Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   47   48   49   50   51   52   53   54   ...   89

169 
məhsulu yetişdirilməsi və ya əldə edilməsində bilavasitə ma-
raqlı olmalıdırlar. Çünki yalnız cins, məhsuldar toxum mate-
rialı ilə öz əkin ehtiyaclarını  təmin edən  təsərrüfatlar 
sahələrdən yüksək məhsul əldə edilməsinə nail ola bilərlər. 
Belə olan halda bütün torpaq mülkiyyətçilərinin rifah halı 
yaxşılaşar və ölkəmizdə kənd təsərrüfatı məhsullarının bolluğu 
yaradılmasına nail olunar. 
            
9.12.  Sort toxumların laboratoriyada yoxlanılması 
 
Fermer toxumu yoxlatmamış  səpərsə, böyük ziyan çəkə 
bilər. Toxumu yoxlamaqda məqsəd toxum və cücərtilərinin 
əlamətlərinə görə toxumun sortluluğunu müəyyən etməkdir. Bu 
üsul toxum qrupunun əlavə yoxlanmasına imkan verir. 
Laboratoriya üsulunda sortlar cücərmə konuslarına, birinci 
yarpaqların və yarpaq qınının tüklülüyünə görə yazlıq və 
payızlıq olması; qırmızı dənli buğda, bərk və ya yumşaq buğda 
olması, sarı dənli vələmirin ağ dənli vələmirlə, iki cərgəli arpa-
nın çox cərgəli arpa ilə,  şəkər çuğundurunun yem və  mətbəx 
çuğunduru ilə zibillənmə  dərəcəsi müəyyən edilir. Payızlıq 
buğda cücərdikcə 3, yazlıq buğda isə 5 kökcük buraxır, 
payızlıq buğdanın böyümə konusu gec, yazlıq buğdanınkı isə 
tez uzanır, payızlıq buğdanın birinci yarpağı tüksüz, yazlıq 
buğdanınkı isə tüklü olur. 
Yumşaq buğdanın dəni qısa, en kəsiyi dairəvi, dənin yuxarı 
hissəsində kəkil olur, bərk buğdada isə dən uzunsov, en kəsiyi 
dairəvi-üçbucaq  şəklində olur, dənin yuxarı hissəsi isə 
kəkliksiz və ya çox zəif olur, dənin en kəsiyi  əksər halda 
şüşəvarı olur.  Qırmızı  dənli buğda sortlarının dəni 5 faizli 
natrium (NaOH) və kalium (KOH) qələvisində 15 dəqiqə 
saxlandıqda qırmızı qonur, ağ  dənlər isə açıq krem rəngi alır. 
Suda 15 dəqiqə müddətində qaynatmaq yolu ilə  də  dənin 
rəngini təyin etmək olar. Sortları şübhə törədən dənlərdən hər 
hansı bir qaba töküb 15 dəqiqə qaynatmaq lazımdır. Bu müd-


170 
dətdən sonra dən rənginin dəyişib qonurlaşırsa qırmızı,  dəyiş-
mirsə  ağ  dənlər hesab olunur. Yadda saxlamaq lazımdır ki, 
qaynatma 15 dəqiqədən artıq davam edərsə, ağ  rəngli  dənlər 
də qonurlaşa bilər. 
İki cərgəli arpadan fərqli olaraq, çox cərgəli arpada dənlər 
bir bərabərdə olmur. Şəkər çuğundurunun cücərtiləri isə 
qırmızı olur. Beləliklə, fermerlər qeyd olunanlara əməl etsələr 
sortların zibillənmə dərəcəsi müəyyən edilir və toxum materialı 
qiymətləndirilir. 
Sortun torpaqda yoxlanması, xüsusi ayrılmış sahələrdə 
aparılır. Bu məqsədlə ayrılan torpaqlar ərazi üçün tipik və 
relyefi düz olmalıdır. 
Torpaqda yoxlama aparmaq üçün (orta nümunə qaydasına 
uyğun) nümunə götürülür və həmin toxum  nümunəsi üç cərgə 
səpilir. Sonra üzərində fenoloji, fito-entomoloji müşahidələr 
aparılır və tarla jurnalında qeyd edilir. Bitkinin sort əlamətləri  
tamamilə inkişaf etdikdən sonra nümunələr nəticəsində sort 
qiymətləndirilir, onun başqa sort və növlərlə zibillənmə 
dərəcəsi müəyyənləşdirilir. 
 
9.13. Toxumun tarla cücərmə qabiliyyətinin artırılması 
yolları 
 
Toxumşünaslığın qarşısında duran əsas problemlərdən  ən 
vacibi toxumun tarla cücərmə qabiliyyətinin artırılması yol-
larının elmi əsaslarla işlənməsidir.   
Planlaşdırılmış, yüksək və davamlı, yaxşı keyfiyyətə malik 
məhsul almaq üçün, optimal sıxlığa malik cücərtilər almaq və 
saxlamaq çox vacibdir. Bu məsələni düzgün səpin norması 
tətbiq etməklə, aqrotexnikanı və böyümə şəraitini yaxşılaşdıra-
raq toxumun keyfiyyətini artırmaqla həll etmək olar. Laborato-
riya cücərtiləri çox yaxşı  nəticə verməsinə baxmayaraq, veril-
miş normada və optimal müddətdə  əkilmiş toxum hər zaman 
yaxşı nəticə göstərmir. İstehsal şəraitində çox vaxt seyrək çıxış 


171 
alınır və bu zaman toxumu yenidən səpmək lazım gəlir. 
Böyümə qabiliyyətinə malik olan toxumların hamısı cücərə 
bilmir və çıxışın sıxlığı təkcə səpin norması ilə deyil, həm də 
toxumun tarla cücərmə qabilyyəti ilə müəyyən edilir.  
Toxumun tarla çıxışı – Tarla cücərməsi tarla şəraitində to-
xumların cücərməsinin müəyyən edilməsidir. Bu cücərti vermiş 
toxumların səpilmiş toxumların miqdarına olan faizlə nisbətidir. 
O demək olar ki, bütün hallarda laboratoriya cücərməsindən 
aşağı olur.  
Bitkinin yaşaya bilməsi – Bu yığım üçün qorunub sax-
lanmış bitkilərin miqdarının, ümumi çıxışların miqdarına faizlə 
olan nisbətidir. Bu göstərici inteqraldır və toxumun konkret 
şəraitdə  məhsulun formalaşmasında mühüm rolu olan yararlı 
bitkilər əmələ gətirməsinə malik olmaq xüsusiyyətidir.  
Beləliklə, optimal sıxlıq  əldə etmək məqsədilə lazım olan 
səpin normasını  dəqiq hesablamaq üçün bitkinin orta faktiki 
yaşama qabiliyyətini bilmək lazımdır.  
Toxumun tarla çıxışı ilə bitkinin seyrəkliyi arasında müəy-
yən edilmiş  əlaqə vardır. Toxumun tarla çıxışı  nə  qədər aşağı 
olarsa, ona uyğun da bitkilərdə seyrəklik olur. Məsələn, yazlıq 
buğdada toxumun tarla çıxışı 72,2% olduqda, seyrəklik 15,5%, 
arpada isə uyğun olaraq 77,7 və 8,9% arasında olur.  
 Toxumun tarla cücərmə qabiliyyəti cücərti və yığıma qədər 
sağ qalan bitkilərin sıxlığına, məhsuldar kolun miqdarına və s. 
bu kimi məhsuldarlıq elementlərinin formalaşmasına  əhəmiy-
yətli təsir edir. Toxumun tarla cücərmə qabiliyyətinin artması 
bu əlamətlərin də artmasına səbəb olur. Bu göstəricinin böyük 
aqronomik əhəmiyyəti də elə bununla bağlıdır. Bundan başqa, 
məhsuldarlıq nəinki bitki sıxlığının, həmçinin onun məhsulu-
nun azalması ilə də aşağı düşür. 
Beləliklə, kənd təsərrüfatı elminin və təcrübəsinin qarşısında 
duran vəzifələrdən biri də həyat qabiliyyəti olan bütün toxum-
lardan yararlı cücərtilərin alınmasını  təmin edən üsulların 
istehsalatda işlənməsi və tətbiq edilməsidir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə