Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   40   41   42   43   44   45   46   47   ...   89

147 
Süzgəc kağız üstündə toxumları yetişdirərkən, kağızları 
dairəvi formada kəsərək, Petri və ya Koxa kasalarına qoyurlar. 
Çuğundurun toxumlarının daha yaxşı  nəmləndirilməsi üçün 
büzüşmüş kağızlarda yetişdirilər. Hər bir büzməyə 4-5 toxum 
qoyulur.  İşıqsevən bitkiləri, məsələn, dənli otları Yakobsen 
aparatında yetişdirmək asandır. Su ilə dolu vannalara salınmış 
piltələrlə olan fanel dairələrə süzgəc kağızları qoyurlar, 
toxumların üstünü isə şüşə qapaqlarla örtürlər.  
Süzgəc kağızlarının  qatlarının arasında toxumları müxtəlif 
üsulla yetişdirilər:  
Yetişdirmə qablarında (germinatorda) –nəmləndirilmiş iki 
qat kağız yetişdirmə qablarının dibinə qoyulur, üçüncü qatlada 
toxumlar örtülür; kağızı “zərf” formasında bükülür və yetiş-
dirmə qabına qoyulur;  
Daimi nəmləndirmə yolu ilə - nəmləndirmə qabında xüsusi 
qoyulmuş dayağın üzərinə kağız elə yerləşdirilir ki, onun kə-
narları suyun içərisində olsun. Toxumların üzəri isə  nəmlən-
dirilmiş kağızla örtülür və o kağızın qurumaması üçün üzərinə 
lövhə qoyulur. Toxumlar həmçinin rulon şəklində bükülmüş 
nəmləndirilmiş kağızların zolaqları arasında yetişdirilir. To-
xumlar  şahmat  şəklində  və ya əvvəlcədən çəkilmiş  xətt üzə-
rində eyni bərabərdə düzülür. Bu üsullar imkan verir ki, 
cücərtilər və kökcüklər uzuluğuna görə müqayisə edilsin. 
Bununla da təkcə cücərtiləri yox həm də onların boyatma gü-
cünü təyin etmək mükün olur.   
Nəmli süzgəc kağızlarının qatları arasında toxumları ye-
tişdirərkən hava mübadiləsinin çatışmamazlığı  təhlükəsi olur. 
Bunun olmaması üçün yetişdirmə qablarının perimetrində işıq 
düşən yerlər qoyulur, “zərflərdə” yataqla örtük arasında boşluq 
qoyulur, rulonlarda isə toxumlar bir xətt üzrə düzülür və 
üzərinə korreksiya lenti (qabarıqlı sellüloiddən hazırlanmış 
lent) çəkilir.  
Toxumları qumun üzərində  yetişdirdikdə, nəmləndirilmiş 
qum yetişdirmə qablarının hündürlüyünün 2/3 hissəsi qədər 


148 
doldurulur və hamarlanır. Sonra toxumlar düzülür və döyəclə-
nərək quma basdırılır. Nəmlənməni xüsusən də, örtüklü 
bitkilərdə artırmaq üçün toxumların üzərinə sıxlaşmış lövhələr 
qoyulur.  
Toxumları qumda yetişdirmək üçün yetişdirmə qablarınının 
hündürlüyünün 1/3 hissəsi nəm qumla doldurulur. Toxumları 
düzdükdən sonra yenidən 0,5 sm qatında nəm qum tökülür və 
sıxlaşdırılır. Toxumları kağız və ya qum üzərində yetişdirdikdə 
cücərmiş toxumların sayını hesablamaq asan olur. Çünki, onlar 
yuxarı hissədə yerləşirlər və asan görünürlər. Lakin, bu 
üsulların çatışmamazlığı odur ki, lazım olan nəmliyi həmişə 
yaratmaq olmur, xüsusən də, iri toxumlu və örtüklü bitkilərin 
cücərtilərinin inkişafı üçün. Ona görə  də, onlar üçün toxum-
ların yetişdirilməsinin başqa üsullarından istifadə edilir.   
Süzgəc kağızların toxumların yetişdirilməsi üçün istifadəsi 
qumda yetişdirməyə nisbətən asandır. Lakin, qum istifadə 
etdikdə kiflər və başqa xəstəliklər az yayılır, toxumların sakit-
lik dövründə cücərməsi tezləşir ki, bu da onların tormozlaşdır-
ma maddələrinin yaxşı mənimsəməsi ilə izah olunur. Dərman-
lanmış toxumların yetişdirilməsi üçün qum süzgəc kağıza 
nisbətən daha əlverişlidir. Onlar yaxşı olar ki, torpaqda yetiş-
dirilsin. Çünki, qumda və süzgəc kağızda onların mənimsəmə 
qabiliyyəti torpağa nisbətən az olur və eybəcər cücərtilər əmələ 
gəlir. Torpaq qum kimi tam rütubət tutumunun 60%- i qədər 
nəmləndirilir. Torpaqlı süzgəc kağızdan hazırlanmış rulonlarda 
və yetişdirmə qablarında toxumlar yetişdirilir.  
Toxumlar  termostatda da yetişdirilir. Orada lazım olan 
temperatur və nəmlik yaradılır. Termostatda rütubətli atmosfer 
saxlamaq üçün aşağı hissəsinə su ilə dolu altlıq qoyulur. Lakin, 
bu da termostatda lazım olan nəmliyin (95%) olmasına imkan 
vermir.  Əgər toxumlar qumda 20 
0
C-də yetişdirilirsə, suyun 
miqdarı onların yetişdirmə müddətində kifayət edir. Lakin, 
yüksək temperaturda yetişdirdikdə toxumları yenidən sulamaq 
lazım gəlir. Yataqların vaxtaşırı  nəmləndirilməsi toxumları 


149 
Petri (Koxa) kasalarında, süzgəc kağızlarda və daim su 
verilməyən yetişdirmə qablarında  yetişdirdikdə lazım olur.  
Yetişdirmə temperaturu. Bir çox tarla bitkilərinin toxum-
larını daim temperaturda 20 
0
C-də,  (buğda, arpa, çovdar, yulaf, 
kətan, yonca və s.) daha istisevən bitkilər isə 20-30 
0
C-də 
(qarğıdalı, qarabaşaq,  şəkər çuğunduru və bir çox dənli otlar) 
yetişdirilir. Dəyişkən temperaturda toxumlar 30 
0
C-də 6 saat, 
qalan vaxtlarda isə 20 
0
C – də saxlanılır.  
Sakitlik dövründə toxumların yetişdirilmə üsulları. 
Məlumdur ki, təzə  yığılmış, yığımdan sonra yetişmə 
vəziyyətində olan bir çox tarla bitkilərinin toxumları,  əgər 
onlar əvvəlcə (3-4 gün, otları isə 10 günə qədər) nəm yataqda, 
aşağı temperaturda (5-10 
0
C) saxlanılaraq, sonra isə  təklif 
olunmuş  şəraitdə yetişdirilərsə daha tez yetişirlər. Bu üsulla 
cücərmə enerjisi 2 sutkadan sonra təyin edilir. Cücərmənin özü 
isə adi müddətdə  təyin edilir. Əgər cücərmənin qeydiyyatını 
apardıqda yataqda sağlam,  şişmiş toxumlar qalarsa yetişdirmə 
müddəti 3 günə qədər artırılır.  
Dənli bitkilərin toxumları sakitlik dövrü vəziyyətində olduq-
da, hibberellin turşusunun 0,2-1% (sakitliyin dərinliyindən asılı 
olaraq) konsentratı ilə  nəmləndirilmiş yataqda yetişdirilməsi 
daha məqsəduyğundur. Dənli otların toxumları isə 0,2%-li 
KNO

məhlulu ilə nəmləndirilmiş süzgəc kağızlarda yetişdirilir.  
Toxumları sakitlik dövründən çıxartmaq üçün quru toxumlar 
əvvəlcədən 30-40 
0
C temperaturda, 5-7 gün ərzində  qızdırılır. 
Sonra toxumlar adi şəraitdə yetişdirilir.  
Toxumların keyfiyyəti haqqında verilən sənədlərdə yetişdir-
mə şəraitləri göstərildikdə, mütləq onların sakitlik vəziyyətinin 
qurtarmaması haqqında qeydiyyatlar aparılır.  
Cücərmiş toxumların hesablanması  və qiymətləndiril-
məsi.  Normal cücərmiş toxumları iki dəfə sayılır. Birinci dəfə 
toxumların cücərmə enerjisi, ikinci dəfə isə cücərmə  təyin 
edilir. Yetişmə müddəti uzun olan bitkilərdə, xüsusən də dənli 
otlarda hətta üçüncü  (aralıq) hesablamalar (cücərmə enerjisi ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə