Microsoft Word Toxumshunasliq 2014 mbm


Elit toxumun alınma sxemi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   64   65   66   67   68   69   70   71   ...   89

225 
Elit toxumun alınma sxemi 
                                                                      Cədvəl 26 
Pitomniklərin 
sayı 
Sahə və onun üsulu 
Seçmə qaydası və miqdarı
I nəslin sınağı 
Səpin 200-450 m
2
 sahədə 
cərgəarası 30-45 sm, 
toxumlararası 2-3 sm, 
cərgənin uzunluğu isə 1 m 
olmaqla aparılır 
Fərdi-ailəvi qaydada 500-
1000 ədəd sortun tipinə 
uyğun seçilmiş sünbüllərin 
dəni səpilir 
II nəslin sınağı
Hər bir ailənin toxumu (300-
600 ailəyə 0,45-0,9 hektar 
sahə hesabı ilə)iki cərgədə 
cərgəarası 15 sm, ailəarası 
45 sm, cərgənin uzunluğu 
isə25 m olmaqla 
 
Artırma 
pitomniki 
2-ci nəsildən seçilib 
birləşdirilmiş toxum 30 sm 
cərgəarası ilə azadılmış 
normada (hektara 50-60 kq) 
2-3 hektar sahədə səpilir. 
Tələbatdan asılı olaraq bu iş 
2-3 il təkrar aparıla bilər 
2-ci nəsildən 200-400 
yüksək məhsuldar bir tipli 
ailələr seçilir. Müayinə 
olunmuş toxumlar səpilir. 
Sort və növ qarışıqlarından 
təmizlənir və sahə 
aprobasiya olunur 
Superelit sahəsi
Səpin cərgəarası 15 sm və 
yaxud gencərgəli səpin üsulu 
ilə 20-25% azaldılmış 
normada və elit toxumuna 
tələbatdan asılı olaraq, 5-10 
hektar sahədə aparılır 
Sortun bu tipliyi qorunub 
saxlanılır, bioloji və me-
xaniki növ və sort qarışıq-
larından təmizləndikdən 
sonra alınmış toxumlar 
maşınlarla təmizlənib 
kondisiyaya çatdırılır 
Elit sahəsi 
Səpin cərgəarası 15 sm və 
yaxud 7,5 sm darcərgəli 
üsulla ümumi əkinlərə 
nisbətən  15-20% azaldılmış 
normada 50-100 hektar 
sahədə aparılır 
Bütün tədbirlər superelit 
sahəsində olduğu kimidir 
 
Məhsul yetişənə kimi hər bir ailə üzərində müşahidə 
aparılır. Yığımqabağı xəstəliyə tutulmuş, az məhsuldar ailələrin 
30-40%-ə  qədəri çıxdaş edilir. Qalan ailələr isə ayrılıqda 


226 
yığılır, döyülür, təmizlənir və laboratoriya şəraitində bir daha 
müayinədən keçirilir. Seçilmiş ən yaxşı ailələr birləşdirildikdən 
sonra tələbatdan asılı olaraq, müəyyən sahədə az norma ilə (50-
60 kq/ha) cərgəarası 30 sm olmaqla səpilir. Buna toxumun ilkin 
artırma sahəsi deyilir. Toxuma olan tələbatdan asılı olaraq, 
artırma sahəsində bu toxum 2-3 il təkrarən çoxaldıla bilər. 
Buradan alınan toxum materialı 4-cü superelit, 5-ci isə elit 
adlanır. Alınan elit toxum bir neçə il öz məhsuldarlıq key-
fiyətini saxlamaqla gələcək illərin məhsuldarlığını  hər hek-
tardan 3-5 sentner və yaxud 20%-dək artırır. Çox baha başa 
gələn elit toxum materialı 3-cü və 4-cü reproduksiyaya qədər 
yalnız toxum kimi istifadə olunmalıdır. (cədvəl 16) 
Elit toxumu istehsalında göstərilən bütün tədbirlər  ən yük-
sək mədəni  əkinçilik səviyyəsində yerinə yetirilir. Toxumun 
başqa məqsəd üçün istifadə edilməsi qadağandır.  
Elit toxum hər hansı bir sortun seleksiya stansiyaları  tərə-
findən çoxaldılmaq üçün buraxılmış  ən yaxşı başlanğıc toxu-
muna deyilir. Elit toxumlar yüksək məhsuldar, təmiz sortlu və 
birinci dərəcəli fiziki keyfiyətə malik olan kənd təsərrüfatı 
bitkilərinin toxumu hesab olunur. Elit toxumlar xəstəliklərə 
qarşı davamlı, alaq otu toxumlarından təmiz, yüksək həyatilik 
qabiliyyətinə malik  olmaqla bərabər, dövlət  standartı    üzrə 
yüksək  səpin keyfiyyətinə malik olmalıdır. Dövlət standartı 
662-41 -ə əsasən dənli bitkilərin elit toxumlarında əsas bitkinin 
toxumu 99%-dən, cücərməsi 95%-dən yuxarı olmalıdır. 1 kq  
toxumda ən çoxu 5 ədəd alaq otları toxumu ola bilər, rütubət-
liliyə 15%-ə  qədər yol verilə bilər. Qeyd olan göstəricilərə 
uyğun olmayan toxumlar elit toxum kimi səpinə yararlı hesab 
edilə bilməz. Elit toxumun becərilməsindən alınan toxum 
birinci nəsil (R
1
) birinci nəsil əkildikdə ikinci nəsil (R
2
), ikinci 
nəsil  əkildikdə üçüncü nəsil (R
3
) və s. toxumlar alınır. Hər il 
əkdikdə nəslin sayı bir vahid artır. 
Elit toxumlar seleksiya stansiyaları  və elmi-tədqiqat müəs-
sisələri  tərəfindən istehsal olunur. Göstərilən tələbata uyğun elit 


227 
toxumlar sortdaxili və sortlararası hibridləşdirmə, fərdi və küt-
ləvi seçmə,  əlavə tozlandırma, xüsusi aqrotexniki şəraitdə  tər-
biyə etmə və s.iş üsullarından istifadə edilərək istehsal olunur. 
Elit toxumlar seleksiya stansiyaları  və elmi-tədqiqat müəs-
sisələri  tərəfindən istehsal olunur. Göstərilən tələbata uyğun 
elit toxumlar sortdaxili və sortlararası hibridləşdirmə, fərdi və 
kütləvi seçmə,  əlavə tozlandırma, xüsusi aqrotexniki şəraitdə 
tərbiyə etmə  və s. iş üsullarından istifadə edilərək istehsal 
olunur. 
Göstərilən iş üsulları bütün bitkilər və zonalar üçün eyni ola 
bilməz. Bu şərait və bitkilərin bioloji xüsusiyyətləri ilə  əlaqə-
dardır. Lakin bütün bitkilərin elit toxumları  istehsal olunduqda 
aşağıdakı  iki qaydaya riayət etmək məcburidir: 
1.  Elit toxumlar istehsal olunduqda mütləq yüksək aqrotex-
niki şərait yaradılmalıdır ki, toxumun cins və səpin keyfiyyəti 
yaxşılaşsın. Növbəli  əkində  təmiz və münbit torpaqlara malik 
olan sahələr ayrılmalıdır. Qulluq işlərinə xüsusi diqqət 
verilməlidir. 
2.  Sortun keyfiyyət xüsusiyyətlərini saxlamaq və yaxşılaş-
dırmaq məqsədi ilə fərdi və kütləvi seçmə aparılmalıdır. Sonra 
toxumçuluq tingliyində əkilərək yoxlanılmalıdır. 
Elit toxumları istehsal etmək üçün aşağıdakı tingliklər təşkil 
olunur: 
1.İlk material tingliyi:    2. Toxumçuluq tingliyi: 
3.  Superelit tingliyi və   4. Elit tingliyi. 
 
İlk material tingliyi istifadə üsulu ilə əlaqədar olaraq seçmə 
tingliyi, sortdaxili hibridləşdirmə  tingliyi və s. adlana bilər. 
Göstərilən sxem, bitki və sortlardan, iş üsullarından, torpaq-
iqlim  şəraitindən asılı olaraq dəyişilir. Göstərilənləri yaxşı 
anlamaq üçün dənli, yağlı  və ot bitkiləri üzrə elit toxumların 
istehsalı ilə tanış olar. Sortdaxili tozlandırma üsulu yaxşı nəticə 
verən bitkilərdə tətbiq edilir. Bitkilərdən asılı olaraq sortdaxili 
tozlandırma tingliyi dənli bitkilər üçün 0,25-0,50 hektardan az 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə