Microsoft Word Umumi c?rrahiy? ixtisas? uzr? numun?si test suallar?



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə19/67
tarix26.03.2018
ölçüsü27,2 Kb.
#33879
1   ...   15   16   17   18   19   20   21   22   ...   67

 
 
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 208. 
 
264) Hansı ölçülü mədə poliplərini endoskopik yolla çıxarmaq olar? 
 
A) 0,5 sm dən kiçik enli əsasda yerləşən poliplər 
B) 2 sm dən böyük enli əsasda yerləşən çoxlu sayda poliplər 
C) 0,5 sm-dən böyük olan 
D) 2 sm dən kiçik, tək və ayaqcıq üzərində yerləşən poliplər 
E) 2 sm dan böyük enli əsasda yerləşən poliplər 
 
Ədəbiyyat:  В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. 
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 579. 
 
265) Aşağıdakılardan hansı mədə xorasının müalicəsində istifadə edilir? 
 
A) Transamin 
B) Betaserk 
C) Gentamicin 
D) Metronidazol 
E) Veroşpiron 
 
Ədəbiyyat:S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 331. 
 
266) Bilau drenajı hara qoyulur? 
 
A) Döş qəfəsinə 
B) Sidik kisəsinə 
C) Kiçik çanağa 
D) Vinslov dəliyinə 
E) Sağ yan kanala 
 
Ədəbiyyat:S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 668 səh. 
 
267) Qida borusunun leyomiomalarının cərrahi müalicəsi necədir? 
 
A) Enakulyasiya edilməklə 
B) Ezofaqostomanın qoyulması 
C) Şişlə birgə qida borusunun rezeksiyası 
D) Qida brusunun şişlə birgə ekstripasiyası 
E) Şişin endoskopik yolla cıxarılması 
 
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, 
səh.,151 
 
268) Xoledoxolitiaz zamanı cərrah əməliyyatı necə bitirməlidir? 
 


 
 
A) Xoledoxoduodenoanastomoz 
B) Xoledoxa hemostatik süngərin qoyulması 
C) Xoledoxotomik kəsiyi drenaj etmədən fasiləsiz tikilməsi 
D) Ümumi öd axarının Ker və Xolsted üsulu ilə drenləşdirilməsi, qaraciyər altı 
nahiyyənin drenləşdirilməsi 
E) Xoledoxoyeyunoanastomoz 
 
Ədəbiyyat:  S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 126 səh. 
 
269) Oddi sfinkterinin spazmını hansı preparat törədir? 
 
A) Antixolinesteraz preparatlar 
B) Buskopan 
C) Qeyri - narkotik analgetiklər 
D) H-2  blokatorlar 
E) Morfin hidroxlorid 
 
Ədəbiyyat:S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 150 səh. 
 
270) Siqmavari bağırsağın orta 1/3 – nin xərçəngi zamanı hansı əməliyyat 
radikaldır? 
 
A) Siqmavari bağırsağın seqmentar rezeksiyası və siqma-siqma anastomozun 
qoyulması 
B) Siqmoidektomiya 
C) Siqmavari bağırsağın distal rezeksiyası 
D) Sol tərərfli hemikolektomiya 
E) Total kolektomiya 
 
Ədəbiyyat:В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. 
Москва, «Медпрактика» , 2006, стр.,268-ci səh. 
 
271) Mədə xərçəngi zamanı icra edilən D-2 limfadisseksiyanın mahiyyəti nədir? 
 
A) Mədənin yalnız 1-ci limfatik basseyninin düyünlərinin çıxarılması 
B) Mədədən 2 sm məsafədə yerləşən limfa düyünlərinin çıxarılması 
C) Mədədən 1 sm məsafədə yerləşən limfa düyünlərinin çıxarılması 
D) Mədənin yalnız 2-ci limfatik basseyninin düyünlərinin çıxarılması 
E) Mədədən 3 sm məsafədə yerləşən limfa düyünlərinin çıxarılması 
 
Ədəbiyyat:В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. 
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, стр., 592 
 
272) Aşağıdakılardan hansında profilaktik antibiotikoterapiyaya ehtiyac 
yoxdur? 
 


 
 
A) Qaraciyər transplantasiyası 
B) Xolesistektomiya 
C) Qida borusunda icra edilən əməliyyat 
D) Tiroidektomiya 
E) Mədə rezeksiyası 
 
Ədəbiyyat:В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. 
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,162. 
 
273) İrinli yaranın cərrahi işlənməsi nəyi təmin etmir? 
 
A) Prosesin generalizasiyasının əngəllənməsini 
B) Antibakterial təsiri 
C) İntoksikasiyanın azalmasını 
D) Yara infeksiyasının məhdudlaşmasını 
E) Sağalmanın sürətinin artmasını 
 
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. 
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,544. 
 
274) İrinli yarada tamponun hiqroskopik təsir müddəti neçə vaxt davam edir? 
 
A) 4-6 saat 
B) fərdi olaraq 
C) 2-3 saat 
D) 10-12 saat 
E) 7-9 saat 
 
Ədəbiyyat:В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. 
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,538. 
 
275) İrinli yaranın daha effektiv drenləmə üsulu hansıdır? 
 
A) İkimənfəzli passiv drenləmə 
B) Yaranın tamponada edilməsi 
C) Aktiv drenləmə 
D) Passiv ötürmə üçün birmənfəzli boru ilə drenləmə 
E) Rezin buraxıcı 
 
Ədəbiyyat:В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. 
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,550. 
 
276) Antibiotikin seçilməsi zamanı ilk növbədə hansı nəzərə alınır? 
 
A) İrinli ifrazatın həcmi 
B) İrinli ifrazatın xarakteri 


 
 
C) İrinli ocağın yerləşməsi 
D) Mikrofloranın xarakteri və həssaslığı 
E) İltihabın yayılması 
 
Ədəbiyyat:  В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. 
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,548 
 
277) Xəstəyə soyuq infiltrativ appendisit diaqnozu qoyulmuşdur. Uyğun müalicə 
taktikası necə olmalıdır? 
 
A) Stasionar müşahidə 
B) Təcili cərrahi əməliyyat 
C) Ambulator müşahidə 
D) Antibiotik, fizioteapiya, dinamik müşahidə 
E) Planlı qaydada xəstəni əməliyyat etmək 
 
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 43 səh. 
 
278) Gecikmiş bitişmə mənşəli bağırsaq keçməməzliyində konservativ müalicə 
neçə saat aparılmalıdır? 
 
A) 3 - 6 saat 
B) 48 -72 saat 
C) 72 saatdan çox 
D) 12 - 24 saat 
E) 6 -12 saat 
 
Ədəbiyyat:  В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. 
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,242 
 
279) Diffuz toksik urun müalicəsində qalxanabənzər vəzinin blokadası 
məqsədilə aşağıdakılardan hansı istifadə edilir? 
 
A) Antihipertehziv preparatlar 
B) Hərarətsalıcı preparatlar 
C) Antibiotiklər 
D) Diuretiklər 
E) Tireostatiklər 
 
Ədəbiyyat:  Эндокринология. Учебник  И.И. Дедов, Г.А.Мельниченко, 
В.В.Фадеев, 2009, стр.  101. 
 
280) Hipotireozun müalicəsində nə təyin edilir? 
 
A) Kalsium preparatları 
B) Levotiroksin preparatları 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə