Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   59   60   61   62   63   64   65   66   ...   89

208 
XIII FƏSİL 
 
TOXUM İSTEHSALI, YAYILMASI VƏ YIĞILMASI 
 
 
13.1.  Toxum istehsalı və yayılması 
 
Toxumçuluq sahəsində qanunvericiliyin beynəlxalq stan-
dartlara uyğunlaşdırılması üçün 12 adda normativ sənədlər top-
lusu hazırlanmışdır. 28 rayonda 78 özəl toxumçuluq qurumları 
yaradılmışdır. 2010-ci ildə dövlət və özəl toxumçuluq təsərrü-
fatlarında, elmi-tədqiqat institutlarının bölgə təcrübə təsərrüfat-
larında 11 min tondan çox yüksək reproduksiyalı taxıl toxumu, 
7 tona yaxın tərəvəz toxumu, 10 min tondan çox pambıq 
toxumu, 70 mindən artıq meyvə tingləri yetişdirilərək kəndli 
sahibkarlara satılmışdır. 
Son illərdə toxum və digər əkin materiallarının istehsalı və 
paylanması ilə  əlaqədar institutlar tərəfindən 27 layihə  və 
fəaliyyət icra edilmişdir. Bu sahə üzrə ETƏİ, GEİ, “ARAZ” 
EİB, ETTİ, ETPİ, ETBSBİ, ETYÇOİ, ETÜSİ, MNB, ADAU, 
ETİİ xüsusilə fəallıq göstərmişlər. 
Sortların qeydiyyatı və rayonlaşdırılması ilə bağlı məsələlər 
SNSMDK tərəfindən icra edilir. Rayonlaşdırılmasına icazə 
verilmiş sortlar Azərbaycan Respublikası üzrə  hər bir il üçün 
rayonlaşdırılmış  kənd təsərrüfatı bitkilərinin reyestrinə daxil 
edilir. Müxtəlif bitkilər üçün yeni sortların toxumlarının bazara 
çıxarılmasının təmin edilməsində əsas maneələr içərisində satış 
üçün toxumun çatışmazlığı, istehsalat xərclərinin yüksək ol-
ması, müvafiq toxum istehsalı sistemlərinin olmamasına daha 
çox rast gəlinir. Müasir sortlar əsasən birillik bitkilərdə üstün 
mövqe tuturlar, çoxillik bitkilərdə isə  əhali yerli sortlara 
üstünlük verir. Ölkədə ilkin toxumçuluq (super elit və elit) 
100% dövlətin himayəsi altında elmi müəssisələrdə  həyata 
keçirilir. Qalan toxumların bir hissəsi aqrar islahatdan sonra 


209 
KTN-nin tabeçiliyinə verilmiş Dövlət K/T İstehsalı müəssisə-
ləri tərəfindən həyata keçirilir. Bununla belə, toxumların digər 
sistemlər tərəfindən istehsalı  və yayılmasına nəzarət mexa-
nizmi yoxdur. Ölkədə yerli və az istifadə olunan sortlar üzrə 
keyfiyyətli toxum istehsalı üçün stimul azdır. Toxumçuluq 
işinin lazımi şəkildə inkişaf etdirilməsi maya dəyərinin yüksək 
olması  səbəbindən ləngiyir.  İlk növbədə  kənd təsərrüfatı 
texnikasının və mineral gübrələrin çatışmazlığı və həddən artıq 
baha başa gəlməsi həm elmi araşdırmalara, həm də toxumçuluq 
işinə mənfi təsir göstərir. 
Bu sahədə daha ciddi islahatlara və dəstəyə ehtiyac var. Bu 
problemin həllində beynəlxalq miqyasda toplanmış təcrübənin 
öyrənilməsi faydalı olardı. Rayonlaşmış sortların orijinal, elit 
və reproduksiyalı toxumçuluğunun inkişaf etdirilməsi üçün 
müasir səviyyəli toxumçuluq sistemi yaradılmalı, onun maşın 
və avadanlıqlarla, toxum saxlanma anbarları ilə təchizatı təmin 
edilməli və çoxaltma işində toxumçuluğun müasir üsullarından 
istifadə edilməlidir. Toxumçuluğun yaxşılaşdırılması üçün ilkin 
toxumçuluqla məşğul olan elmi müəssisələrin maddi-texniki 
səviyyəsi müasir dünya standartlarına çatdırılmaqla 100% 
dövlət himayəsi olmalıdır. Sonrakı reproduksiyalı toxum isteh-
salında dövlət dəstəyi ilə  nəzarət mexanizmi müəyyən-
ləşdirilməli və  həmin mexanizmin işləməsi təmin edilməlidir. 
əgər dövlət himayəsi artarsa, özəl toxumçuluq təsərrüfatları 
inkişaf etdirilərsə, yeni yüksək məhsuldar sortlar hesabına 
ölkədə k/t məhsullarının istehsalını artırmaq olar. 
Azərbaycanda bazar iqtisadiyyatına uyğun, rəqabət qabiliy-
yətli kifayət qədər olan yerli ənənəvi və elmi seleksiya sort və 
formaları mövcuddur. Bu sortların təbliği, fermerlər arasında 
onların becərilməsi ilə bağlı metodiki vəsaitlərin yayılması, 
toxum və  əkin materiallarının paylanması üzrə bir neçə kiçik 
həcmli layihələr icra olunmuşdur. Lakin bunlar yerli sortların 
satışı ilə bağlı ümumi vəziyyətdə ciddi dəyişikliklər yaranma-
sına səbəb olmamışdır. Dövlət tərəfindən himayə olunan yeni 


210 
elit toxumçuluq üzrə fermer təsərrüfatları və assosiasiyalarının 
yaradılması  və mövcud olanlarının inkişafı, bu isə müvafiq 
institutların potensialının cəlb edilməsi daha böyük nailiyyətlər 
əldə etməyə imkan verərdi. 
Toxum istehsalı üzrə bütün kompleks aqrotexniki tədbirlər 
yüksək sortluq və  səpin keyfiyyətinə malik toxum materialı 
alınmasına xidmət etməlidir. Bunun üçün isə yüksək əkinçilik 
mədəniyyəti təmin olunmalıdır. Burada ixtisaslaşdırılmış növ-
bəli  əkinlər xüsusi rol oynayır. Növbəli  əkin zəminində digər 
aqrotexniki tədbirlər keyfiyyətlə yerinə yetirilir. Ərazidə bir 
çox toxumçuluq təsərrüfatları mövcud olduqda növlərin 
əkinlərin artırılma imkanı çoxalır və bitkilərin  ən yaxşı  sələf-
lərdən sonra becərilmə inkanı artır.  İxtisaslaşdırılmış toxum-
çuluq təsərrüfatlarında bütün sahələr toxumluq əkinlər üçün 
istifadə olunmalıdır. 
Çarpaz tozlanan bitkilərin müxtəlif sortlarının yaxın 
məsafələrdə  əkilməsi yolverilməzdir. Öz-özünü tozlayan bit-
kilər arasında 7-8m ayırma zolağı saxlanır və burada yaşıl yem 
məhsulu əldə edilir. 
Toxum materialı bir çox xəstəliklərin daşıyıcısı  və yayıcı-
sıdır. Toxumçuluq tədbirləri aparıldıqda, toxumun ilkin keyfiy-
yətlərinin saxlanılması ilə yanaşı  əkin materialının sağlamlaş-
dırılması təmin olunmalıdır. Taxılların toxumu yoluxma üsulu-
na və  xəstəliyin infeksiya mənbəyi olmasına görə  fərqlənən 
aşağıdakı qruplara bölünürlər: 
1.Xəstəliyin törədiciləri toxumun daxilinə keçir (tozsürmə, 
fazarioz, helmin tozporioz). 
2.Xəstəlik törədiciləri toxumun səthində olur (buğdanın bərk 
sürməsi, qarğıdalıda toz sürmə). 
3.Xəstəlik törədiciləri səpin materialında qarışıq (sporlu) 
formada olur. 
Buna uyğun olaraq toxumun xəstəlik və  zərərvericilərinə 
qarşı müvafiq mübarizə üsulları tətbiq edilir. Toxum materialı-
nın səpinə hazırlanmasında onun sortlaşdırılması, kalibrləşdir-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə