Microsoft Word Umumi c?rrahiy? ixtisas? uzr? numun?si test suallar?



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə10/67
tarix26.03.2018
ölçüsü27,2 Kb.
#33879
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

 
 
B) Orqanik olaraq (divertikul, polip, şiş, qanaxma) 
C) Qida qəbulunun və ya rejiminin pozulması 
D) Dispepsiya 
E) Respirator-virus infeksiyası 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с. 
 
137) Appendikulyar peritonit münasibəti ilə təkrar əməliyyata məruz qalmış 
uşaqda tam yoğun bağırsaq fistulu əmələ gəlmişdir. Hansı operativ üsullar daha 
rasionaldır? 
 
A) Qapalı ötürücü anastomoz 
B) Bağırsağın yaşamayan hissəsini rezeksiya etmək və anastomoz 
C) Bağırsağı geniş mobilizə edib, defekti tikmək 
D) Yaradan bağırsağı tikmək 
E) Fistula nahiyəsini xaricə drenə etmək 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с. 
 
138) 10 yaşlı uşağın mədə xorasının perforasiyası olduqda cərrahın hansı 
taktikası məsləhətdir? 
 
A) Bilrot-1 
B) Bilrot-2 
C) Xoranı közəmək 
D) Hofmeyster-Finsterer 
E) Xoranın kəsib, defekti ləğv etmək 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с. 
 
139) «Təsadüfü» appendektomiyaya rasional münasibət hansıdır? 
 
A) Appendiksin saxlanmasına qorxu varsa 
B) İnvaginal appendektomiya 
C) Mütləq appendektomiya edilməli 
D) Xəstənin yaşından asılı olaraq 
E) Atipik olaraq appendiks yerləşərsə 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с. 
 
140) 12 yaşında olan uşaqda mədə bağırsaq qanaxması olarsa, xəstəyə ilk olaraq 
hansı müayinəni başlamaq lazımdır? 
 
A) Laparotomiya və periton boşluğunun reviziyasından 
B) Qastroduodenoskopiyadan 
C) Laparoskopiyadan 


 
 
D) Kolonoskopiyadan 
E) Kontrast rentgen müayinəsindən 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с. 
 
141) Mekkel divertikulunun fleqmonoz formasında onun əsasının 
infiltratlaşması aşkarlanarsa, hansı məsləhət görülür? 
 
A) 45 dərəcəli bucaq altında rezeksiya 
B) Bağırsağı rezeksiya edərək yan-yana anastomoz 
C) Pazvari rezeksiya 
D) Bağırsağı rezeksiya edərək uc-uca anastomoz 
E) Hər bir cərrahın öz taktikası var 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с. 
 
142) Uşaqlarda qasıq yırtığı nə vaxt formalaşır? 
 
A) Embrional inkişafın 2-3-cü həftəsində 
B) Embrional inkişafın 7-8-ci həftəsində 
C) Embrional inkişafın 7-8-ci ayında 
D) Embrional inkişafın 5-6-cı ayında 
E) Istənilən mərhələdə formalaşa bilər 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с. 
 
143) Qasıq yırtığının formalaşmasına səbəb olan əsas etioloji faktorlar hansıdır? 
 
A) Köndələn fassiyanın zəifliyi 
B) Mezenximal toxumanın inkişaf pozğunluğu 
C) Qarındaxili təzyiqin artması 
D) Qarnın xarici çəp əzələ aponevrozunun zəifliyi 
E) Həddən artıq fiziki gərginlik 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с. 
 
144) Qasıq kanalının ön divarının açılması kimlərdə mütləq lazımdır? 
 
A) Südəmər uşaqlarda 
B) Oğlanlarda 
C) 5 yaşdan böyük xəstələrdə 
D) Qızlarda 
E) 2 yaşdan böyük xəstələrdə 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с. 
 


 
 
145) 1.5 yaşında olan uşaqda xaya qişalarının əlaqələnən hidropsu 
aşağıdakılardan hansı ilə əlaqədardır? 
 
A) Angiodisplaziya ilə 
B) Qarındaxili təzyiqin artması ilə 
C) Qasıq-xayalıq nahiyəsinin travması ilə 
D) Sidik yollarının infeksiyası ilə 
E) Vaginal çıxıntının bitişməməsi ilə 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с. 
 
146) Xaya qişalarının kəskin yaranmış hidropsu üçün daha xarakterik simptom 
hansıdır? 
 
A) Kəskin ağrı 
B) Ümumi vəziyyətin pisləşməsi 
C) Xayalığın hiperemiyası 
D) Hərarətin yüksəlməsi 
E) Xayalığın bir yarısında şişkinliyin meydana çıxması 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с. 
 
147) 7 yaşdan yuxarı uşaqlarda xaya qişalarının hidropsuna görə əməliyyatdan 
sonrakı proqnoz nə ilə əlaqədardır? 
 
A) Operativ müdaxilənin variantı ilə 
B) Punksion üsulla müalicə cəhdləri ilə, operativ müdaxilənin variantı ilə 
C) Əməliyyatdan əvvəl aparılmış hormonal terapiya ilə 
D) Sidik ifrazı sisteminin yanaşı xəstəlikləri ilə 
E) Punksion üsulla müalicə cəhdləri ilə 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с. 
 
148) Peritonun yataq çıxıntısının tam obliterasiyası nə vaxt başa çatır? 
 
A) Doğuşdan dərhal sonra 
B) Doğulana qədər 
C) 2-3 yaşa qədər 
D) 1 yaşa qədər 
E) Bətndaxili dövrün 28-32-ci həftəsinə qədər 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с. 
 
149) Toxum ciyəsi elementlərinin sistinin əmələ gəlməsinin ən çox ehtimal 
olunan səbəbi hansıdır? 
 


 
 
A) Peritonun yataq çıxıntısının bitişməməsi 
B) Sidik ifrazı sisteminin patologiyası 
C) Angiodisplaziya 
D) Hormonal disbalans 
E) Spesifik proses 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с. 
 
150) Toxum ciyəsi elementlərinin sistinin daha xarakterik əlaməti hansıdır? 
 
A) Kəskin ağrının olması 
B) Qasıq nahiyəsində ödem 
C) Xarici qasıq həlqəsinin genişlənməsi 
D) Qasıq nahiyəsində xayadan dartarkən yerini dəyişən elastiki şişkinlik 
E) Qasıq nahiyəsində hiperemiya 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с. 
 
151) 2 yaşlı xəstədə toxum ciyəsi elementlərinin sistinin müalicəsinə hansı 
daxildir? 
 
A) Vinkelman əməliyyatı 
B) Qişaların kəsilməsi 
C) Xaya qişalarının kəsilib çıxarılması 
D) Toxum ciyəsi elementlərinin punksiyası 
E) Ross əməliyyatı 
 
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с. 
 
152) Qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək 
etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan tibbi yardımın 
göstərilməməsi zərərçəkmişin sağlamlığına ağır zərərin vurulması ilə 
nəticələnərsə tibb işçisi hansı müddətdə azadlıqdan məhrumetmə ilə 
cəzalandırılır? 
 
A) bir ilədək müddətdə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum 
etmə ilə 
B) iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
C) əmlakı müsadirə olunmaqla üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə 
D) üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
E) yüz altmış saata qədər ictimai işlər ilə 
 
Ədəbiyyat:Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Bakı 2017 "Digesta" 
nəşriyyatı səh 155 
 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə