Microsoft Word Umumi c?rrahiy? ixtisas? uzr? numun?si test suallar?



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə21/67
tarix26.03.2018
ölçüsü27,2 Kb.
#33879
1   ...   17   18   19   20   21   22   23   24   ...   67

 
 
295) Hansı halda kəskin appendisit zamanı əməliyyatı yerli (spinal) anesteziya 
altında icra etmək lazımdır? 
 
A) Xəstə 14 - 16 yaşında olarsa 
B) Hamiləliyin erkən dövründə bronxial astmadan əziyyət çəkən ağırlaşma olmayan 
xəstədə 
C) Yayılmış peritonitlə fəsadlaşan kəskin appendisitdə 
D) Soxulcanabənzər çıxıntının retrosekal yerləşməsinə şübhə yaranarsa 
E) Ahıl yaşında olan xəstədə ağırlaşma klinikası olmayan tipik appendisit olduqda 
 
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией 
профессора В. И. Подолужного, “Феникс”, 2007 г 
 
296) Lokal anestetiklərin böyük dozada istifadəsi zamanı meydana çıxan 
qıcolmaların müalicəsində istifadə edilən ən uyğun preparat hansıdır? 
 
A) Ketamin 
B) Hidroksizin 
C) Fentanil 
D) Droperidol 
E) Diazepam 
 
Ədəbiyyat:В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. 
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том. стр., 189. 
 
297) Ən uzun təsir müddətinə malik lokal anestetik aşağıdakılardan hansıdır? 
 
A) Tetrakain 
B) Bupivakain 
C) Dibukain 
D) Lidokain 
E) Etidokain 
 
Ədəbiyyat:В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. 
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I гом. стр.,190. 
 
298) Gecikmiş dempinq sindroma hansı aiddir? 
 
A) Qusma 
B) Qanlı ishal 
C) Qarında tutmaşəkilli və kəsici ağrılar 
D) Qanda şəkərin normadan aşağı düşməsi 
E) Hərarətin yüksəlməsi 
 
Ədəbiyyat:  S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 447. 
 


 
 
299) Pankreatitin diaqnostikasında, xüsusən pankreatitin başlanmasından 24-48 
saat sonra, dəyişikliklərin görünməsində qızıl standart aşağıda sadalanan 
müayinələrdən hansıdır? 
 
A) Kontrastlı kompyuter tomoqrafiyası 
B) Qan zərdabında C reaktiv zülalın təyini 
C) Qan zərdabında amilazanın təyini 
D) Ultrasəs müayinəsi 
E) Qan zərdabında kalsiumun təyini 
 
Ədəbiyyat:Nuru Bayramov Cərrahi xəstəliklər I hissə Bakı 2015 səh 728 
 
300) Xəstəxananın qəbul şöbəsinə qarın nahiyəsindən kəsilmiş yara (bıçaq) 
xəsarəti almış xəstə müraciət etmişdir. Palpasiya zamanı qarının ön divarı 
ağrısız, yumşaqdır. Daxili orqanların zədələnməsini inkar etmək və ya 
zədələnmənin səviyyəsini təyin etmək məqsədi ilə ekspress instrumental 
diaqnostika metodlarından hansının praktiki əhəmiyyəti böyükdür? 
 
A) Qarının kontrastsız KT-sı 
B) Yara daxilinə inyeksiya şəklində kontrast maddənin yeridilməsi 
C) Laparoskopiya 
D) Qarının kontrastlı KT-sı 
E) Peritoneal lavaj 
 
Ədəbiyyat:B.A.Ağayev Cərrahi xəstəliklər Bakı 2007 səh 585 
 
301) Aşağıda sadalanan xəstəliklərdən hansında endoskopik alətlərin kimyəvi və 
termal üsullardan istifadə olunaraq təmizlənməsi endoskopun məhvinə səbəb 
ola bilər? 
 
A) Qarın yatalağı 
B) Vəba 
C) Kreytsfeld-Yakob xəstəliyi 
D) Mədə xərçəngi 
E) İnfeksion hepatitlər(D,E) 
 
Ədəbiyyat:Kənan Yusif-zadə Cərrahi endoskopiya Bakı 2013 səh 69 
 
302) Kəskin appendisit zamanı USM müayunəsində aşkar edilə biləcək 
əlamətləri təyin edin: 
 
1. Kor bağırsağın spastik vəziyyəti 
2. Aperistaltik bağırsaq seqmenti 
3. Periappendikulyar maye 
4. Meteorizm 
5. Qalın divarlı və içərisində mayesi olan həlqəvari kütlə (hədəf simptomu) 


 
 
 
A) 2,3,5 
B) 1,4,5 
C) 3,4,5 
D) 1,3,5 
E) 1,2,3 
 
Ədəbiyyat:Kəskin appendisitin diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı 
2009 səh 11 
 
303) Mədənin kardial hissəsinin xərçəngində sadalananlardan hansı radikal 
müalicə sayılır? 
A) Cərrahi müalicə 
B) Şüa terapiyası 
C) Kombinə olunmuş müalicə 
D) Şişin elektrokoaqulyasiyası  
E) Kimyəvi terapiya  
 
Ədəbiyyat: М.И.Кузин «Хирургические болезни» 2002 г., Москва 
 
304) Qeyri-spesifik spontan pnevmotoraks hansı xəstəliklə  əlaqədardır? 
A) Astma 
B) Sarkoidoz 
C) Revmatoid artrit 
D) Kəskin pnevmoniya 
E) Anadangəlmə ağ ciyər kistası 
 
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 
s. 
 
305) Ekssudativ plevrit hansı xəstəliyin ağırlaşması kimi əmələ gəlir? 
A) Bronxial astma 
B) Xroniki bronxit 
C) Ağciyər absesi 
D) Kəskin bronxit 
E) Bronxoektatik xəstəlik 
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
306) Qida borusu zədələnməsinin  daha çox rast gəlinən səbəbi hansıdır? 
A) Narkoz zamanı traxeyanı intubasiya edərkən  
B) Spontan cırılmada 
C) Endoskopiya  
D) Yad cisim  
E) Traxeostomiya  


 
 
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
 
307) Qida borusunun dərin yanığına səbəb nə ola bilər? 
A) Turşu məhlulu 
B) Fosfor preparatı  
C) Qələvi məhlulu 
D) İsti su 
E) Spirt  
 
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : 
Ренко, 1998, 336 с.  
 
308) Mədənin kardial hissəsinin xərçəngində  radikal müalicə hansı sayılır? 
A) Kimyəvi terapiya  
B) Şişin elektrokoaqulyasiyası  
C) Cərrahi müalicə  
D) Kombinə olunmuş müalicə 
E) Şua terapiyası  
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
309) Diafraqmanın cırılması ilə torakoabdominal yaralanma diaqnozu aşağıdakı 
hansı müştərək müayinələr aparıldıqda daha böyük ehtimalla qoyula bilər? 
A) Torakoskopiya və döş qəfəsi orqanlarının rentgenoqrafiyası 
B) Torakoskopiya və laparoskopiya 
C) Laparoskopiya, qarın boşluğunun və döş qəfəsinin USM-i 
D) Qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası, qarın boşluğunun və döş 
qəfəsinin USM-i 
E) Diaqnostik pnevmoperitoneum, qarın və döş boşluqları orqanlarının 
rentgenoqrafiyası 
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
310) Diafraqmanın küt travmatik zədələnmələri (cırılmaları) zamanı əsasən 
hansı hallar  müşahidə olunur? 
A) Bel nahiyəsində diafraqmanın qopması 
B) Sol tərəfdə vətər hissəsinin cırılmaları 
C) Sağ tərəfdə vətər hissəsinin cırılmaları 
D) Vətər hissəsinin əzələ hissəsindən ayrılması 
E) Diafraqmanın döş hissəsinin qopması 
 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə