Microsoft Word Umumi c?rrahiy? ixtisas? uzr? numun?si test suallar?



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə11/67
tarix26.03.2018
ölçüsü27,2 Kb.
#33879
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

 
 
153) Qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək 
etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan tibbi yardımın 
göstərilməməsi zərərçəkmişin ölümü ilə nəticələnərsə tibb işçisi hansı müddətdə 
azadlıqdan məhrumetmə ilə cəzalandırılır? 
 
A) beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
B) əmlakı müsadirə olunmaqla üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə 
C) ömürlük azadlıqdan məhrum etmə ilə 
D) üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
E) on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
 
Ədəbiyyat:Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Bakı 2017 "Digesta" 
nəşriyyatı səh 155 
 
154) Öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində başqa 
şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxdurma hansı müddətdə 
azadlıqdan məhrumetmə ilə cəzalandırılır? 
 
A) ömürlük azadlıqdan məhrum etmə ilə 
B) üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
C) bir ildən üç ilədək xüsusi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum 
etmə ilə 
D) üç ildən beş ilədək ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum 
etmə ilə 
E) beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
 
Ədəbiyyat:Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Bakı 2017 "Digesta" 
nəşriyyatı səh 152 
 
155) Xəstəlik ilə əlaqədar başga işə keçirilmənin müddətini aşağıda 
sadalananlardan hansı təyin edir? 
 
A) Müalicə həkimi 
B) Məhkəmə-tibb ekspertizası 
C) Tibbi-sosial ekspertizası 
D) Həmkarlar təşkilatı 
E) Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizası 
 
Ədəbiyyat:Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının 
Qanunu 
 
156) Parotit zamanı irinin hansı istiqamətə axması mümkündir? 
A) Ön udlaqyanı sahəyə 


 
 
B) Xaricə 
C) Arxa udlaqyanı sahəyə 
D) Ağız boşluğuna 
E) Qulağa 
 
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. 
Н.И. Дегтерева М., 2004, 578 с.  
 
157) Qoltuqaltı çuxurun toxuması nə ilə əlaqələnir? 
A) Ön dərin toxuma sahəsi ilə 
B) Tinaltı sahə ilə 
C) Ön kürəkönü yarıqla 
D) Arxa kürəkönü yarıqla 
E) Tinüstü sahə ilə 
 
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. 
Н.И. Дегтерева М., 2004, 578 с.  
 
158) Kallo üçbucağını nə təşkil edir? 
A) Qara ciyər, xoledox, öd kisəsi 
B) Xoledox, qapı venası, qara ciyər arteriyası 
C) Ümumi qara ciyər axarı, sağ qara ciyər arteriyası və öd kisəsi axarı 
D) Öd kisəsi, xoledox, qara ciyər arteriyası 
E) Qara ciyər, onikibarmaq bağırsaq, mədə 
 
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. 
Н.И. Дегтерева М., 2004, 578 с.  
 
159) Qasıq yırtığı zamanı tam retroqrad boğulmanın mütləq anatomik əlaməti 
nədir? 
 
A) xəstədə bağırsaq keçməzliyi əlamətlərinin mövcudluğu 
B) yırtıq kisəsində toxumalar arasında bitişmənin olması 
C) yırtıq kisəsində hemorragik möhtəviyyatın mövcudluğu 
D) yırtıq kisəsində iki və daha çox bağırsaq ilgəklərinin olması 
E) yırtıq kisəsində olan bağırsaq ilgəyinin halı 
 
Ədəbiyyat: L.A.Məmmədov. Qarın nahiyəsinin topoqrafiyası və cərrahi 
əməliyyatları. “Müəllim”, Bakı, 2004 
 
160) Zorqius və Bartels limfa düyünləri harada yerləşir? 
 
A) Körpücükaltı sahədə 
B) Qoltuqaltı çuxurda 
C) Ön qoltuqaltı xətt üzrə 2 - 3 - cü qabırğaarası sahədə 
D) Retrosternal sahədə 


 
 
E) Arxa qoltuqaltı kollektorda 
 
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией 
профессора В. И. Подолужного, “Феникс”, 2007 г 
 
161) Mastopatiyanın inkişafında əhəmiyyət kəsb edən faktorlar hansılardır?  
1. menstrual siklin pozulması 
2. endokrin üzvlərin xəstəlikləri 
3. sinir - psixoloji pozğunluqlar 
4. öncədən keçirilmiş mastitlər 
5. hiperstenik bədən tipi 
 
A) 1, 2, 3, 
B)  2, 3, 5 
C) 3, 4, 5 
D) 1 , 2, 3, 4 
E) Yalnız 2 
 
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией 
профессора В. И. Подолужного, “Феникс”, 2007 г 
 
162) Mastodiniya üçün doğru ifadəni göstərin: 
1. bu - mastopatiyanın bir formasıdır 
2. tez - tez ikitərəfli zədələnmə ilə başlayır 
3. süd vəzinin palpasiyasında patologiya aşkarlanmır 
4. Bartels və Zorqius limfa düyünləri əllənir 
 
A) Ancaq 4 
B) 1, 2, 3 
C) 1, 2, 5 
D) 1, 3 
E) 3, 4 
 
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией 
профессора В. И. Подолужного, “Феникс”, 2007 г 
 
163) Böyük qan dövranının arterial emboliyasına aşagıdakılardan hansı səbəb 
olmur? 
 
A) Ürəyin anevrizması 
B) Sol mədəciyin kəskin Q dişli geniş yayılmış miokardın infarktı (divarönü trombun 
əmələ gəlməsi ilə) 
C) Aortanın anevrizması 
D) Ürək qüsurları (məs. mitral stenoz) 
E) Aşagı ətrafların dərin venalarının flebotrombozu 
 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə