Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   44   45   46   47   48   49   50   51   ...   89

160 
lərdən zəifləyə bilər. Xüsusən də, mexaniki zədələrlə olan 
toxumlar kif göbələkləri ilə yoluxaraq məhv olurlar və yaxud 
qeyri normal inkişaf etmiş cücərtilər verirlər. Lakin, cücərmə 
qabiliyyətinin standart təyini zamanı bu hadisələr müşahidə 
olunmur və bu göstəricilər adətən yükək olur.  
Qarğıdalı toxumunun soyuq yetişdirilməsinin bir neçə üsulu 
var. Toxumları yetişdirmə qabında olan torpaqda yetişdirərkən 
50 toxum (4 qat təkrar) hamar torpağın üzərinə qoyulur və bu 
torpaqla da 1 sm qalınlığında örtülür. İstifadə olunan torpaq 
tam rütubət tutumunun 60%-dək nəmləndirilmiş olmalıdır.  
Torpağın istifadəsini azalatmaq üçün rulon üsulundan 
istifadə edilir. Ölçüsü 20x25 sm olan iki nəmləndirilmiş süzgəc 
kağıza, qalınlığı 50 qram olan quru torpaq tökülür, kağızın qı-
raqları təmiz qalır. Torpaq tam rütubət tutumunun 60%-nə qə-
dər pipetka ilə nəmləndirilir, üzərinə şahmat şəklində toxumlar 
qoyulur və  nəm süzgəc kağız ilə toxumların üzəri örtülür. 
Kağızların qıraqları qatlanır ki, toxumlar və torpaq tökülməsin. 
Bundan sonra kağız torpaq və toxumlarla birgə rulona bükülüb 
qaba qoyulur.  
Toxumların nəmliyinin təyini  Toxumların nəmliyi quru-
dulma yolu ilə  və yaxud elektrik nəmlik ölçənlərdən istifadə 
edilməklə təyin edilir. Dəqiqlik həmişə kifayət qədər olmadığı 
üçün hava hərarət (hava isitmə) üsulu standart hesab edilir 
(DÜST 12041-82). Lakin, təsərrüfatdaxili nəzarət üçün elektrik 
nəmlik ölçənlərdə  nəmliyin tez təyin edilməsinin mühüm 
əhəmiyyəti var. Müxtəlif nəmlik ölçənlərin xüsusiyyətləri və 
onlarda nəmliyin təyin edilmə texnikası xüsusi göstərişlərdə 
təsvir edilir.   
Hava hərarət üsulu. Təhlil üçün dənli, dənli paxlalı, və 
başqa iri toxumlu bitkilərin toxumlarından 45-50 qram, xırda 
toxumlu bitkilərin toxumlarından isə 23-25 qram nümunə 
götürülür. Nümunə 2 yerə bölünür. Bir hissəsi təhlil üçün isti-
fadə edilir, digər hissəsi isə bükslərə qoyulur, qapaqları örtülə-
rək  əgər təkrar təhlil lazım gələrsə saxlanılır. Qarışdırdıqdan 


161 
sonra nümunənin birinci hissəsindən 5 qram ölçüsündə  çəkil-
miş iki nümunə götürülür. Dənli və dənli paxlalı bitkilərin to-
xumlarının tez qurudulması üçün 5 qramlıq nümunələr götürül-
məməzdən əvvəl onlar xüsusi dəyirmanlarda üyüdülür. Toxum-
ların isidilməməsi və  nəmliyin buxarlanmaması üçün üyütmə 
qısa vaxtda aparılır: darı  və qarabaşaq 20 saniyədən, buğda, 
çovdar, çəltik 40 saniyədən, qarğıdalı, arpa, dənli paxlalılar isə 
60 saniyədən artıq olmamaq şərtilə. Xırda toxumlu bitkilərə 
üyüdülmə lazım deyil. Yağlı  və efir yağlı bitkilərin toxum-
larının üyüdülməsi çətin olduğundan və qurudulma zamanı 
yağlar oksidləşərkən təhlillərin nəticəsinin yalnış olması 
mümkün olduğundan onlar üyüdülmürlər.  
DÜST-ə görə müxtəlif bitkilərin toxumlarının qurudulma 
müddətləri və temperaturları  aşağıdakı  cədvəldə verilmişdir. 
(Cədvəl 20) 
Qurudulduqdan sonra toxumla birgə bükslər şkafdan çıxarı-
lır, qapaqları örtülür və 15-20 dəqiqəlik soyumaq üçün eksi-
katora (havadan tez rütubətlənən maddələri qurutmaq və saxla-
maq üçün qalın divarlı şüşə cihaz) qoyulur. Sonra isə çəkilir. 
Toxumların nəmliyi%-lə toxumlarla itirilmiş nəmliyin 100-ə 
hasilinə və nümunənin kütləsinə nisbətinə bərabərdir. Toxum-
ların nəmliyi 5 qrama bərabər olan nümunənin yaş kütləsinə 
görə hesablanır.  
Əgər iki paralel gedən təyin edilmələr arasında ziddiyət 
qurudulmadan əvvəl üyüdülmüş toxumlar üçün  0,2% -i, bütün 
və ya kəsilmiş toxumların qurudulması isə 0,4%-i keçmirsə 
təhlil o zaman bitmiş hesab olunur.  
Əgər dənli paxlalı bitkilərin və günəbaxanın toxumları yük-
sək nəmliyə malikdirsə - 18%-dən artıqdırsa (soyada 16 –dən 
artıqdırsa), onların nəmliyini təyin etmək üçün əvvəlcə toxum-
lar aşağı temperaturda qurudulur ki, bununla da nəmliyin itmə-
si məhdudlaşır.  Əvvəlcədən qurudulmanın lazımlılığı toxum-
ların nəmliyini elektrik nəmlik ölçənlərlə  təyini zamanı sübut 
olunur. 


162 
Toxumların nəmliyinin təyin edilməsi üçün qurudulma şəraitləri 
                                                                Cədvəl 20 
 
Bitkilər 
Temperatur
 
0
C –lə 
Zaman  
dəq-lə 
Buğda, çovdar, tritikale, arpa
yulaf, qarabaşaq, noxud, çöl noxudu 
150 20 
Qarğıdalı, darı, sorqo, çəltik, dənli – paxlalı 
bitkilər (noxuddan və şöl noxudundan 
başqa), lüpin, günəbaxan, yer fındığı, 
gənəgərçək, soya, xaşa 
130 40 
Yem və bal verən otlar, bostan bitkiləri, 
kökümeyvəlilər, kətan, çətənə, xardal 
130 20 
Yağlı və efiryağlı bitkilər  
105 
300 
 
Əvvəlcədən qurudulma üçün 20 qramlıq nümunə götürülür, 
torşəkilli bükslərə qoyulur və 105 
0
C temperaturda 30 dəq 
ərzində qurudulur. I qrup dənlilərin toxumları – 120 
0
C-də 15 
dəq  ərzində qurudulur. Sonra nümunələr soyudulur və  çəkilir. 
Bundan sonra əsas qurudulma adi üsulla aparılır.  
Əvvəlcədən qurudulmuş toxumların nəmliyi (W
2
-%-lə) 
aşağıdakı düsturla hesablanır.  
 
 
 
 
 
 
 

=
4
3
2
1
2
1
100
m
m
m
m
W
  , 
 
m

- qurudulduqdan sonra 20 qramlıq nümunənin kütləsi, qr-la; 
m

– qurudulduqdan sonra 5 qramlıq nümunənin kütləsi, qr-la; 
m

– 20 qramlıq nümunənin kütləsi, qr-la; 
m

– 5 qramlıq nümunənin kütləsi, qr-la. 
 
Toxumlarda ziyanvericilərlə yoluxmasının təyini. 
Toxumluq və sortluq keyfiyyətlərinə görə standartlar tərkibində 
canlı ziyanvericilər olan toxumları  səpin üçün istifadəsini 
qadağan edir. Ona görə də, 12045-81 DÜST -ə görə nümunədə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə