130
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Azərbaycanın Etnik Tarixi İlə Bağlı Məsələlər Axc Dövlət Xadimlərinin Əsərlərində
Dos.Dr. Ramil AĞAYEV
AMEA Tarix İnstitutu, Bakı, Azərbaycan
ramilmahir@gmail.com
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qurucuları və fəallarından bir çoxu (M.Ə.Rəsulzadə, M.
B. Məmmədzadə, C.Zeynaloğlu, M.H.Vəliyev (Baharlı), K.Odər və başqaları) həm Cümhuriyyət dövründə, həm də
onun devrilməsindən sonrakı dövrdə yazmış olduqları əsərlərində Azərbaycan tarixinin bir sıra məsələləri, o
cümlədən əhalisi və onun etnik tərkibi ilə ilə bağlı maraqlı fikirlər söyləmişlər.
M.Ə.Rəsulzadə (1884-1955) özünün “Qafqaz türkləri” əsərində hunlar, sabirlər və xəzərlərin Dərbənd
keçidi vasitəsilə Cənubi Qafqaza daxil olaraq, Azərbaycanın şimal torpaqlarında məskən saldıqlarını, bir sıra
hallarda Arazın o biri tayına, yəni indiki Cənubi Azərbaycan ərazisnə də keçdiklərini, Azərbaycan türk xalqının
formalaşmasında mühüm rol oynadıqlarını qeyd etmişdir.
M.Ə.Rəsulzadə “Azərbaycan cümhuriyyəti” adlı əsərində türklərin Azərbaycanı ikiyə bölən Araz çayının
hər iki tərəfində məhkum deyil, hakim bir millət kimi məskən saldıqlarını, Azərbaycan ərazisinin “daima türk
elinin oturağı və türk xanlarının ovlağı” olduğunu, xüsusilə vurğulamışdır.
M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsərində də Azərbaycan türkləri və onların dili haqqında
maraqlı məlumatlara rast gəlinir. O, türk ədəbi dilinin gec formalaşmasının səbəblərini də izah etməyə
çalışmışdır.
AXC ordusunun zabiti Cahangir Zeynaloğlu (1892-1944) “Müxtəsər Azərbaycan tarixi” adlı əsərində
albanlar haqqında məlumat vermiş və Albaniyanın məhz Şimali Azərbaycan olduğunu qeyd etmişdir. O,
“Şirvanşahlar yurdu” adlı əsərində isə orta əsrlər dövründə Şirvanda yaşayan xalqlar və tayfalar haqqında daha
ətraflı məlumat vermişdir.
AXC Dövlət Bankının müdiri vəzifəsində çalışmış M.H.Vəliyev (Baharlı) (1896-1937) özünün
“Azərbaycan: (Fiziki, coğrafi, etnoqrafik və iqtisadi oçerk)” adlı əsərində Azərbaycanın polietnik mənzərəyə
malik olduğunu ön plana çəkərək onu “etnoqrafik xəzinələr muzeyi” adlandırmışdır. Onun əsərində gəngərlər,
peçeneqlər, bulqarlar, qarqarlar haqında məlumat verilir. O, gəngərləri peçeneqlərlə eyniləşdirir və onların
Naxçıvan əhalisinin əsasını təşkil etdiyini göstərir. M.H. Vəliyev (Baharlı) maskutları türkmənşəli sayır və qeyd
edir ki, bu tayfanın adına ilk dəfə Herodotun əsərində rast gəlinmişdir. O, Şabran şəhərinin adının da sabirlərlə
bağlı olması haqqında fikirlərin mövcud olduğun bildirir. Müəllif xəzərlərin Azərbaycan tarixində böyük rolunu
qeyd edərək, bu adın mənasını da izah etməyə çalışmışdır.
M.H.Vəliyev öz əsərində talışlar, tatlar, yəhudilər, udinlər, avarlar, ingiloylar, ləzgilər, eləcə də buduq,
qrız, cək, xınalıq və haput etnik qrupları haqqında da bəhs etmişdir. O, udin adına qədim türk kitabələrində də
rast gəlindiyini bildirir. Müəllif ərəblərin köçürmə siyasətinin Azərbaycanın etnik mənzərəsinə təsirini də qeyd
etmişdir.
Müsavat partiyasının fəal üzvlərindən M. B. Məmmədzadənin (1898-1959) “Azərbaycan tarixində qədim
türk Albaniya” adlı əsərində “Albaniya” adının dağlıq, yüksəklik, bəyazlıq, parlaqlıq, qəhrəmanlıq, hakimiyyət
kimi bir çox mənalar ifadə edən xalis türkcə bir kəlmə olduğunu və digər bənzər kəlmələrin də ondan törəndiyini
qeyd etmişdir. M.B.Məmmədzadə belə qənaətə gəlir ki, “Albaniya türk ölkəsi” olmuşdur.
Gənc yaşlarından AXC Xarici işlər nazirliyində fəaliyyətə başlayan Kərim Odərin (1901-1981)
“Azərbaycan” adlı əsərində Azərbaycanın hüdudları, əhalisinin etnik tərkibi, azəri türkcəsi haqqında xüsusi
paraqraflar vardır. Müəllif yazılı qaynaqlara və kitabələrə istinad edərək, belə bir nəticəyə gəlir ki, Sasanilər və
Ərəb xilafəti dövründə Azərbaycanın şimal sərhəddi Dərbənd olmuşdur.
Beləliklə, AXC dövlət xadimlərinin əsərində Azərbaycan etnik tarixi ilə bağlı bir sıra maraqlı
məlumatlara rast gəlinir və bu məlumatların bir çoxu mötəbərdir.
Açar sözlər: Azərbaycan, Qafqaz, xəzərlər, türk, etnos.
131
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
1917 Devrimi’nin Ardından Azerbaycan’da Sosyalizmin Propagandasını Yapan “Al
Bayrak” Gazetesi
Huseyn AHMEDOV
h-ahmedov1989@yandex.com
Niğde Ömer Halisdemir Üniversitesi
Çar monarşisi Bolşevikler tarafından 1917 yılında devrildikten sonra sadece Rusya’da değil, onun
müstemlekelerinde de sosyalizm propagandası yapılmaya başlatılmıştır. O dönemde Azerbaycan’da faaliyet
gösteren komünist ideolojiyi temsil eden Hümmet partisi kendi propagandasını hayata geçirmek için “Al Bayrak”
gazetesini yayınlatmıştır.
Al Bayrak gazetesi, 4 Şubat 1918 yılında Tiflis’te faaliyete başlamıştır. 1919 yılında Tiflis’teki
faaliyeti durdurulmuş ve gazete Bakü’ye taşınmıştır. Hükümete muhalif olan gazetenin yazılarında dönemin
hâkimiyeti keskin bir şekilde eleştirildiği için 31 Mart 1920 tarihinde Al Bayrak’ın faaliyetine son verilmiştir.
Gazetenin ilk müdürü Ahmet Cevdet, daha sonra ise Ali Haydar Garayev olmuştur.
Karışık siyasi dönemde çıkan gazetede sosyalist ideolojiye hizmet eden yazılar kaleme alınmış ve
halk devrime aktif şekilde katılmaya davet edilmiştir. Bunun yanı sıra I. Dünya Savaşı’nda yer alan ülkelerin
siyaseti sert bir şekilde eleştirilmiştir. Gazetede siyasi yazıların yanı sıra edebî yazılara da zaman zaman yer
verilmiştir.
Al Bayrak gazetesinde Ahmet Cevdet, Ali Kulu Kamküsar, Ali Haydar Garayev, Nimet Besir gibi
siyasi şahsiyetlerin ve aydınların yazıları çıkmıştır. Bu çalışmada 1917 devriminden sonra Azerbaycan’da
faaliyete başlayan Al Bayrak gazetesi ele alınacak ve içinde yer alan konular ve yazarlar hakkında bilgi
verilecektir.
Anahtar Kelimeler:Sosyalizm, Al Bayrak, Gazete, Azerbaycan
Dostları ilə paylaş: |