeksiya olunmalıdır. 
Anbarın döşəməsi, tavanı, qapısı və pəncərəsi təmiz olmalıdır. 
Xüsusilə, siçan yuvaları bərkidilməlidir. Anbar hər cür zibildən 
təmizlənməli, rütubətli anbarlardan istifadə edilməlidir. 
Toxumun təmizlənməsi. Toxumlar çeşidləndikdən və  tə-
mizləndikdən sonra anbara tökülməlidir. Toxumların təmizlən-
məsi anbarın qabağında aparılmalı  və yerə çadır salınmalıdır. 
Toxumçu aqronom maşınlardan istifadə etməzdən qabaq onları 
yoxlamalıdır. Müxtəlif sort və bitki toxumlarını bir yerdə 
təmizləmək olmaz, əks halda mexaniki zibillənmə gedə bilər. 


203 
Toxumun qablaşdırılması. Təmizlənmiş və çeşidlərə ayrıl-
mış toxumlar nömrələnir, etiket yazıldıqdan sonra təmiz və tə-
zə kisələr tökülür. Etiket həm kisənin daxilinə qoyulur, həm də 
xaricinə yapışdırılır və toxumçu aqronom etiketlərə qol çəkir. 
Sonra kisələr surquclanır. Hazırlanan toxumlar təhvil veril-
dikdə sortun şəhadətnaməsi də verilir. Yalnız fermerlər yuxa-
rıdakılara əməl etməklə sağlam və cins toxum yetişdirə bilərlər.  
 
 Toxumların qurudulması 
 
 Rütubətlilik yüksək olduqda toxumların cücərmə qa-
biliyyəti aşağı düşür.   
Toxum yığıldığı zaman tərkibində yüksək nəmlik olduğun-
dan onu mütləq qurutmaq lazımdır. Bitki toxumlarının tərki-
bində  nəmlik norması  fərqlidir. Tərkibində olan suyun miq-
darına görə toxumlar quru, orta quruluqda, nəm və yaş olmaqla 
4 qrupa bölünür. Bəzi bitkilərin rütubətlilik dərəcəsi aşağıdakı 
cədvəldə verilmişdir. 
Toxumun nəmliyi, onun saxlanmasında  əsaslı rol oynayır. 
Yüksək nəmli dənlər saxlanmağa davamsız olub tərkibindəki 
artıq su anbarda və  nəqliyyatda  əlavə yer və yük kimi gərək-
sizdir. 
 Döyüldükdən sonra qəbul edilmiş payızlıq buğdanın dəni 
nəmli qatışıqlar və alaq otlarının toxumlarından təcili olaraq 
təmizlənməlidir. Hətta kombaynla yığım zamanı  əlverişli 
meteoroloji şəraitdə çox vaxt dən 20-25%-ə qədər, ancaq nəmli 
dəyişkən havada isə 30-35% nəmliklə daxil olur. Qalaqlarda 
dənin nəmliyi yaşıl və  nəmli qatışıqların hesabına arta bilər. 
Belə  dənlərin hətta qısa müddətdə saxlanması onun səpin və 
texnoloji keyfiyyətini aşağı salır. Nəm dəndə  zərərvericilərin 
və  xəstəlik törədicilərin inkişafı üçün əlverişli  şərait yaranır, 
öz-özünə qızışma gedir, ona görə də dənin qabaqcadan təmiz-
lənməsi bir nömrəli məsələdir. Qalaqlardakı dənlər qabaqcadan 
alaq otlarının toxumlarından və digər qatışıqlardın təmizlənir. 


204 
Təmizləndikdən sonra nəm toxumlar qurudulur və çeşidlənir. 
Dənin qurudulması zamanı temperatur rejiminə riayət edilməsi 
zəruridir. Dənin nəmliyi 22% və artıq olduqda onu quruducu 
kompleksdən bir neçə dəfə keçirirlər, hər dəfə dənin nəmliyi 4-
6% aşağı enir. 
Kütləvi yığım zamanı işlənməyə daxil olmuş dənin miqdarı 
quruducu qurğunun dən buraxmaq qabiliyyətini artırır. 
Xırmanda dənin müvəqqəti saxlanmasına (qurutmaya qədər) 
zərurət yaranır. Xarab olmadan qaçmaq üçün onu bunkerə 
yerləşdirirlər, bu zaman dənin nəmliyi və temperaturu nəzərə 
alınmaqla xırman meydançasında havalanma fəal olmalıdır.  
Qurudulduqdan və çeşidləndikdən sonra dən hamar olmalı, 
alaq toxumları  və digər qatışıqlardan təmiz, onun nəmliyi 14-
16%-i keçməməli və toxumluq dən kimi standarta cavab 
verməlidir.  
 
Bitki toxumlarının rütubətlik norması 
Cədvəl 23 
Bitkilərin 
Adı 
Quru 
(%-lə) 
Orta quru 
(%-lə) 
Nəm 
(%-lə) 
Yaş 
(%-lə) 
Arpa, buğda, çovdar 
14 
14-15 
15,5-17 
17 
Vələmir 14 
14-15,5 
15,5-18 
18 
Darı, sorqo 
13,5 
13,5-15 
15-17 
18 
Qarğıdalı (dən) 14 14-15 15-20  20 
Soya 12 
12-14 
14-16 
16 
Gənəgərçək 7 7-9 9-11 11 
Günəbaxan 11 
11-13 
13-14,5 
14,5 
 
Quru toxum cücərmə qabiliyyətini yaxşı saxlayır. Toxumun 
anbarda cücərməsinin səbəbi normadan artıq rütubətin və tem-
peraturun olmasıdır. Yaş toxumlar +50 +80
0
C və yuxarı tem-
peraturda cücərmə qabiliyyətini itirir. Yaş toxumları  şaxta tez 
vurur. Eləcə  də yaş toxumlar tez bir zamanda cücərmə qabi-
liyyətini itirir. Ona görə  də toxum məhsulu yığıldıqdan sonra 
mütləq qurudulmalı və standarta uyğun nəmliyə çatdırılmalıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə