Microsoft Word Umumi c?rrahiy? ixtisas? uzr? numun?si test suallar?



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə20/67
tarix26.03.2018
ölçüsü27,2 Kb.
#33879
1   ...   16   17   18   19   20   21   22   23   ...   67

 
 
C) Tireostatiklər 
D) Kalium preparatları 
E) Ürək qlükozidləri 
 
Ədəbiyyat:Эндокринология. Учебник  И.И. Дедов, Г.А.Мельниченко, 
В.В.Фадеев, 2009, стр. 122. 
 
281) Pankreatitlər zamanı əmələ gələn Kerte simptomu aşağıda 
sadalananlardan hansıdır? 
 
A) Qarnın ön divar əzələlərində pankreasın proyeksiyası səviyyəsində əmələ gələn 
rezistentlik və ağrılılıq 
B) Pankreasın proyeksiyası nahiyəsində dərialtı piy toxumasının atrofiyası 
C) Kürəkdə VIII-IX döş fəqərələri səviyyəsində dərinin hiperesteziya sahəsinin 
olması 
D) Pankreasın quyruq hissəsinə müvafiq sahənin palpasiya zamanı ağrılı olması 
E) Döş, qarın, kürək dərisində teleanqiektaziyaların müşahidə olunması 
 
Ədəbiyyat:: М.И.Кузин, О.С.Шкроб,Н.М.Кузин Хирургические болезни 1995 
стр 555 
 
282) Kəskin appendisitin anatomik yerləşməyə görə ən çox rast gəlinin forması 
aşağıda sadalananlardan hansıdır? 
 
A) Retrosekal/retrokolik yerləşmə 
B) Kiçik çanaqda yerləşmə 
C) Subsekal yerləşmə 
D) Post-ileal yerləşmə 
E) Pre-ileal yerləşmə 
 
Ədəbiyyat:Kəskin appendisitin diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı 
2009 səh 9 
 
283) Mədəaltı vəzin travmasından sonra ilk saatlar ərzində ölümün səbəbi əsas 
olaraq aşağıda sadalananlardan hansıdır? 
 
A) Fistul 
B) Mədəaltı vəzin xarici sekretor funksiyasının çatmamazlığı 
C) Psevdosist 
D) Abses 
E) Daxili qanaxma 
 
Ədəbiyyat:B.A.Ağayev Cərrahi xəstəliklər Bakı 2007 səh 591 
 
284) Splenektomiya əməliyyatına əks göstərişləri təyin edin: 
 


 
 
1. Talassemiya 
2. Limfoma 
3. Kəskin leykemiya 
4. Aqranulositoz 
5. Asimptomatik hipersplenizm 
6. Oraq hüceyrəli anemiya 
 
A) 4,5,6 
B) 1,2,3 
C) 3,4,5 
D) 1,3,6 
E) 2,4,5 
 
Ədəbiyyat:Nuru Bayramov Cərrahi xəstəliklər I hissə Bakı 2015 səh 811 
 
285) Aşağıdakılardan hansı massiv hemotoraksın göstəricisi deyil? 
 
A) Taxikardiya 
B) Kəskin tənəffüs çatmamazlığı 
C) Hipertenziya 
D) Hipotenziya 
E) Auskultasiya zamanı tənəffüs küylərində zəifləmə 
 
Ədəbiyyat:Под редакцией академика Е.И.Чазова Неотложные состояния 
диагностика и лечение Москва «Медицина» 2002 стр 468 
 
286) Riolan qövsünü əmələ gətirən arteriyaları təyin edin: 
 
1.Arteria colica media 
2. Arteria colica dextra 
3. Arteria colica sinistra 
4. Arteria ilea colica 
5.Arteria sigmoideae 
 
A) 4,5 
B) 2,4 
C) 3,5 
D) 1,2 
E) 1,3 
 
Ədəbiyyat:Kamil Balakişiyev İnsanın normal anatomiyası Bakı «Maarif» 1982 səh 
334 
 
287) Yuxu cibinin divarlarının qıcıqlandırılması aşağıda sadalananlardan 
hansına səbəb olar? 
1. Peristaltika sürətlənir 


 
 
2. İnsan bayılır 
3.Periferik damarlar genəlir 
4.Bradikardiya müşahidə olunur 
5.Hipersalivasiya müşahidə olunur 
 
A) 4,5 
B) 1,5 
C) 3,4 
D) 2,3 
E) 1,2 
 
Ədəbiyyat:Kamil Balakişiyev İnsanın normal anatomiyası Bakı «Maarif» 1982 səh 
306 
 
288) Xolesistektomiya zamanı ən əsas hansı damar ziyan görür? 
 
A) Sağ mədə-piylik arteriyası 
B) Aşağı boş vena 
C) Qapı venası 
D) Heç biri 
E) Sağ qaraciyər arteriyası 
 
Ədəbiyyat:Nuru Bayramov Cərrahi xəstəliklər I hissə Bakı 2015 səh 564 
 
289) Fentanil necə  təsir edir? 
A) Neyroleptik kimi  
B) Antidepressant kimi 
C) 20 - 25 dəqiqə ərzində güclü ağrıkəsici kimi  
D) 2-3 dəqiqə ərzində ağrıkəsici kimi  
E) Psixotrop preparat kimi  
 
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. 
Н.И. Дегтярева М., 2004, 578 с.  
 
290) Qlükozanın izotonik məhlulu hansı hesab olunur? 
A) 5% 
B) 3%  
C) 4,2%  
D) 0,8%  
E) 10% 
 
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. 
Н.И. Дегтярева М., 2004, 578 с.  
 
291) Ürəyin birbaşa-açıq yolla masajına göstəriş hansıdır? 


 
 
A) 2 dəqiqə müddətində qapalı ürək masajından sonra yuxu arteriyasında nəbzin 
olmaması 
B) Tənəffüsün dayanması  
C) Ürəyin dayanması  
D) Ürəyin fibrilyasiyası 
E) Huşun itməsi  
 
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. 
Н.И. Дегтярева М., 2004, 578 с.  
 
292) Plazma əvəzedici kimi hansı daha çox effektlidir? 
A) Dekstran, plazma 
B) Ringer-laktat, kristalloid 
C) Fizioloji məhlul 
D) Plazma, ringer-laktat 
E) Jelatin, plazma 
 
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. 
Н.И. Дегтярева. М., 2004, 578 с.  
 
 
293) Damardaxili trombozda hansı istifadə olunmalıdır? 
A) Bütün sadalananlar 
B) Fibrinolizin 
C) Fibrinogen, fibrinolizin, trombositar kütlə 
D) Heparin, fibrinolizin 
E) Heparin, fibrinogen, fibrinolizin 
 
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. 
Н.И. Дегтярева. М., 2004, 578 с.  
 
294) Tromb əmələgəlmə ehtimalına nə təsir edir? 
1. Damar endotelinin zədələnməsi 
2. Hemostaz sistemində dəyişiklik  
3. Qanın hərəkət sürətinin azalması 
4. Protrombin indeksinin 60% səviyyəsində olması 
5. Qanın hərəkət sürətinin artması 
 
A) 2, 3, 4 
B) 2, 4, 5 
C) 3, 4, 5 
D) 1, 2, 3 
E) 1, 3, 5 
 
Ədəbiyyat: B.A.Ağayev Cərrahi xəstəliklər  Bakı, 2007 səh 661 
 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə