141
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Ədəbi-Tarixi, Nəzəri-Estetik Fikirdə Psixologizm Probleminin Öyrənilməsi Və
Qoyuluşuna Dair
Fərziyev Xanverdi Turab oğlu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Müstəqillik Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi
xanverdi@rambler.ru
XÜLASƏ
Psixologizm probleminin öyrənilməsi onun bir sıra mühüm və zəruri cəhətlərinin üzə çıxmasına imkan
verir. Psixologizm və ya psixloji təhlil ədəbi-tarixi hadisə olmaqla yanaşı nəzəri-estetik amil kimi
müəyyənləşərək qavranılır. Bədii əsərdə ədəbi-estetik fakt kimi müəyyənləşən psixologizm və ya psixoloji təhlil,
proses, vəziyyət, hal, məqam hiss-emosiyalar, düşüncələr, hərəkətlər, davranışlar, münasibətlər, müəllif təhkiyyəsi
və təsviri və bədii dil şəklində üzə çıxır. Bu baxımdan psixoloji analiz və ya psixologizm müəllif psixologiyası,
onun personajları, geniş mənada cəmiyyətin psixologiyası (sosial qrup, epoxa) vəhdət halında birləşərək müəllif
şəxsiyyətinin və yaradılmış obrazların, qəhrəmanların ümumiləşmiş bədii ifadəsində aşkarlanır.
Açar sözlər: psixologizm, nəzəri, estetik, ədəbi, tarixi
142
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Təhkiyədə Milliliyin İfadə Üsulları (Azərbaycan Və Türkiyə Hekayələri Əsasında)
Şəfizadə Sima Tofiq qızı
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Türk xalqları ədəbiyyatı şöbəsinin kiçik elmi işçisi
sima_adass@mail.ru
Xülasə
Obrazın milli xarakterinin gerçək mahiyyəti təkcə milli dəyərlər sisteminin müxtəlifliyi prizmasından
təhlil olunmur. Hekayədəki millilik anlayışı, obrazın daxili dünyasını tamamlayan çalarlar, geyim tərzi, davranış
qaydaları, həyat hadisələrinə milli-mənəvi əxlaq normalarından yanaşmaq bacarığı yazıçı təhkiyəsi vasitəsilə
tamamlanır. Bu baxımdan Azərbaycan yazıçıları Varisin “Zalımlar, babam və əncir ağacı”, Ələsgər
Davudoğlunun “Qumru” hekayəsi və Türkiyənin məşhur hekayə ustaları olan Rasim Özdenören “Ailə”, Selim
İlerinin “Gəlinlik kız” adlı hekayələri təhkiyədə millilik, obrazların davranış və geyim tərzləri kontekstindən çıxış
edərək təhlil olunacaqdır. Varis nağıl mətninin simvolikasına sığınmaqla oxucuya çatdırmaq istədiyi millilik abu-
havasına “Zalımlar, babam və əncir ağacı” adlı hekayəsində köhnə Azərbaycan kişisinə məxsus mənəvi dəyərlərin
süjete gətirilməsi ilə nail olmuşdur. Selim İlerinin “Gəlinlik kız” hekayəsində isə türk qadınına məxsus mental
xüsusiyyətlər və etnik-mənəvi yaddaşın daşıyıcısı sayılan səciyyəvi cizgilər xülasənin predmeti olaraq diqqət
mərkəzində olacaqdır. Rasim Özdenörenin “Ailə” hekayəsində kasıb Anadolu məhəlləsində yaşayan bir ailənin
daxilində yaşananlar, qazanılan və itirilən hər bir detal onların hissləri və düşüncələri ilə birbaşa əlaqəlidir. Evin
təsvirindən tutmuş obrazların hər birinin təsvirinə kimi təsvir və təhkiyədə milli kolorit və canlılıq hiss olunur.
Ümumiyyətlə, bədii nəsrdə milliliyin güclü alınması milli koloritə söykənir. Evlərini özlərinin arxası, dayağı, pis,
yaxşı günlərinin şahidi hesab edən bu evin qadınları evə, ailəyə bağlılıqları, milli əxlaq və vərdişlərə olan
sadiqlikləri ilə hekayə daxilində özünəməxsus özək yaratmış olurlar. Onu da qeyd edək ki, adət-ənənələr və əxlaqi
dəyərlər milliliyi artıran mexanizmin bir hissəsidirlər. Əsas məqsəd olaraq hekayələr bu prizmadan təhlil
ediləcəkdir. Yazıçının yazı vasitələrindən biri də, obrazın xarakterini yaratmaqla yanaşı onun daxili
xüsusiyyətlərini yerli şəraitə bağlamaqdır. Bu cəhət xarakterə bir kolorit aşılayır, onun milli keyfiyyətlərinin
tamamlanmasına kömək edir. Vətən dağlarının, çaylarının adı, həmin yerlərə məxsus gül-çiçəyin ətri, heyvan və
quşların görünüşü və digər təbii təsvirlər Ələsgər Davudoğlunun “Qumru” hekayəsinə zəngin boyalar verir. Kökə,
yuvaya bağlılıq isə hüzur və millilik abu-havası yaradır. Bu cür yanaşma insan mənəviyyatına qarşı diqqət və
həssaslığı artırır, təhkiyəyə isə təbiilik gətirir.
Açar sözlər: milli xarakter, yazıçı təhkiyəsi, hekayə
143
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Metinlerarasılık Ve Postmodernizm Bağlamında Kamal Abdulla’nın “Parisin Seçimi”
Hikâyesi
Fatih Keskin
Gazi Üniversitesi TÖMER, 06fatihkeskin@gmail.com
ÖZET
Azerbaycanlı yazar Kamal Abdulla’nın “Parisin Seçimi” isimli hikâyesi, Yunan mitolojisinin yakışıklı
âşığı Paris etrafında şekillenen mitik anlatıya yeni bir yorum getirmektedir. Edebiyat teorisinin metinlerarasılık
başlığı altında ele aldığı şekilde bir yeniden yorumlama çabasının ürünü olan hikâye, Yunan mitolojisinin bilinen
bir anlatısını postmodern çağın çok kültürlü ve çok alternatifli dünyasına uygun şekilde dönüştürüme uğratarak
insanlığın evrensel boyuttaki bazı psişik özelliklerine göndermede bulunur. Hikâyenin temel gerilim ve çatışma
noktasını iktidar, bilgelik ve aşk seçenekleri arasında bir tercih yapmaya itilen insanoğlunun, nefsini zorlayan
zaaflar üçgenindeki dramatik seçimi oluşturur. Bütün insanlığın bir temsilcisi olarak bu dramatik seçimi yapmakla
görevlendiren Paris, kendi içsel çatışmasını bir sonuca ulaştırırken aynı zamanda hikâyenin entrik düğümünü de
çözmüş olur. Ancak bir ana metin özelliği gösteren mitik Paris anlatısı ile hikâye arasında entrik düğümün
çözülmesi aşamasında büyük bir farklılık ortaya çıkar. Mitolojide aşkın temsilcisi olarak karşımıza çıkan Paris,
hikâyede ise sahip olduğu tek tercih hakkını güç ve iktidardan yana kullanır. Paris’in hikâyede yaptığı seçim;
ezberlenmiş olay örgüleriyle kolektif bellekte yer edinmiş ve donukluklarından dolayı metaforik ifade
kabiliyetlerini yitirmeye başlamış olan geleneksel ve mitik anlatılara yeniden hayat vermek amacıyla yapılmış iyi
niyetli bir başkaldırı örneği mahiyetindedir. Bu türdeki bir başkaldırı; mitik anlatıyı kolektif bellekten tamamen
silmeye değil, tam tersine yeni sorgulamalara kapı aralayarak anlatının içinde barındırdığı evrensel mesaja
yeniden devingenlik kazandırmaya yöneliktir. Paris’in serüveni, antik çağdaki bağlamından kısmen koparılarak
postmodern sorgulamalara imkân verecek şekilde yeniden kurgulanmıştır. Bu sayede hikâye, insanın kendi içsel
çatışmalarına karşı yeni bir farkındalık seviyesi oluşturma işlevini üstlenebilmektedir. Hikâyenin dikkat çeken bir
başka özelliği ise bilimsel yaklaşımın öncelendiği modern zamanlar boyunca mitik düşünceden hayli uzaklaşan
okuyucuyu antik çağın olağanüstü anlatı dünyasıyla buluşturmasıdır. Bu, mümkün olduğunca mitik düşünceden
de beslenmeye gayret eden postmodern edebiyatın modern dönem duvarını aşarak köklerini mitoloji toprağına
salma sürecine de bir katkı anlamına gelir. Modernizm sonrasının farklı arayışları çerçevesinde mitik anlatılara
yönelişin bir örneğini teşkil eden hikâyenin incelenmesinde de postmodernizmin ruhuna uygun olarak hermeneutik
bir yaklaşım esas alınacaktır.
Anahtar Kelimeler: Kamal Abdulla, Postmodernizm, Metinlerarasılık, Mitoloji, Hikâye, Parisin Seçimi.
Dostları ilə paylaş: |