Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   63   64   65   66   67   68   69   70   ...   89

222 
miyyəti gübrələrdən sonra ikinci yerdədir. Payızlıq buğdada 
birinci yer sorta, yazlıq buğdada isə gübrələrə aiddir. 
 
Sortun, gübrənin və torpağın becərilməsinin məhsulun  
formalaşmasına təsiri 
Cədvəl 24 
Bitkilər 
Adi şum və 
gübrəsiz 
olduqda sortun 
məhsuldralığı 
sen/ha 
Sortun, 
gübrənin və 
becərmənin 
ümumi effekti 
sen/ha 
Əsas effektin ümumi effektə 
olan faizi 
Sort Gübrə Becərilmə
Payızlıq 
buğda 
43,2 8,6 
48,3 
30,2 
20,4 
Yazlıq buğda 8,6 
3,6  30,9 
47,2 19,5 
Qarğıdalı 225,0 
238,0 33,6 
38,0 
36,4 
Orta% -  100,0 
40,3 
38,5 
25,4 
 
Beləliklə, k/t bitkilərinin məhsuldarlığının artırılmasında 
sortun, gübrənin və torpağın becərilməsindən hansının daha 
vacib olmasını dəqiq demək mümkün deyil. Həqiqət belədir ki
bəzi hallarda vacib olan sort, digər hallarda isə gübrə ola bilər. 
Bitkilərin su və qida maddələri ilə  təmin edilmə  dərəcəsi 
artırdıqda birinci yerdə sort, fotosintezin təmiz məhsuldarlığı, 
onun yüksək təsərrüfat effekti koefsenti (K
tek
) olan yaxşı 
məhsulun formalaşması üçün suyu və qidanı daha yaxşı istifadə 
etmək qabiliyyəti olur. K
tek
 dənin kütləsinin ümumi bio kütləyə 
olan nisbəti ilə ifadə olunur.  
ADAU-nun bitkiçilik kafedrasının payızlıq buğdanın məh-
suldarlığa və bitkilərin fotosintetik fəaliyyəti göstəricilərinə 
görə intensiv sortlarını xarakterləşdirən  məlumatları aşağıdakı 
cədvəldə verilmişdir. 
Cədvəldən göründüyü kimi, hər iki sort qısa müddətdə uzun 
müddət fotosintetik sistem kimi fəaliyyət göstərən optimal 
yarpaq səthi yaratmaq imkanına malikdir. Lakin 
Nurlu-99 
sor-
tunda gövdəsi qısa, fotosintezin təmiz məhsuldarlığı isə yük-
səkdir (sutkada 7,85 q/m
2
). Onun K
tek
 –də yüksəkdir. Belə ki, 


223 
əgər 
Pərzivan 1 
sortunda o, illərə görə 0,36 – 0,38 arasında 
tərəddüd edirdi və ancaq tur preparatının istifadəsi onu 0,50 
qədər qaldırmağa imkan verirdisə, onda  
Nurlu-99 
sortunda 
0,42-0,48 olmuşdur. Sortlar üçün çox yüksək və xüsusi sənaye 
texnologiyası  nəticəsində 
Nurlu-99 
sortunun məhsuldarlığı
 
Pərzivan 1
-ə nisbətən 3,7-4,2 s/ha yüksək olmuşdur.  
 
Fotosintetik fəaliyyətə və məhsuldarlığa görə payızlıq buğda sortlarının 
xarakteristikası 
Cədvəl 25\ 
Sort 
Yar
p
aq
lar
ın s
əthi,  
min. 
m
2
/ ha 
Fo
to
sintetik po
tensia
l, 
 
mln. m
2
/ h
a,
 günl
ə 
T
əmiz m
əhsul
darl
ıq, 
q/m
2
 sutkada 
Biokütl
ənin
 
m
əhsuld
arl
ığ
, s/ha 
Dənin 
məhsuldarlığı, 
s/ha 
AzETP
İ (3
 
illik) 
ADAU(2
 illik) 
Pərzivan 
1  40,3 1,62 6,75 109,1 48,1 49,9 
Nurlu-99  34,9 1,50 7,85 117,8 52,2 52,6 
 
Belə bir bioloji qanunauyğunluq var ki, daha məhsuldar bit-
kilər və sortların yetişməsi üçün ən yaxşı şərait lazımdır, yoxsa 
onlar məhsuldarlığa görə az potensial üstünlüyünü reallaşdıra 
bilməzlər. Bundan əlavə, toxumluq əkinlərdə  aşağı aqrotex-
nika, yararsız sələf, düzgün olmayan  gübrə sistemi, torpağın 
pis becərilməsi, toxumların aşağı keyfiyyətli əkinqabağı hazır-
lanması və vaxtı-vaxtında yığılmaması təkcə məhsuldarlığı yox 
həm də toxumların səpin keyfiyyətini aşağı salır.  
Eyni sortun toxumunun məhsuldarlıq xassələri müxtəlif ola 
bilər ki, bu da becərilmə şəraitindən asılıdır.   
 Sortun  məhsuldarlıq xassələrinin saxlanılmasında və yük-
sək keyfiyyətli toxumların alınmasında toxumluq əkinlərində 
aqrotexnikanın mühüm əhəmiyyəti var.  


224 
Bu bölmədə deyilənlərin hamısı onu göstərir ki, sənaye tex-
nologiyasında k/t bitkilərinin becərilməsində sortun fərdi xüsu-
siyyətləri tam nəzərə alınmışdır. Sənaye toxumçuluğunda bit-
kilərin aqrotexnikasından sortun sənaye texnologiyasına keçi-
rilməsi mütləq lazımdır.  
 
14.2. Elit toxumların istehsalı 
 
Elit toxum hər hansı bir sortun seleksiya stansiyaları  tərə-
findən çoxaldılmaq üçün buraxılmış  ən yaxşı başlanğıc toxu-
muna deyilir. Elit toxumlar yüksək məhsuldar, təmiz sortlu və 
birinci dərəcəli fiziki keyfiyətə malik olan kənd təsərrüfatı 
bitkilərinin toxumu hesab olunur. Elit toxumlar xəstəliklərə 
qarşı davamlı, alaq ot toxumlarından təmiz, yüksək həyatilik 
qabiliyyətinə malik  olmaqla bərabər, dövlət  standartı    üzrə 
yüksək  səpin keyfiyyətinə malik olmalıdır. Dövlət standartı 
662-41 -ə əsasən dənli bitkilərin elit toxumlarında əsas bitkinin 
toxumu 99%-dən, cücərməsi 95%-dən yuxarı olmalıdır. 1 kq  
toxumda ən çoxu 5 ədəd alaq otları toxumu ola bilər, rütubət-
liliyə 15%-ə  qədər yol verilə bilər. Qeyd olunan göstəricilərə 
uyğun olmayan toxumlar elit toxum kimi səpinə yararlı hesab 
edilə bilməz. Elit toxumun becərilməsindən alınan toxum 
birinci nəsil (R
1
) birinci nəsil əkildikdə ikinci nəsil (R
2
), ikinci 
nəsil  əkildikdə üçüncü nəsil (R
3
) və s. toxumlar alınır. Hər il 
əkdikdə nəslin sayı bir vahid artır. 
Yığımqabağı bu nəticəyə əsasən birinci nəsildən 30-40%-li 
bu və ya digər  əlamətlərinə görə  çıxdaş edilir. Qalan ailələr 
ayrı-ayrı  yığılır, müayinədən keçmiş  ən yaxşı birtipli nəsillər 
ayrılıqda döyülür və onlardan alınan toxum materiallarını  hər 
biri fərdi olaraq ikinci nəslin sınaq sahəsində  səpilir. Hər bir 
ailə iki cərgədə, cərgəarası 15 sm, cərgənin uzunluğu 25 m və 
ailəarası  məsafə isə 30-45 sm olmaqla xüsusi toxumsəpən 
aqreqatla səpilir. Nəzarət və müqayisə üçün burada da hər bir 
10-20 ailədən bir həmin sortun elit toxumu səpilir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə