Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   48   49   50   51   52   53   54   55   ...   89

172 
Toxumun tarla cücərmə qabiliyyətinə bir çox amillər təsir 
edir. Onları 7 qrupa bölmək olar:  
1.  Zonanın torpaq  iqlim şəraiti  
2.  Torpağın xüsusiyyəti 
3.  Müxtəlif  illərin meteoroloji şəraiti 
4.  Kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətləri 
5.  Xəstəlik və zərərvericilər 
6.  Toxumun keyfiyyəti  
7.  Aqrotexnikanın  səviyyəsi.  
 
1.  Torpaq-iqlim şəraitinin rolu. Tarla cücərtisi torpaq-iqlim 
şəraitindən asılı olduğu kimi, həm də, toxumların əkildiyi yerin 
şəraitindən də asılıdır. Eyni mənşəli toxumların müxtəlif 
şəraitlərdə  və müxtəlif mənşəli toxumların eyni şəraitdə 
səpilməsi müxtəlif tarla cücərmələri ilə xarakterizə olunur. 
Zonanın torpaq-iqlim şəraiti cücərmiş toxumun tələbatına nə 
qədər cavab verərsə, tarla cücərməsi bir o qədər yüksək olar.  
2.  Torpağın xüsusiyyətinin  əhəmiyyəti.  Torpağın münbit-
liyi, onun mexaniki, kimyəvi tərkibi və fiziki xüsusiyyətləri 
cücərən toxumlara birbaşa təsir edərək, onlara müqavimət gös-
tərir həmçinin, onların su, istilik, hava və işıq rejimini dəyişə-
rək dolayı olaraq da təsir edir. Torpağın sıxlığı onun mexaniki 
tərkibindən, üzvi maddələrin miqdarından və strukturundan 
asılıdır. Kənd təsərrüfatı bitkilərinin növləri müəyyən bir 
optimal torpaq sıxlığı tələb edir. Qara torpaqlarda yazlıq buğda 
üçün optimal torpaq sıxlığı 1,15-1,25, qarğıdalı üçün isə 1,20-
1,25 qr/sm
3
-dir. Torpaqda sıxlığın çox olması cücərtilərin 
çıxışını gecikdirir. Tam çıxışlar toxum yatağının sıxlığının, 
toxumları örtən torpağın sıxlığından yüksək olduqda olur. 
Torpaq nəmliyi optimal, xüsusilə  də artıq olduqda torpağın 
sıxlığı da artır ki, bu da çıxışların əmələ gəlməsini gecikdirir və 
tarla cücərməsinin faizini aşağı salır. Torpağın böyüyən cü-
cərtiyə və köklərə göstərdiyi müqavimət onun möhkəmliyi ilə 
müəyyən olunur. O, torpağın nəmliyindən, strukturundan, me-


173 
xaniki və kimyəvi tərkibindən asılıdır. Torpaq quruduqda onun 
möhkəmliyi kəskin artır. Erkən səpinlərdə vaxtlı-vaxtında və 
tam çıxışlar almaq üçün torpağın daha əlverişli temperaturu 9-
11
0
C,  payızlıqlar üçün isə 15-17
0
C-dir. Temperaturun artması 
tarla 
cücərməsinin
 azalmasına səbəb olur. Belə ki, 21-23
0

olduqda tarla cücərməsi buğdada – 8%, çovdarda -18% azalır. 
3.  Müxtəlif illərin meteoroloji şəraitinin təsiri. Səpin-çıxış 
dövründə meteoroloji şərait tarla cücərməsinə  təsir göstərir. 
Məsələ burasındadır ki, səpilmiş toxumlar müxtəlif illərdə 
torpağın səpin qatında yığılmış temperatur, nəmlik, hava və 
işığın kompleks təsirinə məruz qalırlar. Bu şəraitlər təkcə tarla 
cücərməsinə  və cücərtilərin gücünə yox, həm də, bitkinin 
sonrakı inkişafına və  məhsuldarlığına da təsir edir. Əlverişsiz 
mənfi təsiri minimuma çatdırmaq və  hər il çıxışların  əmələ 
gəlməsindən ötrü optimal şərait yaratmaq üçün hər  şeydən 
əvvəl bu şəraitin müxtəlif illərdə ölkənin əsas zonalarında necə 
toplanmasını bilmək və buna müvafiq olaraq optimal səpin 
müddətini təyin etmək lazımdır.  
Cücərtilərin və tarla cücərməsinin sürətinə torpağın tempe-
raturu və nəmliyi demək olar ki, eyni təsir göstərir.  
Toxumlar soyuq torpaqda zəif  şişirlər və göbələk xəstə-
liklərinə çox güclü tutulurlar. Zərərvericilərlə  zədələnirlər və 
çox hissələri məhv olur.  Tarla cücərməsi bu səbəblərə görə 
çox aşağı (50-60%) olur. Belə  şəraitdə torpaqda kəltənlər 
əmələ  gəlir və fuzarioza tutulmuş cücərtilər torpağın üstünə 
çıxa bilmirlər. Arpa və yulafda cücərti verib torpağın üstünə 
çıxmayan toxumların miqdarı ümumi cücərmiş toxumların 
miqdarının 20-25% -ni, buğdada isə 30-40%- ni təşkil edir.  
4.  Kənd təsərrüfat bitkilərinin bioloji xüsusiyyətlərinin 
əhmiyyəti.  Toxumların tarla cücərməsinə bitkilərin bioloji 
xüsusiyyətləri böyük təsir göstərir. Belə ki, dövlət toxum 
sahələrinin kütləvi məlumatlarına görə  dənli bitkilərin 
toxumlarının tarla cücərtiləri bir-birindən xeyli fərqlənmişdir. 
Yazlıq bitkilərə nisbətən payızlıq bitkilərdə tarla cücərməsi 


174 
daha zəif olmuşdur. Bunun da səbəbi ondadır ki, payızlıqlar bir 
qayda olaraq təzə  yığılmış toxumlarla becərilir və onların 
cücərmə dövründə yazlıq bitkilərin toxumlarının cücərmə 
dövründən fərqli olaraq torpaqda nəmlik az olur.  
5.  Toxumların tarla cücərməsinə  xəstəlik və ziyanverici-
lərin təsiri.  Torpağa səpilmiş toxumlar müxtəlif mikroorqa-
nizmlər və  həşəratlarla daim təmasda olurlar. Bunların çox 
hissəsi toxumları zədələyirlər ki, bu da tarla cücərməsini xeyli 
aşağı salır.  
Xüsusən də, döyüm, təmizləmə, sortlaşma və toxumların 
saxlanılma prosesində toxumların mikroorqanizmlərlə zədələn-
məsi daha da çox olur. Adətən, mikroorqanizmlər toxumlara 
metabolitləri vasitəsilə təsir edirlər. Onların təsiri altında rüşey-
min zülal maddələrində bərpa olunmayan dəyişikliklər, ferment 
sistemlərinin fəaliyyətində pozulmalar gedir  və cücərti və ya 
toxum məhv olur. Toxumların  şişmə dövründə torpağa çıxan 
maddələr mikroorqanizmlər üçün qida mühitinə çevrilir və bu 
mikroorqanizmlərin bir çoxu toxumların içərisinə daxil olur. 
Əsasən də bu hadisə zədələnmiş toxumlarda daha çox baş verir. 
Bakterial  mikrofloraya nisbətən göbələk mikroflorası daha 
ziyanlıdır. Əsasən də Aspergilus və Penicilium cinsindən olan 
göbələklər yüksək toksiki təsirlərə malikdirlər. Bu göbələklərin 
ifrazat etdikləri maddələri torpağa verdikdə toxumların 
cücərməsi 25-35% aşağı enir. Cücərtilərin əmələ gəlməsi üçün 
torpaqda lazım olan nəmlik olmadıqda buğda toxumlarında 
Penicilium növünə aid olan göbələklərə rast gəlinir. Rüşeymdə 
göbələklərin inkişafı 4-5-ci sutkada başlayır. 10 gündən sonra 
isə toxumların 50% -i zədələnir ki, bu da toxumların cücərmə 
faizini kəskin olaraq aşağı salır.  
Dənli bitkilərin toxumlarına və cücərtilərinə  Fusarium 
cinsindən olan göbələklər də xeyli ziyan vururlar. Toxumların 
tarla cücərtisinə  alternarioz  və  helmintosporioz ( buğdanın 
“qara rüşeym”) mənfi təsir göstərir. Xəstəlik və ziyanvericilərlə 
mübarizədə aqrotexniki, bioloji və kimyəvi tədbirlər kompleks 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə