Microsoft Word Umumi c?rrahiy? ixtisas? uzr? numun?si test suallar?



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə16/67
tarix26.03.2018
ölçüsü27,2 Kb.
#33879
1   ...   12   13   14   15   16   17   18   19   ...   67

 
 
 
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 366. 
 
218) Sağ qalça çuxurunda ağrı, ürəkbulanma, 38°C temperatur və iştahsızlıq 
şikayətləriylə klinikaya daxil olan xəstəyə ilk yanaşma necə olmalıdır? 
 
A) Qarin boşluğunun icmal R - skopiyası 
B) USM 
C) Fizikal müayinə 
D) FQDS 
E) Diaqnostik laparoskopiya 
 
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 24. 
 
219) Süd vəzini sıxdıqda vəzin giləsindən qanlı ifrazat gəlir.USM müayinədə heç 
bir potologiya aşkarlanmadı. Diaqnoz nədir? 
 
A) Axacaqdaxili papilloma 
B) Fibrosarkoma 
C) Fibroadenoma 
D) Kista 
E) İnvaziv xərçəng 
 
Ədəbiyyat:  B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, 
səh., 150. 
 
220) Barret qida borusunun diaqnozunun təsdiq edilməsində hansı müayinə 
üsulunun rolu daha böyükdür? 
 
A) Ezofaqoskopiya 
B) Bariumlu R - qrafiya 
C) Histoloji 
D) Rentgenoqrafiya 
E) USM 
 
Ədəbiyyat:  B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, 
səh., 142. 
 
221) İki il əvvəl mastektomiya olunmuş xəstədə kürək ağrıları 
başlamışdır.Diaqnozu dəqiqləşdirmək üçün hansı müayinə metodundan istifadə 
etmək lazımdır? 
 
A) Lumbosakral R - qrafiya 
B) Onkomarkerlərin yoxlanması 
C) Mammoqrafiya 
D) Sümuk sintiqrafiyası 


 
 
E) Punksiya 
 
Ədəbiyyat:  B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, 
səh., 70. 
 
222) Qaraciyər exinokkunun diaqnostikasında aşağıdakı müayinə 
metodlarından hansını tətbiq etmək olmaz? 
 
A) Qaraciyərin iynə biopsiyası 
B) Qarın boşluğunun icmal R-skopiyası 
C) Casoni testi 
D) Qaraciyər sintiqrafiyası 
E) USM 
 
Ədəbiyyat:  B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, 
səh., 71. 
 
223) Laparoskopik xolesistektomiya üçün  hansı yanlışdır? 
 
A) Yırtıq əmələ gəlmə riski azdır 
B) Xəstələr daha tez ayağa qalxır 
C) Öd yollarında geniş manipulyasiyalar aparmaq mümkündür 
D) Öd yollarının zədələnmə riski azdır 
E) Əməliyyatdan sonrakı dövrdə bitişmə əmələ gəlmə riski azdır 
 
Ədəbiyyat:В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. 
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 480. 
 
224) Kəskin bağırsaq keçməməzliyi zamanı ən informativ müayinə hansıdır? 
 
A) Laparoskopiya 
B) Qarın boşluğunun  icmal rentgenoskopiyası 
C) Kompyuter tomografiya 
D) Angioqrafiya 
E) Kolonoskopiya 
 
Ədəbiyyat:S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 56 səh. 
 
225) Yoğun bağırsağın xərçənginin skrininqində əvəzolunmaz müayinə metodu 
hansıdır? 
 
A) Anoskopiya 
B) Kolonoskopiya 
C) Biopsiya götürmək 
D) USM 
E) Fibroqastroduodenoskopiya 


 
 
 
Ədəbiyyat:В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. 
Москва, «Медпрактика» , 2006, стр. 221-ci səh. 
 
226) Palatada xəstəni müayinə edən cərrah sağ qabırğaaltı nahiyyəni palpasiya 
edərkən xəstəyə dərin nəfəs almasını söyləyir.Bu zaman xəstə ağrının 
gücləndiyini deyir. Bu hansı simptomdur? 
 
A) Rovzinq 
B) Şötkin - Blümberq 
C) Ortner 
D) Volkoviç - Koxer 
E) Merfi 
 
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 138 səh. 
 
227) Venoz sistemdə anatomo-morfoloji dəyişikliklərin dəqiq müəyyən edilməsi 
üçün hansı müayinə metodu “qızıl standart” hesab olunur? 
 
A) Ultrasəs angioskanlama 
B) Maqnit-rezonans tomoqrafiya 
C) Rentgenkontrast fleboqrafiya 
D) Kompüter tomoqrafiyası 
E) Radioizotop flebossintiqrafiya 
 
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 574 səh. 
 
228) Angioqrafiya, intervension və cərrahi müdaxilələrdən sonra ən tez rast 
gəlinən ağırlaşmalara nə aiddir? 
 
A) rekonstruksiya olunmuş arteriya şuntunun trombozu 
B) qanaxma və hematoma 
C) anastomozun stenozu 
D) rekonstuksiya olunmuş arteriyanın restenozu 
E) anastomozun yalançı anevrizması 
 
Ədəbiyyat:S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”.  2008, səh., 612 səh. 
 
229) Plevranın empieması hansı xəstəliyin ağırlaşması kimi əmələ gəlmir? 
 
A) Ağciyər absesi 
B) Kəskin bronxit 
C) Ağciyərin vərəm kavernası 
D) Kəskin plevropnevmoniya 
E) Ağciyərin exinokokk sisti 
 


 
 
Ədəbiyyat:B.A.Ağayev Cərrahi xəstəliklər Bakı 2007 səh 157 
 
230) Aşağıda sadalanan faktorlardan hansı mədə xorasından qanaxmanın 
təkrarlanması üçün risk faktoru deyil? 
 
A) 24 saat ərzində 4-6 vahid qan köçürülən xəstələr 
B) Endoskopiya zamanı davam edən qanaxma əlamətləri 
C) 50 yaşlı kişi cinsli xəstələr 
D) Çoxsaylı qanqusmalar 
E) Mədənin böyük və ya kiçik əyriliklərindən 2 sm məsafədə yerləşən xoralar 
 
Ədəbiyyat:Nuru Bayramov Cərrahi xəstəliklər I hissə Bakı 2015 səh 114 
 
231) Hər qanköçürmədə mütləq nə yoxlanılmalıdır? 
A) Qan qrupunun uyğunluğu, fərdi uyğunluq, bioloji sınaq 
B) Fərdi uyğunluq, rezus uyğunluğu, rezus-faktorun yoxlanması 
C) Hamısı 
D) Fərdi uyğunluq, bioloji sınaq, rezus uyğunluğu 
E) Qan qrupunun uyğunluğu, bioloji sınaq, rezus-faktorun yoxlanması 
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
232) 10-12 saat əvvəl kəskin appendisitə görə əməliyyat olunmuş 22 yaşlı xəstədə 
zəiflik, başgicəllənmə, dəri və görünən selikli qişanın avazıması, arterial təzyiqin 
enməsi qeyd olunur. Hansı ağırlaşmadan şübhələnirsiniz? 
A) Ürək qan-damar çatmamazlığı 
B) Paralitik bağırsaq keçməməzliyi 
C) Koprostaz 
D) Qarın boşluğuna daxili qanaxma 
E) Yeridilmiş dərman preparatlarına reaksiya 
 
Ədəbiyyat:  
Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s. 
 
233) Mədə çıxacağının stenozu olduqda orqanizimdə gedən və aşağıda göstərilən 
metabolik dəyişikliklərdən hansı daha çox ehtimal olunur? 
A) Qara ciyərin funksional pozğunluqları 
B) Xlorid turşusunun itirilməsi, su-duz balansı pozğunluqları 
C) Hiperqlikemiya 
D) Böyrək çatmamazlığı 
E) Arterial hipertenziya 
 
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 
s. 
 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə