Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   39   40   41   42   43   44   45   46   ...   89

144 
hesab edilir ki, onlar normal inkişaf etmiş, köklərin boyu to-
xumun uzunluğundan az olmamalıdır. Yumru toxumlarda isə 
toxumun diametrindən kiçik olmayan, normal inkişaf etmiş 
kökcüyə malik olan toxumlar cücərən toxum hesab edilir. 
Paxlalı bitkilərin toxumları möhkəm (yonca, şabdar və s.) 
toxum qabığına malik olduğundan, onlar cücərməyən bərk to-
xumlar olur. Bu cür toxumlar torpaqda qaldıqda tədricən cü-
cərir. Ona görə də qırmızı şabdar, yaşıl, yaşıl-hibrid, sarı, sarı-
hibrid, alabəzək hibrid yonca toxumlarının cücərmə qabi-
liyyətini təyin etdikdə    bərk toxumların sayına onun 75%-i, 
qalan birillik və çoxillik paxlalı ot bitkilərində isə 50%-ə qədər 
toxum  əlavə edilir. Həmçinin, verilən sənəddə  əlavə olaraq 
bərk toxumların faizi də göstərilir. 
Elmi tədqiqatlarda toxumların cücərmə qabiliyyətinin sürəti-
nin dəqiq xarakterinin verilməsi üçün, hər gün cücərmiş to-
xumların qeydiyyatı aparılır və  aşağıda verilmiş formaya 
yazılır.  
 
Hər bir sutkada cücərmiş toxumların sayı 
                                                                   Cədvəl 18 
Nümu
n
ənin 

-si
 
1 2 3 4 5 6 7 
Cüc
ərm
ə 
enerjisi 
%-l
ə 
Cüc
ərm
ə 
qa
biliyy
əti
 
%-l
ə 

2 10 67 8 6 4 1  79 
98 

- 39 41 18  -  -  -  80 
98 
 
Belə olan halda cücərtilərin sürəti (C) və  çıxışların eyni 
vaxtda alınması (E)  aşağıdakı kimi hesablanır:  
Nümunələrin №- 1 (C
1
) və №-2 (C
2
) cücərmə sürəti belədir:  
 


145 
sutka
C
2
,
3
1
4
6
8
67
10
2
)
7
1
(
)
6
4
(
)
5
6
(
)
4
8
(
)
3
67
(
)
2
10
(
)
1
2
(
1
=
=
+
+
+
+
+
+

+

+

+

+

+

+

=
 
 
sutka
C
8
,
2
181
41
39
)
4
18
(
)
3
41
(
)
2
39
(
2
=
+
+

+

+

=
 
 
№ 1(E
1
) və № 2 (E
2
) =bərabərdir: 
E
1
=  98/7 = 14,0 
E

= 98/3 = 32,7 
Yuxarıda verilmiş  məlumatlardan görünür ki, cücərmə qa-
biliyyətinin surəti bir toxumun bir sutkada orta cücərmə müd-
dətini göstərir və yaxud tam dəqiq desək, bir toxumun cücər-
məsi üçün orta hesabla günlərin sayını göstərir, eyni vaxtda 
cücərmə isə - bir sutkada cücərmiş toxumların orta hesabla 
sayıdır. 
 
9.5. Cücərmə enerjisinin təyin edilməsi 
 
Cücərmə qabiliyyətinin müəyyən edilməsində  məqsəd – 
normal cücərti verməyə malik toxumların miqdarını  təyin et-
məkdir. Bunun üçün toxumu optimal şəraitdə, dövlət standart-
larına uyğun becərirlər. Burada temperatur, işıqlanma, becərmə 
müddəti və toxum yatağının növləri nəzərə alınır. Bu şərtlər 
yerinə yetirildikdə tarla bitkilərinin toxumları əsasən 1 həftəyə 
cücərti verir. Lakin dənli bitkilər bir qədər gec cücərdiyi üçün 
onlarda bu müddət bir qədər çox olur.  
Cücərmə qabiliyyətini təyin etmək üçün  toxumun cücərmə 
enerjisi təyin olunur. Bunun üçün tam cücərmə qeydə alınma-
mışdan qabaq normal cücərmiş toxumlar sayılır. Məsələn, dənli 
bitkilərin bir çoxunda becərmədən 3 gün sonra cücərmə enerjisi, 
7 gün sonra isə cücərmə təyin edilir.  
Cücərmə qabiliyyəti və cücərmə enerjisi təhlil üçün götürül-


146 
müş nümunələrdə olan normal cücərmiş toxumların faizi ilə 
müəyyən olunur.  
Nümunə 100 toxumdan ibarət olur (qarğıdalı  və başqa iri 
toxumlu bitkilər üçün 50). Hər bir təhlil 4 təkrarda aparılır (4 
nümunə). Əsas bitkilərin toxumları yaxşıca diqqətlə qarışdırılır. 
Sonra onlardan bir-birinin ardınca seçilmədən pnevmatik 
sayğacla və ya əl ilə nümunələr sayılır.  
Çoxtoxumlu çuğundurun yumrucuqları ölçüsünə görə müx-
təlif və toxumlarının sayı eyni olmadığından hər nümunəyə iri
orta və  xırda yumrucuqların eyni miqdarda düşməsi çox 
vacibdir. Ona görə də cücərmə qabiliyyətini təyin etmək üçün 
çuğundurun yumrucuqlarını faizlə-sayma üsulu ilə sayırlar.  
Toxumların yetişdirilməsi üçün şərait.  Toxumları xüsusi 
olaraq nəmləndirilmiş, qidalandırıcı mühitdə süzgəc kağızdan 
hazırılanmış yataqda və yaxud kvarslı qumda (hissəciklərinin 
ölçüləri 2 mm-dən artıq olmamaq şərtilə) yetişdirilir.  Kağız 
özünün tam rütubət tutumuna qədər nəmləndirilir, bunun üçün 
o su ilə dolu  kasaya salınır sonra çıxarıb, kağızda olan artıq su 
tam süzülənə kimi saxlanılır. Qumu istifadə etməmişdən qabaq 
palçıq hissəscikləri və qeyri üzvi tullantıları  kənarlaşdırmaq 
üçün  yuyulur, sonra isə qurudub ələkdən keçirilir. Qumun tam 
rütubət tutumunun 60% -inə qədər, iri toxumlu paxlalı bitkilər 
üçün 80%-ə qədər, çəltik üçün isə tam rütubət tutumuna qədər 
(100%) nəmləndirilir. Qumun rütubət tutumu əvvəlcədən təyin 
edilir. 100 qram quru qumun nəmləndirilməsi və tam rütubət 
tutumunun 60%-nə  qədər lazım olan suyun miqdarı ml-lə 
hesablanır. Gələcəkdə artıq bir dəfə  təyin edilmiş ölçüdən is-
tifadə edilir (əgər qum başqa bir şeylə əvəz olunmasa) və işin 
asanlığı üçün qumu tərəzidə yox, əvvəlcədən kütləsi məlum 
olan qabda ölçülür. Düzgün nəmləndirilmiş yataq toxumların 
yetişdirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Nəmlik çatış-
madıqda toxumların şişməsi və cücərməsi zəifləyir. Suyun çox 
olması isə havanın normal daxil olmasına mane olur. Bu da 
cücərməni zəiflədir və toxumların çürüməsinə səbəb olur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə