Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   56   57   58   59   60   61   62   63   ...   89

199 
yüksək, dolğun, sağlam və sortca cins olması üçün yüksək 
təsərrüfat tələbkarlığı göstərilir. 
Əgər fermer yuxarıda göstərilən  şərtlərə  əməl etmək im-
kanına malikdirsə  və özü toxum istehsal etmək istəyirsə o, 
yüksək aqrotexniki tədbirlərə  əməl etməli, növbəli  əkində 
toxumluq sahələr düzgün yerləşdirilməli, gübrələri düzgün və 
vaxtında verməlidir. 
Toxumçuluq təsərrüfatları toxumtəmizləyən maşınlara, an-
barlara, toxumu qurutmaq üçün sement meydançalara və s. 
malik olmalıdır ki, toxumları lazımı kondisiyaya çatdırmaq 
mümkün olsun. Dənli, texniki və ot bitkilərinin toxumlarını 
təmizləmək və sortlara ayırmaq üçün OS-1 sort ayıran; buğda, 
çovdar, arpa və  vələmirin toxumlarını ayırmaq, təmizləmək 
üçün isə OS-3 maşınlarından istifadə etmək lazımdır. 
Ümumiyyətlə toxumçuluq təsərrüfatları adi təsərrüfatlara 
nisbətən yüksək aqrotexniki səviyyədə olmalı, kənd təsərrüfatı 
maşınları və yüksək ixtisaslı mütəxəssislərlə təmin edilməlidir 
ki, cins toxumlar yetişdirə bilsinlər. Eləcə  də  həmin 
təsərrüfatlar toxumların keyfiyyətini yüksəltmək üçün lazım 
olan əlavə tikintilərə malik olmalıdırlar. 
Toxumçuluq təsərrüfatları yüksək məhsul almaq üçün to-
xumluq tingliyindən başlayaraq fermerlərin toxumluq sahələ-
rinə  qədər bütün dövrdə aqrotexniki qaydalara ciddi riayət 
etməlidirlər. Yalnız belə şəraitdə yüksək cins və səpin keyfiy-
yətinə malik olan toxum almaq olar. İlk  əkinçilik dövründən 
başlayaraq bu günə qədər olan iş təcrübəsi göstərir ki, yaradılan 
aqrotexniki  şəraitlə  əlaqədar olaraq, bitkilər öz təbiətini 
dəyişdirir və münbit tarlalarda yetişən toxumun cinsi yaxşılaşır. 
Ona görə də toxum yaxşı aqrotexniki şəraitdə becərilməlidir 
ki, onun cinsi və  səpin keyfiyyəti yaxşılaşsın, yüksək məhsul 
alınsın. 
Toxumluq  əkinlərdə iki cür bioloji və mexaniki zibillənmə 
mövcuddur. 
Bioloji zibillənmə, müxtəlif sort və  bəzən növlər arasında 


200 
gedən tozlanma nəticəsində  əmələ  gəlir. Ona görə  də bioloji 
zibillənmənin qarşısını almaq üçün müxtəlif sortların əkinlərini 
elə yerləşdirmək lazımdır ki, başqa sort bitkilərlə tozlanma 
imkanı olmasın. Bu isə bir sıra  şərtlərdən asılıdır. Məsələn, 
sortlar arasında qoruyucu meşə zolağının və digər maneələrin 
olması, həmçinin çiçəkləmə dövrünün eyni vaxta düşməməsi, 
bir-biri ilə tozlana biləcək bitkilər arasında qoruyucu məsafənin 
olması bioloji zibillənmənin qarşısını alır. 
Xüsusilə,  şəkər çuğunduru yem çuğunduru ilə tozlandıqda 
şəkər faizi aşağı düşür. Ona görə  də  şəkər və yem çuğundu-
runun bioloji zibillənməsinin qarşısı alınmalıdır. Qarğıdalı 
sortları da bir-birindən aralı məsafədə əkilməlidir. 
Mexaniki zibillənmə, bir sortun əkininə digər sortdan, digər 
mədəni və ya alaq otları toxumlarının qarışmasına deyilir. 
Mexaniki zibillənmə iki cür olur: 
Birinci növ mexaniki zibillənmə sort (çeşid) qarışığı adlanır. 
Sort zibilliyi çox qorxuludur. Ona görə ki, onu bəzən  əl ilə  də 
ayırmaq mümkün olmur, çünki əlamətlər bir-birinə çox oxşayır. 
İkinci növ mexaniki zibillənmə mədəni bitkilərin və otların 
qarışığıdır ki, buna növ və ya cins zibilliyi deyilir. Növ və cins 
zibilini (alağını) həm bitkini toxalamaqla, həm də toxumu 
təmizləməklə ayırmaq olar. 
Bütün hallarda toxum istehsal etmək istəyən fermer mexa-
niki zibillənmə ilə mübarizə aparmalıdır. 
Toxumçuluğun bütün dövrlərində sortların cins təmizliyini 
saxlamaq üçün aşağıdakı qaydalara riayət etmək lazımdır. 
Toxumun qəbulu. Elit toxumlar tədarük məntəqələri tərə-
findən surquclanmış (plomblanmış) kisələrdə buraxılmalıdır. 
Qəbul edildikdə kisənin və surqucların düzgün olmasına, xarici 
etiketin toxum sənədinə uyğun gəlməsinə diqqət yetirilməlidir. 
Kisələrdən  şup adlanan alətlə nümunə götürülür, gözəyarı 
qiymətləndirilir və qəbulu zamanı akt tərtib edilir. 
Fermer qəbul edilən toxumların sort təmizliyini və fiziki xü-
susiyyətlərini müəyyən etmək məqsədilə  təlimata uyğun qay-


201 
dada nümunə götürüb aktla birlikdə toxum-nəzarət laborato-
riyasına göndərir. 
Surqucun açılması. Toxumlar dərmanlanana qədər surqu-
cun açılmasına icazə verilmir. Surquc sahədə fermerin və 
toxumçu aqronomun iştirakı ilə açılmalıdır. Komissiya üzvləri 
kisənin xaricində olan etiketi daxilindəki ilə yoxlayırlar. 
Toxumların dərmanlanması. Dərmanlama apararkən, müt-
ləq mexaniki zibillənmənin qarşısı alınmalıdır. Dərmanlanma 
ayrıca otaqda aparılmalıdır ki, zibillənmə getməsin. Dərman-
lanma zamanı otaqda başqa iş görülməməlidir. Dərmanlama 
əvvəlcə yuxarı  dərəcəli toxumlardan başlanmalıdır.  İstifadə 
olunan maşın və digər alətlər diqqətlə təmizlənməlidir. 
Toxumların səpin üçün buraxılması. Toxumlar səpin üçün 
yalnız öz kisələrində buraxılmalıdır. Başqa kisə istifadə edil-
dikdə  həmin kisə diqqətlə  təmizlənməli və dezinfeksiya olun-
malıdır. Toxumlar sahəyə daimi yollar ilə daşınmalıdır, başqa 
sortların  əkiləcəyi sahə ilə toxumların daşınmasına yol veril-
məməlidir. 
Sortların sahədə yerləşdirilməsinə olan tələbat. Ümumiy-
yətlə, hər sortun əkiləcəyi sahə  əvvəlcədən müəyyən edilmə-
lidir və çarpaz tozlanan bitkilər arasında qoruyucu məsafə 
qoyulmalıdır ki, onlar bir-biri ilə bioloji zibillənməsin. Mexa-
niki zibillənmənin qarşısını almaq üçün taxıl bitkilərinin bir-
birinə sələf olmasına yol vermək olmaz. İmkan olmadıqda isə 
bir-birindən asanlıqla ayrıla bilən bitkilər  əkilməlidir. Səpin 
zamanı  xırman yeri, qış yolları müəyyən edilməlidir. Yığım 
zamanı başqa növ əkin sahələri ayrıca yığılmalıdır. 
Səpinə hazırlıq və səpin. Toxumluq sahələrdə səpin aparı-
larkən səpin maşınları mütləq təmizlənməli və dezinfeksiya 
olunmalıdır. Eyni zamanda səpin aparılan sahədə də təmizlən-
mə aparmaqla, yeni sort səpilərkən maşınlarda toxum qalma-
ması üçün yenidən yoxlanılmalıdır. 
Səpin aparılarkən  əvvəlcə yuxarı, sonra isə  aşağı  dərəcəli 
toxumlar səpilməlidir. Bu cür səpin aparıldıqda yuxarı dərəcəli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə