127
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Antlaşmanın 16.maddesinde "Türkiye belirlenen sınırları dışında kalan arazi ve adalar üzerindeki haklarından
feragat eder" hükmü yer almıştır. Böylece Türkiye, ismi açıkça belirtilmese de, Adakale'nin Romanya'ya
bırakılmasına dair Trianon Antlaşması hükmünü kabul etmiş oluyordu.
Adakale Kadılığı'ndan Adliye Vekaleti'ne gönderilen 23 Eylül 1923 tarihli telgrafta halkın ve memurların
durumları hakkında nasıl hareket edileceği sorulmaktaydı. Bunun üzerine Başvekalet, konuyla ilgili olarak
Hariciye Vekaleti'nden görüş istemiştir. 25 Aralık 1923 tarihinde Başvekalet'e sunulan yazıda; Anlaşma tasdik
edildikten sonra Adakale'nin teslim işleminin yapılabileceği, bu tarihe kadar memurların görevlerine devam
etmeleri gerektiği, devir işleminden sonra halkın Anlaşmanın diğer maddelerindeki hükümlere göre istediği
devletin vatandaşlığına geçebileceği belirtilmiştir. Türklerin çoğunluğu Romanya idaresinde adada kalmaya
devam etmiştir. Sonuç olarak; barışın engellenmemesi amacıyla, hukuken Adakale üzerinde devam ettirilebilecek
olan hükümranlık hakkından vazgeçilmiş oluyordu.
Bildiride; konu ile ilgili Başbakanlık Osmanlı ve Cumhuriyet Arşivlerindeki belgeler, Antlaşmalar,
TBMM zabıt cerideleri, telif eserlerden yararlanılarak Adakale'nin hükümranlık hakkının Osmanlı Devleti'nden
Romanya'ya geçiş süreci ele alınacaktır.
Anahtar Kelimeler: Adakale, Osmanlı Devleti, Romanya, Lozan Antlaşması, Iron Gates Barajı.
128
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Azərbaycan Xalq Cümhuriyyəti Dövrünün Publisistikasında Milli İctimai, Mənəvi
Problemlərin Bədii Əksi
Səba NAMAZOVA
filologiya üzrə fəlsəfə doktoru
Gəncə Dövlət Universiteti
seba8080@mail.ru
ÖZƏT
Azərbaycan Xalq Cümhuriyyətinə, hürriyyətçiliyə münasibət məsələsi XX əsrin ilk onilliyinin
publisistikasında aparıcı mövqedə dayanırdı. Belə ki, Üzeyir Hacıbəylinin “Mühüm məsələlər”, “Ordan-burdan”,
“İçimizdəki Denikinlər”, Məhəmməd Əmin Rəsulzadənin “Unudulmaz faciə”, “Həşəmətli bir gün”, “Gözlərimiz
aydın”, Məhəmməd ağa Şahtaxtlının “Azərbaycanda darülfünun”, “Cümhuriyyətimizin beynəlmiləlcə təsdiqi”,
Hekayənəvisin “Könüllü”, Tazənin “Reminqitunistqalar”, Nəcəf bəy Vəzirovun “Naleyi-Dərviş”, Yusif Vəzir
Çəmənzəminlinin “Milli və mədəni işlərimiz”, Ə.Həmdinin “Azərbaycanın böyük günü”, “İstiqlal bayramı”,
“Rəsmi bayram” və s. hekayə və məqalələrində ictimai-bədii fikrin qarşısında dayanan dövrün başlıca milli
mənəvi problemləri hərtərəfli işıqlandırılmış, onların ətraflı şərhi verilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti
dövrünün publisistikası bədii-estetik düşüncəyə fəal, olduqca aydın şəkildə müraciət və müdaxilə edərək onu
müəyyən dərəcədə istiqamətləndirmişdi. Bu baxımdan Məhəmməd Əmin Rəsulzadə “Həşəmətli bir gün” adlı
məqaləsində xalqın əldə etdiyi istiqlalı uca tutacağına əminlik hissi ilə “Azırbaycan xalqı artıq əsarətə getməz!
Yaşasın Azərbaycan!”-deyə duyğularını hərarətlə ifadə edirdi.
Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan” qəzetinin 14 yanvar 1920-ci il tarixli “Müstəqil Azərbaycan”
adlanan xüsusi sayında dərc olunmuş “Gözlərimiz aydın” başlıqlı məqaləsində isə ölkənin istiqlala qovuşmasının
Paris sülh konfransı tərəfindən tanınması ilə əlaqədar olaraq “Azərbaycan istiqlalı təsdiq edildi!” kəlmələri ilə
xalqa gözaydınlığı verirdi.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman ərzində yalnız siyasi
düşüncədə deyil, ədəbi fikirdə də öz mövcudiyyətini qürurla təsdiq etmişdi.
Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, publisistika, məqalə, istiqlal, ədəbi fikir
129
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Əxlaqi-Didaktik Əsərlər və Onların Mənəvi Dəyərləri
Kəminə Həvil qızı
AMEA Nizami Gəncəvi adına Milli Ədəbiyyat muzeyi
filologiya üzrə fəlsəfə doktoru, dosent
Mamedova.Kamina@mail.ru
Klassik ədəbiyyatın nümunələrinə baxarkən görürük ki, bütün zamanlarda ailədə uşaqların düzgün
tərbiyə olunması əsas məsələlərdən qəbul edilir. "Avesta" dan başlayaraq, bütün əsərlərdə mənəvi elementlər əsas
yerlərdən birini tutur. "Avesta" da doğru, düzgün olmaq, daxili va zahiri təmiz olmaq, gözəl işlər görmək, paxıllığa
qarşı barışmaz olmaq, kimsəsizlərə əl tutmaq ön plandadır. Azərbaycan xalq ədəbiyyatının ən mükəmməl
strukturlarından sayılan "Kitabi-Dədə Qorqud" da başdan ayağa öyüd qaynağıdır. "Kitabi-Dədə Qorqud"
dastanları dünyagörmüş el bilicisi, el ağsaqqalı Qorqud hikmətamiz öyüdləri ilə başlayır. Burada təhsil
prinsipləri, fəlsəfi düşüncələr insan dəyərində əsas amildir.
Bütünlüklə tərbiyə mücəssəməsi olan müqəddəs kitabımız "Quran-i Kərim"də təhsil-tərbiyə problemləri,
valideyn əlaqələri, əxlaqi dəyərlər, yüksək insani məziyyətləri haqqında kifayət qədər danışılır. Klassik ədəbi
əsərlərin rolundan söz edərkən, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərini xüsusilə qeyd
etmək lazımdır.
Klassik Azərbaycan ədəbiyyatının simalarından olan M.Füzulinin əsərləri də əxlaqi səpkidə yazılmış,
insani
məziyyətlər,
mənəvi
dəyərlər
öz
əksini
tapmışdır.
Şərq ədəbiyyatında etik-didaktik əsərlərdən danışarkən N.Tusinin "Əxlaqi-Nasiri" əsəri unudulmamalıdır.
Klassik mənəvi-didaktik əsərlər əsnasında köklərini Hindistandan götürən uşaqlar və gənclərin düzgün
intizamında müəyyən bir əhəmiyyətə malik olan "Kəlilə və Dimnə" abidəsini vurğulamaq lazımdır. "Kəlilə və
Dimnə" məzmununa görə mənəvi-didaktik bir əsərdir. Ümumiyyətlə, "Kəlilə və Dimnə" bütün dünya və Şərq
ədəbiyyatına güclü təsir göstərən mənəvi-didaktik və allegorik əsərlərin formalaşmasında böyük əhəmiyyətə
malikdir. Bu mənada klassik nəsr nümunələri olan "Qabusnamə", "Bəxtiyarnamə", "Sindbadnamə", “Tutinamə“,
“Mərzbannamə”, “Səmək əyyar”, “Munisnamə”, “Səfərnamə”,”Əxlaq-i nasiri” və s. kimi nəsr əsərlərini
göstərmək olar.
Klassik əxlaqi-didaktik əsər nümunələri indi çox gənc olan uşaqlar üçün yazılmış kitablarda, tələbələr
üçün nəzərdə tutulmuş dərsliklərdə və oxucular üçün dərc edilmiş kitablarda yer alır. Bu günə qədər gələn klassik
əsərlər həmişə oxunacaq, seviləcək və həmişə yaşayacaqdır.
klasik eserler, didaktik nesr, Dede-Korkud
Dostları ilə paylaş: |