Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   31   32   33   34   35   36   37   38   ...   89

116 
3. boz çalarlı açıq sarı və sarı; 
4. açıq sarı; 
5. limonu rəngli sarı. 
 
Makaronun rəngi 
 
1. boz; 
2. ağ; 
3. sarı çalarlı, açıq sarı və sarı; 
4. açıq sarı; 
5. limonu rəngli sarı və sarı. 
 
Makaronun ümumi keyfiyyət xüsusiyyətləri 
 
 1. pis;  
 3. orta zəif; 
 5. orta;  
 7. yaxşı;  
 9. əla. 
 
Dəndə turşuluğun təyini 
 
Normal rütubətliklə yığılmış və saxlanma qaydasına düzgün 
riayət olunmuş  dənlər zəif turş reaksiyaya malik olur. Əlve-
rişsiz şəraitdə yığılmış və cücərmiş, öz-özünə yanmaya məruz 
qalmış dənlərdə isə turşuluq xassəli məhsulların miqdarı kəskin 
artır. Dənin rüşeyminin inkişafı  və cücərtinin  əmələ  gəlməsi 
yağların parçalanıb sərbəst yağ turşularının  əmələ  gəlməsinin 
intensivləşməsinə  səbəb olur. Eyni hadisə öz-özünə yanma 
zamanı temperaturun yüksəlməsi nəticəsində  də müşahidə 
edilir. Beləliklə, sərbəst turşunun miqdarı  dənin təzə olmasını 
göstərməklə, keyfiyyətin qiymətləndirilməsində mühüm əhə-
miyyətə malikdir.   
Dənin turşuluğunu təyin etmək üçün orta nümunədən 50 
qram çəkilib götürülərək dən və zibil qarışıqlarından təmizlənir 


117 
və laboratoriya dəyirmanlarında üyüdülür. Üyüdülmüş material 
0,8 mm-lik dəmir ələkdən qalıqsız olaraq keçirilir. Üyüdülmüş 
dən 20x20 sm ölçüdə  şüşə üzərində  bərabər qalınlıqda yayılır 
və 10 nöqtədən 5 qram nümunə götürülərək 0,01 q  dəqiqliklə 
çəkilir. Götürülmüş nümunəni 
100-150 ml-lik konusvari 
kolbaya tökərək üzərinə 50 ml distillə suyu əlavə edilir. Kolba 
içərisində bircinsli məhlul alınana qədər çalxalanır. Kolbanın 
içərisindəki məhlulun üzərinə 5 ml 1%-li fenoftalein əlavə 
edərək 0,1 n natrium hidroksid məhlulu ilə çəhrayı rəng (1 dəq 
müddətində itməyən) alınana qədər titrlənir.  
Nəticə aşağıdakı düsturla hesablanır: 
 
K
C
Y
x
×
×
×
=
10
100
 
 
               Burada : X- turşuluğun miqdarı(%-lə); 
               Y- titrə sərf olunan qələvinin  miqdarı (ml-lə); 
               C- nümunənin kütləsi  (q-la); 
               K- qələvinin titrinin düzəldilməsi əmsalı. 
Analiz iki dəfə aparılmalı və onlar arasındakı fərq 0,2%-dən 
az olmamalıdır.  
 


118 
VII FƏSİL 
 
YÜKSƏK KEYFİYYƏTLİ TOXUMLARIN 
BECƏRİLMƏSİNİN EKOLOJİ, METEOROLOJİ 
ŞƏRAİTİ VƏ AQRONOMIK ƏSASLARI 
 
 
7.1. Yüksək keyfiyyətli toxumların 
becərilməsinin ekoloji şəraiti 
 
Yüksək keyfiyyətli toxumların səpin keyfiyyətinə  və  məh-
suldarlıq xassələrinə ekoloji şərait, toxumların becərildiyi yerin 
coğrafi vəziyyəti, həmçinin müxəlif illərdə olan meteroloji 
şərait təsir göstərir.  
Xarici mühit şəraitləri içərisində  ən çox temperatur, yağın-
tıların miqdarı  və paylanma xarakteri, işıq, günün uzunluğu, 
torpağın mexaniki tərkibi, tipi, relyefi, dəniz səviyyəsindən 
yüksəkliyi və s. toxumun keyfiyyətinə təsir edir.  
Kənd təsərrüfatı bitkilərinin toxumları coğrafi şəraitin təsiri 
altında  əhəmiyyətli dərəcədə modifikasiya dəyişkənliyinə 
uğrayır. Bu təsir aqrotexniki və ayrı-ayrı təbii təsirlərdən güclü 
olur. Bu hallarda ana bitkiyə  və toxumlara eyni zamanda 
mürəkkəb kompleks faktorlar təsir edir.  
Nəmliyin az  və ya çox olması, işıqlanma, temperatur şəraiti 
və toxumların  əmələ  gəlməsi müddəti sintetik proseslərin xa-
rakterinə böyük təsir göstərir. Çoxsaylı  xəstəlik və  zərərveri-
cilərin toxumların formalaşmasına təsirini hesaba almaq la-
zımdır. Bəzi hallarda toxumlar toxum materialının keyfiyyətinə 
olan tələbləri ödəyə bilmir. Belə ki, aşağı temperaturda, yüksək 
nəmlikdə yığımdan sonra yetişmə  getməyə bilər və s. Nəticədə 
də  bəzi rayonlarda toxumlar daim zəif cücərtilərlə xarakterizə 
olunur. Bir başqalarında isə  səpin keyfiyyətinin və  məhsul-
darlığın aşağı olması tez-tez baş verir.  
Hələ Ç.Darvin göstərmşdir ki, iqlim şəraiti toxumların key-


119 
fyyətinə böyük təsir göstərir. 20-30-cu illərdə N.İ. Vavilovun 
rəhbərliyi altında, onun təşəbbüsü ilə coğrafi təcrübələr apa-
rılmışdır. Xarici mühit şəraitinin təsiri altında irsiyyətdə bir o 
qədər dəyişiklik getmir. Məhsuldarlıqda isə həlledici dəyişiklik 
əmələ gəlir. 
30 -cu illərdə akademik P.N. Konstantinovun məsləhəti ilə 
ölkənin müxtəlif iqlim zonalarında toxumların becərilmə 
şəraitini, onun keyfiyyətinə  təsirini öyrənmək üçün təcrübələr 
aparılmışdır. Təcrübənin nəticələri göstərir ki, yazlıq buğda, 
arpa və  vələmirin toxumlarının məhsuldarlığı arasında fərq 
83,3% olmuşdur. 1934-35-ci illərdə Anuçanski, Kinelski, 
Leninqradski və Selinski sort sınaqlarında yazlıq buğdanın 
məhsuldarlığı toxumların mənşəyindən asılı olaraq 8,8 sen/ha, 
13,1 sen/ha arasında dəyişmişdir. Ona uyğun rəqəmlər 1939 – 
cu ildə Çaykinski dövlət seleksiya stansiyasında yazlıq 
buğdanın Lütessens – 62 sortunda da alınmışdır.   
Toxumlarının əmələ gəlmə mənşəyindən asılı olaraq,  yazlıq 
buğdanın məhsuldarlığı müxtəlif - gübrələnməmiş fonda  2,2 
sen/ha, gübrələnmişdə isə 3,8 sen/ha olmuşdur. Deməli  əkin-
çiliyin intensivləşdirilməsində toxumçuluğun zonalar üzrə əsas 
məsələləri hələdə böyük əhəmiyyət kəsb edir.  
Timiryazev Kənd Təsərrüfat Akademiyasının müasir tədqi-
qatlarında məhsuldarlıq dərəcəsi 40-50 sen/ha olmaqla, payzlıq 
buğdanın maksimum və minimum məhsuldarlığı arasında olan 
fərq (toxumların müxtəlif coğrafi mənşəyindən asılı olaraq) 
orta hesabla iki ilə 11,5 sen/ha olmuşdur.  Arpanın isə Moskva 
vilayətinin müxtəlif zonalarında alınmış toxumlarında məhsul-
darlıq xassələri 21,2-43,2% fərqlənmişdir. Burada cənub 
mənşəli toxumlar daha əlverişlidir. Perm vilayətinin cənub 
rayonlarında alınmış toxumların  şimal rayonlarında  əkilməsi 
buğda və vələmirin məhsuldarlığı yerli toxumların əkilməsi ilə 
müqayisədə 2,8 – 4,5 sen/ha artıq olmuşdur.   
Bu hadisələrdə coğrafi faktorların toxumlara sonrakı  təsiri 
üzə  çıxmışdır. Ona görə  də sort sınaqlarında sortların mü-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə