Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   35   36   37   38   39   40   41   42   ...   89

130 
sında yetişmə  şəratinə, torpağa təsirinə  və biologiyasına görə 
müxtəlifliyi ilə müəyyən edilir. Bu zaman toxumluq əkinlərin 
sort təmizliyini də nəzərə almaq lazımdır. Beləliklə, buğdanın 
müxtəlif sortlarının, buğda və arpanın, çovdar və buğdanın to-
xumlarını bir-birinə yaxın əkmək olmaz, çünki onların toxum-
ları bir-birindən çətin ayrılır. 
Bizim ölkədə dənli bitkilərin toxumluq əkinləri üçün təmiz 
herik ən yaxşı sələfdir. 
Lakin ayrı-ayrı illərdə  təmiz herikdə  dənlilər yatır və yaxud 
onların yetişməsi uzanır. Rütubətli zonalarda payızlıq bitkilər 
üçün ən yaxşı sələflər çoxillik otlar, noxud və silos üçün qarğıdalı 
altında olan heriklərdir. Altaysk vilayətinin dövlət sort sahələ-
rindən təmiz heriklərdə hektardan 19,1 sen yazlıq buğda, buğdanı 
buğda ilə yerləşdirdikdə isə 15,1 sen alınmışdır. Bu zaman to-
xumların keyfiyyəti də  aşağı düşür: 1000 ədəd dənin kütləsi və 
zülalın faizi azalır, xəstəliklərə yoluxması çoxalır. Bu da sortun 
məhsuldarlıq xassələrinin tez itirilməsinin  ən  əsas səbələrindən 
biridir. Xəstəliklərin  əhəmiyyətli inkişafı zamanı toxumluq 
əkində toxumların məhsuldarlığı kəskin sürətdə aşağı düşür. 
K\t bitkilərini növbəli  əkinlərdə yerləşdirdikdə, ayrı-ayrı 
sortların xüsusiyyətlərini nəzərə almaq lazımdır. Burada məh-
şur bioloji qanunauyğunluğu nəzərə almaq lazımdır: sort nə 
qədər məhsuldar olsa, o qədər də becərmə şəraitinə tələbkardır, 
pis şəraitdə isə onun məhsuldarlığı az məhsuldar sorta nisbətən 
aşağı düşür. 
 
Payızlıq buğda sortlarının məhsuldarlığının sələflərdən asılılığı (sen/ha) 
  Cədvəl 15 
 
Sort 
Sələf 
Qara herik
Noxud 
(toxumluq) 
Qarğıdalı 
(silos üçün)  
Payızlıq 
taxıllar 
Pərzivan-1 
36,0 31,7  16.0  25,5 
Nurlu-99_33,8_29,0_22,0_36,2_Bol_buğda'>Nurlu-99 
33,8 29,0  22,0  36,2 
Bol buğda 
30,5 30,5  21,3  30,1 


131 
Ən yüksək məhsuldarlıq təmiz herikdə (36,2 s/ha) payızlıq 
buğdanın daha məhsuldar olan 
Nurlu-99
 olmuşdur. Belə halda 
Nurlu-99
 sortunun məhsuldarlığı başqa sortlara nisbətən 6,1 – 
10,7 s/ha artıq olmuşdur. Deməli toxumçuluğun növbəli əkin-
lərində ən yaxşı sələflər daha məhsuldar sortlar olunmalıdırlar.  
Burada izah olunanların hamısını toxumluq əkinlərin 
növbəli əkinlərində bitki və sortların düzgün növbələşdirilməsi 
üçün nəzərə almaq lazımdır. 
Torpağın becərilməsiTorpağın becərilmə sistemi müəyyən 
bitkilərə, torpaq müxtəlifliyinə uyğun, enerji qoruyucu, toxum-
luq  əkinlərdə isə sortlara uyğun olmalıdır. Yaxşı becərilmə, 
torpağın fiziki xassələrini yaxşılaşdıraraq, gübrələrin, pestisid-
lərin,  ən yaxşı sortların yüksək keyfiyyətli toxumların və 
aqrotexniki tədbirlərin yüksək effektli istifadəsini təmin edir. 
Zərərvericilərlə, xəstəliklərlə yoluxmuş  və  ağır mexaniki 
quruluşa malik olan topaqlarda becərilmənin  əhəmiyyəti mü-
hüm dərəcədə artır. Toxumluq əkinlərdə alaq otlarını  məhv 
etmək lazımdır, hər  şeydən  əvvəl çətin seçilənləri (vələmir, 
tatar qarabaşağı, yabanı turp) və xüsusən də karantin (sarı 
sarmaşıq, ətirşah, kəkrə) alaqları.  
Alaq otları olduqda toxumların sinfi aşağı enir, karantin 
alaqların olması isə toxumlar əkin üçün yararsız edir. Bundan 
əlavə alaq otları mədəni bitkilərin toxumlarının tarla cücərtisini 
aşağı salır. Becərmə bütün torpaq proseslərinin istiqamətli 
idarə edilməsinə  və bitkilərin inkişafı üçün daha əlverişli 
şəraitin yaradılmasına imkan verir. 
Texniki  avadanlığın,  əkinçilik mədəniyyətinin artırılması 
sahələrdə aparılan  əməliyyatların sayını  mühüm dərəcədə 
çoxaldır ki, bu da torpağın quruluşuna mənfi təsir göstərir, 
eroziya proseslərini və quraqlığın ziyanverici təsirini güc-
ləndirir. Ona görə  də, son zamanlar bir neçə  əməliyyatların 
azaldılması, eləcə  də illik şumlamanı herbisidlərin intensiv 
istifadəsi, kotansız  şumlama və üzdən becərmə ilə  əvəz 
edilməsi çox mühüm problemlərdən biridir.   


132 
8.2. Bəzi aqrotexniki tədbirlərin toxumun  
keyfiyyətinə təsiri 
 
Bu göstəricilər yeni sortların yaradılması prosesində mühüm 
əhəmiyyətə malik olmaqla gələcək məhsulun yararlılıq dərə-
cəsini müəyyən edir. Nəzərə alınmalıdır ki, zülalın dəndəki 
miqdarı çox mürəkkəb bir əlamət olmaqla sortun bir sıra mor-
foloji göstəriciləri ilə əks korrelyativ asılılıqla xarakterizə olu-
nur. Yəni, yüksək məhsuldar sortların dənində ümumi zülalın 
miqdarı bir qayda olaraq aşağı olur ki, bu da onun keyfiyyət 
göstəricilərinə təsir edir.  
Dəndə zülalın miqdarının yüksək olması buğda bitkisində 
arzu olunandırsa, pivəbişirmə sənayesi üçün əsas xammal olan 
arpanın dənində pis keyfiyyət göstəricisi kimi qiymətləndirilir. 
Ümumilikdə isə  dənin keyfiyyət göstəricilərinin qiymətlən-
dirilməsi müvafiq metodlar rəhbər tutulmaqla yerinə yetirilmiş 
laboratoriya analizlərindən  əldə edilən göstəricilər  əsasında 
aparılır. Seleksiya prosesi üçün nəzərdə tutulmuş müxtəlif yerli 
və beynəlxalq qiymətləndirmə  şkalalarının göstəricilərinə  əsa-
sən dənin biokimyəvi və texnoloji xüsusiyyətlərinin qiymətlən-
dirilməsi aparılır. 
Təsərrüfatlarda əsasən buğdanın iki növü (yumşaq və bərk) 
geniş yayılmışdır. Bu növlər botaniki və  təsərrüfat xüsusiy-
yətlərinə görə  fərqləndiyi kimi, kimyəvi və texnoloji xüsusiy-
yətlərinə görə  də  fərqlənir. Yumşaq buğdalar  əsasən çörək, 
bərk buğdalar isə makaron üçün istifadə edilir. 
Çörəkbişirmə keyfiyyətinə görə yumşaq buğdalar 3 sinfə 
bölünür: birinci sinfə qüvvəli buğdalar aiddir. Bu buğdaların 
əsas xüsusiyyətləri ondan ibarətdir ki,  onların unu yüksək key-
fiyyətli, yüksəkhəcmli çörək çıxımına malikdir. Bunlar çörə-
kbişirilməsini təmin etməklə yanaşı, aşağı keyfiyyətli unla 
müəyyən nisbətdə (15-20%) qarışdırıldıqda onların çörəkbişi-
rilmə keyfiyyətini də xeyli yaxşılaşdırır.  
Qüvvəli buğdaların ununun suudma qabiliyyəti, kleyko-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə