38
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Sözleşmeli Öğretmenlik Uygulamasına İlişkin Okul Yöneticileri Ve Sözleşmeli
Öğretmenlerin Görüşleri
Cem TOPSAKAL
Recep Tayyip Erdoğan Üniversitesi
cem.topsakal@erdogan.edu.tr
Ahmet DUYSAK
Recep Tayyip Erdoğan Üniversitesi
ahmet.duysak@erdogan.edu.tr
Türkiye’de 2016 yılında çıkarılan Sözleşmeli Öğretmen İstihdamına İlişkin Yönetmelik ile sözleşmeli
öğretmenlik uygulaması başlamıştır. Dört yıllık bir çalışma süresi sonunda adaylık sürecinde başarılı olan
öğretmenler, talepleri halinde görev yaptıkları eğitim kurumlarında kadroya atanacak, adaylık hükümleri
kalkacak, kadrolara atanan öğretmenler aynı yerde en az iki yıl daha görev yapacaktır.
Bu çalışmada okul yöneticileri ve sözleşmeli öğretmenlerin görüşlerine göre sözleşmeli öğretmenlik
sisteminin olumlu ve olumsuz yönleri ele alınmıştır. Nitel araştırma yaklaşımının kullanıldığı bu çalışmada,
ilkokul, ortaokullarda görev yapan 10 okul yöneticisi ve 20 sözleşmeli öğretmen ile görüşme yapılmıştır. Elde
edilen veriler içerik analizine tabi tutularak, ortaya çıkan sonuçlar sunulmuştur. Sonuçlardan bazılarına göre:
Yöneticilerin tamamı yeni uygulamaya göre, sözleşmeli öğretmenlerin atandıkları okulda dört yıl kalmaları ve iki
yıl daha aynı ilde görev yapmalarını olumlu görmektedir. Sözleşmeli öğretmenlerin büyük çoğunluğu sözleşmeli
öğretmenlik yerine kadrolu olmayı uygun görmektedir. Sözleşmeli öğretmenlerin tamamı tayin haklarının
kısıtlanmasını olumlu bulmamaktadır. Çalışma sonuç ve önerilerle son bulmaktadır.
Anahtar Kelimeler: Sözleşmeli Öğretmenlik Uygulaması, Okul Yöneticisi, Sözleşmeli Öğretmen, Eğitim
Politikası, Sorunlar
39
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Məsud Əlioğlunun Tədqiqatlarında “Atalar Və Oğullar”
Nurlanə MƏMMƏDOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, kiçik elmi işçi
memmedovanurlane89@gmail.com
XÜLASƏ
“Atalar və oğullar” məsələsi ədəbiyyatımızda həmişə aktual olub. Bu da təsadüfi deyil. Çünki zaman,
dövr dəyişir. Nəsillər bir-birini əvəz etdiyi kimi, mühitə, cəmiyyətə münasibət də dəyişir, yeniləşir. Oğullar ataların
ənənələrini davam etdirməklə yanaşı, onların da öz yolu və həyat idealı olur. Bu prosesdə, şübhəsiz ki, nəsillərin
mövqeyi bir çox hallarda üst-üstə düşmür. Hətta bəzən ziddiyyətlər meydana çıxır ki, bədii yaradıcılıqda bütün
bunların necə əks olunduğunu görürük. Ədəbiyyat tarixinə nəzər salsaq, problemin bədii həllini ardıcıllıqla bu
cür izah edə bilərik: a) klassik Şərq ədəbiyyatında “atalar və oğullar”; b) maarifçi-realizmin prinsipləri nöqteyi-
nəzərindən “atalar və oğullar”; c) Sovet dövründə “atalar və oğullar”. Tarixi şəraitin tələbindən asılı olaraq
bədii əsərlərdə bu məsələ fərqli şəkildə ədəbiyyata gətirilirdi. Bu nəticəyə gəlirik ki, XIX əsri dönüş nöqtəsi kimi
götürə bilərik. XIX əsrə qədər olan əsərlərdə oğula nəsihət verən, yol göstərən, oğulun yenilik duyğusu ilə barışan
ata obrazı tərənnüm olunurdu. Klassik irsdə ata və oğul münasibətinin bu şəkildə təzahürünü Məhəmməd
Füzulinin “Ənisül-qəlb”, “Leyli və Məcnun”, “Rindu Zahid” poemalarında görə bilərik. “Rindu Zahid” əsərində
oğul Rind ilə ata Zahid arasında ziddiyyət atanın oğulun fikirləri ilə barışması ilə nəticələnir. XIX əsrdə tarixi
şəraitin nəticəsi olaraq, atalar və oğullar münasibətində yeni təzahürlər üzə çıxır, ata və oğul ortaq məxrəcə gələ
bilmir, atanın tələbi oğulun yenilik duyğusu ilə uyğun gəlmir. Mülkədar ataya qarşı çıxan ideal oğul “atalar və
oğullar” məsələsini ortaya çıxarır. Oğul yeni quruculuq işlərinin tərəfdarı, ata isə köhnə qanunlarla yaşayan
mülkədar idi. Öz qızını qoca kişiyə ərə verən, pul üstündə öz qardaşlarını öldürən ataların təsviri Rusiya
imperiyasının və Sovet rejiminin tələbi idi.
Məsud Əlioğlunun araşdırmalarında bu məsələyə geniş yer verilmişdir;
Atalar və oğullar. “Azərbaycan” jurnalı, 1959-cu il, №11
Atalar və oğullar. “Azərbaycan” jurnalı, 1959-cu il, №12
Atalar və oğullar. “Azərbaycan” jurnalı, 1961-ci il, №2
Atalar və oğullar. “Azərbaycan” jurnalı, 1961-ci il, №3
O, “atalar və oğullar” məsələsinin kökünü haqlı olaraq XIX əsrlə bağlayır. M.F.Axunzadənin “Müsyo
Jordan və dərviş Məstəli şah”, N.Vəzirovun “Ev tərbiyəsinin bir şəkli”, “Adı var, özü yox”, “Yağışdan çıxdıq,
yağmura düşdük”, “Sonrakı peşmançılıq fayda verməz”, “Müsibəti Fəxrəddin”, Ə.Haqverdiyevin “Dağılan
tifaq”, “Bəxtsiz cavan”, C.Məmmədquluzadənin “Ölülər”, “Anamın kitabı”, C.Cabbarlının “Aydın”, “Oqtay
Eloğlu” əsərlərini tədqiqata cəlb edən tənqidçi Şahbaz bəy obrazı vasitəsilə ədəbiyyata gələn maarifçi nəsli,
Fatma xanım və Sərvinaz xanım surətləri vasitəsilə qaynana-gəlin konfliktini, Fəxrəddin, Fərhad bəy, Ömər obrazı
əsasında başqa ölkələrdə təhsil alıb Vətənə qayıtdıqdan sonra mülkədarlığa xas qaydaları dəyişmək istəyən gənc
nəsli təhlil edir. İskəndər, Aydın, Oqtay kimi oğulları “Qəribə adamlar”, “Anamın kitabı” əsərinin üç qardaşını
“Daxili düşmənlər” adlandırır. “Şamo”, “Studentlər”, “Dünya qopur”, “Yoxuşlar”, “Qəhrəman” romanları
əsəsında yeni əsrin oğullarını diqqət mərkəzinə çəkir. Tənqidçinin bu məsələyə bir fikir cərəyanı, yaradıcılıq
hadisəsi kimi yanaşması həqiqətə uyğundur. Bu o deməkdir ki, M.F.Axundzadə ilk komediyası ilə Azərbaycan
ədəbiyyatında yeni bir yaradıcılıq məsələsinin əsasını qoymuşdur.
M.Əlioğlu yalnız ata və oğul arasında baş verən konfliktdən bəhs etmir, bu mübarizəyə köhnəliklə
yeniliyin mübarizəsi kimi baxır. Deməli, onun təhlil etdiyi əsərlərdə yalnız mühafizəkar atalar deyil, tüfeyli həyat
keçirən, eyni zamanda həyatda öz yolunu tapa bilməyən, maarifdən, elmdən xəbəri olmayan oğullar da tənqid
olunurdu.
Açar sözlər: Məsud Əlioğlu, atalar, oğullar, Şahbaz bəy
Dostları ilə paylaş: |