Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə30/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   26   27   28   29   30   31   32   33   ...   115

 
 
  44
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Azərbaycan Xalq Cümhuriyyətinin Fəal Nümayəndələrinin Diplomatik Münasibətləri 
Arş. Gör. Dr. Kamandari Məmmədova Aygün Allahşükür qızı 
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan.  
kamandari_a@mail.ru 
 
        AXC  yarandığı  gündən  təhlükəsiz  beynəlxalq  şəraitin  yaradılması  və  yeni  dövlətin  dünya  birliyi 
tərəfindən tanınması üçün ardıcıl xarici siyasət xətti yürütməyə başladı. Hökümətin xarici siyasətində ilk uğurlu 
diplomatik addımlarindan biri 1918-ci il iyunun 4-də Batumda Türkiyə ilə sülh və dostluq müqaviləsi bağlanması 
oldu. Bu müqavilə  ilə milli hökümət Osmanlıdan hərbi yardım almaq imkanı qazandı, Bakı şəhərinin düşməndən 
azad  edilməsi  və  Qarabağda  erməni  silahlı  qüvvələrinin  zərərsizləşdirilməsi  haqqında  Türkiyə  hökümətindən 
təminat  aldı.Türkiyə  höküməti  Batumda  Gürcüstan  və  Ermənistanla  müqavilələr  bağlayaraq  onların  da 
müstəqilliyini  tanımışdı.Türkiyənin  razılığı  əsasında  İrəvan  paytaxt  olmaqla  Ermənistan  respublikası 
yaradıldı.Türkiyə  höküməti  Cənubi  Qafqazda  kiçik  və  zəif  olan  Ermənistan  dövləti  yaratmaqla,  ”erməni 
məsələsini” birdəfəlik həll edəcəyinə və bununla bölgədə daimi sülh yaranacağına ümid bəsləyirdi. Ermənilər isə 
əksinə, üzərlərinə götürdükləri  öhdəliklərin heç birinə əməl etmədilər. 
        AXC  höküməti  27  avqust  1918-ci  il  tarixli  Rusiya-Almaniya  gizli  sazişinin  şərtlərinin  aradan 
qaldırılması üçün Türkiyə ilə birlikdə kəskin diplomatik addımlar atmağa başladı. Çünki bu sazişə görə Almaniya 
Bakı neftinin 25% əvəzində Bakı və onun neft rayonlarını Rusiyanın nüfuz dairəsi hesab etmişdir. Azərbaycan-
Türkiyə hökümətlərinin diplomatik siyasi münasibətləri nəticəsində bu mənfur plan pozuldu.1918-ci il  sentyabrın 
15-də Bakı düşməndən azad  edildi və o dövrün sənədlərində deyildiyi kimi “baş bədənlə birləşdi”. 
       Osmanlı dövlətinin I Dünya müharibəsində məğlub olaraq 1918-ci il 30 oktyabrda Mudros barışığını 
imzalaması  Azərbaycan  Respublikasının  xarici  siyasətinə  mənfi  təsir  göstərdi.  Sazişə  uyğun  olaraq  türk 
qoşunlarının  Bakını və Azərbaycanı tərk etməsi ilə 1918-ci il noyabrın 17-də Antantanın üzvü olan İngiltərənin 
qoşunu  general  Tomsonun  başçılığı  ilə  Bakıya  daxil  oldu.  M.Ə.Rəsulzadə,  Topçubaşov,  F.Xoyski  və  s. 
məqsədyönlü  fəaliyyəti  nəticəsində  Parlamentin  çağırılması  və  1918-ci  il  dekabrın  26-da  onun  qarşısında 
məsuliyyət daşıyan Koalisyon hökümətin təşkil edilməsi Azərbaycanı xarici işğaldan xilas etdi. Dekabrın 28-də 
müttəfiqlərin  Bakıdakı  nümayəndəsi  general  Tomson  F.Xoyskinin  sədrliyi  ilə  yaradılmış  Koalisyon  höküməti 
Azərbaycanda  yeganə  qanuni  hakimiyyət  kimi  tanıdı.  Bunun  ardınca  İngiltərə  höküməti  Azərbaycan  dövlətini 
rəsmən tanıdığını bildirdi və 1919-cu ilin yayında qoşunlarını Azərbaycandan çıxartdı. 
       Milli  hökümət  öz  xarici   siyasətində  qonşu  dövlətlərlə diplomatik  münasibətlərə  böyük əhəmiyyət 
verirdi. Borçalı, Tiflis və Sığnaq qəzalarının başdan-başa müsəlmanlardan ibarət olan bölgələrinə Azərbaycanın 
haqlı ərazi iddiaları, Gürcüstanın isə Zaqatala dairəsinə haqsız torpaq iddiası ilk vaxtlar iki  dövlət arasındakı 
münasibətləri  kəskinləşdirmişdi.  Lakin  çar  generalı  Denikin  ordusunun  Dağıstana  hücumu  və  cənuba  doğru 
irəliləməsi Azərbaycan Gürcüstan əməkdaşlığını əhəmiyyətli məsələyə çevirdi. 1919-cu il iyunun 16-da iki  dövlət 
arasında 3 il  müddətinə  hərbi-müdafiə  paktı  (ittifaqı) imzalandı. Bu pakta görə  Azərbaycanın və  Gürcüstanın 
müstəqilliyi və ərazi bütövlüyü hər hansı dövlət tərəfindən hərbi müdaxiləyə  məruz qalardısa , tərəflər bir-birinə 
hər cür yardım göstərməli idilər. Azərbaycan və Gürcüstanın Ermənistanı da bu pakta cəlb etmək  cəhdləri uğursuz 
oldu. Əksinə, ermənilər Denikinlə Azərbaycan əleyhinə gizli danışıqlar aparırdılar.Bağlanılan müqaviləyə uyğun 
olaraq Gürcüstan Azərbaycana xeyli sayda hərbi texnika və silah-sursat  göndərdi, hətta birgə Hərbi Şura da 
yaradıldı. 
Açar  sözlər:  AXC  höküməti,  diplomatik  münasibətlər,  xarici    siyasət,  nümayəndə  heyəti,  diplomatik 
addımlar 
 
 


 
 
  45
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Central Asian Nomadic Turkic Culture /VI-IX Century/ 
Batmonkh.B 
Head of Dogsom Tortogtokh foundation 
narantsatsral5@yahoo.com 
 
Narantsatsral.D 
Mongolian University of Science and Technology 
narantsatsral5@yahoo.com 
 
The rich content of this specific intellectual work needs to be introduced onto the public in the systemic 
and plain ways of explanation and mutual understanding.  It is clear that the religious understanding has been 
most typically associated with people’s belief and ritual systems. However, it has been usually ignored the basic 
understanding of cultural and art historical knowledge hidden within the religious knowledge. In this association, 
it should be considered comparatively the findings of the Tureg culture and art with those of the ancient times 
culture in order to understand the role and impact that have been played by the Tureg culture and art. Because 
Tureg culture usually comprises a range of study fields and “it includes all possible aspects of knowledge gain”, 
it considers the field of art, as an important field combining an unity of body, language and human feelings, among 
Oriental knowledge fields. 
Therefore, it is clear that via investigating the meanings of art historical, it is possible to reinterpret the 
content of that art while employing scientific methodology and it is necessary to outline that such a work would 
have  a  theoretical  and  practical  significance.  In  order  to  understand  this  large  body  knowledge  of  cultural 
heritage, it needs to study it in an interdisciplinary approach using a variety of disciplines such as history, art, 
and cultures. As a result, cultural monuments of Tureg dynasty continues to be an important research field for the 
cultural study as well as art history. 
They continued and developed Central Asian nomadic tradition. They left many numbers of thing and 
culture heritage. 
Keywords: cultural heritage, territory, boundaries, Orkhon river 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə