Microsoft Word Umumi c?rrahiy? ixtisas? uzr? numun?si test suallar?



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə22/67
tarix26.03.2018
ölçüsü27,2 Kb.
#33879
1   ...   18   19   20   21   22   23   24   25   ...   67

 
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
311) Prosesin patogenezinə əsaslanaraq ağ ciyərin ocaqlı vərəmində seçim 
əməliyyatı hansıdır? 
A) Lobektomiya 
B) Mediastinal limfonodulektomiya ilə aparılan lobektomiya 
C) Ağ ciyərin tipik seqmentar və biseqmentar rezeksiyası 
D) Ağ ciyərin atipik rezeksiyası 
E) Plevrolobektomiya 
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
312) Hansı proses müşahidə olunan xəstəliklər şişönü hesab edilir? 
A) Epitelin displaziyası 
B) Epitelin proliferasiya və metaplaziyası 
C) Atrofiya halları ilə toxumaların trofikasının pozulması 
D) Epitelial hüceyrələrin stratifikasiyasının pozulması 
E) Epitelial qatın alterasiya prosesləri 
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
 
313) Hansı orqanların şişlərində ağ ciyər metastazlarına daha çox rast gəlinir? 
A) Uşaqlığın, yumurtalıqların xorionepiteliomalarında 
B) Süd, qalxanvari və prostat vəzlərinin xərçəngində 
C) Böyrəyin, yumurtalığın, sidik kisəsinin xərçəngində 
D) Mədənin, düz və çənbər bağırsağın xərçəngində 
E) Qida borusunun xərçəngində, dərinin melanomasında 
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
 
314) Traxeyanın fenestrasiyası nədir? 
A) Traxeyanın inkişaf qüsuru – traxeyanın boyun hissəsində qığırdaq yarımdairələri 
sahəsinin anadan gəlmə olmaması 
B) Traxeostoma yaradılması məqsədi ilə üzükvari qığırdağın ön səthinin ləğv  
edilməsi 
C) Traxeyanın ön divarının oval kəsilməsindən və fonasiyanı yaxşılaşdırmaq məqsədi 
ilə dəri loskutlarının (klapanların) formalaşmasından ibarət olan daimi (xroniki) 
traxeostomiya variantı  
D) Traxeyanın ön divarında dairəvi pəncərənin kəsilib götürülməsindən ibarət olan 
xroniki traxeostomiya variantı 


 
 
E) Terminal xroniki traxeostomiya əməliyyatının sinonimii 
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
315) Bronxlarda yad cisimlərin olduğu təqdirdə cərrahi əməliyyat hansı həcmdə 
icra oluna bilər? 
A) Bronxotomiya 
B) Bronxun sirkulyar rezeksiyası, ağciyərin rezeksiyası 
C) Bronxotomiya, bronxun sirkulyar rezeksiyası, ağ ciyərin rezeksiyası 
D) Bronxotomiya, ağciyərin rezeksiyası 
E) Bronxotomiya, bronxun sirkulyar rezeksiyası 
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
316) Ezofaqoqastroskopiya zamanı qida borusunun perforasiyası baş verdikdə  
nə göstərişdir? 
A) Yalnız konservativ müalicə 
B) Qastrostomiya, intensiv konservativ terapiya (antibakterial, infuzion), 
divararalığına, plevral boşluqlara nəzarət 
C) Yalnız dinamik müşahidə 
D) Nazoqastral zond, intensiv konservativ terapiya (antibakterial, infuzion), 
divararalığına, plevral boşluqlara nəzarət 
E) Təcili cərrahi müdaxilə: divararalığının açılması, qida borusu defektinin tikilməsi, 
divararalığının drenə edilməsi, nazoqastral zondun və ya  qastrostomiyanın 
qoyulması 
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
317) Boyun nahiyəsindəki irinli proseslər plevra boşluğuna necə keçir? 
A) Boyun fassiyaları boyunca  
B) Böyük arterial və venoz damarlar boyunca 
C) Traxeya boyunca 
D) Qida borusu boyunca 
E) Döş sümüyünün arxa səthi boyunca  
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
318) Sol qayıdan sinirin travmasının əməliyyatdan sonrakı ən xarakterik klinik 
simptomu hansıdır? 
A) Klod Bernar-Qorner simptomu 
B) Səsin karlaşması 
C) Bronxospazm 


 
 
D) Larinqospazm 
E) Anizokoriya 
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
319) Ağ ciyərdə qan axınının qiymətləndirilməsi üçün hansı müayinə aparılır? 
A) Pnevmotaxoqrafiya və nüvə-maqnit tomoqrafiyası 
B) Angiopulmonqrafiya və ventilyasion radioqrafiya 
C) Pnevmotaxoqrafiya və perfuzion ssintiqrafiya 
D) Ventilyasion radioqrafiya və maqnit-rezonans tomoqrafiya 
E) Perfuzion ssintiqrafiya və angiopulmonoqrafiya 
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
320) Normada plevral boşluqda hansı təzyiq müşahidə edilir? 
A) Atmosfer təzyiqdən bir qədər yuxarı təzyiq 
B) Atmosfer təzyiqə bərabər  
C) 0 – a bərabər 
D) Atmosfer təzyiqdən bir qədər aşağı təzyiq 
E) Mənfi 
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
321) Hansı zədələnmə döş qəfəsinin müştərək travmasını göstərir? 
A) Müxtəlif növ enerjinin təsiri nəticəsində döş qəfəsinin və bədənin digər 
hissələrinin zədələnməsi 
B) Döş qəfəsinin bir neçə orqanının zədələnməsi 
C) Eyni növ mexaniki faktorun təsiri nəticəsində döş qəfəsinin və bədənin digər 
hissələrinin zədələnməsi 
D) Müxtəlif növ enerjinin təsiri nəticəsində döş qəfəsinin bir neçə orqanının 
zədələnməsi 
E) Döş qəfəsi və döş boşluğu orqanlarının zədələnməsi  
 
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 
715 с. 
 
 
322) Hansı zədələnmə döş qəfəsinin kombinəolunmuş travmasını göstərir? 
A) Döş qəfəsi və döş boşluğu orqanlarının zədələnməsi  
B) Eyni növ enerjinin təsiri nəticəsində döş qəfəsinin və bədənin digər hissələrinin 
zədələnməsi 
C) Döş qəfəsinin bir neçə orqanının zədələnməsi 
D) Döş qəfəsinin və bədənin digər hissələrinin qısa zaman fasiləsində zədələnməsi 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə