Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   32   33   34   35   36   37   38   39   ...   89

120 
qayisəli qiymətləndirilməsi üçün yerli şəraitdə becərilmiş 
toxumlardan istifadə etmək lazımdır.          
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Krasnodar 
ölkəsi  şəraitində günəbaxanın iri toxum partiyalarının 
bcərilməsi daha məqsədə uyğundur. Belə toxumlar yüksək 
cücərmə enerjisinə, cücərməyə, 1000 ədəd toxumun kütləsinə 
və  sıxlığına malikdir. Məhsuldarlığa və yağlılığa görə onlar 
müxtəlif rayonlardan olan toxumlardan üstündürlər.  
Lakin bir çox (şəkər və yem çuğunduru) bitkilər üçün isteh-
salat şəraitində müəyyən edilmişdir ki, yerli mənşəli toxumlar 
daha əlverişlidir. Digər bitkilər (yonca, kartof, qarğıdalı, günə-
baxan və s.) üçün isə xüsusi toxumçuluq  zonaları yaratmaq 
lazımdır.  
Toxum materiallarının xüsusiyyətlərinə  və formalaşmasına 
ekoloji şəraitin güclü təsiri kimi kartof yumurularının “degene-
rasiyasını” göstərmək olar. Hesab olunur ki, kartof yumurula-
rının məhsuldarlıq xassələrinin pisləşməsi ancaq cənub rayon-
larında müşahidə olunur. Kartofda xəstəliklərin  əmələ gəlməsi 
(mozaika, yarpaqların bükülməsi, cücərtilərin nazikləşməsi) 
becərilmə  şəraiti və saxlanması bioloji xüsusiyyətinə uyğun 
olmadıqda üzə çıxır.  
Əlverişli zonalarda toxumların istehsalı ilk növbədə dövlət 
toxum resurslarının yaradılması    ilə  əlaqədardır. Həmçinin bu 
əmtəə  əkinlərinin təmin edilməsi üçün vacibdir, çünki həmin 
zonalarda  əlverişsiz iqlim şəraitində yüksək səpin keyfiyyətli 
və  məhsuldarlıq xassələrinə malik toxumların  əldə olunması 
çətin və demək olar ki, mümkün deyildir.  
Respublikamızda bu məsələlər hal-hazırda hər tərəfli 
öyrənilir və xüsusi toxumçuluq təsərrüfatlarının yaradılması 
üçün böyük imkanlar vardır. Bir iqlim zonasında həm düzən, 
həm dağ zonaları, mineral və  hərtərəfli torpaqlar, dəmyə  və 
suvarılan əkinçilik zonaları vardır.  
 
 


121 
7.2.  Meteoroloji şəraitin toxumun keyfiyyətinə təsiri 
 
Bir çox tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ayrı-
ayrı illərdə meteroloji şərait toxumun keyfiyyətinə çox güclü 
təsir edir. Toxumların formalaşması zamanı onun keyfiyyəti 
yağıntıların miqdarı  və temperatur ilə  sıx korrelyativ əlaqədə 
olur. Bir çox faktlar göstərir ki, onlar toxumun əmələ 
gəlməsinə qədər ana bitkiyə təsir göstərir.  
Məhşur  İtalyan ekoloqu C. Assinin (1959) məlumatlarına 
əsasən aşağı temperaturlar (15 dərəcədən aşağı) və yağıntıların 
miqdarının çoxluğu (80-100 mm.dən artıq) dənin formalaşması 
və dolması zamanı toxumun keyfiyyətinə  mənfi təsir göstərir. 
Rütubətli havalarda formalaşmış toxumlarda əmələ  gələn 
bitkilərin məhsuldarlığı quru havada əmələ  gələn toxumların 
məhsuldarlığından 8% aşağı olmuşdur. Yüksək rütubətli şərait-
də formalaşmış toxumlarda qlükozanın miqdarı çox, saxarozan 
miqdarı isə az olur. Elə buna görədə, cücərtilərin əmələ gəlmə 
sürəti və möhkəmliyi aşağı olur.  
Təcrübələrimizdə arpa toxumlarının yetişməsi və  yığımı 
zamanı  aşağı temperaturun və yağıntının çox yüksək olması 
arpa toxumlarının keyfiyyətini pisləşdirmişdir. Bu onunla izah 
olunur ki, mum yetişməsi zamanı toxumların fizioloji fəallığı 
çox aşağı düşür və onların əlverişsiz şəraitə davamlılığı azalır. 
Xüsusilə,  əkinlərin göbələk xəstəlikləri ilə  zədələnməsi 
zamanı bitkilərin yatması  və  dənlərin tökülməsi məhsuldarlıq 
xassələrinin daha da aşağı düməsinə səbəb olur.  
Əgər toxumun dolması və yetişməsi əlverişli ekoloji şəraitdə 
gedirsə, (yüksək temperaturda lazımı  qədər rütubətli olması) 
yığım zamanı isti və quru hava olduqda toxum materialı yük-
sək cücərmə enerjisinə, boyatma gücünə, yüksək məhsuldarlıq 
xüsusiyyətlərinə malik olur.  
Təcrübələrimizdə payızlıq buğdanın toxumları onların for-
malaşması  və inkişafı dövründə meteroloji şəraitdən asılı 
olaraq müxtəlif məhsuldarlıq xassələrinə malik olmuşlar.  


122 
Toxumların (yazlıq buğda) məhsuldarlıq xassələrinin aşağı 
olmasının müxtəlif illərdə C.Hacıyevdə müşahidə etmişdir. 
İ.Q. Strona qarabaşağın toxumunun keyfiyyətinə metereoloji 
şəraitin təsirini dəqiqliyi ilə öyrənmişdir. O, müəyyən etmişdir 
ki, əgər metereoloji şərait yüksək məhsulun alınmasına imkan 
verirsə, onda bu faktorların təsiri altında yaxşı  məhsuldarlıq 
xassələrinə malik olan toxumlar formalaşır. Çox saylı  məlu-
matlara görə  dənli bitkilərdə tez səpilmiş toxumlar gec səpil-
mişlərə nisbətən daha məhsuldardırlar.  Şəkər çuğundurunun 
yay  əkinlərinin kökmeyvəsindən alınmış toxumlarının səpin 
keyfiyyəti yaz əkinlərinə nisbətən yüksək olur. Bu onunla izah 
olunur ki, yay əkinlərində bitkilər daha əlverişli  şəraitdə for-
malaşır və bu da onların gələcək nəsillərinə müsbət təsir edir. 
Beləliklə, əlverişli ekoloji şərait toxumların yüksək məhsul-
darlıq xassələrinin yaranmasına imkan verir. 
Əlverişsiz metereoloji şərait nəticəsində  dənli bitkilər çox 
vaxt iri sahələrdə yatır. Buda toxumların keyfiyyətini və məh-
suldarlığını xüsusilə  aşağı salır. Torpağın münbitliyinin və 
nəmliyinin artması, azot gübrələrinin normadan artıq verilməsi, 
əkinlərin sıxlığı dənli bitkilərin yatmaq təhlükəsini artırır. Yat-
ma nə qədər tez baş versə toxumun keyfiyyəti və məhsuldarlığı 
o qədər aşağı düşür. Beləliklə, Mostarada (Yuqaslaviyada) ali 
k/t məktəbinin məlumatlarına görə  vələmir süpürgələmə 
fazasında yatmış  və ondan 5-10-18 gün sonra dənin məh-
suldarlığı uyğun olaraq 53,4-44,2; 33,7 və 26,4% (nəzarətdə 
məhsul 332 sen/ha) aşağı enmişdir. Toxumların natura çəkisi 
və cücərməsi aşağı enir. Pərdəliliyi və  xırda dənlərin miqdarı 
isə yüksəlir.  
Yatmış bitkilərdə işıq rejimi pisləşir. Onlarda fotosintez və 
plastik maddələrin toxumlara yığılması zəifləyir. Havanın nəm-
liyinin və temperaturun yüksəlməsi, və mikroorqanizmlərin 
aktiv fəaliyyəti nəticəsində karbohidratlar çox sərf olunur. 
Bundan başqa yatmış bitkilərdə vegetativ orqanlardan ge-
nerativ orqanlara plastik maddələrin axımı çətinləşir, yəni mad-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə