Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   54   55   56   57   58   59   60   61   ...   89

191 
XI FƏSİL 
 
TOXUMŞÜNASLIQDA LABORATORİYA 
TƏHLİLLƏRİ 
 
Toxumşünaslıqda istifadə ediləcək bütün toxum nümunələ-
rinin laboratoriya təhlillərinin aparılması çox vacibdir. Bunun 
üçün toxum məqsədi ilə istifadə ediləcək bitkilərin kök üstündə 
qiymətləndirilməli, həmin bitkilərin toxum nümunələrinin 
analiz edilməlidir. 
Yığımdan qabaq götürülmüş nümunə  dərzləri laboratoriya 
şəraitində  təhlil edilməlidir. Pitomniklərdən asılı olaraq nü-
munə dərzi kimi ləkin orta hissəsindən götürülmüş 10 bitki və 
ya 1 kv.m sahədən götürülmüş bütün bitkilər təhlil olunmalıdır. 
Məhsuldar kollanma. Dərzdəki məhsuldar gövdələrin 
sayını bitkilərin sayına bölməklə tapılır. Dərzdə bitkilərin 
sayını B
s
 məhsuldar gövdələrin sayını M
s
 ilə işarə etsək, onda 
məhsuldar kollanma (M
k
aşağıdakı kimi tapılır: 
s
s
k
B
M
=
 
Bundan başqa, götürülmüş nümunə  dərzindən 10 bitkinin 
məhsuldar gövdələri sayıldıqdan sonra on bitkiyə görə orta 
ədəd tapılır ki, bu da həmin sortun məhsuldar kollanma əmsalı 
hesab olunur. Dənli bitkilər üçün (arpa istisna olmaqla) 
ümumi və  məhsuldar kollanma balla aşağıdakı  şkala üzrə 
qiymətləndirilir (gövdələrin sayı ədədlə): 
 
                      Ümumi kollanma         Məhsuldar kollanma 
l. çox zəif           3,1-dən  az olduqda             1,6-2,0          
3. zəif                 3,1-5,0       olduqda             2,1-3,0          
5. orta               5,1-7,0        olduqda             3,1-4,0          
7. yüksək           7,1-9,0        olduqda            4,1-5,0          
9. çox yüksək    9,0-dan çox olduqda           5,0 dən çox  
 


192 
Beynəlxalq klassifikatora görə arpa bitkisi üçün məhsuldar 
kollanma balla aşağıdakı  şkala üzrə qiymətləndirilir (göv-
dələrin sayı ədədlə): 
 
lçox zəif             1,1-1,2 -dən az   olduqda 
3. zəif                   1,3,-2,1              olduqda 
5. orta                   2,2-2,9               olduqda 
7. yüksək              3,0-4,0               olduqda 
 9. çox yüksək      4,0-dən çox        olduqda 
 
Sünbüldə sünbülcüklərin sayı  dənli taxıl bitkilərində 
məhsuldarlığı müəyyən edən əsas struktur elementlərindən bi-
ridir. Sünbüldə sünbülcüklərin sayı  hər bir bitki növü üçün 
fərqli olduğundan onların balla qiymətləndirilməsi fərqlidir və 
aşağıdakı şkaladakı kimi qəbul edilmişdir: 
   
      Buğdalar üçün: 
 
                                   
Sünbüldə sünbülcüklərin sayı 
 
1çox
 
az- bir sünbüldə sünbülcüklərin sayı              12-14  
3. az- bir sünbüldə sünbülcüklərin sayı                    15-20  
5. orta- bir sünbüldə sünbülcüklərin sayı                 21-26  
7. yüksək- bir sünbüldə sünbülcüklərin sayı             27-32  
9. çox yüksək- bir sünbüldə sünbülcüklərin sayı      32  
 
Arpaların 2 cərgəli və çoxcərgəli sortları üçün: 
 
1. çox az- bir sünbüldə sünbülcüklərin sayı  14-16 və 31-35  
3. az- bir sünbüldə sünbülcüklərin sayı        17-22 və 36-45  
5. orta- bir sünbüldə sünbülcüklərin sayı     23-28 və 46-55  
7. yüksək- bir sünbüldə sünbülcüklərin sayı  29-32 və 56-65  
9. çox yüksək-bir sünbüldə sünbülcüklərin sayı  32 və 65  
 


193 
Bir sünbüldə  dənin kütləsi.  Hər bir bitkidən alınmış 
ümumi məhsulu məhsuldar gövdələrin sayına bölməklə tapılır: 
 
k
m
k
M
U
=
 
 
Burada   
D
k
 - bir sünbüldə dənin kütləsi, q;  
U
m
  - ümumi məhsul, q; 
Mk  - məhsuldar gövdələrin sayı və ya məhsuldar kollanma, 
ədədlə. 
 
Bir sünbüldə  dənin kütləsi buğda bitkisi üçün balla 
aşağıdakı şkala üzrə qiymətləndirilir (q-la); 
 
1. çox az- bir sünbüldə dənin kütləsi   0,6-0,8 q olduqda
3. az- bir sünbüldə dənin kütləsi         0,9-1,4 q olduqda; 
5. orta- bir sünbüldə dənin kütləsi      1,5-2,0 q olduqda; 
7. yüksək- bir sünbüldə dənin kütləsi  2,1-2,6 q olduqda; 
9. çox yüksək- bir sünbüldə  dənin kütləsi 2,6 q-dan çox 
olduqda. 
 
Bir sünbüldə  dənin kütləsi arpa bitkisi üçün (beynəlxalq 
klassifikatora görə) balla aşağıdakı  şkala üzrə qiymətləndirilir 
(q-la); 
 
              2 cərgəli və 6 cərgəli arpalarda 
 
1çox az - bir sünbüldə dənin kütləsi 0,5-0,6 q və l,0-l,l q ; 
3. az -  bir sünbüldə dənin kütləsi  0,7-1,0 q və 1,2-1,8 q ; 
5. orta - bir sünbüldə dənin kütləsi   1,1-1,4 q və 1,9-2,5 q; 
7. yüksək bir sünbüldə dənin kütləsi1,5-1,8 q və 2,6-3,0 q; 
9. çox yüksək bir sünbüldə dənin kütləsi, 8q-dan və 3,0 q-dan 
çox olduqda; 


194 
Bir bitkidən dənin kütləsi. Bitkilərdən alınmış ümumi 
məhsulu bitkilərin sayına bölməklə tapılır: 
 
s
m
k
B
U
=
 
 
Burada D
k
 - bir bitkidə dənin kütləsi, q; 
            U
m
 - ümumi məhsul,q; 
             B
s
 - bitkilərin sayı, ədəd 
 
1000  ədəd dənin kütləsinin təyini.  1000 dənin kütləsini 
təyin etmək üçün (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, 
çəltik və s.) 100 qram dən çəkilərək zibil və dən qarışıqlarından 
təmizlənir, sonra qarışıdırılır və kvadrat şəklində taxta üzərində 
yayılır. Daha sonra isə dörd üçbucağa ayrılaraq hər üçbucaqdan 
250  ədəd dən sayılıb götürülür və  hər qarşı 2 üçbucaqdan 
götürülmüş 500 ədəd dən ayrılaraq 0,001 q-a qədər dəqiqliklə 
çəkilir. Hər iki çəki arasındakı fərq 5% dən az olarsa 1-ci və 2-
ci çəkinin cəmi 1000 ədəd dənin kütləsini verir. Alınmış ifa-
dəni mütləq quru kütləyə çevirməklə 1000 ədəd dənin kütləsi 
hesablanır. Hesablama aşağıdakı düsturlarla aparılır: 
 
96
,
36
100
)
12
100
(
42
,
100
)
100
(
=


×
=
W
C
X
 
 
Burada : X- 1000 ədəd dənin mütləq quru kütləsi (q-la); 
               C- nəmliyi məlum 1000 ədəd dənin kütləsi(q-la); 
               W- dənin nəmliyidir (%-lə). 
 
DÜST-ə görə  hərəsi 500 ədəd, dənin sayı az olduqda isə 
hərəsi 250 ədəd olmaqla iki çəki  əsasında tapılır. Çəkilər 
arasındakı  fərq 1-qrama qədər ola bilər. Fərq bundan artıq 
olarsa dənin sayılması zamanı hər hansı bir yanlışlığın olmasını 
nəzərə alaraq nümunələri yenidən sayıb çəkmək lazımdır. 
Buğda nümunələrini 1000 dənin kütləsinə görə qruplaşdır-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə