44
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Azərbaycan Xalq Cümhuriyyətinin Fəal Nümayəndələrinin Diplomatik Münasibətləri
Arş. Gör. Dr. Kamandari Məmmədova Aygün Allahşükür qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan.
kamandari_a@mail.ru
AXC yarandığı gündən təhlükəsiz beynəlxalq şəraitin yaradılması və yeni dövlətin dünya birliyi
tərəfindən tanınması üçün ardıcıl xarici siyasət xətti yürütməyə başladı. Hökümətin xarici siyasətində ilk uğurlu
diplomatik addımlarindan biri 1918-ci il iyunun 4-də Batumda Türkiyə ilə sülh və dostluq müqaviləsi bağlanması
oldu. Bu müqavilə ilə milli hökümət Osmanlıdan hərbi yardım almaq imkanı qazandı, Bakı şəhərinin düşməndən
azad edilməsi və Qarabağda erməni silahlı qüvvələrinin zərərsizləşdirilməsi haqqında Türkiyə hökümətindən
təminat aldı.Türkiyə höküməti Batumda Gürcüstan və Ermənistanla müqavilələr bağlayaraq onların da
müstəqilliyini tanımışdı.Türkiyənin razılığı əsasında İrəvan paytaxt olmaqla Ermənistan respublikası
yaradıldı.Türkiyə höküməti Cənubi Qafqazda kiçik və zəif olan Ermənistan dövləti yaratmaqla, ”erməni
məsələsini” birdəfəlik həll edəcəyinə və bununla bölgədə daimi sülh yaranacağına ümid bəsləyirdi. Ermənilər isə
əksinə, üzərlərinə götürdükləri öhdəliklərin heç birinə əməl etmədilər.
AXC höküməti 27 avqust 1918-ci il tarixli Rusiya-Almaniya gizli sazişinin şərtlərinin aradan
qaldırılması üçün Türkiyə ilə birlikdə kəskin diplomatik addımlar atmağa başladı. Çünki bu sazişə görə Almaniya
Bakı neftinin 25% əvəzində Bakı və onun neft rayonlarını Rusiyanın nüfuz dairəsi hesab etmişdir. Azərbaycan-
Türkiyə hökümətlərinin diplomatik siyasi münasibətləri nəticəsində bu mənfur plan pozuldu.1918-ci il sentyabrın
15-də Bakı düşməndən azad edildi və o dövrün sənədlərində deyildiyi kimi “baş bədənlə birləşdi”.
Osmanlı dövlətinin I Dünya müharibəsində məğlub olaraq 1918-ci il 30 oktyabrda Mudros barışığını
imzalaması Azərbaycan Respublikasının xarici siyasətinə mənfi təsir göstərdi. Sazişə uyğun olaraq türk
qoşunlarının Bakını və Azərbaycanı tərk etməsi ilə 1918-ci il noyabrın 17-də Antantanın üzvü olan İngiltərənin
qoşunu general Tomsonun başçılığı ilə Bakıya daxil oldu. M.Ə.Rəsulzadə, Topçubaşov, F.Xoyski və s.
məqsədyönlü fəaliyyəti nəticəsində Parlamentin çağırılması və 1918-ci il dekabrın 26-da onun qarşısında
məsuliyyət daşıyan Koalisyon hökümətin təşkil edilməsi Azərbaycanı xarici işğaldan xilas etdi. Dekabrın 28-də
müttəfiqlərin Bakıdakı nümayəndəsi general Tomson F.Xoyskinin sədrliyi ilə yaradılmış Koalisyon höküməti
Azərbaycanda yeganə qanuni hakimiyyət kimi tanıdı. Bunun ardınca İngiltərə höküməti Azərbaycan dövlətini
rəsmən tanıdığını bildirdi və 1919-cu ilin yayında qoşunlarını Azərbaycandan çıxartdı.
Milli hökümət öz xarici siyasətində qonşu dövlətlərlə diplomatik münasibətlərə böyük əhəmiyyət
verirdi. Borçalı, Tiflis və Sığnaq qəzalarının başdan-başa müsəlmanlardan ibarət olan bölgələrinə Azərbaycanın
haqlı ərazi iddiaları, Gürcüstanın isə Zaqatala dairəsinə haqsız torpaq iddiası ilk vaxtlar iki dövlət arasındakı
münasibətləri kəskinləşdirmişdi. Lakin çar generalı Denikin ordusunun Dağıstana hücumu və cənuba doğru
irəliləməsi Azərbaycan Gürcüstan əməkdaşlığını əhəmiyyətli məsələyə çevirdi. 1919-cu il iyunun 16-da iki dövlət
arasında 3 il müddətinə hərbi-müdafiə paktı (ittifaqı) imzalandı. Bu pakta görə Azərbaycanın və Gürcüstanın
müstəqilliyi və ərazi bütövlüyü hər hansı dövlət tərəfindən hərbi müdaxiləyə məruz qalardısa , tərəflər bir-birinə
hər cür yardım göstərməli idilər. Azərbaycan və Gürcüstanın Ermənistanı da bu pakta cəlb etmək cəhdləri uğursuz
oldu. Əksinə, ermənilər Denikinlə Azərbaycan əleyhinə gizli danışıqlar aparırdılar.Bağlanılan müqaviləyə uyğun
olaraq Gürcüstan Azərbaycana xeyli sayda hərbi texnika və silah-sursat göndərdi, hətta birgə Hərbi Şura da
yaradıldı.
Açar sözlər: AXC höküməti, diplomatik münasibətlər, xarici siyasət, nümayəndə heyəti, diplomatik
addımlar
45
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Central Asian Nomadic Turkic Culture /VI-IX Century/
Batmonkh.B
Head of Dogsom Tortogtokh foundation
narantsatsral5@yahoo.com
Narantsatsral.D
Mongolian University of Science and Technology
narantsatsral5@yahoo.com
The rich content of this specific intellectual work needs to be introduced onto the public in the systemic
and plain ways of explanation and mutual understanding. It is clear that the religious understanding has been
most typically associated with people’s belief and ritual systems. However, it has been usually ignored the basic
understanding of cultural and art historical knowledge hidden within the religious knowledge. In this association,
it should be considered comparatively the findings of the Tureg culture and art with those of the ancient times
culture in order to understand the role and impact that have been played by the Tureg culture and art. Because
Tureg culture usually comprises a range of study fields and “it includes all possible aspects of knowledge gain”,
it considers the field of art, as an important field combining an unity of body, language and human feelings, among
Oriental knowledge fields.
Therefore, it is clear that via investigating the meanings of art historical, it is possible to reinterpret the
content of that art while employing scientific methodology and it is necessary to outline that such a work would
have a theoretical and practical significance. In order to understand this large body knowledge of cultural
heritage, it needs to study it in an interdisciplinary approach using a variety of disciplines such as history, art,
and cultures. As a result, cultural monuments of Tureg dynasty continues to be an important research field for the
cultural study as well as art history.
They continued and developed Central Asian nomadic tradition. They left many numbers of thing and
culture heritage.
Keywords: cultural heritage, territory, boundaries, Orkhon river
Dostları ilə paylaş: |