Microsoft Word Umumi c?rrahiy? ixtisas? uzr? numun?si test suallar?



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə13/67
tarix26.03.2018
ölçüsü27,2 Kb.
#33879
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

 
 
B) Vətəndaşın Tibbi-sosial ekspert komissiyasına göndərilməsi haqqında qərar qəbul 
etmək 
C) Zədələnmələr zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını 
etmək 
D) Xəstəlik ilə əlaqədar işçinin başqa işə müvəqqəti, yaxud daimi keçirilməsinin 
zəruriliyi və müddətini təyin etmək 
E) Əlil xəstələri işlə təmin etmək 
 
Ədəbiyyat:Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının 
Qanunu 
 
180) Kəskin qarın zamanı  qarın boşluğu hansı kəsiklə  açılmalıdır? 
A) Pararektal kəsik  
B) Laparotom kəsik  
C) Hər biri ilə 
D) Volkoviç-Dyakonov kəsiyi   
E) Koxer kəsiyi  
 
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. 
Н.И. Дегтярева М., 2004, 578 с.  
 
181) Qarının aşağı şöbəsində, sağ yarısında ağrılar olan zaman ilk növbədə 
hansı xəstəliklərdən şübhələnmək lazımdır? 
A) Kəskin appendisit  
B) Koprostaz  
C) Plevrit  
D) Böyrək daşı 
E) Ginekoloji hər hansı bir  xəstəlik  
 
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. 
Н.И. Дегтерева М., 2004, 578 с.  
 
182) Dəridən və qara ciyərdən keçən xolangioqrafiyanın hansı fəsadı ola bilər? 
A) Qanaxma, öd axma, peritonit, xolanqitin kəskinləşməsi və ya kəskin pankreatitin 
əmələ gəlməsi 
B) Reflüks-ezofaqitə səbəb ola bilər 
C) Xolangioqrafiyada fəsadlaşma olmur 
D) 12 barmaq bağırsaqda xora əmələ gələ bilər 
E) Öd daşının xoledoxa düşməsi 
 
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. 
Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.  
 
183) Xəstənin ağciyərinin rentgenoloji müayinəsi nədən başlanmalıdır? 
A) Bronxoqrafiyadan   
B) Ağciyərin tomoqrafiyası  


 
 
C) Obzor rentgenoskopiyadan və düz, yan proyeksiyada rentgenoqrafiyadan 
D) Birbaşa rentgenoqrafiya   
E) Super eksponirə olunmuş rentgenoqrafiyadan  
 
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 
s. 
 
184) Steatoreya hansı xəstəlik üçün   xarakterikdir ? 
A) Xroniki pankreatit 
B) Qaraciyər çatışmazlığı 
C) Postxolesistoektomik sindrom 
D) Kəskin pankreatit 
E) Kron xəstəliyi 
 
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. 
Н.И. Дегтярева М., 2004, 578 с.  
 
185) Aşağı ətraf venalarının qapaq çatışmazlığını  müəyyən etmək üçün ən  
informativ  müayinə üsulu hansıdır? 
A) Fleboqrafiya  
B) Doppleroqrafiya  
C) Reovazoqrafiya  
D) Ultrasəs angioskanlama 
E) Delbe-Pertes sınağı  
 
Ədəbiyyat: Основы УЗИ: Ультразвуковая диагностика в хирургии: основные 
сведения и клиническое применение: Харнесс Дж. 2005 
 
186) Mədə-bağırsaq anastomozlarının çatmamazlığına şübhə olduqda aşağıda 
göstərilən hansı müayinə məsləhət görülür? 
A) Laparoskopiya 
B) Mədənin  kontrast rentgen müayinəsi 
C) Fibroqastroduodenoskopiya  
D) Ultrasəs müayinəsi  
E) Qarın boşluğunun obzor rentgenoskopiyası 
 
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 
1998, 336 с.  
 
187) Mədə qanaxmalarına şübhə olduqda məsləhət görülən müayinə hansıdır? 
A) Laporoskopiya  
B) Təcili fibroqastroduodenoskopiya  
C) Qarın boşluğunun icmal rentgenskopiyası  
D) Mədənin rentgenskopiyası  
E) Angioqrafiya 
 


 
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
188) 12-barmaq bağırsaq xorasının perforasiyası zamanı cərrahi müdaxilənin 
adətən hansı sadalanan üsulları tətbiq edilə bilməz? 
A) Qısa ilgəkdə qastroenteroanastomozun qoyulması 
B) Xoranın kəsilib götürülməsi, vaqotomiya ilə birgə piloroplastikalar 
C) Xoranın kəsilib götürülməsi, mədənin rezeksiyası ilə qısa ilgəkdə 
qastroenteroanastomozun qoyulması 
D) Xoranın tikilməsi, mədənin rezeksiyası 
E) Xoranın kəsilib götürülməsi, xoranın tikilməsi, mədənin rezeksiyası, vaqotomiya 
ilə birgə piloroplastikalar 
 
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 
1998, 336 с. 
 
189) Xora xəstəliyinin hansı aşağıdakı ağırlaşmaları zamanı təcili əməliyyat 
tələb olunur? 
A) Penetrasiya, mədə çıxacağının stenozu 
B) Mədə çıxacağının stenozu, maliqnizasiya 
C) Perforasiya, penetrasiya 
D) Konservativ üsulla saxlanılması mümkün olmayan mədə qanaxması, perforasiya 
E) Konservativ saxlanılması mümkün olmayan mədə qanaxması, perforasiya, 
penetrasiya, maliqnizasiya 
 
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. 
Н.И. Дегтярева М., 2004, 578 с. 
 
  
 
190) Xora xəstəliyi səbəbi ilə  aparılmış mədənin rezeksiyası nəticəsində hansı 
sindrom   çox vaxt meydana çıxır? 
A) Hipoqlikemik sindrom, «Kiçik mədə» sindromu 
B) Dempinq-sindrom, hipoqlikemik sindrom 
C) Dempinq-sindrom, hipoqlikemik sindrom, «Kiçik mədə» sindromu 
D) Anastomozun peptiki xorası, gətirici ilgək sindromu 
E) Hamısı 
 
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. 
Н.И. Дегтярева М., 2004, 578 с.  
 
191) Diafraqmanın qida borusu dəliyinin yırtığı üçün nə  xarakterik deyil? 
A) Disfagiya, qanaxma 
B) Reflüks-ezofagit,  ekstrakardial stenokardiya 
C) Mədə xorasının əmələ gəlməsi, ishal 
D) Reflüks-ezofagit, öskürək ekstrakardial stenokardiya 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə