136
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Şangay İşbirliği Örgütü’nün Güvenlik İşbirliğine Yaklaşımında Diğer Uluslararası
Örgütlerle İlişkileri
Dana KASKABAYEVA
Doktora öğrencisi, Hacettepe Üniversitesi, Kamu Hukuku bölümü, kdb-83@mail.ru
Özet
Şangay İşbirliği Örgütü (ŞİÖ), Soğuk Savaş bittikten sonra kurulan ve güvenlik merkezli amaçlara sahip
bir uluslararası örgüttür. Bu yönüyle ŞİÖ, kısa sürede gelişmiş; amaçları, faaliyetleri ve potansiyeli ile
uluslararası toplumun dikkatini çekmiştir. Birçok devlet ve uluslararası kuruluş, ŞİÖ ile temas kurma ve işbirliği
olanaklarını araştırma konusunda çaba göstermeye başlamıştır. Özellikle 11 Eylül sonrasındaki gelişmeler,
ŞİÖ’nün gerek bölgesel gerekse küresel düzeydeki konumunu güçlendirmiştir.
Örgütün faaliyetleri bazı alanlarda birçok uluslararası yapıyla kesişmektedir. Zaten örgütün diğer
uluslararası kuruluşlarla işbirliğinin geliştirmesine yönelik yaklaşımı, ŞİÖ Şartı’nda resmen ilan edilmiştir. Bu
bildiride de temel kesişim alanı olan güvenlik odaklı bir inceleme yapılacak; ŞİÖ’nün diğer uluslararası örgütlerle
ilişkisi, güvenlik çerçevesinde ele alınacaktır. Örgütün güvenlik alanındaki yaklaşımı ve kabulleri ile Birleşmiş
Milletler (BM), Küzey Atlantik Paktı Teşlikatı (NATO) ve Kollektif Güvenlik Anlaşması Örgütü (KGAÖ) gibi
uluslararası kuruluşlar ile ilişkileri, taraflar arasında imzalanan belgeler üzerinden değerlendirilecektir ve bir
uluslararası hukuk kişisi olan ŞİÖ’nün uluslararası toplum içindeki önemli diğer aktörlerle ilişkisi
değerlendirmeye tabi tutulacaktır.
Anahtar Kelimeler: Şangay İşbirliği Örgütü, BM, NATO, KGAÖ, Uluslararası Terörizm, Uluslararası
Terörizmle Mücadele.
137
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Türk Qəhrəmanlıq Dastanı – Edigey
Qumru Şəhriyar
AMEA-nın Folklor İnstitutunun elmi işçisi
BAAU-nun dissertantı
“Edigey” dastanı özündə canlı tarixi əks etdirən əvəzsiz mənbələrdən biri olmaqla yanaşı, eyni zamanda
qəhrəmanlıq səlnaməsidir. Dastanın 30-dan çox müxtəlif variantları mövcuddur. Bunlar Krım-tatarlarına,
başqırdlara, qazaxlara, qaraqalpaqlara, noqaylara, özbəklərə, baraba tatarlarına,
dağlı altaylara və s. bir sıra
türk xalqlarına aiddir. Edigey dastanın müxtəlif variantlarında İdigey, İdukay, Yedigey, İdige, İdiqu və İdik olaraq
adlandırılır. Bu dastanın dəfələrlə noqay, rus, tatar, qazax dillərində yayınlanmasına və tədqiq olunmasına
baxmayaraq, dastan hələ də alimlər tərəfindən maraqla qarşılanır.
Məqalədə dastan haqqında ətraflı məlumat veriləcək, Edigeyin tarixi şəxsiyyət olmasından bəhs ediləcək
və dastanın tədqiqat tarixinə nəzər yetiriləcəkdir.
Açar sözlər: Edigey, dastan, noqay, türk, qəhrəman
138
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Multikultural Cəmiyyət
Həvilova Fəxriyyə Həvil qızı
Bakı Dövlət Universiteti,
Arxeologiya və etnoqrafiya kafedrasının muəllimi,
tarix üzrə fəlsəfə doktoru
Havilova.f.bdu@gmail.com
Multikulturalizm tərcümədə çox mədəniyyətlilik deməkdir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə
etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. Müasir
dövrdə dünya ölkələrinin əksəriyyətində etnik, irqi, dini və mədəni müxtəlifliklər mövcuddur. Bu müxtəlifliklər
tarixi prosesin inkişafının nəticəsi kimi obyektiv xarakter daşıyır. Onlar xalqların etnik-mədəni dəyərlərini,
mədəniyyətlərini xarakterizə etməklə onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edir və həyatında
müsbət rol oynayır.
Multikulturalizm 1960-cı illərin sonunda Kanadada meydana gəlmişdir. Termin kimi o, 1970-ci illərdə
ədəbiyyatda əks olunmuşdur. The Harper Colins sosiologiya lüğətində (1991) Multikulturalizmə belə bir tərif
vermişdir: “Multikulturalizm – bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin mövcudluğunun etiraf olunması
və inkişafı deməkdir. Multikulturalizm mədəni müxtəlifliyin, məsələn azlıqların dilinin məsələsini öz qarşısına
qoyur. Eyni zamanda o, azlıqların mədəniyyətinin müdafiəsi ilə əsas mədəniyyətin qeyri-bərabər münasibətlərini
nəzərdə saxlayır”.
Multikulturalizm – sosial ədalət, imkanların bərabərliyi, demokratiya kimi anlayışların müzakirə olunan
terminləri sırasına daxildir.
Multikulturalizm etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunması va
inkişafını nəzərdə tutur. Bu isə, insanların hüququ və azadlıqlarının müdafiə olunmasının tərkib hissəsidir.
Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır.
Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət
ideologiyasına, dövlət siyasətinə daxil olmasıdır. Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur.
Multikulturalizmin vətəndaşların hayat tərzinə çevrilməsi, onun inkişafının ən yüksək mərhələsidir. Bu
mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır.
Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat
tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir.
Etnik, irqi, dini va mədəni müxtəlifliklər dövlət tərəfindən tənzimlənmədikdə və yaxud düzgün
tənzimlənmədikdə cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlərə, hətta münaqişələrə səbəb olur.
Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli dövlət üçün böyük praktiki
əhəmiyyət kəsb edir.
Beləliklə, multikulturalizm ilk növbədə mədəniyyətin ictimai inkişafda aparıcı rol oynadığını, etnik-
mədəni qrupların maraqlarının tanınmasını va həyata keçirilməsi ideyasına əsaslanır. Bu qrupların tələblərinin
əsasında dil və din məsələsidir.
Multikulturalizm siyasi ideologiyanın vacib bir hissəsi olaraq, etnik qrupların qarşılıqlı münasibətlərinin
tənzimlənməsinə yönəlmişdir.
Azərbaycanın davamlı sosial-iqtisadi inkişafını müəyyən edən əsas amillərdan biri ölkədə ardıcıl
yeridilən multikulturalizm siyasəti olmuşdur. Respublikada yayılmış mədəni və dini müxtəlifliyin qorunması
istiqamətində
həyata
keçirilən
siyasət
nəticəsində
regionlarda
sosial
yönümlü
layihələr realizə etmək mümkün olmuşdur.
Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır.
Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına
hörmətlə əlaqədardır.
Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini
inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara
malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti
təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı həm də milli
və dini azlıqlar da dəstəkləyirlər.
Açar sözlər: demokratiya, pozitiv, liberal, tolerant, strategiya, plüralizm
Dostları ilə paylaş: |